Məhkəmə qərarları › İş №2-1(102)-2650/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2650/2024

20.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2650/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaradıcılıq emalatxanası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bərabərlik hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərki bdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2473/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3215-ci məhəllə, 1410 keçid, X7 küçəsi, “Rəssamlar evi” ünvanında sahəsi 34,44 kv.metr olan 136 a saylı yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İddiaçı verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X7 küçəsi 86 ünvanında yerləşən, 34.44 kv.m ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X7 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla, Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olmaqla dövləti beynəlxalq arenada layiqincə təmsil etmişdir. Buna görə də dövlət başçısı tərəfindən mükafatlandırılmışdır. Ona Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, ünvan 2 ünvanında, sahəsi 34.44 kv.m olan 136 “a” saylı fərdi yaradıcılıq emalatxanasının orderi verilmişdir. İddia ərizəsinə əlavə edilmiş yaradıcılıq emalatxanasının orderindən görünür ki, həmin emalatxana yaradıcılıq emalatxanası olmaqla Azərbaycan Rəssamlar İttifaqının balansındadır. Emalatxana iddiaçının istifadəsinə verilməklə ona məxsusluğu Azərbaycan Rəssamlar İttifaqı tərəfindən də təsdiq edilir. Uzun müddətdir ki, həmin emalatxanadan iddiaçı fərdi yaradıcılıq emalatxanası kimi istifadə edir. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qəra rı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Göründüyü kimi qeyd edilən sərəncamla Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, 29 noyabr 2023-cü il qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X7 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 13 6 "a” saylı qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanasına) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin rədd edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2473/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X5 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, 29 noyabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsin in mövqeyinin əsassız və qanunsuz olduğu qeyd edilir.

14. Belə ki, iddiaçı tərəfindən hüquqlarının qeydə alınması üçün 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən tikili yaşayış binasının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Həmçinin analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1608/2023 saylı, 21 sentyabr 20223-cü il tarixli qərarı mövcuddur. Həmin qərarda kassasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini əsassız olması səbəbi ilə rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstit usiyası. Maddə

25. Bərabərlik hüququ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Madd ə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qayda sında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlə nməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. tutulmuş qeydiyyatın 18. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbay can Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1251 saylı Sərəncamı Azərbaycan rəssamları və heykəltaraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif iş lər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xa rakter daşımalıdır. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olun an normaları baxımından iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasi bətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X7 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

28. Cavabdeh iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim etmədiyindən hüquqlar qeydə alına bilməz.

29. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əml akın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

30. Hazırki iş üzrə iş materiallarında 8.0.1-ci maddədə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd- Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı mövcud olduğundan və bu sənədin mötəbərliliyi şübhə doğurmadığından iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması yol veri ləndir.

31. Bundan əlavə kassasiya şikayətində cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1608/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarında istinad edərək bildirmişdir ki, analoji işdə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin işdə də iddiaçıya emalatxana Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə verilmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

33. Belə ki, kassasiya şikayətində qeyd edilmiş 2-1(102)-1608/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarda həqiqətən də iddiaçının iddia tələbinin rədd edildiyi müəyyən edilir. Həmin işdə məhkəmə kollegiyası iddia tələbini rədd edərkən iddiaçının istifadəsində olan yaradıcılıq emalatxanasının Azərbaycan Rəssamlar İttifaqının balansında olmadığını, emalatxananın dövlət mülkiyyətində olmaqla Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin X1 İdarəsinin balansında olduğunu əsas götürmüşdür.

34. Lakin hazırki işin halları fərqlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Rəssamlar İttifaqının tərəfindən verilən 24 oktyabr 2023-cü il tarixli arayışda mübahisəli qeyri-yaşayış sahəsinin Azərbaycan Rəssamlar İttifaqının balansında olduğu qeyd edilmişdir (iş vər 149).

35. Başqa sözlə Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X7 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsi iddiaçıya səlahiyyətli qurum tərəfindən verilmişdir.

36. Yuxarıda qeyd edilənlərdən əlavə mə hkəmə kollegiyası bir məqama da diqqət yetirməyi məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarında cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlə eyni olan sənədlər əsasında digər rəssamların müvafiq yaradıcılıq emalatxanalarına yaranmış mülkiyyət hüquqlarını qeydə aldığı müəyyən edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırkı iş üzrə iddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi qəbul edilə bilən sayılmamalıdır.

38. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 39. “İnzibati icraat haqqında” Qanunun həmin ko nstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıy ır.

40. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

41. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

42. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma is ə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

44. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə predmeti olan fərdi yaradıcılıq emalatx analarının xüsusi mülkiyyətə verilməsi üçün əsas “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1251 saylı Sərəncamıdır. Həmin sərəncama əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətləri nəzərə alınmaqla onların mülkiyyətinə verilir.

45. İş materiallarında görünür ki, iddiaçı məhz yuxarıda qeyd edilən kateqoriya şəxslərə aiddir. Belə ki, o Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür (iş vər 6), eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2021-ci il tarixli, Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamına əsasən iddiaçıya “Əməkdar rəssam” fəxri adı verilmişdir.

46. Sərəncamda emalatxanaların Azərbaycan rəssamları və heykəltəraşlarının xüsusi mülkiyyətinə verilməsi üçün digər tələb emalatxanasının dövlət mülkiyyətində olması və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilməsi qeyd edilmişdir.

47. Məhkəmə kollegiyası bildirir ki, emalatxana həmin şərtlərə uyğundur, eləcə də bu emalatxana iddiaçıya qanuni əsaslarla- Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə order əsasında verilmişdir.

48. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, sərəncamın ikinci bəndində əsasən Azərbaycan Respublikasını n İqtisadiyyat Nazirliyinə bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirilməsi tapşırılmışdır.

49. Məhkəmə kollegiyası Sərəncamın bu bəndini şərh edərək bildirir ki, normanın tələbinə əsasən iki formada verilmiş yaradıcılıq emalatxanaları:

1. Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları

2. Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvl ərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları xüsusi mülkiyyətə verilə bilər.

50. Hazırki vəziyyətdə iddiaçıya verilmiş yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanası olduğundan onun qeyd edilən sahə üzərinə mülkiyyət hüququ mövcuddur.

51. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

52. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda gös tərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(103)-2473/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar