Məhkəmə qərarları › İş №2-1(102)-2666/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2666/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2666/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; kameral vergi yoxlaması; malın statistik dəyərinn xərc kimi nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)12/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-ci il üzrə gəlir vergi bəyannaməsini vergi orqanına təqdim etmişdir.

2. Cavabdeh vergi orqanı tərəfindən gəlir vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən iddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 3221397,17 manat fərq yarandığı müəyyən olunmuşdu ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir.

3. Bununla əlaqədar olaraq iddiaçıya kameral vergi yoxlaması üçün z əruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün iddiaçıdan zəruri sənədlər, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. 4.Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş 1456,28 manat vergi məbləği nəzərə alınmaqla 575471,98 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə **********025000 saylı, 07 oktyabr 2021ci il tarixl i qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması barədə **********025000 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə xx.xx.2021-ci il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi 300.000 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Lakin cavabdeh orqan tərəfindən qəbul edilmiş **********197100 saylı, 25 may 2021-ci il qərarla hesablanmış vergi məbləği cavabdeh orqanın **********118700 saylı, 09 avqust 2021-ci il tarixli qərarı ilə ləğv edilsə də, hesablanmış vergi məbləği qüvvə də qalmışdır. Xərclər hesab olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlər əsasında hesablanmışdır. Gəlirdən çıxılan xərclər qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq formaya uyğun alış aktları cavabdeh inzibati orqana təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi v ə tətbiqi Qaydaları”nın 3.1 və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Cavabdeh orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edilərkən, gəlirdən çıxılan xərclər in, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatlar qərarda əsaslandırılmamışdır. 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh orqan tərəfindən keçirilən kameral yoxlama ümumiyyətlə qanunauyğun olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya əlavə vergi məbləği hesablanmışdır. 7.Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3650/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barədə xx.xx.2021-ci il tarixli, **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. 8.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********025000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının müəyyən edilmiş qaydada iddiaçıya təqdim edilməməsini göstərmiş, cavabdeh isə bu halı təkzib etməmiş, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-cü maddəsində göstərilən qaydada İddiaçı 5 iş günü müddətində göndərilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. 9.Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının fəaliyyətinin eyni dövrü üzrə 3 dəfə kameral vergi yoxlaması aparmış, hər 3 dəfəsində eyni məbləğdə vergi hesablamış, sonradan isə ikinci dəfə və üçüncü dəfə eyni dövr üzrə kameral vergi yoxlamasını apararkən müvafiq olaraq birinci və ikinci dəfə kameral vergi hesablanması barədə qərarların ləğv edilməsini sonradan qəbul edilmiş müvafiq qərarlarda göstərmişdir, halbuki bu da yenə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarının pozulması deməkdir, belə ki, eyni vergi dövrü üzrə eyni vergi yoxla masının 3 dəfə həyata keçirilməsi Azərbayan Respublikasının vergi və ya digər qanunvericiliyində nəzərdə tutulmamışdır. 10.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Məmmədov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. 12.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2020-ci ildə idxal edilmiş malların maya dəyəri idxal edilmiş malların faktura dəyəri 3813352,09 manat, idxal zamanı ödənilmiş rüsumlar 860949,14 manat, elektron alış aktına əsasən 300000 manat, e-qaimə fakturaya əsasən 47659,97 manat olmaqla, cəmi 5021961,20 manat təşkil edir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində mədaxil edilmiş malların dəyəri 7877476,92 manat qeyd edilərək, gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edildiyi müəyyən olunmuşdur. 2020-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin gəlirlər sütununa əsasən iddiaçının 7916864,31 manat gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər 5032223,0 manat təşkil edir - malın maya dəyəri 5021961,2 manat, icarə üzrə 2396 manat, sosial sığorta haqları 281,25 manat, sair xərclər 7399,81 manat, rekl am xərci 184,74 manat. Qeyd olunanlara əsasən hazırda mübahisələndirilən qərarla iddiaçıya 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə bəyan edilmiş 1.456,28 manat vergi məbləği nəzərə alınmaqla 2020-ci il üçün gəlir vergisi üzrə 575.471,98 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır (7916864,31 - 5032223,0) x 20% - 1456,28 = 575.471,98). 13.Məhkəmə kollegiyası qeyd etmişdir ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. İddiaçı malın alışı üçün çəkilmiş faktiki xərcdən artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 14.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təm in edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: 15.İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, malların alış üçün çəkilmiş bütün faktiki xərclərlə bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin faktiki xərcləri təsdiq edən sənədlər istər birinci instansiya məhkəməsinə istərsə də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Belə ki, həmin təqdim edilmiş sənədlər əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert münasibəti rəy şəklində məhkəməyə təqdim edilsə də, rəyin mətnində ekspert tərəfin rəy verilə bilmədi qeyd olunmuşdur. Buna baxmayaraq, apellyasiya in stansiya məhkəməsi əlavə ekspertiza təyin etmək səlahiyyətində olsa da, yenidən əlavə ekspertiza təyin etməmişdir. Baxmayaraq ki, 1 ildən artıq müddətdə inzibati iş materialları ekspertizanın, Ədliyyə Nazirliyinin, Məhkəməekspertizası Mərkəzinin icraatında olmuşdur. Ekspertizada olan zaman da bütün iddiaçı tərəfindən çəkilmiş faktiki xərcləri əks etdirən sənədlər məhkəmə vasitəsilə ekspertiza Mərkəzinə göndərilmişdir. Əgər apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi lüzumsuz idisə, 1 il yarımdan artıq müddətdə apellyasiya instansiya məhkəməsi işi lüzumsuz olaraq uzatmış, əlavə ekspertiza keçirilməsi barədə qərardad qəbul etməli olduğu halda etməmişdir. 16.Eyni zamanda, apellyasiya instansiya məhkəməsi işə baxarkən, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, b irinci instansiya məhkəməsinin qərarını ləğv edərkən, cavabdeh inzibati orqanın iddiaçıya göndərdiyi uyğunsuzluq məktubuna (2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında manat fərq yaranmışdır) istinad etsə də, həmin imtina məktubu iş materiallarında olan cavabdeh inzibati orqanın qərarı ilə ləğv edilmişdir. Sonuncu mübahisələndirilən qərarda, inzibati aktın qəbul edilməsinə əsas kimi 300.000 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********197100 saylı, 25 may 2021-ci il qərarla hesablanmış vergi məbləği cavabdeh inzibati orqanın **********118700 saylı, 09 avqust 2021-ci il tarixli qərarı ilə ləğv edilsə də, hes ablanmış vergi məbləği qüvvədə qalmışdır. Halbuki, 300.000 (üç yüz min) manat məbləğində iddiaçı tərəfindən göndərilmiş elektron qaimə, sonradan göndərilən həmin gün iddiaçının özü tərəfindən ləğv edilmişdir. 17.Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmaqla aparılmış, əgər iddiaçı tərəfindən faktiki çəkilmiş xərclərin nə qədər olması ona məlum deyildirsə, şərti rentabellik tətbiq etməli idi. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq, inzibati orqanın diskression səlahiyyətləri aşılmaqla yoxlama aparılmışdır. b) kassasiya şikayətinə etirazın dəlilləri: 18.İddiaçı kassasiya şikayətində faktiki xərcləri təsdiq edən sənədləri məhkəmələrə təqdim etdiyini və bunun əsasında apelyasiya məhkəməsi tərəfindən ekspert iza təyin edilməsinə baxmayaraq müvafiq rəyin verilmədiyini, buna baxmayaraq apelyasiya məhkəməsi tərəfindən yenidən ekspertizanın təyin edilməyini bildirmiş, halbuki ekspert tərəfindən dəfələrlə xərcləri təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı məktub və vəsatətlər təqdim edilsə də iddiaçının bəyan etdiyi həcmdə xərcləri təsdiq edən sənədlər təqdim edilməmişdir. Buna görə də iş üzrə rəy verilməsi mümkün olmamışdır. Vergi Məcəlləsi faktiki çəkilmiş xərclərin gəlirdən çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. İddiaçı malın alışı üçün çəkilmiş faktiki xərcdən artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19.Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması verg i orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks e tdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri

1. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya mə hkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 23.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 25.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26.Mübahisələndirilən qərarla hesablanan gəlir vergisinin qanuniliyi və əsas lılığı ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 27.Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 28.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılma yan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 29.Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumlar ı üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutul muşdur. 30.Göründüyü kimi, gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır. Hazırkı iş üzrə iddiaçı invoys dəyərindən daha artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübut təqdim etməmişdir. 31.Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şi şirtmişdir və vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil. 32.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar