Məhkəmə qərarları › İş №2-1(102)-2629/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2629/2023

15.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2629/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; müvəqqəti vergi rejiminin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********566900 nömrəli qəra rların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(103)-1415/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edilərək mənfəətin 75 faizi miqdarında azadolma qeyd edilmişdir.

2. Cavabdeh inzibati orqanın vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 12 avqust 2021-ci il tarixli **********566900 nömrəli qərarı ilə iddiaçıya 2020-ci il üçün mənfəət vergisi üzrə 54634,01 manat vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 12 avqust 2021-ci il tarixli **********566900 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq iddiaçının faktiki fəaliyyət növünün (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilməməsinə istinad edərək ona münasibətdə vergi güzəşti tətbiq etməmişdir. Belə ki, o pandemiyadan zərər çəkən müəssisədir və müəssisəyə 2020-ci ildə 4 dəfə maliyyə yardımı edilmişdir.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən, müəssisə tərəfindən qarşı tərəflərə - "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğınsöndürmə üzrə sistemin qurulması v ə işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğınsöndürmə üzrə sistemin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğınsöndürmə üzrə sistemin qurulması fəaliyyəti olmuşdur. İddiaçının faktiki fəaliyyət növü Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilmədiyindən iddia tələbi əsassızdır.

6. Bakı İnzi bati Məhkəməsinın 24 fevral 2022-ci il tarixli, e-2-1(112)-2363/2022 nömrəli qərarı ilə (hakim A.İ.Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 12 avqust 2021-ci il tarixli **********566900 nömrəli qərarı ləğv edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı və pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahılarında iddiaçı müəssisənin (fəaliyyət kodu 28992) adının qeyd edilməsi, o cümlədən 2020-ci ildə ona zərərçəkən müəssisə kimi 4 dəfə maliyyə yardımı edilməsi, müəssisənin fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə o lması öz təsdiqini tapır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1849/2022 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 24 fevral 2022-ci il tarixli, e-2-1(112)-2363/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi ni və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-1651/2022 nömrəli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və N.İ.Rəsulbəyova) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1849/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisə olduğundan və 2020-ci ildə 4 dəfə maliyyə yardımı edildiyindən, müəssisə mən fəətinin (gəlirinin) 75 faizi miqdarında vergidən azaddır. Cavabdeh isə o hala istinad edir ki, iddiaçının faktiki fəaliyyət növü (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid edilmir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr göstərilmişdir (3 və 4-cü bəndlər). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (1.1-ci bənd və sözügedən qərara əlavə). Göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq-aşkar müddəa əks olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goran boy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi g üzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilməz.

14. İddiaçının fəaliyyət növü ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Xüsusi Lisenziya”da iddiaçıya “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İddiaçının fəaliyyət kodu (28992) - yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası kimi göstərilmişdir. Cavabdeh iddia tələbinə etirazda göst ərmişdir ki, iddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən, müəssisə tərəfindən qarşı tərəflərə - "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sistemin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fak turaların təqdim olunduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının fəaliyyətinin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarında göstərilmiş hansı fəaliyyət sahəsinə uyğun olması ilə bağlı qiymətləndirmə aparmamışdır. İşin araşdırılmış hallarında isə iddiaçının fəaliyyətinin tam məhdudlaşdırılması və ya iddiaçının fəaliyyətinə işçil ərin ümumi sayının 50 faizindən çox olması şərtilə, icazə verilməsi hallarını müəyyən etmək mümkün olmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, iddiaçının qeyd etdiyi kimi, işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının fəaliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçird iyi fəaliyyət sahəsinin birbirindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfindən bu hallar araşdırılmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-1415/2023 nömrəli qərarı ilə (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 24 fevral 2022-ci il tarixli, e-2-1(112)-2363/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər B aş İdarəsinin 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı cəmiyyətin əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” (28992), əlavə fəaliyyət növləri isə “Elektrik quraşdırma işləri” (43211) və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmiri” (43213), “Avtomatik yanğınsöndürmə sistemləri” (43222), “Sair mühəndis avadanlıqlarının quraşdırılması” (43290), “Mərkəzi ofislərin fəaliyyəti” (70100), “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması” (4321301) və “Sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” (43221) kimidir. Bundan başqa, Azərbaycan Respubl ikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X1 məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xüsusi karantin rejimi dövründə fəaliyyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, müəyyən sayda işçilərin (50 faiz) fəaliyyət göstərməsinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” təşkil edir ki, bu da koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aiddir. Cavabdeh iddiaçının faktiki olaraq başqa fəaliyyətlə məşğul olduğunu bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir, yalnız ehtimallara əsaslanmışdır. Eyni zamanda iddiaçının pandemiya dövründə müəyyən sayda işçilərin fəaliyyətinə icazə verilməklə fəaliyyətinin məhdudlaşdırılması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.

17. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, “Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı” siyahısında fəaliyyət kodu (28992) və fəaliyyət növü (sair əlvan metalların istehsalı) və “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin” siyahısının 8471-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd edilmişdir. Hər iki siyahıda birbaşa göstərilmişdir ki, “pandemiyadan zərər çəkmiş” və “pandemiyasından zərər çəkdiyinə görə” maliyyə dəstəyi göstərilir. İddiaçıya pandemiyadan zərər çə kən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə (xx.xx.2020-ci il tarixində 9.404,00 AZN, xx.xx.2020-ci il tarixində 9.404,00 AZN, xx.xx.2020-ci il tarixində 10.815,53 AZN və xx.xx.2020-ci il tarixində 10.800,00 AZN) olmuşdur. İddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi baxımından koronavirus pandemiyası dövründə fəaliyyətinin qismən məhdudlaşdırılması öz təsdiqini tapmış, bu da iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 224.1.2ci maddəsindəki güzəştdən istifadəsini qanuni edir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” ilə bağlı 18-ci fəsli vergi güzəştinin tətbiqi zamanı müəssisə nin pandemiya dövründə gəlirlərinin artmamalı olması ilə bağlı qeyd-şərt nəzərdə tutmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının pandemiya dövründə fəaliyyətinin qismən məhdudlaşması ona vergi güzəştinin tətbiq edilməsi üçün əsas deyildir.

20. Bundan başqa pandemiyadan zərərçəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı siyahısında fəaliyyət kodu 28992 və fəaliyyət növü sair əlvan metalların istehsalı pandemiyadan zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün olmuşdur. İddiaçının gəlirləri artdığı halda onun yardım alması arasında məntiqsiz əlaqə vardır.

21. Bundan əlavə iddiaçının faktiki fəaliyyət sahəsi ilə qeydiyyatı üzrə fəaliyyət növü arasında uyğunsuzluq olmaqla, iddiaçının faktiki olaraq fəaliyyəti yanğın söndürmə üzrə sistemin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sistemin qurulması olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Vergi Məcəlləsi: Maddə

222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar. 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığ ı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avto mobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərin in fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir. Maddə

223. Hesabatların verilməsi və cari vergi ödəmələri 223.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələr i üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. 223.2. Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər. 223.3. Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyir lər. Maddə

224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. 224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliy yəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir. 224.3. Bu Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır. 224.4. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir. 224.5. Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıy ıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir. 224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. 224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir. 224.8. Bu Məcəllənin 2 22.5.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən alınmış ərzaq və hazırlanmış qida məhsullarının xarab olması 2021-ci il yanvarın 1-dək bu Məcəllənin 159.5-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır. 224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenid ən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kas sasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məh kəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, habelə kassasiya instansiya məhkəməsinin göstərişləri yerinə yetirilərək müvafiq araşdırmalar aparıldıqdan sonra yekun nəticəyə gəlinmi şdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı pandemiya dövründə tətbiq edilmiş müvəqqəti vergi rejimi qaydasında ona mənfəət vergisinin hesablanması zamanı güzəşt tətbiq edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan isə həmin vergi güzəştinin tətbiqindən imtinasını onunla əsaslandırır ki, iddiaçı cəmiyyət pandemiya dövründə fəaliyyətini davam etdirmişdir və pandemiyadan zərərçəkmiş kimi ona güzəşt tətbiq edilə bilməz. Beləliklə işin mübahisələndirilən halı və kassasiya şikayətinin dəlilləri iddiaçı cəmiyyətin pandemiya dövründə fəaliyyətini davam etdirib-etdirməməsi və qeydiyyat üzrə fəaliyyət növü ilə faktiki həyata keçirdiyi fəaliyyət növü arasında uyğunsuzluq olma sından ibarətdir.

31. İddiaçının pandemiya dövründə fəaliyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin birinci kassasiya baxışında apellyasiya instansiya məhkəməsinin qərarı məhz bu məsələnin araşdırılmaması və hüquqi qiymət verilməməsi səbəbindən ləğv edilmişdir. İş materialları ilə müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X2 sorğu verilmiş və sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, iddiaçının xüsusi karantin rejimi dövründə fəaliyyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, müəyyən sayda işçilərin (50 faiz) fəaliyyət göstərməsinə icazə verilmişdir.

32. Göründüyü kimi, iddiaçı cəmiyyət pandemiya dövründə tam f əaliyyətdə olmamış və fəaliyyəti qismən məhdudlaşdırılmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, “Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı” siyahısında fəaliyyət kodu (28992) və fəaliyyət növü (sair əlvan metalların istehsalı) və “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin” siyahısının 8471-ci sıra sayında iddiaçının adı qeyd edilmişdir. Hər iki siyahıda göstərilmişdir ki, “pandemiyadan zərər çəkmiş” və “pandemiyasından zərər çəkdiyinə görə” maliyyə dəstəyi göstərilir. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi (xx.xx.2020-ci il tarixdə 9404, manat, xx.xx.2020-ci il tarixdə 9404 manat, xx.xx.2020-ci il tarixdə 10815,53 manat və xx.xx.2020-ci il tarixdə 10800 manat) maliyyə yardımları göstərilmişdir. Beləliklə, pandemiya dövründə iddiaçının fəaliyyətinin qismən məhdudlaşdırılmış olması və zərərçəkmiş müəssisə olaraq dövlətdən maliyyə dəstəyi alması ona Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi güzəştinin tətbiq edilməsi üçün əsas verir.

33. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki “pandemiyadan zərərçəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı siyahısında fəaliyyət kodu 28992 və fəaliyyət növü sair əlvan metalların istehsalı pandemiyadan zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün olması və iddiaçının gəlirləri artdığı halda onun yardım alması arasında məntiqsiz əlaqə olması” ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, pandemiya dövründə hansı müəssisələrin fəaliyyətində çətinlik yaranması və hansı müəssisələrin pandemiyadan zərərçəkmiş kimi maliyyə yardımı almalı olması məhz vergi orqanları tərəfindən müəyyən edilməklə müvafiq siyahılar tərtib edilmiş və müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq edilmişdir. Vergi orqanının siyahı tərtib edilərkən iddiaçını pandemiyadan zərərçəkmiş maliyyə yardımı alacaq şəxs kimi qeydiyyata alması və siyahı tərtib edildikdən, iddiaçıya maliyyə yardımı ödənildikdən sonra hazırki məhkəmə icraatının gedişində onun pandemiya dövründə gəlirlərinin artmasını bildirməsi məntiqsizdir.

34. Bundan başqa məhkəmə kollegiyası iddiaçının qeydiyyatı üzrə fəaliyyət növü ilə faktiki fəaliyyət növü arasında uyğunsuzluq olması və iddiaçının faktiki olaraq “inziba ti binanın zirzəmisində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sistemin qurulması” fəaliyyəti ilə məşğul olması bağlı işin mübahisələndirilən halına və kassasiya dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı cəmiyyətin əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” (28992), əlavə fəaliyyət növləri isə “Elektrik quraşdırma işləri” (43211) və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmiri” (43213), “Avtomatik yanğınsöndürmə sistemləri” (43222), “Sair mühəndis avadanlıqlarının quraşdırılması” (43290), “Mərkə zi ofislərin fəaliyyəti” (70100), “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması” (4321301) və “Sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” (43221) kimidir.

35. Göründüyü kimi, iddiaçının faktiki fəaliyyəti onun qeydiyyat üzrə fəaliyyət növündən fərqli deyildir, iddiaçı qeydiyyat üzrə fəaliyyət növü ilə məşğuldur. Cavabdeh bunun əksini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər iddiaçı cəmiyyətin faktiki fəaliyyəti onun rəsmi qeydiyyatı üzrə fəaliyyət növü ilə uyğunsuzluq təşkil edirsə, belə olan halda müvafiq vergi orqanı bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbir görməli, məsuliyyətə cəlb etməlidir ki, bu barədə də iş materiallarında sübut yoxdur.

36. İddiaçı cəmiyyətin pandemiya dövründə qeydiyyatdan keçdiyi əlavə fəaliyyət növü ilə məşğul olmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının cəmiyyətin pandemiya dövründə hansı fəaliyyət növü ilə məşğul olması barədə dəqiq məlumatı və bu məlumatı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin fəaliyyət növünün pandemiya dövründə məhdudlaşıbməhdudlaşmadığını müəyyən etmək mümkün deyildir.

37. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(103)-1415/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar