Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2648/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinin tətbiqinin yolverilməzliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlunda n ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2025-ci il tarixli, 2-1(103)-2215/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-34702/2024 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa edilməsi və xx.xx.2018-xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən, barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır və pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. 1 oktyabr 2015-ci il tarixindən pensiyaya çıxdıqdan bir müddət sonra yeni əmək müqaviləsi bağlayıb işləməyə davam etmişdir. xx.xx.2018-ci ildə işdən azad edilmişdir. Bununla bağlı yaranmış pensiyasının yenidən hesablanması hüququndan istifadə edib cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən işdən azad edildiyi tarixə qeydə alınmış sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması aparılmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə yeni əmək müqaviləsi bağlayıb əmək fəaliyyətinə davam etmişdir. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə 6 il əmək fəaliyyəti tamam olduğu üçün xx.xx.2018-xx.xx.2024 tarixləri arasındakı dövr ərzində qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. xx.xx.2024-ci il tarixli müraciəti nəticəsində cavabdeh qurumun məsul şəxsləri tərəfindən 2018-ci ildə aparılmış hesablama ləğv edil miş, xx.xx.2021-ci il tarixdə qeydə alınmış kapital əsasında yenidən hesablanma aparılmış və bununla da, onun pensiya təminatı hüququ pozulmuşdur. Aparılmış hesablamadan narazıdır, pensiya təminatı hüququnun pozulduğunu hesab edir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli müraciəti əsasında aparılmış yenidən hesablanmanın ləğv olunmasını qanunsuz hesab edir.
3. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, iddiaçıya 1 oktyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığ orta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hə min maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 230046,08 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (2300 46,08:352 ay (65 il-41 il 8 ay=280 ay+(144 ay-72 ay)=653,54 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 1039,57 manatdan 1593,11 manata (1039,57+653,54) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 21240,61 manat fərq məbləği hesablanmışdır. Həmin 21240,61 manat pul vəsaiti cari ilin may ayından etibarən hissə-hissə (hər ay 663,76 manat) iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 2254,17 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü bəndinə əsasən sonuncu iş günü əmək müqaviləsinə xita m verildiyi gündür. İddiaçının əmək kitabçasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2018-ci il tarixində yenidən işə başladığı, həmçinin xx.xx.2022-ci il tarixində yenidən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən yenidən işə başladığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 21 yanvar 2025-ci il tarixli, 21(112)-1634/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa ed ilməsi və xx.xx.2018xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ildə pensiya təyin olunduqdan sonra davam etdiyi əmək fəaliyyəti nəticəsində (6 il v ə daha çox) qazanılmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün 2024-cü ildə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyasının yenidən hesablanmasını, onun müraciət etdiyi tarixi və həmin tarixə fərdi şəxsi hesabın sığorta hissəsində toplanılmış pensiya kapitalının tam məbləğini nəzərə almadan, Qanunun 45-ci maddəsinin ikinci cümləsinə istinad etməklə aparmışdır (yenidən hesablanma zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır). Halbuki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı (2015-c i ildə), məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 20 may 2025-ci il tarixli, 2-1(103)-2215/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. İddiaçının istinad etdiyi “Əmək pensiyalar haqqında” Qanununun 37.3.1-ci maddəsində təsbit edilmiş norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Q eyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğund an və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan bu norma ona münasibətdə də tətbiq edilməlidir. 7.2. İnzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalı olduğuna baxmayaraq, iş materiallarından da görünür ki, qərarların qəbulu ilə bağlı heç bir araşdırma aparılmamışdır. Cavabdeh inzibati orqanının iddiaçının müraciəti əsasında qəbul edilmiş pensiyanın yenidən hesablanmasına dair 3-17-1/3-34702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə bağlı, məhkəmə aşağıd akıları qeyd edir. Sözügedən inzibati akt formal və maddi-hüquqi baxımdan qanuni sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yazılı formada təsbit olunmuş (iddiaçı üçün əlverişsiz, yəni onun hüququnu məhdudlaşdıran), inzibati akt əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, cavabdehin həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. 7.3. Cavabd eh xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, 2018-ci ildə qəbul etdiyi, iddiaçı üçün əlverişli inzibati aktın (qərar və ya sərəncamın) qanunsuz və ya səhv sayılması üçün əsas olmuş halların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş verdiyini əsaslandırmamış, ümumiyyətlə, pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla oxşar olmaqla onunla əsaslandırır ki, İddiaçı əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallar tərəflərindən xx.xx.2024-cü il tarixində iddiaçının müraciəti əsasında aşkarlanmışdır və həmin tarixdə iddiaçının pensiyasının hesablanması, yəni inzibati aktın yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya yenidən hesablanması haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2024-cü il) 1 il ərzində ləğv edilmişdir. 7.4. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə yuxarıda istinad olunanlardan əlavə bir daha diqqətə çəkir ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı (2015-ci ildə), məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.x x.2017-ci il tarixədək həyata keçirilmişdir.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiy inə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab ed ilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən iddiaçının ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı, pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı həmin Qanunun 29.2-ci maddəsi tətbiq edilə bilməz. Bununla yanaşı, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən həm də “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1947/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1533/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-214/2025 nömr əli qərarları).
14. Həmçinin, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2025-ci il tarixli, 2-1(102)53/2025 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq hər hans ı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
15. Hazırkı iş üzrə iddiaçının pensiyaya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pens iyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”
16. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2015-ci il tarixdə əmək pensiyası təyin edilmiş, cavabdeh xx.xx.2021-ci il tarixli qərarla onun əmək pensiyasını yenidən hesablamış, daha sonra yenidən hesablanma zamanı səhvə yol verdiyinə istinad edərək, xx.xx.2024-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək pensiyanı yenidən hesablamışdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi tənzimləmələrə tabedir.
18. Bundan başqa, hazırkı iş üzrə cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4702/2024 nömrəli qərarı qəbul edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olmamış, beləliklə də, cavabdeh istinad edilən keçid müddəalarındakı normaların tələblərinə uyğun olmayan əks yanaşma tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etməklə iddiaçının pensiyasını yenidən hesablamışdır.
19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təc rübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2025-ci il tarixli, 21(103)-2215/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.