Məhkəmə qərarları › İş №2-1(102)-2651/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2651/2024

22.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2651/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinin iddiaçının adına keçirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin adına keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1978/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı mərhum ərinin mənzil növbəsinin adına keçirilməsi üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmişdir.

2. Cavabdeh 03 mart 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun X21 Qurban oğlu keçmiş “26 Bakı Komissarları” adına XDS İK-nın xx.xx.1984-cü il tarixli (əl ilə düzəlişlər olunub), 121/13684 saylı qərarı ilə bir nəfər ailə tərkibinə (özü) mənzil növbəsinə götürülmüşdür. Ş.Qasımov vəfat etdikdən sonra mənzil növbəsindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X21 Qurban oğlunun mənzil növbəsinin onun adına keçirilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 may 1982-ci ildə Qasımov Şakir Qurban oğlu ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.1983-cü ildə X12, xx.xx.1984-cü ildə X11, xx.xx.1989-cu ildə isə X13 adında övladları olmuşdur. X2, X13 evlidirlər, X5 isə nikahı məhkəmə qaydasında pozulmuş və hazırda 3 azyaşlı uşağı ilə birlikdə onunla ünvan 1-də qalırlar. Həmin mənzil tanışlarının mənzilidir, onunla qızı X11 və onun 3 azyaşlı övladı həmin mənzildə qeydiyyatdadırlar və kirayədə qalırlar. Mənzilləri, hər hansı digər bir mülkləri yoxdur. 60 yaşı var, X21 Qurban oğlu 1-ci Qarabağ müharibəsinin veteranı olmasına baxmayaraq ona aid hər hansı bir imtiyazdan istifadə etməmiş və hazırda da, istifadə etmir. Ma ddi vəziyyəti ağırdır, bir neçə xəstəlikdən müalicə alır. X21 Qurban oğlu Bakı Baş Polis İdarəsinin 2-ci Post Patrul Xidmət Alayında uzun müddət polis nəfəri, polis starşinası vəzifəsində çalışmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Ağdam, Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. X21 Qurban oğlu keçmiş «26 Bakı Komissarı» adına X15 İcraiyyə Komitəsinin xx.xx.1984cü il tarixli 121/13684 saylı qərarı ilə 1 nəfər ailə tərkibində mənzil növbəsinə götürülmüş, 39 il mənzil növbəsinə götürülməsinə baxmayaraq ona sağlığında mənzil verilməmişdir. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar nikahlarına xitam verilmişdir. O, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək mərhum X21 Qurban oğlunun mənzil növbəsinin adına keçirilməsini xa hiş etmiş, lakin cavabdeh müraciətin müsbət həllindən imtina etmişdir. Məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 yanvar 2023-cü il tarixli 3-48-2F/2-Q-00211/2023 nömrəli məktubla Qasımov Şakir Qurban oğlu barəsində keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli 121/13684 saylı qərarının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Həmin qərara əsasən Qasımov Şakir Qurban oğlu bir nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülmüşdür. Həmin qərarda qeyd edilmişdir ki, onun arvadı və övladı Bakı şəhərində qeydiyyatda yoxdur.

6. Sabirabad rayon X17 tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 460284 nömrəli “Nikahın bağlanması haqqında şə hadətnamə”yə əsasən Qasımov Şakir Qurban oğlu ilə X3 05 may 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 7. 5 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 166478 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən Qasımov Şakir Qurban oğlu xx.xx.2021-ci il tarixdə “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşma” səbəbi ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 194 nömrə ilə qeyd aparılmışdır.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Qasımov Şakir Qurban oğluna “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Cavabdehin etirazları:

9. Cavabdehin iddia tələbinə dair yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, ünvan 1 ünvanında 21 noyabr 2022-ci il tari xdən qeydiyyatda olan İddiaçı Q 99-068 saylı, 22.11 2022-ci il tarixli və 23.01 2023-cü il tarixli, 5-19/1 -Q6 068/2023 saylı ərizələr ilə Bakı şəhəri Cavabdehnə müraciət edərək mərhum həyat yoldaşı Qasımov Şakir Qurban oğlunun mənzil növbəsinin öz adına keçirilməsini xahiş etmişdir. Qasımov Şakir Qurban oğlunun 2021-ci ildə vəfat etdiyi bildirilmişdir. Lakin, Ölüm haqqında Şəhadətnamə RİH-ə təqdim olunmamışdır. Vətəndaşın İddiaçı ərizəsi araşdırılarkən yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların Cavabdeh nəzdindəki mövcud siyahılarda Qasımov Şakir Qurban oğlunun adı müəyyən edilməmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi keçmiş “26 Bakı Komissarı” adına rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli Qərarının kserosurətindən görünür ki, Qərarın verildiyi günü, ayı, ili və eləcə də, sır a nömrəsində əl yazısı ilə düzəlişlər olunmuşdur, həm də, iki sıra nömrəsi: 121/13684 və 125/13917 qeyd olunmuşdur. İddiaçı 121/13684 nömrəli Qərarın kserosurətinin arxiv çıxarışını RİH-ə təqdim etmişdir, digər 125/13917 nömrəli Qərarı ikinci ərizəsi ilə təqdim etmişdir (əlavə olunur). İddiaçı RİH-ə təqdim etdiyi keçmiş “26 Bakı Komissarı” adına rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 121/13684 nömrəli Qərarının kserosurətindən məlum olur ki, Qasımov Şakir Qurban oğlunun həyat yoldaşı və uşaqlarının Bakı şəhərində qeydiyyatı olmamışdır. Bu səbəbdən də, Ş.Qasımov 1 nəfər (özü) ailə tərkibində mənzil növbəsinə götürülmüşdür.

10. İddiaçı ilk dəfə Cavabdehnə ərizə ilə müraciət edərkən təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın (* *********63- 05301-093014 reyestr nömrəli) Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26, mənzil 23 (Yeni qaydalarla: AZ 1130, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İddiaçının RİH-ə ünvanladığı ərizəsinə əlavə etdiyi Bakı şəhəri, 17 mart 2022-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinə №DKM/008N13A00954722/1 əsasən "xxxx"MMC tərəfindən Bakı şəhəri 10 mart 2022-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən İpoteka predmeti 127.000 manat dəyərindən qiymətləndirilən ünvan 6, məhəllə 3202 olan evi satıcı İddiaçı alıcı-ipoteka qoyan X1 (əlavə olunur). Bundan sonra nə səbəbdənsə, evini sataraq 21 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanına hansısa yolla X9 məxsu s 20 nəfər (başqa-başqa şəxslər) qeydiyyatda olan, 2 otaqlı, yaşayış sahəsi 30,8 kv.m. olan məhdud kommunal şəraitli mənzilə qeydiyyata alınmışdır (149 saylı MKİS-in Forma 2 arayışı əlavə olunur). Odur ki, iddiaçının iddia tələbi əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8750/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçının mərhum əri özü bir nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. Onun ailə üzvləri mənzil növbəsində olmamışlar. Eyni zamanda, iddiaçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində onun mərhum ərinin adı yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısında aşkar edilməmişdir. Digər tərəfdən iş materiallarına əsasən iddiaçının ərinin adına ünvan 5 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu da, onu göstərir ki, faktiki olaraq iddiaçının mərhum əri sonradan yaşayış sahəsinə ehtiyacı olan şəxs olmamışdır. Əlavə olaraq, iddiaçı mərhum ərinin müharibə veteranı olmasına istinad etsə də, mövcud qanunvericilikdə vəfat etmiş müharibə əlilinin ailə üzvlərinin güzəştli mənzil hüququnun saxlanılması hüququ təsbit olunmuşdur. İddiaçının mərhum ərinin müharibə əlili olması isə işin halları ilə müəyyən edilməmişdir. İddiaçının özü də, hazırda yaşayış sahəsinə ehtiyacı olan şəxs deyildir. Belə ki, onun adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyə tindədir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1978/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(112)-8750/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassas iya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. Şikayət, həmçinin Mənzil Məcəlləsinin 48.1, 51.2-ci maddələrinə istinadla qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

18. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı Qasımov Şakir Qurban oğluna məxsus ünvan 6 ünvanda şəxsi mənzili olub. Lakin bu mənzili iddiaçı X21 Qurban oğlu vəfat etdikdən sonra vərəsəlik qaydasında qəbul etmiş, sonradan həmin mənzili alqı-satqı və ipoteka müqaviləsi ilə satmış və Qasımov Şakir Qurban oğlunun kredit borcunu ödəmişdir.

19. Eyni zamanda, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, hazırda iddiaçının şəxsi mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi vardır. Lakin həmin ev iddiaçının oğlu X6r və həmin ev formal olaraq iddiaçının adına rəsmiləşdirilib. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin evi qızı X7 bağışlamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 5, 23 saylı mənzil (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 124, M2, m1) xx.xx.2021-c i il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-243 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

27. Bundan əlavə, İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, 46 E saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

28. Həmçinin dövlət arxivində saxlanılan sənədlərlə ünvan 5, 23 saylı mənzil ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Qasımov Şakir Qurban oğluna məxsus olduğu, sonradan vərəsəlik qaydasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən materiallarla faktiki olaraq iddiaçının mərhum ərinin sonradan yaşayış sahəsinə ehtiyacı olan şəxs olmadığı müəyyən edilir. Buradan, hüquq varisliyi qaydasında iddiaçının adına keçirilməli olan (iddia olunan məzmunda) hüquq da mövcud deyil.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1978/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar