Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2667/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 2-1(103)694/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşı tamam olan xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Ağdaş ray onu, Tofiqi kəndində anadan olmuşdur. Hazırda 62 yaşı var. Müxtəlif dövrlərdə aşağıda qeyd olunan müəssisələrdə çalışmışdır: xx.xx.1979-xx.xx.1979-cu il tarixləri ərzində Ağdam rayon Xosrov çarpayı zavodunda çilingər işləmişdir (3 ay 19 gün). xx.xx.1980-xx.xx.1982ci il tarixləri arasında hərbi xidmətdə olmuşdur (2 il 26 gün). "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, A/X-002 nömrəli arayışından göründüyü kimi, xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adı çəkilən müəssisədə qaynaqçı, elektrik montyoru və maşinist nasosçu vəzifələrində çalışmışdır (15 il 4 ay 26 gün). xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC müəssisəsində qaynaqçı vəzifəsində çalışmışdır (2 il 9 ay 4 gün). Yevlax "xxxx" MMC müəssisəsi tərəfindən verilmiş arayışdan gör ündüyü kimi, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Yevlax "xxxx" MMC müəssisəsində qaynaqçı vəzifəsində çalışmışdır (4 il 9 ay 8 gün). xx.xx.2012-xx.xx.2014cü il və xx.xx.2017-xx.xx.2017-ci il arasındakı dövrlər ərzində "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışmışdır (2 il 1 ay 6 gün). "xxxx" ASC-nin Yevlax Aqrar Tikinti Filialında xx.xx.2017-xx.xx.2019-cu il arasındakı dövrlər ərzində qaynaqçı vəzifəsində çalışmışdır (2 il 7 ay 18 gün). "xxxx" MMC-də xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı vəzifəsində çalışmışdır. Göründüyü kimi, onun xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 29 il 6 ay 5 gün təşkil edir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından xx.xx.2023-cü il tarixdə Dövlət Sosial M üdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmiş, ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R218778/2023 nömrəli güzəştli şərtlərlə əmək pensiyası təyinatından imtina haqqında məktub verilmişdir. Hesab edir ki, hesablamalar düzgün aparılsa, iş stajı və yığılmış kapitalı güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 4 nömrəli arayışından göründüyü kimi, 15 il 4 ay 26 gün güzəştli şərtlərə daxil olan sahədə - dərin quyularda qaynaq işləri vəzifəsində çalışmışdır.
3. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 oktyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" MMM-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, 2006-2021-ci illərdə iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2012-ci ilin dekabr, 2013-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin sentyabr, 2017-ci ilin fevral, mart, 2020-ci ilin noyabr ayları üzrə öz əksini tapmadığından həmin müddətin (10 ay) onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər (“Əmək pensiyaları haqqında Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az, yəni 24 il 02 ay 09 gün təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 2 6756,93 manat təşkil edir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan qanunvericiliklə ali təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zaman əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4387/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1961-cı il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir.
6. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbini dəqiqləşdirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 14 may 2025-ci il tarixli, 21(103)-694/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4387/2024 nömrəli 06 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun şəkildə təmin olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 8.1. İddiaçının təhsil dövrü (bu dövrün iş stajı ilə üst-üstə düşməyən hissəsi), hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı (2006-2021-ci illərdə məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2012-ci ilin dekabr, 2013-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin sentyabr, 2017-ci ilin fevral, mart, 2020-ci ilin noyabr ayları üzrə öz əksini tapmadığı üçün həmin müddətin staja daxil edilməsi mümkün olmadığından həmin 10 ay çıxılmaqla) nəzərə alınmaqla, onun 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən edilir. 8.2. İşdə olan xx.xx.2019-cü il tarixli, A/x-002 n ömrəli güzəştli arayışdan görünür ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi icra etdiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalarların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində 15 il 4 ay 26 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. Həmçinin, xx.xx.2023-cü il tarixli, 07 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - "xxxx" ASC-də “əl ilə elektrik qaynaqçısı” vəzifəsində 13 il 11 ay 09 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olm aqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğundur. Yevlax "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Yevlax "xxxx" MMC-də xx.xx.2001-ci il tarixdə 17 nömrəli əmrlə qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 17 nömrəli əmrlə işdən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçının "xxxx" ASC-də “qaynaqçı” işlədiyi vəzifə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dərin quyularda qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bəndinin 11620; 19906 vəzifə kodlarına uyğ undur. İddiaçı isə həmin vəzifədə 15 il 4 ay 26 gün işləmişdir. Bu da iddiaçının güzəştli əmək pensiyası hüququna əsas olan ikinci şərti də ödədiyini göstərir. 8.3. İşin apellyasiya baxışı zamanı iddiaçının verdiyi izahatlardan məlum olmuşdur ki, onun cavabdeh qurum tərəfindən nəzərə alınmayan - 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsində başqa şəxsin işlədiyi dövrlər həmin şəxsə pensiya təyin olunarkən cavabdeh qurum tərəfindən onun iş stajına daxil edilmişdir. Bununla bağlı, inzibati orqana sorğu verilərək iddiaçı ilə eyni müəssisədə işləmiş X1 pensiya işi tələb olunmuşdur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsindəki iş stajı cavabdeh qurum tərəfindən “müəssisənin DSMF-də sığortaolunan kimi qeydiyyatda olmadı ğı və MDSS haqları ödəmədiyi” səbəbindən nəzərə alınmasa da, iddiaçı ilə eyni müəssisədə işləmiş X1 təqdim olunmuş pensiya işinin materiallarındakı sənədlərə əsasən onun həmin müəssisədəki iş stajı - xx.xx.1992xx.xx.1996-cı il arasındakı dövr həmin şəxsə pensiya təyin olunarkən onun sığorta stajına daxil edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh qurumun iddiaçıya 1998-2001-ci illərdə işlədiyi "xxxx" müəssisəsindəki iş stajını, ümumiyyətlə, qəbul etməməsi iddiaçının bərabərlik və inzibati orqanın praktikasına (vahid məhkəmə təcrübəsinə əsasən yaranmış inzibati praktikasına) etimad hüququnun qorunması prinsiplərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı dövrün bir hissəsi (əmək stajı ilə üst-üstə düşməyən hissəsi), hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı nəzərə alınmaqla, onunla oxşar hüquqi vəziyyətdə olub, eyni faktiki hallara və eyni hüquqi əsaslara söykənən, eyni hüquqi marağı olan şəxsə münasibətdə cavabdeh qurumun inzibati praktikasının mövcudluğu nəzərə alınmaqla, 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. 8.4. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 3 şərtin birincisi və ikincisi, yəni 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı tələbləri təmin olunsa da, hazırkı işdə iddiaçının ona bu əsaslarla pensiya təyinatının aparılması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verib-verməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı sorğuya cavab olaraq verilmiş 5 mart 2025-ci il tarixli, 3-17-1/2-53939/2025 nömrəli məktubda bildirilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi 40800 manat hesablandığı halda, iddiaçının 60 yaşının tamamlandığı 31 iyul 2021-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 19538,60 manat təşkil edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmamış və sözügedən əsaslarla iddiaçıya pensiya təyin olunması üçün hər 3 şərtin təmin olunub-olunmaması məsələsinə qiymət verməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdə qəbul edilmiş redaksiyasına əsasən xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələbin aradan qaldırıldığını nəzərə alaraq iddiaçıya hüquqi yardım göstərmiş, iddiaçı həmin hüquqi yardıma uyğun olaraq iddia tələbini dəqiqləşdirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. 8.5. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanun əmək şəraiti xüsusilə zərərli və ağır olan işlə rdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) şəxsin müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Beləliklə, xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırıldığı üçün məhkəmə kollegiyası iddiaçıya 60 yaşı tamam olduğu tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmas ı üçün qanunla tələb olunan bütün şərtlərin təmin olunduğu qənaətindədir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması daha məqsədəmüvafiqdir.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi möv qelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kas sasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqd a, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardad ına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-3360/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
15. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunmas ı bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
16. Hazırkı iş üzrə iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması (60 yaşa) və xx.xx.2022-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.2022-ci il tari xədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan və xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırıldığı üçün apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçıya 60 yaşı tamam olduğu tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmişdir.
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhk əmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsasl ar yoxdur.
19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(103)-694/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.