Məhkəmə qərarları › İş №2-1(102)-261/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-261/2020

12.02.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-261/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (şəhid statusunun verilməsi üçün əsas müəyyən edilməməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi? cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı X4 şəhid statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)465/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Ağsu rayonu Hacıuşağı kəndində xx.xx.1976-cı ildə anadan olmuş X7 N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. Həmin hərbi hissənin sıravi əsgəri X8 xx.xx.1995-ci ildə, təxminən saat 23 radələrində Goranboy rayonu Baranbat meşəsində postda növbədə olarkən, xidməti istifadəsində olan RPK tipli 3289 nömrəli silahdan atəş açaraq ehtiyatsızlıqdan əsgər yoldaşı X5 qətlə yetirmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmünə əsasən, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 43-cü maddəsinə əsasən, üzərində 2 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza kimi saxlanmış və cəzasının əvvəli xx.xx.1995-ci ildən hesab edilmişdir. N nömrəli hərbi hissə tərəfindən Ağsu Rayon Hərbi Komissarlığına 1995-ci ilin may ayında göndərilmiş bildirişdə X2 xx.xx.1995-ci ildə Goranboy rayonunun döyüş əməliyyatları zonasında xidməti vəzifələrinin icrası zamanı həlak olduğu göstərilmişdir. X2 ölümü Ağsu Rayon Qeydiyyat Şöbəsində xx.xx.1995-ci ildə qeydiyyata alınmış, ölümün səbəbi kimi "Odlu silah, güllə yarası" göstərilmişdir. İddiaçı (bundan sonra iddiaçı) mərhum oğlu X4 şəhid statu sunun verilməsini Azərbaycan Respublikasının Cavabdehndən (bundan sonra cavabdeh) xahiş etmiş, həmin şöbə müraciəti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli M/2176 nömrəli məktubla bildirmişdir ki, aparılmış araşdırmaya və Tərtər Hərbi Məhkəməsinin xx.xx.1995ci il tarixli hökmünə əsasən, mərhum X7 N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən əsgər yoldaşı X6 ehtiyatsızlıq nəticəsində öz xidməti silahından atəş açması nəticəsində həlak olmuşdur. Ona görə də mərhum X4 şəhid adının verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 şəhid statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-523/2019 nömrəli qərarı ilə (hakim: V.K.Qasımov) iddia rədd edilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu hərbi xidmətdə olduğu zaman həlak olsa da bu hərbi əməliyyatlar zamanı, yaxud döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş vermədiyindən o, şəhid hesab edilə bilməz. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-465/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-523/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şik ayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin daha yuxarı orqanları X2 “Şəhid”, ailəsinin isə “Şəhid ailəsi” hesab edildiyi nəticəyə gəlmiş, İddiaçı “Şəhid ailəsi” statusunun verilməsi üçün yalnız texniki cəhətdən arayış verilməsi tələb edilmişdir. İşə baxan məhkəmə kollegiyası isə göstərilən sübutlara ümumiyyətlə toxunmamış, həmin sübutları qiymətləndirməmişdir. Bundan əlavə məhkəmə iclasının təxirə salınmasına dair qabaqcadan teleqramma vasitəsilə xahiş edilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamış, iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasını keçirmiş, sübutları araşdırmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiy asının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Buna baxmayaraq məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, iş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli 66 nömrəli arayışından görünür ki, X7 xx.xx.19 76-cı ildə Ağsu rayonu Hacıuşağı kəndində anadan olmuş, atası X3, anası isə İddiaçıdır. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı xxxx nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X7 xx.xx.1995-ci ildə ölmüşdür, onun ölümü xx.xx.1995-ci ildə ölüm haqqında akt qeydləri kitabında qeydiyyata alınmış və ölümün səbəbi kimi "Odlu silah, güllə yarası" göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Tərtər Hərbi Məhkəməsinə sorğu edilərək alınmış Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri X8 xx.xx.1995-ci ildə təxminən saat 23 radələrində Goranboy rayonu Baranbat meşəsində postda növbədə olarkən xidməti istifadəsində olan RPK tipli 3289 nömrəli silahdan atəş a çaraq ehtiyatsızlıqdan əsgər yoldaşı X5 qətlə yetirmişdir. X8 bu əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 43-cü maddəsinə əsasən üzərində 2 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza kimi saxlanmış və cəzasının əvvəli xx.xx.1995-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası İPM-nin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun un 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyya tla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində əsasən aşağıdakılar şəhid hesab edilirlər: -1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayinədək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həl ak olmuş və itkin düşmüş hərbi qulluqçular; -1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunverici likdə dəqiq müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, mərhum X4 şəhid adının verilməsi üçün onun ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasının müəyyən edilməsi tələb olunur. Lakin iş materialları ilə müəyyən edilir ki, X7 hərbi xidmətdə olduğu zaman həlak olsa da, bu, hərbi əməliyyatlar zamanı, yaxud döy üş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməmişdir. Bundan əlavə kassasiya şikasyətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən məhkəmə iclasının təxirə salınması qabaqcadan teleqram vasitəsilə xahiş edilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamış, iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasını keçirmiş, sübutları araşdırmadan səhv nəticəyə gəlmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, qeyd edilən teleqramm məhkəmə prosesində məhkəmə kollegiyası tərəfindən müzakirə edilmiş və iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılması mü mkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi, prosessual qanunvericiləyə əsasən, məhkəmə iclasını təxirə salmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Yəni, proses iştirakçısı hər hansı bir sübut təqdim etdiyi təqdirdə məhkəmə baxışını təxirə sala bilər. Hazırki halda isə iddiaçı məhkəmə kollegiyasına yalnız teleqram göndərmiş və prosesə üzrlü səbəbdən gələ bilməməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün ə saslar yoxdur. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-465/2019 nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar