Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2637/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynlərindən birinin razılığı olmadan azyaşlı uşağın ölkə hüdudlarından buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs X8) qarşı “onun icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-382/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı - anası X3 Türkiyə Respublikasında təhsil aldığı müddətdə atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir.
2. X12 26 dekabr 2020-ci tarixdə anası X8 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır
3. İddiaçı cavabdehə müraciət edərək, X3 təhsil almasını sübut edən sənəd olmadan oğlunu ölkə hüdudlarından kənara çıxarması məsələsinin araşdırılmasını və bu halın qanunsuz hesab edilməsini, eyni zamanda X8 tərəfindən ölkədən çıxarkən təhsil haqqında sənəd təqdim etdiyi halda, həmin sənədin surətinin ona verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 22 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X12 anası X8 ilə birlikdə 26 dekabr 2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 2(102)- 831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxılmışdır. Bununla yanaşı, şəxslərin dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. X12 anası X8 ilə birlikdə dövlət sə rhədindən keçərkən təqdim edilən sənədlərin surətinin təqdim olunması texniki cəhətdən mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2017-ci il təvəllüdlü X5 onun icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı əsasında qeydiyyatda olduğu SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin vasitəsilə Müdafiə Nazirliyinin 777 saylı Hər bi Hissəsinin tərkibinə qatılmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci X4 iştirak etmişdir. Həmin dövr ərzində, yəni o, Vətən torpağı uğrunda düşmənlə vuruşduğu zaman X8 onunla birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü övladı X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin ona göstərdiyi köməklə xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq ölkə hüdudlarından çıxartmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2021-ci il tarixli məktubunda onun övladının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxıldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, X3 Türkiyə Respublikasında ali təhsil aldığı müddət ərzində xx.xx.2017-ci il təvəllüdlü X9 atasının icazəsi olmadan Türkiyə Respublikası istiqamətində özü ilə sərbəst şəkildə aparıb gətirməsinə icazə verilmişdir. Odur ki, hazırki dövrdə X2 Respublikasında ali təhsil almır, o, Ali Məhkəmənin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından sui-istifadə etmişdir və ona bu hərəkətində Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xüsusi köməklik göstərilmişdir. Həmçinin digər tərəfdən Günay Səfərovaya kömək etmək məqsədi ilə, yəni onu məsuliyyətdən azad etmək məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Günay Səfərovanın borclu tərəf olaraq iştirak etdiyi “uşaqla ünsiyyətin yaradılmasına” dair icra işlə rinin icraatına qanunsuz olaraq xitam verilmişdir. Göstərilən bütün qanunsuz hərəkətlər xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri aralığında baş vermişdir. Yəni onun 2-ci X4 iştirak etməsindən sui-istifadə olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5987/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı - anası X3 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedibgəlməsinə icazə verildiyindən və cavabdeh tərəfindən də X12, anası X8 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəmə sinin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığından, cavabdehin X5 Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, A. Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1269/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh, X1 keçərkən təhsili ilə bağlı ona göstərilən sənədləri təqdim edə bilmir. Odur ki, İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından X3 Türkiyə Respubl ikasında təhsil alıb-almadığı, aldığı halda, hansı dövrdə təhsil alması ilə bağlı müvafiq araşdırma aparılmalıdır.
15. Eyni zamanda, “təhsil aldığı dövr” dedikdə, hansı dövrün əhatə olunduğu (xüsusilə, Türkiyə Respublikasındakı təhsil müəssisələrinə qəbul ilə bağlı imtahanlarda iştirakın əhatə olunub-olunmadığı) ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarına izah verilməsinə dair müraciət edilməsi iddiaçıya tövsiyə olunmalı, izahla bağlı ərizə verildiyi və icraata qəbul edildiyi halda, hazırkı iş üzrə icraat dayandırılmaqla izahdan sonra işin hallarına (cavabdehin hərəkətlərinin qanuniliyinə) qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-382/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı qismən - iddia tələbinin rədd edilən- “övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-382/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı iddia tələbinin rədd edildiyi-“iddiaçının icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi” hissəsində də yişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı apellyasiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)831/2020 saylı qərarı ilə qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2523/2019 saylı, 19 sentyabr 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmiş, övladı 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı-anası X3 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində razılığım olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir.
21. İddiaçı tərəfindən təqdim olunmuş X11 Universiteti Tibb Fakültəsinin xx.xx.2021ci il tarixli sənəddən (öğrenci belgesindən) görünür ki, Günay Səfərova xx.xx.2021-ci il tarixdə Universitetin tibbi fakültəsinin tələbəsi kimi qeydiyyata alınmış və həmin universitetdə təhsil alır.
22. Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarında övladının anası X3 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində razılığı olmadan övladını Türkiyə Respublikasına sərbəst surətdə özü ilə aparıb-gətirməsinə icazə verilmişdir. Belə olan halda hesab edir ki, Günay Səfərova övladı ilə birlikdə ölkədən buraxılarkən X6 Respublikasında ali təhsil alması barədə sənəd tələb olunmalı idi. Lakin, cavabdeh orqan Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti X7 Respublikasında ali təhsil alıb-almaması barədə məlumatın dəqiqliyini müəyyən etmədən, övladının ölkədən çıxışına şərait yaratmışdır. Övladı ölkədən icazəsi olmadan xx.xx.2020ci il tarixdə buraxılan zaman o, həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 2-ci X4 iştirak etmiş və müharibə bitdikdən sonrada müəyyən təhlükəsizlik tədbirlərinin icrası üçün hərbi vəzifəsi davam etmişdir. Hərbi xidmətdən tərxis edildikdən sonra, müvafiq məhkəmə qətnaməsinə əsasən övladı ilə ünsiyyət tələb edərkən bilmişdir ki, hərbi xidmətdə olduğu zaman övladı ölkə hüdudlarından kənara buraxılmışdır.
23. Bundan sonra DSX Sərhəd Nəzarətinə müraciət edərək övladının ölkədən buraxılmasına əsas verən övladının anası X7 Respublikasında ali təhsil alması barədə sənədi tələb etdi. X13 Respublikasında hansısa ali təhsil müəssisənin tələbəsi olmadığı üçün belə bir sənədində təqdim edilməsi mümkün olmamışdır və DSX Sərhəd Nəzarəti yalnızca Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarına istinad edərək övladımı anası ilə birlikdə ölkədən buraxdığını bildirmişdir. Həmin məhkəmə qərarınında icrası X7 Respublikasında ali təhsil almasını təsdiq edən sənədin olmasından sonra aparılmalı idi.
24. Qeyd etmək lazımdır ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 831/2020 saylı qərarının mahiyyətindən görünü r ki, övladının ölkədən icazəsi olmadan buraxılması üçün Günay Səfərovanın üzərinə müəyyən olunmuş vəzifələr qoyulmuşdur. Belə ki, Günay xanım övladını özü ilə ölkədən apararkən həmin zaman Türkiyə Respublikasında ali təhsil almalıdır və yalnızca Türkiyə Respublikası istiqamətinə gedib-gəlməlidir. DSX Sərhəd Nəzarətidə öz növbəsində övladını ölkədən buraxarkən həmin dövrdə X7 Respublikasında ali təhsil almasının doğruluğunu müəyyən edən sənəd tələb etməlidir.
25. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddəsinin 1-ci və 2-ci hissələri və İPM-in 68, 87.8 və 92-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
28. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessua l hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. X16 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə z əruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İlk öncə qeyd edilməlidir ki, hazırkı işdə iddiaçının hüquqi marağı onun icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi ilə bağlıdır.
37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının nəticə hissəsindən müəyyən olunur ki, X12 yalnız anasının Türkiyə Respublikasında təhsil aldığı müddətdə atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respubli kasına sərbəst surətdə gedib-gələ bilər.
38. İşə ilk dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya məhkəməsi qarşısında qoyulmuş öhdəlik X3 Türkiyə Respublikasında təhsil alıb-almaması ilə bağlı olmuşdur.
39. Bununla bağlı qeyd olunmalıdır ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş X11 Universiteti Tibb Fakültəsinin xx.xx.2021-ci il tarixli sənədə (öğrenci belgesinə) əsasən, Günay Səfərovanın xx.xx.2021-ci il tarixdə Universitetin tibbi fakültəsinin tələbəsi kimi qeydiyyata alındığı və həmin universitetdə təhsil aldığı sübuta yetirilmişdir.
40. Beləliklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X5 iddiaçı anası X3 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verildiyindən və cavabdeh tərəfindən də X12, anası X8 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığından, həmçinin X3 Türkiyə Respublikasına təhsil məqsədilə getməsi təsdiq olunduğundan, cavabdehin X5 Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilə bilməz.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslan madığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-382/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir