Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2604/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “R.N. X2 Biznes” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi qərarlarının ləğvi, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı “R.N. X2 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(103)-2241/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 36.516,54 manat vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 2023 -cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü il mənfəət vergisi üzrə bəyannamə qanuna müvafiq olaraq təqdim edilmiş, dövriyyə 200.000 manatadək olduğundan mənfəət bəyannaməsi kassa metodu ilə hesablama aparılaraq bəyan edilmişdir. 2023-cü ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlir məbləği 95.500 manat, cəmi xərc məbləği 63.323,07 manat, hesablanmış mənfəət vergisi isə 51,82 manat olmuşdur.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı 2023-cü i l ərzində e-qaimə faktura məlumatlarına əsasən, vergi ödəyicisi 253.950 manat dəyərində mühasibatlıq xidməti göstərdiyi halda, 2023-cü il mənfəət vergisi bəyannaməsində kassa metodundan istifadə etmişdir. Eyni zamanda, VM-nin 106.1.20-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində illik gəlir 200.000 manatdan artıq olduğu halda, 24.132,69 manat mikro güzəşt məbləğindən istifadə edildiyi üçün kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin (hakim:E.A.Abdullayev) 30 yanvar 2025-ci il tarixli, e2-1(112)-1907/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-212- 3/278026/2024 saylı qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının 2023-cü il üzrə bütün təqdim edilmiş qaimə-fakturaları üzrə dövriyyəsini hesablayıb illik dövriyyənin 200.000 manatdan artıq olduğunu əsas tutaraq, onun mikro sahibkarlıq subyektləri sırasından çıxdığına əsaslanmışdır. Lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, 2023-cü il ərzində dövriyyə üzrə cəmi 42 ədəd, ümumi dəyəri 55.050 manat təşkil edən elektron qaimələr 2024-cü ildə ləğv edilmişdir. Həmin siyahı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş siyahı ilə müqayisə edildikdə, həqiqətən də, iddiaçının dövriyyəsi hesablanarkən onun tərəfindən ləğv edilmiş elektron qaimələrin də cavabdeh tərəfindən nəzərə alındığı müəyyən edilir. İddiaçının 2023-cü il üzrə gəliri 200.000 manatı keçmədiyi üçün o, mikro sahibkarlıq subyekti olaraq Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi həcmində mənfəət vergisindən azad olmalıdır. Lakin cavabdeh həmin güzəşti iddiaçıya tətbiq etməyərək onun barəsində kameral qaydada xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı qərarı qəbul etmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 15 may 2025-ci il tarixli, 2-1(103)-2241/2025 nömrəli qərarı ilə c avabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2025 saylı 30 yanvar 2025ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əsas fəaliyyət istiqamətləri mühasibat xidmətləri, əlavə fəaliyyəti isə konsaltinq xidməti həyata keçirməkdən ibarət olmuşdur. Avis alt sistemindən çıxarışa əsasən, 2023-cü il ərzində 55.050 manat məbləğində ləğv edilən, baş tutmamış elektron qaimələr üzrə xidmətlər, mühasibatlıq və konsaltinq xidməti üzrə olmuşdur ki, həmin xidmətlərin də 36.050 manat məbləğ hissəsi 2024-cü ildə baş tutmuş, elektron qaimə ilə rəsmiləşdirilmiş və vergiyə cəlb edilmiş, 19.000 manat hissəsi isə, ümumiyyətlə, baş tutmadığı üçün ləğv edilmişdir. Həmçinin, rəsmiləşdirilmiş müqavilələr üzrə mühasibatlıq xidmətləri başa çatdırılmadan, yəni işlər təhvil alınmadan ödənilmiş vəsaitin müqabilində mühasibatlıq xidmətlərinin tam yerinə yetirilməməsi səbəbindən ödənilmiş xidmət haqqının sifarişçiyə geri qaytarılması istisna deyil. Həmin vəsait (xidmət haqqı) hər hansı bir səbəbdən geri qaytarılacağı və həmin vəsaiti əsas gətirərək vergi ödəyicisinin gəlirinin 200.000 manatdan artıq olmasına istinad edilərək, gəlirinin 20 faiz hissəsinin vergi borcunun əvəzi olaraq iddiaçıdan alınması vergi ödəyicisinin əsassız yerə ödəniş etməsinə səbəb ola bilər. Nəzərə alınmalıdır ki, 55.050 manatlıq qaimələr mübahisə predmeti olan qərar qəbul edilənə qədər ləğv edilmiş və həmin qai mələrin ləğv edildiyi nəzərə alınmadan iddiaçıya gəlirinin 20 faizi məbləğində vergi borcu hesablanmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, ilkin iddia tələbi 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********807400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” Qərarın ləğvi olmuşdur. Sonradan məhkəmə araşdırması gedən dövrdə iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, ona münasibətdə yeni tarix üzrə 04 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2278026/2024 nömrəli eyni rəqəmli əvvəlki qərarın təsdiq i barədə yeni qərar qəbul edilmişdir. İddiaçı da buna uyğun olaraq dəqiqləşdirmə verərək sonuncu qərarı mübahisələndirmişdir. Halbuki iddiaçı xx.xx.2024-cü il tarixdə ilkin 10 iyul tarixli qərarı mübahisələndirəndə heç bir qaimə ləğv edilməmişdi. İddiaçının istinad etdiyi qaimələr 2024-cü ilin avqust ayının 8-12 tarixləri aralığında ləğv edilmişdir. Yəni, iddiaçı dəqiqləşdirilmiş bəyannamə verərək, xx.xx.2024-cü il tarixli qərarı təkrarlayan xx.xx.2024 tarixli qərarın çıxarılmasına nail olmaqla, qaimələrin ləğvi ilə bağlı tarix uyğunsuzluqlarını pərdələməyə çalışmışdır. Bundan əlavə, ümumiyyətlə, iddiaçının digər vergi ödəyicisinə mühasibatlıq xidmətləri göstərməsi və sonradan bu xidmətin ləğvi tərəflər arasında müqavilələrlə tənzimlənir. Lakin iddiaçının qeyd etdiyi kimi 2024-cü ildə lə ğv etdiyi elektron qaimələrin ləğvi formal xarakter daşıdığından, iddiaçı tərəfdə iddianın əsasının hüquqi bazası olan xidmətin ləğvi ilə bağlı müqavilələr mövcud olmadığından, onların iddiaçı tərəfdən təqdim edilməsi də mümkün olmamışdır. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi" Qaydalarının 3.8-ci bəndinə əsasən, elektron qaimələrin ləğv edilməsi əsasları (elektron qaimə-faktura səhv verildikdə, qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və əməliyyat baş tutmadan göndərildikdə) qeyd edilmişdir. Məhkəmə icraatı zamanı iddiaçı 2023-cü ildə təqdim edilmiş qaimələrin ləğv edilməsi və yenidən bağlanması əsasının nədən ibarət olmasını, qarşı tərəfin xidmətdən imtina etməsi və yenidən müqavilə bağlamasının səbəblərini izah edə, eləcə də nə ləğv müqaviləsini, nə də yeni müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı etiraf edir ki, xidmətlərlə bağlı ödənişləri almış, lakin qaimələr ləğv ediləndən sonra ödənişlər qarşı tərəfə qaytarılmamışdır. Halbuki, elektron qaimələr ləğv edilirsə, ödənişlər də qarşı tərəfə qaytarılmalıdır. Həmçinin, iddiaçının ləğv etdiyi qaimələr üzrə digər vergi ödəyicilərinin həmin ləğvetmə üzrə bəyannamələrinə müvafiq düzəliş edərək, xərclərin azalmaları müəyyən edilməmişdir. Yəni, qarşılıqlı əməliyyat üzrə vergi ödəyiciləri həmin xərcləri 2023-cü ilin bəyannamələrində nəzərə almışdır. İddiaçı qeyri-ciddi əsaslar bildirərək, qeyd etmişdir ki, 2023-cü ildə mühasibatlıq xidmətinə görə təqdim edilmiş elektron qaimələr üzrə ödənişlər 2024-cü ildə elektron qaimələ r ləğv edildikdən sonra yenidən müqavilə bağlandığı üçün qarşı tərəfə qaytarılmamışdır və əslində, bu qaimələr avans məbləğlər idi. Qeyd olunmalıdır ki, birincisi, avans ödənişlərlə bağlı xidmətlərin təqdim edilməsinə dair elektron qaimə yox, avans qaimələr təqdim edilməli idi. Habelə, iddiaçı 2023-cü ildə X1 (VÖEN: **********) bütün aylar üzrə mühasibatlıq xidməti görsətmiş, hər ay üzrə xidmətlə bağlı elektron qaimə təqdim edərək, ödəniş almışdır. 2024-cü ilin avqust ayında 2023-cü ilin bütün ayları üzrə göstərilmiş xidmətlər üzrə qaimələr ləğv edilərək (ödənişlər geri qaytarılmadan), yenidən qaimələr təqdim edilmişdir. Faktiki 2023-cü ilin hər ayı üzrə mühasibatlıq xidmətinin göstərilməsi, ödənişin alınması və 2024-cü ildə həmin xidmətlərin ləğv edilməsi və yenidən elektron qaiməl ərin verilməsinin hüquqi əsası mövcud deyil. Bu yalnız iddiaçının vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıdığını ehtiva edir. Yəni, vergi ödəyicisi 2023-cü il ərzində ümumi gəlir məbləğini 200.000 manatdan sünii surətdə aşağı salaraq, mikro sahibkarlıq subyekti kimi vergi güzəştlərindən faydalanmağa çalışmışdır. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini, ümumiyyətlə, yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan məsələləri, ümumiyyətlə, araşdırmamışdır. Məhkəmə yalnız iddiaçını n elektron qaimələr ləğv edilmiş qeydinə əsasən formal qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Ka ssasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. Hazırkı iş üzrə tərəflər arasında mübahisənin düzgün həlli üçün iş üzrə müəyyən edilməli olan hal iddiaçının 2023-cü ildə real dövriyyəsinin 200.000 manatdan artıq olub-olmamasıdır.
18. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş qaimələrə əsasən iddiaçının 2023-cü ildə dövriyyəsinin 200.000 manatdan artıq olduğunu bildirir, iddiaçı isə bəzi qaimələrin tərəfindən ləğv edilməklə həmin ildə dövriyyəsinin 200.000 manatdan az olduğunu iddia edir. İşə baxan məhkəmələr iddiaçının dəlilləri ilə razılaşmış və iddianı təmin etmişlər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 2023-cü il üçün real dövriyyəsinin 200.000 manatdan artıq olubolmaması ilə bağlı işin hallarını hərtərəfli araşdı rmamışdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ilkin təqdim edilən qaimələr əsasında 2023-cü ildə dövriyyəsinin 200.000 manatda artıq olması iş üzrə mübahisəsiz haldır. Mübahisəli hal iddiaçı tərəfindən daha sonradan ləğv edilən qaimələr hesabına dövriyyənin azaldılmasının vergi orqanı tərəfindən qəbul edilməməsi ilə bağlıdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün əsas əhəmiyyət kəsb edən hal iddiaçı tərəfindən 2023-cü il ərzində təqdim edilmiş elektron qaimə-fakturaların 2024-cü ildə ləğv edilməsinin formal deyil, real hüquqi nəticə doğurub-doğurmaması, yəni həmin ləğvetmələrin vergi öhdəliyinin azaldılmasına əsas verən həqiqi təsərrüfat əməliyyatının ləğvi ilə müşayiət olunub-olunmamasıdır. Nəzərə alınmalıdır ki, verg i hüququnda vergi öhdəliyinin müəyyən edilməsi zamanı yalnız sənədin formal mövcudluğu və ya texniki sistemdə aparılmış dəyişikliklər deyil, əməliyyatın iqtisadi məzmunu, real xarakteri və nəticələri əsas götürülməlidir. Bu yanaşma “formanın deyil, mahiyyətin üstünlüyü” prinsipinə əsaslanır və vergi münasibətlərində ümumi qəbul edilmiş hüquqi mövqedir.
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 2023-cü il ərzində mühasibatlıq xidmətləri göstərməsi ilə bağlı hər ay üzrə elektron qaimə-fakturalar təqdim etmiş, müvafiq ödənişlər almış, qarşı tərəflər həmin qaimələr əsasında xərcləri bəyannamələrində nəzərə almışlar. Bu hallar iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, 2024-cü ilin avqust ayında, yəni 2023-cü il üzrə vergi öhdəliklərinin artıq formalaşdığı və mübahisə predmetinə çevrildiyi bir dövrdə, sonradan həmin qaimələrin kütləvi şəkildə ləğv edilməsi özlüyündə vergi öhdəliklərindən yayınma məqsədi daşıdığı ehtimalı yarada bilər. Xüsusilə nəzərə alınmalıdır ki, qaimələrin ləğvi ilə eyni vaxtda ödənişlər qarşı tərəflərə qaytarılmamışdır, xidmətlərin ləğvi və ya yenidən rəsmiləşdirilməsi ilə bağlı hər hansı ləğv müqaviləsi və ya yeni müqavilə iş materiallarına əlavə edilməmiş, qarşı tərəflərin bəyannamələrində müvafiq xərclərin azaldılması aparılmamışdır və iddiaçının ödənilən məbləğlərin avans ödənişi iddiası da qaimələrin mahiyyəti ilə uyğunluq təşkil etmir.
24. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, elektron qaimələrin ləğvinin real təsərrüf at əməliyyatının ləğvini deyil, yalnız vergi nəticələrinin dəyişdirilməsinə yönəlmiş formal hərəkətləri ifadə edib-etməməsinə geniş prizmadan yanaşılaraq qiymət verilməlidir. Bu kimi hallarda, yalnız elektron sistemdə qaimənin “ləğv edilmişdir” qeydinə istinad etməklə kifayətlənilməməli, işin faktiki halları hərtərəfli araşdırmalıdır (məsələn, xidmətlərin faktiki göstərilib-göstərilmədiyi, həmin xidmətlərin nəticələrinin mövcudluğu, ödənişlərin geri qaytarılıb-qaytarılmadığı, qarşı tərəflərin vergi uçotunda müvafiq düzəlişlərin aparılıb-aparılmadığı, qaimələrin ləğvinin “Elektron qaimə-faktura” qaydalarında nəzərdə tutulmuş əsaslara uyğun olub-olmadığı).
25. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin 2023-cü il üzrə dövriyyəsinin 200.000 manatdan aşağı salınması nəticəsində mikro sah ibkarlıq subyekti statusu əldə etməsi, vergi güzəştlərindən faydalanması və bu nəticənin yalnız sonradan aparılmış formal ləğvetmələr hesabına formalaşması ehtimalı vergidən yayınma mexanizminin mövcudluğu ehtimalını gücləndirdiyi üçün bu hal məhkəmə tərəfindən xüsusi araşdırma predmeti olmalı idi.
26. Bu səbəbdən kollegiya hesab edir ki, iş üzrə məhkəmə araşdırması natamam aparılmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamışdır və bunun nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslandırılmış hesab edilə bilməz.
27. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.
28. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi ləğv edilmiş qaimələr əsasında vergi orqanının hesablamalarının səhv olması ilə bağlı işin hallarını hərtərəfli araşdırmalı və bunun nəticəsindən asılı olaraq iddianın əsaslılığına hüquqi qiymət verməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(103)-2241/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.