Məhkəmə qərarları › İş №2-1(102)-2652/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2652/2023

29.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2652/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Nümayəndə1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dəniz nəqliyyatı, üzən heyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Nümayəndə1 (təvəllüd: xx.xx.1959, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına q arşı “təhsil və iş illərinin müddət də sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək birinci dərəcəli matros peşəsi üzrə təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: -xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək birinci dərəcəli ma tros şagirdi; -xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixədək birinci dərəcəli matros; -xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək nəqliyyat donanmasının gəmilərində matros; -xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilədək nəqliyyat donanmasının gəmilərində elektrik; -xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək nəqliyyat donanmasının gəmilərində radiooperator; -xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək nəqliyyat donanmasının gəmilərində radiostansiya rəisi; -xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Zaqatala rayon İcarə podratı təşkilatının camaşırxana şöbəsində mexanik.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim e dilən xx.xx.1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” təşkilatında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən təşkilatda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi stajına daxil etmək mümkün deyil. Bu səbə bdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 8 ay 20 gün xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1977-xx.xx.1977-ci il və xx.xx.1979-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41.280,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.849,06 manat təşkil edir. Qeyd olunanları nəz ərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı təşkilatı”nda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət sığorta stajı kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı xx.xx.2023-cü il tarixində iddianın dəqiqləşdirilm əsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı” təşkilatında işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət sığorta stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1977xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1998-ci il və xx.xx.2000-xx.xx.2005-ci illərdə müxtəlif vəzifələrdə işləmiş, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuş və xx.xx.1976-xx.xx.1 977-ci illərdə (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1-ci dərəcəli matros sənəti üzrə tam kursunu bitirmiş) təhsil almışdır. İddiaçının iş stajı ümumilikdə 25 il 8 ay 20 gün təşkil edir.

8. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən xx.xx.1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” təşkilatında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən təşkilatda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin D övlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 8 ay 20 gün xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1977-xx.xx.1977-ci il və xx.xx.1979-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pe nsiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41.280,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.849,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən ası lı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

10. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, Qan unun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

11. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

12. İş materi allarında olan Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli **********6 nömrəli imtina məktubuna əsasən iddiaçının xx.xx.1978-ci il tarixli İT0290556 nömrəli əmək kitabçasında iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində “X1” təşkilatında işlədiyi qeyd olunmuş və həmin dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (Monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” qanunun 21.2-ci mad dəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından iddiaçı Nümayəndə1 ümumi iş stajı 25 ildən az olmaqla 20 il 8 ay 20 gün (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979cu il tarixdən xx.xx.1998-ci il tarixədək) təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-133/2023 nömrəli qərarı ilə iddiaçıya xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı” təşkilatında işlədiyi xx.xx.2000-ci il tarixdən x x.xx.2005-ci ilədək müddət sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan, yəni 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır.

15. Belə ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla qanunvericili klə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmişdir. İddiaçı qanuna müəyyən edilən yaş həddinə çatmışdır. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (18 il 4 ay) işlədiyi matros, elektrik, radiooperator və radiostansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.2-ci bəndinə, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda (XXVİİİ yarımbölmə 3cü bənd kod 23003000 1-ci yarımbənd) göstərilən 23003010 kodlu vəzifəyə uyğundur.

16. Həmçinin iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyin dən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-286/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-133/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, prosessual normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan (xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyada): Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfin dən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”. 23000000 XXVİİİ. Nəqliyyat 23003000

3. Dəniz və çay donanması 23003010 1) Üzən heyət 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktik i halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şika yətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

33. Ape llyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. İş materiallarında olan sənədlərə (hərbi bilet, attestat, əmək kitabçası, güzəştli arayış) əsasən, iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq olduğu və bu stajın 12 il 6 aydan artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığı təsdiq olunduğundan iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

35. İddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Zaqatala rayon İcarə podratı təşkilatının camaşırxana şöbəsində işləməsi barədə əmək kitabç asında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrün iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

36. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

38. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-286/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar