Məhkəmə qərarları › İş №2-1(102)-2645/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2645/2025

18.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2645/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə pensiya təyin edilməsi (iş stajı; əmək kitabçasının mötəbərliyi); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı na qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 2-1(103)-2316/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh inzibati orqanın etiraz dəlili ondan ibarət olmuşdur ki, iddiaçının əmək kitabçasında olan xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı müəyyən şübhələr v ar. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci iİ tarixli, DA-01187-2022 nömrəli arxiv arayışında “Əli Bayramov” adına tikiş istehsalat birliyinin arxiv fondunda mühafizə edilən əmrlər kitablarında iddiaçının işə qəbul əmri qeyd olunsa da, işdən azad olunma barədə qeydlərin olmadığı göstərilmişdir. Eyni zamanda, sözügedən arayışda 2 nömrəli Tikiş fabrikinin sənədlərinin də mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı iİ tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən də xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrün sığorta stajına daxil edi lməsi mümkün hesab edilməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) xx.xx.2025-ci il tarixli, 21(112)-2247/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

4. Birinci instansiya məhkəməsinin əsaslandırması: 4.1. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası İddiaçı xx.xx.1977-ci ildən fasiləsiz olaraq əvvəlcə, Əli Bayramlı adına Bakı İstehsalat Tikiş Birliyində 5 nömrəli istehsalat sahəsində, daha sonra isə 3 nömrəli Bakı Tikiş Fabrikində (adı sonradan "xxxx" MMC-yə dəyişdirilmişdir) xx.xx.2006-cı ilə qədər işləməsinə dair məlumatları əks etdirir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qan unun 19.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən təqdim olunan, onun adına tərtib edilmiş əmək kitabçasındakı məlumatlar (qeydlər), həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. 4.2. İş materiallarında olan arxiv arayışında da iddiaçının işə qəbul edilməsi haqqında 274 nömrəli 09 dekabr 1977-ci il tarixli əmrin (İddiaçı tikişçi şagirdi peşəsinə 5-ci istehsalat sahəsinə işə qəbul edilməsi haqqında), 53 nömrəli 07 mart 1978-ci il tarixli əmrin (İddiaçı 1-ci dərəcənin verilməsi haqqında), 149 nömrəli 09 iyun 1983-cü il tarixli əmrin (İddiaçı 2-ci dərəcəli tikişçi vəzifəsinə keçirilməsi haqqında), ona aid şəxsi vərəqənin dövlət arxivində mövcud olması öz əksini tapmış, eyni zamanda arxiv arayışında göstərilmişdir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əsas fəaliyyət üzrə 26 iyun 1987-ci il tarixli 22 nömrəli əmrinə əsasən, Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Əli Bayramov adına tikiş istehsalat birliyinin tikiş sahələri Bakı 2 nömrəli Tikiş Fabrikinə verilmişdir ki, bu da əmək kitabçasında qeyd edilmiş məlumatlara uyğundur. 4.3. Arxiv arayışında qeyd edilən məlumatların iddiaçının əmək kitabçasında aparılmış qeydlərə uyğun olması, əmək kitabçasının onun əmək stajını təsdiq edən mötəbər sübut olmasının göstəricisidir. Həmin arxiv arayışı o zaman iddianın təmin edilməməsi üçün əsas ola bilərdi ki, arxiv arayışında iddiaçının əmək kitabçasında göstərilən məlumatlar inkar edilmiş və ya iddiaçının əmək kitabçasında göstərilmiş - işdən azad edilməsi haqqında qeydin tarixindən daha əvvəl 2 nömrəli Tikiş Fabrikindən işdən azad edilməsi barədə qeyd (müvafiq əmrə istinad edilməklə) mövcud olardı. Hal-hazırda bu hal mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, 2 nömrəli Tikiş Fabrikinin sənədlərinin dövlət arxivinə təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır. Bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 22 may 2025-ci il tarixli, 2-1(103)-2316/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə k ollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər gös tərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq e dilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə k ollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

13. Hazırkı iş üzrə iddiaçının xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və 25 ümumi iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırması zamanı (iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı) öz təsdiqini tapmışdır. Cavabdeh qeyd edilən sənədlərdəki məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilmədiyindən, aşağı instansiya məhkəmələri bu sənədləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşlar. Həmçinin cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün maneə sayıla bilməz. Çünki 2006-2007-ci illər üzrə sığorta stajı nəzərə alınmasa belə, iddiaçıya münasibətdə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələbi ödənilir.

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasın da ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 21(103)-2316/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar