Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2644/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin mübahisələndirilməsi; işin faktiki hallarına düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2024-cü il tarixli 2-1(103)-364/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir,
2. Nazirliyin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə istinadən (vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur.
3. İddiaçı xx.xx.2019-cu il tarixli əmrini qismən mübahisələndirmiş və Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə həmin əmr ona aid hissədə ləğv edilmişdir.
4. Sözügedən məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və İPM-in 98.1-ci maddəsinə əsasən həmin tarixdə qüvvəyə minmişdir.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə Nazirliyin xx.xx.2019cu il tarixli **********7 nömrəli əmrinin 1.3-cü yarımbəndi (iddiaçıya aid hissədə) ləğv edilmişdir.
6. Bundan sonra, cavabdehin **********4 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı məzmunda 3.2, 4.2 və 5.2-ci bəndlər əlavə olunmuşdur: “3.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. “4.2. Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanı ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməklə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqla dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı ma ddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası»nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətinə ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının X4 təqdim edilsin. “5.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin **********4 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş e tmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmri ilə yuxarıda sözügedən əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilmişdir. 9. xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə əlavə edilmiş 3.2-ci yarımbənddə göstərilmişdir ki, X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilsin.
10. Həmin əmrə dəyişiklik kimi əlavə ed ilmiş 4.2-ci yarımbənddə isə göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»nın 4-cü hissəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat X4 təqdim edilsin.
11. Yuxarıda istinad edilən xx.xx.2022-ci il tarixli əmrin 5.2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublika sının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.
12. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli əmrlə Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi adı altında əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq onunla (iddiaçı ilə) bağlanmış əmək müqaviləsinə əvvəlki tarixdən, yəni xx.xx.2019-cu ildən xitam verilmişdir.
13. İddiaçı hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassızdır. Odur ki, sözügedən əmrin ləğv edilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə dəyişiklik adı altında ona 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə olunan xx.xx.2019-cu il tarixl i **********5 nömrəli əmr X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi barədə olmuşdur.
14. Barəsində qəbul olunmuş əmrin surəti iddiaçıya onun müvafiq müraciəti əsasında cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə rəsmi qaydada təqdim olunmuşdur.
15. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmə qərarının icrası qaydasında xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə iddiaçının barəsində olan xx.xx.2019-cu il tarixli ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixli “məhkəmə qərarının icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir.
16. Yuxarıda sözügedən məhkəmə aktları əsasında iddiaçının işdən azad edilməsi barədə xx. xx.2019-cu il tarixli əmrin ləğvi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə təmin edildikdən sonra, əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda, cavabdeh yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli əmrin verildiyi gündən 14 gün sonra, X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi qismində həmin əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilməklə onunla bağlanmış əmək müqaviləsinə əvvəlki (xx.xx.2019-cu il) tarixdən xitam verilməsini həyata keçirmişdir.
17. İddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixdən xitam verilməsi qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. xx.xx.2022-ci il tarixli əmr Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri ilə də ziddiyyət təşkil edir. 18. xx.xx.2022-ci il tarixli əmrlə iddiaçının xx.xx.2019-cu il tarixdən işdən azad edilməsi, eyni zamanda yuxarıda sözügedən məhkəmə aktlarının icrasından yayınmaq məqsədini də daşıyır. Bu baxımdan, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan onun qanunsuz işdən çıxarılması barədə xx.xx.2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv edilməsilə əlaqədar, məhkəmə qərarının icrası qaydasında əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini təmin etməli olduğu halda bunu etməmiş, eləcə də məhkəmə aktının icrası öhdəliyindən yayınmaq üçün xx.xx.2022-ci il tarixli əmri verməklə, məhkəmə qərarının icrasını faktiki olaraq təmin etməmiş, b ununla da işə bərpa olunmaq və məcburi işburaxmaya görə əmək haqqımı almaq hüququndan onu (iddiaçını) məhrum etmişdir.
19. Bu səbəbdən də cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuz olmaqla bərabər, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ aktlarında təsbit olunan və qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. cavabdehin etirazı:
20. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələb əsassız hesab olunur və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir.
21. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmiş və Bakı İnzibati Mə hkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-161/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-1240/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(102)-953/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-197/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Nazirliyin xx.xx.2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3. X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1134/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.
25. Nazirliyin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X2 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin et ibarsız hesab edilməsi ilə bağlı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişiklik edilməklə, məhkəmə qərarı tam şəkildə icra edilmişdir.
26. Bununla bağlı Nazirlik tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir.
27. Sözügedən məhkəmə prosesi davam etdiyi dövrdə xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ilə X3 Xidmətinin Bakı şəhəri üzrə regional mərkəzləri ləğv edilmişdir.
28. Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmri ilə Bakı şəhəri regional idarənin əməkdaşlarının bir qismi yeni yaradılmış Bakı şəhər İdarəsinə keçirilmiş, bəzi əməkdaşların dövlət orqanının ləğvi ilə əlaqədar olaraq tutduqları vəzifələrdən azad edilmişlər. Qeyd edilən səbəbdən məhkəmə qərarının hüquqi nəticələrini təmin etmək məqsədi ilə ilk növbədə iddiaçının adı Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməli idi.
29. Bununla bağlı xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş, iddiaçının əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq orqanın ləğvi ilə xitam verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»na uyğun olaraq ehtiyat kad rlar siyahısına daxil edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqının 1,7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir.
30. Növbəti mərhələdə iddiaçı Nazirliyə dəvət edilmiş, ona analoji iş təklifi verilmiş, Nazirliyin xx.xx.2023-cü il tarixli 3-17/3-4-679/2023 nömrəli əmri ilə o, X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir.
31. Göründüyü kimi, Nazirliyin xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmrində hər hansı qanun pozuntusuna yol verilməmiş, həmçinin həmin əmrin yaratdığı hüquqi nəticə ilə iddiaçı hazırda analoji vəzifədə qulluq keçir.
32. Qeyd edilən əmrə oxşar Nazirliyin digər əmri məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-613/2021 iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1927/2021 nömrəli iş üzrə qərarları ilə iddia təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
33. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4433/2023 saylı qərarı ilə iddia təmin edilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır.
34. Məhkəmə qeyd etmişdir ki, 1) Cavabdeh **********4 nömrəli xx.xx.2022-ci il tarixli əmrin qəbulu üzrə inzibati icraatı marağına toxunulan şəxs kimi hazırkı iddiaçını məlumatlandırmamış və onu icraata cəlb etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, xx.xx.2022 -ci il tarixli əmr yalnız iddiaçı barəsindədir, eləcə də bir neçə il əvvəl verilmişdir və iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş xx.xx.2019-cu il tarixli əmrə əlavədir. Bununla da, cavabdeh inzibati orqan «İnzibati icraat haqqında» Qanunun 21.1, 21.2, 25.1-ci maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, həmin Qanunun 21.3-cü maddəsində göstərilənlər hazırkı işin halları ilə uzlaşmır. 2) Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmrinin qəbulu məhkəmə qaydasında mübahisələndirilmiş və iddiaçıya aid hissədə ləğv olunmuş xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratmışdır. Belə ki, inzibati orqan xx.xx.2022-ci il tarixli əmrlə özünün xx.xx.2019-cu il tarixli **********5 nö mrəli əmrinə iddiaçıya münasibətdə əlverişsiz vəziyyət yaradan müvafiq əlavəni etməklə, onu bir müddət əvvəl məhkəmə aktı ilə işə bərpa olunması nəticəsində “məcburi işburaxmaya görə” almalı olduğu pul vəsaitindən (əmək haqqı) də məhrum etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsində Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması ilə həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması təsbit olunmuşdur (qanunla başqa hal nəzərdə tutulmamışdır). Qeyd olunmalıdır ki, İddiaçı Nazirliyin xx.xx.2023-cü il tarixli 317/3-4-679/2023 nömrəli aktı ilə X2 Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi vəzifəsinə təyin olunsa da, Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində “işə bərpa olunması”nı xahiş etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmrin qəbulunda cavabdeh həmçinin «İnzibati icraat haqqında» Qanunun 10, 17-ci maddələrinin, eləcə də «Dövlət qulluğu haqqında» Qanunun 3, 4.1.1-ci maddələrinin tələblərinə riayət olunmasını təmin etməmişdir.
35. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın **********4 nömrəli xx.xx.2022-ci il tarixli əmri qanunsuz əlverişsiz inzibati aktdır və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə əsasən ləğv edilməlidir. 36.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. b. apellyasiya instansiyası məhkəməsində icraat
37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-364/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
39. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
40. Şikayətin dəlillərinin əsası iddiaya qarşı etirazda göstərilənlər təşkil edir (bax: bu qərarın 20-32-ci bəndləri).
41. Şikayətdə, həmçinin göstə rilir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətini iki əsasla təmin etməmişdir: 1) iddiaçının cavabdeh tərəfindən inzibati icraat üzrə marağına toxunulan şəxs kimi məlumatlandırmaması və 2) mübahisələndirilən əmrin məhkəmə qaydasında ləğv olunmuş xx.xx.2019-cu il tarixli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratması.
42. Məhkəmənin qeyd olunan əsaslandırmasını qanunvericiliyə zidd və yanlış hesab edirik. İlk növbədə qeyd olunmalıdır ki, mübahisələndirilən əmr iddiaçının iddia ərizəsi üzrə qəbul edilmiş yekun məhkəmə qərarının cavabdeh tərəfindən icrası ilə bağlı qəbul edilmişdir. Mübahisələndirilən əmr məhkəmə qərarı üzrə cavabdeh Nazirlik tərəfindən atılmalı olan hüquqi addımların məntiqi ardıcıllığı məqsədi il ə qəbul edilmişdir.
43. Məhkəmə qərarında əmrin yalnız iddiaçı barəsində qəbul edilməsi ilə bağlı qiymətləndirmə isə ümumiyyətlə anlaşılmazdır. Məhkəmə qərarı iddiaçı ilə bağlı olduğundan, əmr də iddiaçı barədə qəbul edilmişdir. Məhkəmə daha bir kobud səhvə yol verərək göstərir ki, mübahisələndirlən əmr xx.xx.2019-cu il tarixli əmrə əlavə olaraq qəbul edilmişdir. Qeyd olunanlardan aydın olur ki, məhkəmənin birinci əsasla bağlı qiymətləndirməsi ümumiyyətlə işin faktiki və hüquqi hallarına uyğun gəlmir.
44. Məhkəmə nəzərə almamışdır ki, qəbul edilən əmr məhz iddiaçının təmin olunmuş tələbi ilə bağlı məhkəmə qərarı əsasında aparılmışdır və “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğundur.
45. Məhkəmə iddia tələbinin təmini ilə bağlı digər əsas kimi mübahisələndirilən əmrin məhkəmə qayda sında ləğv olunmuş xx.xx.2019-cu il əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratdığını göstərmişdir. Məhkəmənin bu əsaslandırması da qanunsuzdur.
46. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmənin “maneə yarandığını” göstərdiyi xx.xx.2019-cu il tarixli əmr artıq məhkəmə qaydasında mübahisələndirilmiş, yekun məhkəmə qərarı qəbul edilmiş, qərar icra edilmiş və iddiaçı işlə təmin olunmuşdur. Həmin əmrlə bağlı bütün mübahisələrə artıq məhkəmə qaydasında münasibət bildirilmişdir. Bu səbəbdən hazırkı icraat çərçivəsində artıq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan inzibati akta münasibət bildirilə bilməz və həmin inzibati aktla bağlı tədbirlər həyata keçirilə bilməz. İddiaçı bütün tələblərini əmrin özünün mübahisələndirildiyi məhkəmə çərçivəsində və ya məhkəmə qərarın ın icrası ilə bağlı yeni icraat çərçivəsində irəli sürə bilər. Bu mənada məhkəmə, məhkəmə qərarlarının preyudisiallığı və hüquqi müəyyənlik prinsipinlərinin kobud pozuntusuna yol vermişdir.
47. Həmçinin məhkəmənin “məcburi işburaxmaya görə" iddiaçının almalı olduğu pul vəsaiti ilə bağlı qiymətləndirməsi isə hazırkı məhkəmə baxışının predmeti ümumiyyətlə ola bilməz. Belə ki, iddiaçı işə bərpa və əlaqəli tələblərlə artıq cavabdeh Nazirliyə qarşı iddia qaldırmış və mübahisə ilə bağlı yekun məhkəmə qərarı qəbul edilmişdir. Əvvəlki abzasda qeyd olunduğu kimi bu formada tələblər məhz xx.xx.2019-cu il tarixli əmrlə bağlı məhkəmə işi üzrə qaldırıla bilər. Məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarla həll edilmiş məsələ ilə bağlı əlavə təminatlar yaratması prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-197/2022 nömrəli qərardadından Nazirlik tərəfindən verilmiş kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)833/2024 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir.
48. Digər tərəfdən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmr şəxsin hüquqları ilə bağlı heç bir məhdudiyyət və ya maneə yaratmamaqdadır. Belə ki, qərarın əsaslandırma hissəsində məhkəmənin özünün də göstərdiyi kimi iddiaçının cavabdeh Nazirliyə işə bərpa ilə bağlı ünvanlanmış ərizəsi məhkəmə qərarına uyğun olaraq təmin olunmuş və iddiaçı Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə artıq işlə təmin olunmuşdur. Nəticədə iddiaçının tələbi ilə bağ lı məhkəmə qərarı və sonrakı ərizəsi tam şəkildə icra olunmuşdur.
49. Eyni zamanda, cavabdeh Nazirlik tərəfindən məhkəməyə təqdim olunan etirazda mübahisələndirilən əmrin hansı qanuni zərurətdən yarandığı ətraflı göstərilməsinə baxmayaraq məhkəmə tərəfindən etirazda təqdim olunan mülahizələrə və əmrin qanuni əsaslarına düzgün qiymət verilməmişdir.
50. Belə ki, mübahisələndirilən əmrlə dəyişiklik edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinin icrası barədədir. Əmrin məzmunundan da göründüyü kimi əmrlə X3 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərində dəyişiklik edilmiş, bir sıra orqanlar və ştatlar ləğv edilərək yeniləri yaradılmış, o cümlədən iddiaçının özünün işçisi olduğu X3 Xidmətinin 4 saylı region üzrə X3 ləğv edilmiş və Bakı şəhər İdarəsi yaradılmışdır.
51. Mübahisələndirilən əmrlə xx.xx.2019-cü il tarixli əmrə əlavə edilmiş 3.2-ci bənddə də göstərilmişdir ki, İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2,-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən tutduğu vəzifədən azad olunmuşdur.
52. Göründüyü kimi, iddiaçının daha əvvəl əməkdaşı olduğu artıq orqan ləğv edilmiş və yeni orqan yaradılmışdır.
53. Daha sonra qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının işdən azad olunduğu əmr ləğv olunduğundan iddiaçıya münasibətdə yeni hüquqi vəziyyət yaranmış və həmin hüquqi vəziyyətin tənzimlənməsi üçün əmrdə düzəliş edilməsi zərurəti yaranmışdır. Bu hal Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun qanuni zərurətdir.
54. Dəyişiklik edilmiş xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə diqqət yetirdikdə aydın olur ki, həmin əmrdə əməkdaşlarla bağlı iki növ qərar qəbul edilmişdir: onların bir hissəsi yeni vəzifələrə təyin edilmiş və bir hi ssəsi vəzifədən azad olunaraq ehtiyat kadrlar siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmənin yekun qərarının icrası və öz ərizəsi əsasında yeni vəzifəyə təyinat almış, məsələ tərəflərin iradə ifadəsinə və məhkəmə qərarına uyğun öz həllini tapmışdır.
55. Bu halda, hüquqi müəyyənlik və inzibati icraatın tamlığı prinsipinə əsasən inzibati orqanın yeganə hərəkəti xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə müvafiq əlavələr edilərək İddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı bəndin əmrə əlavə edilməsi olmalıdır. Göstərilən səbəblərdən məhkəmə qərarının hüquqi nəticələrini təmin etmək məqsədilə ilk növbədə İddiaçı adı Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinə daxil edilməli idi və bu istiqamətdə Nazirlik tərəfindən düzgün qərar qəbul edilmişdir.
56. Məhkə mə məhz bu qeyd olunan hallara düzgün qiymət verməmiş, icrası mümkünsüz olan və iddiaçının özü ilə bağlı qeyri-müəyyən hüquqi vəziyyət yaradan qərar qəbul etmişdir.
57. Həmçinin bildirmək istəyirik ki, qeyd edilən əmrə oxşar Nazirliyin digər əmri məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-613/2021 iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)1927/2021 nömrəli iş üzrə qərarları ilə iddia təmin edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 59.İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
61. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ
62. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
63. Qeyd olunduğu kimi, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli əmrini qismən mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-197/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə həmin əmr ona aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
64. Məhkəmə qərarı ilə təmin edilən tələb cavabdehin xx.xx.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi olmuşdur.
65. Cavabdeh həmin məhkəmə qərarını icra edərək xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə xx.xx.201 9-cu il tarixli **********7 nömrəli əmrini iddiaçıya aid hissədə ləğv etmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi ilə bağlı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişiklik edilməklə, məhkəmə qərarı tam şəkildə icra edilmiş, xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə bu barədə məlumat verilmişdir.
66. Bundan sonra, cavabdehin **********4 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə 3.2, 4.2 və 5.2-ci bəndlər əlavə olunmuşdur (bax: bu qərarın 6-cı bəndi).
67. İş materialları ilə təsdiq olunur ki, xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrlə iddiaçı ilə əmək müqaviləsi ləğv edildikdən 6 ay sonra - xx.xx.2019-cu i l tarixli **********7 nömrəli əmrlə X3 Xidmətinin Bakı şəhəri üzrə regional mərkəzləri ləğv edilmiş, Bakı şəhəri regional idarənin əməkdaşlarının bir qismi yeni yaradılmış Bakı şəhər İdarəsinə keçirilmiş, bəzi əməkdaşların dövlət orqanının ləğvi ilə əlaqədar olaraq tutduqları vəzifələrdən azad edilmişlər.
68. Başqa sözlə, xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrin qəbul edilmədiyi və iddiaçı ilə əmək müqaviləsinə xitam verilmədiyi halda belə, İddiaçı adı Nazirliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməli idi.
69. Göstərilən səbəbdən, cavabdeh haqlı olaraq qeyd edir ki, İddiaçı adının xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə daxil edilməsi xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrin ləğvi barədə məhkəmə qərarının yaratdığı hüquqi vəziyyətdə n irəli gələn zərurət idi.
70. Həmin əmrin nəticələrinə görə isə İddiaçıla əmək müqaviləsinə, artıq digər əsasla - “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq orqanın ləğvi ilə əlaqədar olaraq xitam verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmişdir.
71. Bunun davamı olaraq, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6cı maddəsində nəzərdə tutulmuş üstünlük hüququ cavabdeh tərəfindən təmin edilmiş, ona analoji iş təklifi verilmişdir.
72. İddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış və hazırkı işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı ona X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə təyin olunma barədə təklifi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası kimi qəbul etdiyini ərizəsində qeyd edərək həmin vəzifəyə bərpa olunmasını xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınmaqla, Nazirliyin xx.xx.2023- cü il tarixli 3-17/3-4-679/2023 nömrəli əmri ilə o, X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhə tçi - baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir.
73. Şikayətin digər dəlillərinə gəldikdə, cavabdeh haqlı olaraq qeyd edir ki, mübahisələndirilən əmr xx.xx.2019-cu il tarixli əmrə əlavə olaraq qəbul edilməmişdir. Həmin əmrin qəbulu üçün digər, müstəqil əsaslar olmuşdur. Göründüyü kimi, məhkəmənin qiymətləndirməsi işin faktiki hallarına uyğun olmamışdır.
74. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmrin qəbulunun məhkəmə tərəfindən qismən ləğv olunmuş xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratdığına, iddiaçını məhkəmə aktı ilə işə bərpa olunması nəticəsində “məcburi işburaxmaya görə” almalı olduğu pul vəsaitindən (əmək haqqından) məhrum etdiyinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilən tələb cavabdehin xx.xx.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi olmuşdur. Həmin qərarla cavabdehin üzərinə hər hansı digər öhdəlik – hazırkı halda, “məcburi işburaxmaya görə” pul öhdəliyi qoyulmamışdır. Çünki iddiaçının sonradan dəyişdirilmiş iddiasında belə tələbi olmamışdır.
75. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyas ının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.
76. İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
77. Normaların məzmunundan göründüyü kimi, məhkəmə inzibati aktın ləğvi barədə iddianı təmin edərkən inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə qərarı o halda qəbul edir ki, iddiaçı hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olsun və icraat zamanı inzibati aktın ləğv edilməsi ilə yanaşı, həmin öhdəliyin icrası haqqında tələb irəli sürmüş olsun. Sözügedən icraatda belə tələb olmadığından, məhkəmə İP M-in 52-ci maddəsinin tələbini gözləməklə iddia tələbindən kənara çıxmamış, cavabdehin üzərinə “məcburi işburaxmaya görə” pul öhdəliyi qoymamışdır. İddiaçının həmin tələbi qeyd olunan icraatda irəli sürməməsi isə, onu digər müstəqil icraatda irəli sürmək imkanından məhrum etmir.
78. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarına düzgün qiymət verməmiş, iddianın əsasları ilə bağlı məsələnin həllində səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. 79.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-364/2023 nömrəli qərarı ləğv