Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2605/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-2605/2024) (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-562/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü ildə qiymətləndirilmiş, “Döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonrakı vəziyyət (1993), sağ plevra boşluğunun yad cismi (güllə)” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti xx.xx.2015-ci ildə yenidən qiymətləndirilmiş, “Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cisim - güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir. 3. 17.03.2016-cı il tarixli qiymətləndirmə nəticəsində “Döş qəfəsinin odlu silah yaralanmasından s/v. Sağ plevra boşluğunda yad cisim - güllə. Xr. respirator çatışmazlığı TÇ İ dər. Nevrasteniya” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir. 4. 29.03.2021-ci il tarixli müayinə nəticəsində “Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarımkürəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət (1993). Sağ plevra boşluğunda yad cisim-güllə, torako sintez əməliyyatından sonrakı vəziyyət. Xroniki respirator çatmamazlıq, Mötədil ventilyasiya pozğunluğu. Ağci yərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cismi. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Orta ağır forma. Nevrasteniya, Keçirilmiş stres fonunda yaranan astenonevrotik sindrom. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina verilmişdir. 5. 02.10.2021-ci il tarixli müayinə nəticəsində “Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarımkürəsinin odlu silah yaralanmasindan sonrakı vəziyyət (1993) Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərin digər travma ları, Döş qəfəsinin güllə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina verilmişdir. 6. 27.06.2022-ci il tarixli müayinə nəticəsində “Boyun və gövdə travmalarının nəticələri, Döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonrakı vəziyyət (1993) Ağciyərin digər travmaları, Döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısında yad cisim” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ə rizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2021-ci il ilin mart ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-ci ildə X1 iştirak edən zaman xəsarət almışdır. Bununla əlaqədar ona 1993-cü ildə İİİ dərəcə əlilliyə görə pensiya təyin olunmuşdur. 1993-ci il tarixdən 2021-ci ilin mart ayınadək əlilliyə görə pensiya ödənişlərini almışdır. 2021-ci ilin mart ayından iddiaçıya əlillik müddətinin qurtarması ilə əlaqədar təyin olunmuş pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır.
9. İddiaçı əlilliyə görə dayandırılmış pensiya ödənişlərinin verilməsi üçün müraciət etdikdən sonra sənədləri TSEK-ə təqdim etmişdir. Lakin cavabdeh Dövlət Ti bbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona əvvəllər təyin olunmuş İİİ dərəcə əlilliyin təyin olunmasından imtina etmişdir. 10. 23 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərişə əsasən cavabdeh orqan tərəfindən bildirilmişdir ki, qoyulan diaqnoz əlillik təyin etmir. Halbuki, onun səhhəti ilə bağlı diaqnozda (boyun və gövdə travmalarının nəticələri, döş qəfəsinin sağ yarımkürəsində odlu silah yaralanmasından sonra əməliyyatdan sonrakı vəziyyət, ağırlaşmış katarakta, ağciyər travmaları) müharibədə aldığı xəsarətlər və yanaşı xəstəliklər dəqiq göstərilmişdir. İddiaçı hesab edir ki, bu, əlilliyin təyin olunması üçün əsasdır. Ona görə də cavabdeh tərəfindən heç bir əsas olmadan pensiya ödənişlərinin dayandırılması qanunsuzdur. Cavabdehin etirazları:
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında işin faktiki hallarına (bu qərarın 1-6-cı bəndləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın müddəalarına istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3160/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1) xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıç əkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 2) xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? Bu xəstəlik və qüsurlar müalicə ilə aradan qaldırıla biləndirmi? 3) xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
13. Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 239/2023 nömrəli ekspert rəyi ilə 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. - (1) Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “XİX Sinif travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 boyun... Boyun və gövdə travmalarının nəticələri, döş qəfəsinin sağ yarısının odlu silah yaralanmasından sonrakı vəziyyət (1993), ağciyərin digər travmaları, döş qəfəsinin güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, döş qəfəsinin sağ yarısında yad cisim” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. - (2) Qərardadda göstə rilən 2 sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. - (3) Vətəndaş İddiaçı hal-hazırkı sağlamlıq durumu təcili reabilitasion müalicə tələb etmir. Lakin hər-hansı ağırlaşma yarandığı təqdirdə ambulator müalicəyə cəlb edilə bilər.
14. Sonradan iddiaçı məhkəməyə “ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsi xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3160/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 31 – 60 faiz aralığında pozulması) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tibbi-ekspertizasının qərardadının icrası ilə əlaqəd ar verilmiş ekspert rəyindən aydın olur ki, forma 088 arayışında iddiaçıya qoyulmuş diaqnoz düzgün müəyyən edilmişdir.
17. İş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas olan xəstəlik ağırlaşma kimi də olsa, XBT 10 kodu F48 “Nevrasteniya. Keçirilmiş stres fonunda yaranan astenonevrotik sindrom” müəyyən olunduğu göstərilmişdir. Hansı ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu yarımbəndinə görə bu xəstəlik üçüncü dərəcə əlilliyə əsas verir.
18. Nəzərə alınmalıdır ki, qanunvericilik normalarına görə şəxsə əlilliyin təyinatında xəstəlik, travma və qüsurların dairəsini konkret müəyyən edilmiş, lakin bu xəstəliklərin “əsas diaqnoz” üzrə deyil, “ağ ırlaşma” olmaqla dam etməsi şəxsə əlillik dərəcəsinin təyin edilməsini istisna etmir. Odur ki, İddiaçı müayinə zamanı müvafiq tibb müəssisəsi tərəfindən “Nevrasteniya. Keçirilmiş stres fonunda yaranan astenonevrotik sindrom” xəstəliyi (XBT 10 kodu F48) aşkar olunması, ona üçüncü dərəcə əlillik təyinatını şərtləndirir.
19. Həmçinin qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. Belə olan halda, bir neçə il əvvəllər qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh inzibati orqan əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
21. Cavabdeh həmin qərardan a pellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatət təqdim edərək iddiaçının əyani müayinəyə cəlb edilməklə yenidən araşdırmanın aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-562/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilmiş, iddiaçının yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi məqsədilə yenidən inzibati icraatın aparılması cavabdehə həvalə edilmiş və bu məqsədlə bir ay müddət təyin edilmiş, inzibati icraatın aparılmasının nəticəsi barəsində məlumatın (müvafiq rəy i nzibati akt əlavə edilməklə) məhkəməyə təqdim edilməsi qərara alınmışdır.
24. Qərardadın icrası ilə əlaqədar iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş, TSEK-in xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1517/2024 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən “Diaqnoz əlillik əlaməti təyin etmir” və ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 2 (iki) il müddətinə 35 faiz pozulması qərara alınmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-652/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3160/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdı r.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
28. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
29. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, vətəndaş məhkəmə qərarına və DTSERA-nın məktubuna əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərarı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü İl tarixli 892 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah kor güllə yaralanması nəticəsində döş Qəfəsinin sağ yarısının zədələnməsi, hemopnevmotoraks (24.04.94), xarici tənəffüsün funksiyasının pozulması. Sağ plevral boşluğun yad cismi (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
30. Vətəndaş xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsində ağrıdan şikayətlənmişdir. Müayinə zamanı çəkisi 117 kq, boyu 172 sm, BKİ 39,6, saturasiyası (Sp02) 97%, nəbzi 101 vurğu, tənəffüs sayı 18 müəyyənləşdirilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Sağ baz unun yuxarı 1/3-də və sol əlin arxa səthində çapıq toxumalar izlənilmiş, əlin tutma funksiyası pozulmamış, aşağı ətraflarda hərəkətlər tam həcmdə olmuş, yuxarı və aşağı ətrafda atrofiya, parez, iflic izlənilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
31. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bütün bədəndə olan ağrılardan, təngnəfəslikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2020-ci ildən yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sağ bazunun yuxarı 1/3-də çapıq, sağtərəfli torakosintezin çapığı izlənilmiş, sol dirsək oynağında 170-90 dərəcə hərəkət göstərmişdir. Vətəndaşın çəkisi 120 kq, boyu 171 sm, BKİ 41,1 müəyyənləşdirilmiş, auskultasiya zamanı hər iki ağciyər üz ərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası 95%, nəbzi 106 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuşdur.
32. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 805 nömrəli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,84-67%, FEV1 1,83-53%. Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. Anamnezində gün ərzində 6-7 ədəd siqaret qəbul etdiyini qeyd etmişdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tənəffüs pozğunluğunun səbəbi bədən çəkisinin normadan artıq olması-piylənmə ilə əlaqədar olmuşdur.
33. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən endokrin xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir.
34. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qəra rı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 2 il müddətinə 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.
35. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
36. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
37. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b. kassasiya şikayətinə eti razın dəlilləri
38. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya məhkəmə si tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya məhkəməsi mübahisənin müə yyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...
47. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
48. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
49. İşdən göründüyü kimi, Göndərişdəki məlumatların mötəbərliyi birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də təsdiq olunmuşdur.
50. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
51. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçiri lməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 52. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
53. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
54. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsa s vermir.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-562/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.