Məhkəmə qərarları › İş №2-1(102)-2605/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2605/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2605/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasını n İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1757/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2017-ci il tarixdə əlavə dəyər vergisi (bundan sonra – ƏDV) qeydiyyatına dair ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2017-ci il tarixdən ƏDV uçotuna alınmışdır. 2. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********171279 nömrəli qərardan görünür ki, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5ci ma ddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020-mart 2023-cü il üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır.

3. Yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli, **********172872 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarından görünür ki, iddiaçıya 2020-ci ilin ƏDV üzrə 34.305,13 manat, 29.754,33 manat maliyyə sanksiyası; 2021-ci ilin ƏDV üzrə 383.582,75 manat, 191.792,91 manat maliyyə sanksi yası; 2022-ci ilin ƏDV üzrə 120.106,26 manat, 60.324,25 manat maliyyə sanksiyası; 2023-cü ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 0,96 manat, 0,48 manat maliyyə sanksiyası; 2020-ci ilin ödəmə mənbəyindən tutulan vergi üzrə 1465,80 manat, 732,90 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-c ü il tarixli, **********185762 nömrəli qərarın 2022-2023-cü illər üzrə 0.97 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 0.49 manat maliyyə sanksiyası, 2020-ci il üçün 1465.80 manat ödəmə mənbəyindən tutulan vergi və ona hesablanmış 732.90 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq un və çörək məmulatlarının hazırlanması və satışı ilə məşğul olmuşdur, mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı barəsində 2016-cı ildən hal-hazırki vaxta kimi bir neçə dəfə vergi yoxlamaları keçirilmiş və fiziki şəxsin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2023-c ü il tarixdən xx.xx.2024-cü il tarixədək vergi ödəyicisində sonuncu mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması aprel 2020 - mart 2023-cü il olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə fiziki şəxs tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək fiziki şəxs tərəfindən vergi orqanına təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq, xx.xx.2024-cü il tarixdə **********172872 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərək yenidən həmin dövrə, xx.xx.2024-cü il tarixli **********185762 saylı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qərarı çıxarılmışdır. Yoxlama dövrünə 2020-2023-cü illər üçün 565.209,73 manat ƏDV-nin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafiq 282.604,88 manat maliyyə sanksiyası hesablanmışdır. xx.xx.2024-cü il tarixli **********172872 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərkən heç bir vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, əsası olmayan hesablamalar aparılmış, qanunsuz olaraq dövriyyə formalaşdırılmışdır. Göründüyü kimi iddiaçı barəsində səyyar vergi yoxlaması nəticəsində çıxarılmış vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarı ilə müəssisə yə obyektiv olmayan əsassız vergilər hesablanmışdır, əlavə hesablanmış vergilər Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, heç bir hüquqi əsaslara söykənməyən, təxəyyül cədvəl əsasında aparılmışdır ki, bu da öz növbəsində bank hesablarına sərəncamların qoyulması və dondurulması ilə bağlı olaraq, əsassız borc məbləğinin tələb edilməsi ilə bağlı vergi ödəyicisinin əmlakının siyahıya alınması və hərraca çıxarılması, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması riskləri yaratmışdır. Səyyar vergi yoxlaması zamanı fiziki şəxsin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Bütün bunlar göstərir ki, vergi ödəyicisinə qarşı qərəzli mövqe tutulmuş, ədalətsiz və qeyri-qanu ni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salınsa bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlar isə heç bir rəsmi sənədə, ciddi mühasibatlıq sənədlərinə bağlı deyildir. Belə ki, bütün mühasibatlıq sənədləri vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmamışdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi orqanın xx.xx.2024-cü il tarixli məsuliyyət qərarında Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni ƏDV-nin 565.209,73 manat azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal qaydada hazırlanmışdır. Vergi orqanın istinad etdiyi “Excel” cədvəldən götürdüyü işlərin Respublikanın aparıcı marketlər şəbəkəsi olan “Bravo” ilə aparılması, bu halda isə heç bir qara mühasibatlıq hallarına yol verilməsinin istisna olunması halları, kassa sistemindən çıxarılan zet çıxarışlarının obyektiv qiymətləndirilməməsi sonda əsassız vergilərin hesablanmasına gətirib çıxarmışdır. Göründüyü kimi vergi orqanının xx.xx.2024-cü il tarixli **********185762 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əməl olunmamaqla qəbul edildiyindən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə əsasən ləğv olunmalıdır. Vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat blankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qa nunvericiliyi tərəfindən qəbul olunur. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat - adi “Excel” cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq bəyannamələrindən götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Sistemdə və anbarda olan malların kəmiyyət göstəriciləri və həmin göstəricilərə uyğun olan elektron qaimələr düzgün qiymətləndirilməmişdir. Adi riyazi qaydada bunlar tutuşdurulsa idi əlavə vergi hesablamasına heç bir ehtiyac qalmırdı. Təbii ki, vergi orqanı qərəzli olaraq bu nları etməmişdir. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa, yenə də həmin məlumat qanuni hesab olunaraq, istifadə oluna bilməz. Hətta, vergi ödəyicisində əvvəlki dövrlərdə aparılmış vergi yoxlaması zamanı qat-qat aşağı məbləğlərdə vergi hesablamasının olması müəyyən edilmişdir, vergilərin azadılması faktları mövcud olmamışdır. Bunlar hamısı iddiaçıya qarşı qeyri-obyektiv mövqeni nümayiş etdirir. Eyni zamanda, vergi ödəyicisinin vergi orqanına qarşı etimadının itməsinə səbəb olur. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir. Səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırılmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Yoxlama üzrə vergilərin hesablanması zamanı vergi orqanı tərəfindən götürülmüş elektron daşıyıcıların və sənədlərin nədən ibarət olması və bu cür elektron daşıyıcılarda nə zaman, hansı dəyişikliklərin edilməsi, eyni zamanda rəqəmlərin, məlumatların həqiqiliyi, müəssisə tərəfindən həmin məlumatların təsdiqlənməsi barədə məlumat yoxdur və bu hallar ümumiyyətlə araşdırılmamışdır. Səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət olunmamış, mütəxəssis rəyi alınmamışdır. Beləliklə, həqiqi olmayan və əsaslılığı olmayan məlumatlar əsasında yuxarıda qeyd olunan vergilərin hesablanması qanunsuzdur və hüquqların pozulmasıdır.

7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti nin yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171279 nömrəli qərarı ilə xx.xx.2020-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********172872 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185762 nömrəli qərar çıxarılmışdır. Səyyar vergisi yoxlamasının gedişatında cavabdehin xx.xx.2023-cü il tarixli ****** ****7806, **********117813, **********7805, **********7810, **********7818, **********807, **********7804, **********7812, **********7811, **********7803 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarının icrası zamanı iddiaçıdan fiziki və elektron daşıyıcılarda götürülmüş sənədlərdən istifadə edilməklə əlavə vergilər hesablanmışdır. İddiaçı yoxlanılan dövrdə şirniyyat məhsullarının istehsalı və respublika ərazisində satışı fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə vergi orqanına müraciət edərək xx.xx.2017-ci il tarixdən **********4 saylı ƏDV şəhadətnaməsi ilə ƏDV uçotuna alınmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı vergi ödəyicisində istismar olunan kompüterlərdən 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə “Oven mühasib 1” qovluğunda 1C hesabatına aid satış məlumatları 2020-2022-ci ilə aid “Microsoft excel” proqramında tərtib olunmuş satış məlumatları aşkar edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə (xx.xx.2020-xx.xx.2023) baza məlumatlarına (kameral yoxlama ilə təsdiqlənmiş ƏDV bəyannamələrinə) əsasən 6.801.435,26 manat daxil olmuş məbləğdən 1.224.258,34 manat ƏDV hesablanmış, idxal əməliyyatları zamanı gömrük orqanında ödənilmiş 12.247,07 manat və daxildə alınmış mallara görə ödənilmiş 695.464,09 manat ƏDV məbləği əvəzləşdirilərək, eləcə də əvəzləşdirilməsinə yol verilməyən 211.8 65,04 manat nəzərə alınmaqla büdcəyə hesablanan ƏDV məbləği 728.412,22 manat olmuşdur. Yoxlanılan dövr ərzində qeyd edilən fayllardan əldə edilən “ilkin mühasibatlıq” sənədlərinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma (ƏDV-siz) 9.995.536,72 manat, ƏDV-dən azad olunan üzrə əməliyyatlardan isə 2.774.018,11 manat olmaqla, cəmi 12.769.554,83 manat daxilolma aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən aidiyyəti vergi orqanına yoxlanılan dövr ərzində təqdim edilmiş baza məlumatlarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma (ƏDV-siz) 6.801.435,26 manat, ƏDV-dən azad olunan üzrə əməliyyatlardan isə 2.727.827,14 manat olmaq la, cəmi 9.529.262,40 manat göstərilmişdir. Beləliklə, ƏDV-yə cəlb olunan əməliyyatlardan daxil olma üzrə 3.194.101,46 manat (9.995.536,72 – 6.801.435,26) kənarlaşma yaranmışdır. Daxil olma üzrə yoxlanılan dövr ərzində Vergi Məcəlləsinin 159.1.və 161.1-ci maddələrinə əsasən büdcəyə əlavə hesablanmış ƏDV 574.938,26 manat (3194101,46*18%), eləcə də Vergi Məcəlləsinin 175.1 maddəsinə əsasən e-qaimə üzrə 1085,96 manat artıq əvəzləşdirilən ƏDV məbləği və əvəzləşdirilməsinə yol verilməyən 38104,59 manat nəzərə alınmaqla yoxlama ilə qeyd edilən dövr üzrə büdcəyə 537.919,63 manat (574.938,26+1085,96-38104,59) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 159.1, 161.1 və 175.1-ci maddələrinə uyğun olaraq 537.919,63 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən aylar üzrə azaldılmış məbləğin 50% miqdarında 281.871,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. OVN tədbiri zamanı vergi ödəyicisində istismar olunan kompüterlərdən 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar götürülmüşdür. Götürülmüş elektron daşıyıcılarda “Oven 1” qovluğunda 2020-2022-ci illər üzrə, "Oven mühasib 1" qovluğunda 1C hesabatına aid satış məlumatları 2020-2022-ci ilə aid “Microsoft excel” proqramında tərtib olunmuş satış məlumatları aşkar edilmişdir. Həmçinin, səyyar vergi yoxlamasında istifadə olunmuş elektron məlumatların xx.xx.2023cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıya məxsus obyektdəki kompüterlərdən aşkarlanaraq götürülməsi prosesi vergi orqanı əməkdaşlarının video (foto) müşahidəsi (çəkilişi) ilə həyata keçirilmiş dir. Səyyar vergi yoxlaması müəssisədən operativ vergi nəzarəti zamanı götürülmüş elektron sənədlər və həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əld ə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı özünə məxsus vergidən yayınma sxemi qurmuşdur. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablan masını təmin etmək vergi orqanlarının hüququdur. Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Digər tərəfdən iddiaçı iddia edir ki, səyyar vergi yoxlaması 13 ay ərzində aparılmış, bununla da vergi orqanı yoxlamanı həyata keçirən zaman prosessual pozuntuya yol vermişdir. İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirilir ki, hazırkı iş üzrə yoxlamanın müddəti 274 gün dayandırılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2023-cü il tarixli **********172855 nömrəli və xx.xx.2024-cü il tarixli **********181249 nömrəli qərarlarla yoxlamanın müddəti hər biri 30 iş günü olmaqla iki dəfə artırılmışdır. Vergi qanunvericiliyinin normalarına əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününədək artırıla, 9 aydan çox olmamaqla dayandırıla bilər. Belə olan halda yoxlamanın müddəti vergi qanunvericiliyinin tələblərindən kənara çıxmamaqla artırılmış və dayandırılmışdır. Səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində müddətin uzadılması, dayandırılması barədə qərarların nömrəsi qeyd edilmiş, həmin qərarların qəbul edilməsinin səbəbi qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır. İddiaçının digər bir dəlili isə mübahisələndirilən xx.xx.2024-cü il tarixli məsuliyyət qərarının Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə müvafiq olaraq əsaslandırılmaması olmuşdur. İddiaçının qeyd olunan dəlili ilə əlaqədar olaraq bildirilir ki, mübahisələndirilən məsuliyyət qərarı xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş, həmin aktda vergi qanunveric iliyinin pozulması şəraiti, işin faktiki və hüquqi halları ətraflı göstərilmişdir. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, yoxlamanın aparılması üçün lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı vergilərin hesablanması üçün zəruri sənədlərin vergi ödəcisindən tələb edilməsinə baxmayaraq, iddiaçı heç bir səbəb göstərmədən yoxlanılan dövr üzrə NKA çıxarışları, təqdim olunmuş e-qaimə fakturaları, malların (iş, xidmətlərin) alınmasına dair müqavilələr, mal-materiallara dair qalıq sənədlərindən başqa yoxlamanın tam və dolğun keçirilməsi üçün fiziki şəxsdə cavabdeh tərəfindən x x.xx.2023-cü il tarixdə aparılan OVN tədbiri zamanı əldə edilən qeyri-rəsmi satış üzrə əldə olunan gəlirlərlə bağlı xərclərə dair digər sənədləri yoxlamaya təqdim etməmişdir. Bu hal vergi ödəyicisinin iştirakı ilə tərtib edilərək imzası ilə təsdiq edilən xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçının digər əsassız dəlili ondan ibarətdir ki, səyyar vergi yoxlaması aktından da göründüyü kimi yoxlama zamanı vergi orqanı tərəfindən ekspert və ya mütəxəssis dəvət olunmamışdır. İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, səyyar vergi yoxlaması aktının 1.9.4 və 1.9.5-ci bəndlərindən də göründüyü kimi istehsal olunan məhsulların real bazar qiymətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli **********174023 nömrəli və **********18174025 nömrəli qərarlarla ekspert və mütəxəs sis dəvət edilsə də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının məktubu ilə istehsal olunan məhsulların çeşidlərinin çox olması və yarımfabrikat halında satılması səbəbindən real bazar qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər, vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məs uliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz.

8. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2-1(112)-12297/2024 nömrəli qərarı ilə (hakim C.Quliyev) iddia təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarın 2022-2023-cü illər üzrə 0.97 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 0.49 manat maliyyə sanksiyası, 2020-ci il üçün 1465.80 manat ödəmə mənbəyindən tutulan vergi və ona hesablanmış 732.90 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, “qara mühasibatlıq” sənədlərinə əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. İnzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hall arını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, satılmış malların miqdarı ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Bunu məhkəmə sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görmək olar. Mübahisə malların qiyməti ilə bağlıdır. Cavabdeh orqan satılmış malların real qiymətinin “qara mühasibatlıq” sənədlərindəki qiymət olmasını iddia edir. İnzibati orqan tərəfindən satılmış malların “qara mühasibatlıq” sənədlərindəki qiymət ilə satılıb-satılmamasını, həmin malların hansı qiymətə alın masını aydınlaşdırmaq yönümündə heç bir araşdırma aparılmamışdır. Halbuki, qeyd edilən məsələlər həm vergi ödəyicisi, həm vergi orqanı, həm də həmin malların alışını həyata keçirmiş digər vergi ödəyiciləri üçün mühüm əhəmiyyət daşıyır. Bundan başqa, məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək digər məsələlərin aydınlaşdırılması ilə yanaşı - İddiaçı qərar üzrə əlavə hesablanmış vergi məbləğləri ilə bağlı onun tərəfindən satılmış malların Alıcı tərəfindən hansı məbləğdə alınmasına; vergi orqanı tərəfindən Alıcı olan həmin vergi ödəyicilərində aparılmış yoxlama zamanı hazırki mübahisə üzrə satılmış malların hansı məbləğ(lər) üzrə qəbul edilməsinə aydınlıq gətirilməsi xahiş edilmiş, lakin sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda sorğuda göstərilmiş digər məs ələlərə münasibət bildirilsə də, yuxarıda qeyd edilən məsələlərə münasibət bildirilməmişdir. Bunun əksi olaraq, işin araşdırılması zamanı (işdə olan sənədlərə əsasən) müəyyən edilmişdir ki, Alıcılar tərəfindən də Satıcının (iddiaçının) satmış olduğu mallar vergi orqanı tərəfindən iddia edilən qiymətə deyil, bəyan edilmiş qiymətlərlə satılması təsdiq edilmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(103)-1757/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – məruzəçi, X.Cəmilova və O.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2-1(112)-12297/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası yoxlama zamanı istinad edilmiş OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatları mötəbər sübut kimi qəbul etməmiş, heç bir araşdırma aparm adan öz mülahizəsinə əsasən qərarda qeyd edilmiş hesablamaların düzgün olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə keçirilmiş yoxlamanın ləğv edilməsinə əsas olacaq hər hansı əlavə sənəd və ya sübut təqdim edilməmişdir. Bununla da məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üçün əhəmiyyətli olan faktiki hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etd ikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məblə ğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Resp ublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsi r etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, alıcıları müəyyən etməli, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Eyni zamanda, cavabdeh orqan Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə etməklə satılmış malların reallıqda hansı qiymətə satılmasını müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır.

24. Məhkəmə kollegiyası apelly asiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşsa da, apellyasiya instansiyası məhkəməsinin “qara mühasibatlıq” sənədləri ilə bağlı əsaslandırmasını əsaslı hesab etmir.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinə dair verilmiş yazılı etirazda yoxlama zamanı vergilərin hesablanması üçün iddiaçı tərəfindən yoxlanılan dövr üzrə NKA çıxarışlarının, təqdim olunmuş e-qaimə fakturaların, malların (iş, xidmətlərin) alınmasına dair müqavilələrin, mal-materiallara dair qalıq sənədlərinin təqdim edildiyi göstərilmişdir. Cavabdehin sənədlərin təqdim edilməməsi ilə bağlı tək dəlili xx.xx.2023-cü il tarixdə aparılan OVN tədbiri zamanı əldə edilən qeyri-rəsmi satış üzrə əldə olunan gəlirlərlə bağlı xərclərə dair digər sənədlərin iddiaçı tərəfindən təqdim edilməməsi ilə bağlıdır.

26. İşin hallarından müəyyən olunduğu kimi iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarı məhz xx.xx.2023-cü il tarixdə aparılan OVN tədbiri zamanı əldə edilən qeyri-rəsmi satış üzrə əldə olunan gəlirlərlə bağlı xərclərə dair digər sənədlər əsasında əldə edilən məlumatlara uyğun olaraq aparılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir.

27. Bununla belə, səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən iddiaçı 1C hesabatı üzrə yalnız anbar qalıqlarının (öz dükanlarında olan mal qalıqlarının) müəyyə n edilməsi üçün həmin faylların vergi ödəyicisinin mühasibatlığı tərəfindən hazırlandığını bildirmiş, eyni zamanda 1C hesabatlarında qiymətlər yalnız onun özünə məxsus pərakəndə satış qiymətləri ilə göstərilmiş, lakin faktiki olaraq hesablaşmalar təqdim olunmuş elektron qaimələrdə qeyd olunan qiymətlərlə aparılaraq bəyannamələr vergi orqanına təqdim olunmuşdur.

28. Bununla belə, həm səyyar vergi yoxlaması aktından, həm də işin hallarından müəyyən olunur ki, iddiaçının istehsal və topdan satış obyektləri ilə yanaşı bir neçə ünvanda şirniyyat mağazaları da mövcuddur. Cavabdeh hazırkı iş üzrə mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının satışı ilə bağlı bütün malları yuxarıda qeyd edilən 1C hesabatlarındakı qiymət (iddiaçının özünə məxsus mağazalardakı pərakəndə qiymət) əsasında hesabla mışdır.

29. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə mübahisə iddiaçının satdığı malların miqdarı ilə bağlı deyil. Mübahisənin əsasında sadəcə malların satış qiymətinin düzgün olub-olmaması dayanır. Bununla bağlı iddiaçı tərəfindən NKA çıxarışları, e-qaimə fakturalar, malların (iş, xidmətlərin) alınmasına dair müqavilələr, mal-materiallara dair qalıq sənədləri təqdim edilsə də, cavabdeh bütün malların satış qiymətini 1C hesabatlarındakı qiymətlə eyniləşdirmiş və iddiaçı barəsində əlavə ƏDV hesablamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, əməliyyatlar "xxxx" MMC (VÖEN **********), "xxxx" MM C (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və X1 (VÖEN **********) ilə aparılmışdır. İddiaçı qeyd edilən vergi ödəyiciləri ilə “1C” hesabatına aid satış qiymətləri ilə deyil, elektron qaimə-fakturada qeyd edilən satış qiymətləri ilə hesablaşmalar aparmış və malların miqdarı üzrə kənarlaşmalar müəyyən edilməmişdir.

30. Malların miqdarı üzrə kənarlaşmaların müəyyən edilməməsi işin mübahisəsiz halı olduğundan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı tərəfindən satılan malların elektron qaimə-fakturaları olduğu halda malların dəyərini həmin elektron qaiməfakturalar əsasında deyil, məhz iddiaçıya məxsus mağazalarda iddiaçının özü tərəfindən pərakəndə satılan malların dəyəri ilə bağlı 1C hesabatlarında göstərilən qiymətlər əsasında aparması qanun vericiliyin tələblərinə uyğun olmamışdır.

31. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir (VM-nin 14.2-ci maddəsi).

32. Bundan başqa, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının hansı hallarda həyata keçirilə bilməsi göstərilmişdir. Bu hallara aşağıdakılar aiddir: - barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; - təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; - müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; - daşınmaz əmlakın (sahibkar lıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda).

33. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********185762 nömrəli qərarı qəbul edərkən xx.xx.2024-cü il tarixli, **********172872 nömrəli “Səyyar vergi yoxlaması” aktına istinad etmişdir. Lakin qeyd edilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində əlavə vergi hesablayan zaman Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə əməl etməmiş, iddiaçının satdığı malların dəyərinin b azar dəyəri əsasında müəyyən edilməsi ilə bağlı araşdırma aparmamışdır.

34. Eləcə də, cavabdehin etirazında və kassasiya şikayətində qeyd olunmuşdur ki, səyyar vergi yoxlaması zamanı istehsal olunan məhsulların real bazar qiymətini müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli **********174023 nömrəli və **********174025 nömrəli qərarlarla ekspert və mütəxəssis dəvət edilsə də, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının məktubu ilə istehsal olunan məhsulların çeşidlərinin çox olması və yarımfabrikat halında satılması səbəbindən real bazar qiymətlərinin müəyyənləşdirilməsinin mümkün olmaması bildirilmişdir.

35. Göründüyü kimi, cavabdeh iddiaçı barəsində əlavə vergi hesablayan zaman birmənalı olaraq iddiaçının öz mağazalarında pərakəndə satdığı məhsulların qiymətini rəhbər tutmuş, halbuki işin faktiki hallarına əsasən iddiaçının digər sahibkarlıq subyektlərinə yarımfabrikat halında topdansatış həyata keçirməsini, buna görə də, malların dəyərində fərqin yaranmasını nəzərə almamışdır.

36. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yoxlanılan dövr üzrə NKA çıxarışlarını, digər sahibkarlıq subyektlərinə təqdim olunmuş e-qaimə fakturaları, malların (iş, xidmətlərin) alınmasına dair müqavilələri, mal-materiallara dair qalıq sənədlərini və digər ciddi hesabat sənədlərini təqdim etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilən həmin sənədlərin mötəbərliliyini şübhə altına alan, əsassız olmasına dəlalət edən sübutları nə inzibati icraat zamanı müəyyən etmiş, nə də, məhkəmə icraatı zamanı bu halları təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

37. Odur ki, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə iddiaçıya əlavə dəyər vergisi üzrə əlavə vergi hesablamaqda və buna görə maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Cavabdehin istinad etdiyi və öz qərarının əsasına qoyduğu xx.xx.2023-cü il tarixdə aparılan OVN tədbiri zamanı əldə edilən digər sənədlər vergi orqanının əlavə vergi hesablamasına əsas verən bazar qiyməti kimi Vergi Məcəlləsinin 14-cü maddəsinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir. Başqa sözlə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir.

38. Göstər ilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar yuxarıdakı əsaslar üzrə düzgün olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1757/2025 saylı qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar