Məhkəmə qərarları › İş №2-1(102)-2668/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2668/2024

22.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2668/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsin ə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)85/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ icarə əsasında iddiaçının atası Qafar Əhmədova məxsus olmuşdur.

2. Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış və iddiaçının əsaslandığı xx.xx.1987-ci il tarixli 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icar əyə verilməsi barədə” müqaviləyə əsasən 0,25 ha torpaq sahəsi olan 1181 saylı bağ sahəsi və bağ sahəsində olan tikililər icarə əsasında İddiaçı istifadəsinə verilmişdir.

3. İddiaçı həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

5. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur.

6. İddiaçı xx.xx.2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 7. 12.09.2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından yenidən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

8. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hal-hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X2 və İstismarı Birliyi ilə hazırkı iddiaçı arasında xx.xx.1987-ci il tarixdə 7328 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər XDS-in nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi ü zrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ onun (iddiaçının) icarəsinə verilmişdir.

10. Faktiki olaraq həmin bağ sahəsi 1967-ci ildən iddiaçının valideynləri Qafar Əhmədov və Mariya Əhmədovaya məxsus olmuşdur. Həmin şəxslər 1967-ci ildən Nardaran qəsəbəsindəki 1181 nömrəli bağda yaşamış və 1983-cü ilədək bağa qulluq edərək, kirayə haqqı və kommunal xərcləri ödəmişlər. Qafar Əhmədov 1974-cü ildə, Mariya Əhmədova isə 1983-cü ildə vəfat etmişdir. Onların ölümündən sonra iddiaçı ilə bacısı X11 arasında bağ sahəsi ilə bağlı mülki mübahisə yaranmışdır.

11. Marina Qasımova ona qarşı “bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırm ışdır. Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın “bağ sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, “istifadə hüququnun itirilməsi” tələbinə dair İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir.

12. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ sahəsi 1967-ci ildən iddiaçının valideynlərinin, onların vəfatından sonra ötən müddət ərzində iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi və tikililərdən istifadə və sahiblik müddəti 1967-ci ildən hesablanarsa, 50 il müddət ötür.

13. Bağ sahəsinin və tikililərin uzun mü ddətli icarəyə verilməsi barədə Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin bağlanması tarixindən istifadə və sahiblik müddəti hesablandıqda, 30 il müddət ötmüşdür.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

15. İddiaçının həmin bağ sahəsinə tikililərlə birlikdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur.

16. Həmin Məcəllənin 178.6-cı maddəsinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyes trində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun.

17. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Cavabdehin etirazları:

18. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilərək qeyd olunur ki, iddiaçı cavabdehə Bakı şəhəri, Sabunçu rayonu, Nar daran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizə ilə müraciət etmişdir.

19. Araşdırma zamanı həmin bağın torpaq sahəsinin 2.500 kv.m olduğu müəyyən edilmişdir. Lakin yoxlama-ölçü işlərinin aparılması ilə bağlı mütəxəssislər ünvanda olarkən 512 kv.m torpaq sahəsinin istifadə edildiyini aşkar etmişlər.

20. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 1181 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin arxiv qovluğunun İdarəyə təhvil verilmədiyi və İdarənin elektron-baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur.

21. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) xx.xx.2015-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı yenidən poçt vasitəsilə İdarəyə ərizə təqdim etmiş və ərizəsində Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

22. Araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir və icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir.

23. Sonradan İddiaçı təkrarən İdarəyə həmin məsələ ilə bağlı müraciət etmiş, lakin xx.xx.2017-ci il tarixli məktubda göstərilən səbəblər aradan qaldırılmadığından, ona xx.xx.2017-ci il tarixli imtina məktubu ünvanlanmışdır.

24. Göründüyü kimi, iddiaçı cavabdehə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha ölçüdə torpaq sahəsi və oradakı tikililərə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı deyil, yalnız bağ sahəsinə dair bölgü sxemin verilməsi və dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir.

25. İddiaçı “bağ sahəsindən istifadə hüququnun olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ sahəsi üzərində onun qanuni istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təm in edilmişdir. Lakin maraqlı şəxs kimi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir.

27. Əlavə araşdırma zamanı göstərilən bağ sahəsinin mişar daşı ilə hasarlanaraq sərhədləndiyi, ümumi hasar daxilində 2.990 kv.m torpaq sahəsi olduğu və həmin sahədə A yaşayış evi və B.C.D həyətyanı tikili olduğu müəyyən edilmişdir.

28. Həmçinin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə 29. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)5065/2017 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçının Bakı Şəhər XDS İK-in X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

30. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1503/2018 saylı iş üzrə qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5065/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-218/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1503/2018 saylı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin ikinci icraat:

34. X16 xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (mar aqlı) şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

35. Ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5065/2017 saylı iş üzrə qərarı onun maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X7 və sonuncunun vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək hə min bağ evində yaşayır. Bu barədə hazırkı inzibati iş üzrə verilən apellyasiya şikayətində ətraflı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, onun 2-1(82)-5065/2017 saylı inzibati işə maraqlı şəxs kimi cəlb olunmağı xahiş olunur.

36. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

37. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə da ir iddiası təmin edilməmişdir.

38. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

39. Hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə X12 və X6 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafiq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X2 və İstismarı Birliyinə həvalə olunması barədə məhkəmə qətnaməsi (xx.xx.2006-cı il tarixdə) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır.

40. Nəzərə alınmalıdır ki, əvvəllər mövcud olmuş inzibati praktikaya görə Bakı Şəhər XDS İK-nın nizamnamə əsasında fəaliyyət göstərən Bağl ar Təsərrüfatı İdarəsi və X2 və İstismarı İdarəsi tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüləri müvafiq dövrlərdə 0,25 ha-dan və 0,12 ha-dan artıq olmamışdır.

41. Belə olan halda, mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur. Qeyd olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir.

42. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə zidd sayılmamalı və bu imtina hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

43. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1990/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələrinin naturada yeri müəyyən olunsun. İkinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələri hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Üçüncü sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə b ağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsinin naturada yeri müəyyən olunsun. Dördüncü sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 21255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələri ilə İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi üst-üstə düşürmü? Beşinci sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında x x.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü?

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9677 saylı ekspertiza rəyi ilə ekspertlər qarşısında qoyulmuş suallara (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin rəyi nəzərə alınmaqla) aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: Qeyd olunan 1181-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Faktiki olaraq göstərilən 0.3012 ha (3012.0 kv.m) təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181/A-2 saylı bağ sahələrinə dair X16 və X6 adına X4 icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (X16) və 1182a (X13) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur. Lakin həmin qeyd olunan bağlar onlar tərəfindən ümumi ərazinin hansı hissəsində yerləşdiyi göstərilməyib. İkinci suala cavab: 11811-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Üç, dörd və beşinci suallara cavab: Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 1181 saylı bağ sahəsinin ərazisinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçı adına **********0011301 reyestr nömrəsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağ evi kimi qeydiyyata alınmışdır (2500.0 kv.m torpaq sahəsi və üzərində yerləşən 57.8 kv.m bağ evi). Bağ evinin texniki pasportuna əsasən göstərilən ərazinin hər hansı şəxsin dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşməsi ilə bağlı məlumat yoxudur. Arxiv mə lumatlarına əsasən **********00-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinsə olan ünvan ünvanda yerləşən 2500.0 kv.m torpaq sahəsi, üzərində yerləşən 57.8 kv.m bağ evi məhkəmə qərarı və 7328 saylı uzunmüddətli icarə müqaviləsi əsasında qeydiyyatdan keçmişdir.

46. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-85/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

47. Məhkəmə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından və iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 saylı qətnaməsi üzrə mülki iş məhkəmə sorğusu əs asında tələb edilərək məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sabunçu Rayon Məhkəməsi 1181 saylı bağ sahəsinə dair cavabdeh X2 və İstismarı Birliyindən götürülmüş 1181 və 1181-A saylı bağ sahələrinin qovluqlarında olan sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir.

48. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırılmışdır.

49. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə aşağıdakı dəlillərə istinad etmişdir: - N ardaran qəsəbəsində sahəsi 0,25 hektar olan 791/1181 saylı bağ sahəsi xx.xx.1969-cu il tarixdə 17328 saylı müqavilə ilə X9 10 il müddətinə icarəyə verilmişdir. - Valideynlərin vəfatından sonra xx.xx.1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddiaçı (iddiaçıların dayısına) Nardaran qəsəbəsində sahəsi 0,25 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - xx.xx.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - 1181-A saylı bağ sahəsinə dair qovluqda olan sənədlərlə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci tarixli, 195 sa ylı Qərarının 5-ci bəndlərinin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə bağ sahəsinin bölünmüş və xx.xx.1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə maraqlı tərəf M. Qasımovanın icarəsinə verilmişdir. - xx.xx.1998-ci il tarixli bağın icarəyə verilməsi haqqında 19153 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən maraqlı tərəf M. Qasımovaya Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir.

50. İddiaçı ilə mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini t apmış olmur.

51. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bu Qərarın 55-56-cı bəndində istinad olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir.

52. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

53. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən iş materiallarına əlavə olunmayan və məhkəmə iclaslarında araşdırılmayan sübutlar əsasında qərar qəbu l olunmuşdur.

54. Məhkəmə kollegiyası qərar qəbul edərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini tətbiq etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunm uşdur.

55. İnzibati işin materiallarına əlavə edilmiş Bakı Şəhər XDS İK-nın X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.1987-ci il tarixli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51,5 kv. metr yaşayış mənzili, 4,6 kv. metr köməkçi tikintilər olan 1181 nömrəli bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Bakı Şəhər XDS İK-nın X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.1987-ci il tarixli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən olunmuş daşınmaz əmla k üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmalıdır.

56. Bakı Apellyasiya Məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə X12 və X6 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafiq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X2 və İstismarı Birliyinə həvalə olunması barədə məhkəmə qətnaməsi (Bakı şəhəri, Sabunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır.

57. Bakı Apellyasiya Məhkəməsinin inzibati mübahisəyə dair iş üzrə qərarında qeyd olunan hallar Bakı şəhəri, Sabunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 21255/2006 nömrəli qətnaməsinə istinad olunmaqla, qəsdən və bilərəkdən təhrif olunmuşdur. Məhkəmə Kollegiyası Sabunçu rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsinə əsassız və qanunsuz olaraq istinad etmiş, həmin qətnamə ilə təsdiq olunmayan halları fakt kimi təqdim etmişdir.

58. Belə ki, məhkəmənin istinad etdiyi Bakı şəhəri, Sabunç u rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi aşağıdakı iddia tələbi üzrə çıxarılmışdır.

59. İddiaçı X16 və X13 cavabdeh Bakı şəhəri X2 və İstismarı Birliyinə, maraqlı tərəf X7 (analarına) qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə müraciət edərək məhkəmədən 1966-cı ildən babaları X8, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X3 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin X12, 0.25 ha hissəsinin X6 icarəsinə verilməsi və bu barədə müvafiq icarə müqavilələrinin bağlanmasının Bakı şəhəri X2 və İstismarı Birliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

60. İddia tələbindən göründüyü kimi X12 və X6 tələbləri İddiaçı xx.xx.1987-ci il tarixli, 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilə ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan 0,25 ha. torpaq sahəsinə, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51, 5kv. metr yaşayış mənzilinə, 4,6 kv. metr köməkçi tikintilərdən ibarət olan 1181 nömrəli bağ sahəsinə yönəlməmişdir. İddiaçıların tələbləri 1966-cı ildən babaları X9 ayrılmış, İddiaçı icarəsində olan sahələrə bitişik 0.50 ha. ölçülü bağ sahəsinə yönəlmişdir.

61. Bakı şəhəri, Sabunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar doğma bacı-qardaş olmaqla babaları(analarının atası) X1 əsrin 60-cı illərində Azərbaycan SSR Dövlət Bankının sədrim olmuş və 1966 -cı ildə ona Nardaran qəsəbəsində sahəsi 0,75 hektar olan bağ sahəsi verilmişdir. Bağ sahəsini həmin vaxt hasara almış, ev tikmiş, abadlıq və əkin işləri aparmış, bu illər ərzində daimi icarə haqqını ödəmişlər. 1969-cu ildə həmin bağ sahəsini rəsmiləşdirərkən müqavilədə 0,25 hektar göstərilmişdir. Bu günə kimi cavabdeh X2 və İstismarı Birliyinin bir dəfə də olsun onlara pretenziyası olmamışdır. Bağ sahəsindən faktiki istifadə etmələrinə baxmayaraq rəsmiyyətdə yalnız 0,25 hektar bağ sahəsi onların icarəsindədir. 0,12 hektar anaları-cavabdeh M. Qasımovanın, 0,12 hektar isə dayıları İddiaçı icarəsindədir. Buna görə də faktiki onların istifadəsində olan 0,50 hektar bağ sahəsinin onların icarəsinə verilməsini xahiş edirlər.

62. İddiaçılar X16 və X13 iddia tələblərində “Bağ sahəsindən faktiki istifadə etmələrinə baxmayaraq rəsmiyyətdə yalnız 0,25 hektar bağ sahəsi onların icarəsində olması, 0,12 hektar torpaq sahəsinin anaları-cavabdeh M.Qasımovanın, 0,12 hektar isə dayıları İddiaçı icarəsində olması iddiaçılar tərəfindən düzgün qeyd olunmamışdır. İddiaçı xx.xx.1987-ci il tarixli, 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilə ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki torpaq sahəsinin ölçüsü 0,25 ha. olmuşdur. Həmin torpaq sahəsi heç zaman bölünməmiş və V. Əhmədovla 0,12 ha. torpaq sahəsinə icarə müqaviləsi bağlanmamışdır. Bakı şəhəri X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən onun istifadəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsi üzərindəki tikililər olmuşdur.

63. Bakı şəhəri, S abunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsində hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırılmışdır.

64. İddia ərizəsindən və məhkəmənin qətnaməsindən göründüyü kimi iddia tələbi İddiaçı icarəsində olan torpaq sahəsinə deyil, babaları X8, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X3 və İddiaçı Qafar oğlunun icarəsində olan torpaq sahələrinə (qonşu) bitişik 0.50 ha. ölçüsü olan bağ sahəsinin iddiaçı X16 ilə X13 arasında hər birinə 0.25 ha. hissəsi də icarəyə verilməsinə yönəlmişdir.

65. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,25 ha torpaq s ahəsinin, torpaq sahəsində olan 3 otaqdan ibarət 51,5 kv.m yaşayış sahəsinin və 4,6 kv.m köməkçi ikilidən ibarət olan 1181 nömrəli bağ sahəsinə İddiaçı qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməməsi təkzib olunmaz və mötəbər sübutlarla tam təsdiq olunur.

66. Məhkəmə kollegiyasının mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbər olmadığına dair mülahizəsi və Sabunçu rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsinə əsassız olaraq istinad etməsi digər sübutlarla da tam təkzib olunmuşdur. Məhkəmə kollegiyasının istinad etdiyi xx.xx.1988-ci il tarixli, 17328 saylı müqavilə faktiki olaraq iş materiallarına əlavə olunmamışdır. Belə bir müqavilənin olması ha nsı əsasla məhkəmə kollegiyası üçün mötəbər müqavilə hesab edilə bilər.

67. Digər tərəfdən X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi üzrə Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-381 saylı qərarı ilə müəyyən olunmuş hallar məhkəmə kollegiyası tərəfindən hansı səbəbdən inzibati iş üzrə sübut kimi qəbul edilməmişdir. İddiaçı tərəf olduğu mülki iş üzrə qətnamə məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilmədiyi halda, İddiaçı tərəf kimi iştirak etmədiyi Sabunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi sübut kimi qiymətləndirilmiş və həmin məhkəmə qətnaməsi ilə iddianın predmetinə aid olmayan tələblər üzrə çıxarılmış məhkəmə qətnaməsinə istinad edilmişdir.

68. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası qər arının 25-ci bəndi ilə “mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyinin təsdiqini tapmaması, bağ sahəsinin faktiki mübahisəli olmasının İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməməsinə dair mülahizələrini məhkəmə qərarının 28-ci bəndi ilə təkzib etmişdir. Belə ki, Məhkəmə qərarının 28-ci bəndinin ikinci abzasında Bakı şəhəri, Sabunçu rayon məhkəməsi xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsinə əsaslanaraq qeyd etmişdir ki, “Valideynlərin vəfatından sonra xx.xx.1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddi açı (iddiaçıların dayısına) Nardaran qəsəbəsində sahəsi 0,25 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin nömrəsi qərarda (qətnamədə) düzgün qeyd olunmasa da X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 7328 saylı müqavilə iş materiallarına əlavə olunmuşdur.

69. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 saylı qətnaməsi üzrə mülki işə məhkəmə Kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilməsinə istinad olunmuşdur. Faktiki olaraq mülki işin materiallarına baxış keçirilməmişdir.

70. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayon u, Nardaran qəsəbəsində olan 0,25 ha. torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51, 5kv. metr yaşayış mənzilinin, 4,6 kv.m köməkçi tikintilərin Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X2 və İstismarı Birliyi ilə xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli icarə müqaviləsi ilə iddiaçı V. Əhmədovun icarə əsasında istifadəsinə verildiyi və Daşınmaz əmlakın dövlət reyestrində **********00-11301 reyestr nömrəsi ilə mülkiyyət hüququnun qeydə alındığı sübut olunmuşdur.

71. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası faktlar əsasında verilmiş ekspert rəyini əsaslandırmadan tədqiq etməkdən və qiymətləndirməkdən imtina etmişdir. Qərarın 35-ci bəndində qeyd etmişdir ki, məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təyin edilmiş mühəndis texniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi ilə bağlı qeyd edir ki, həmin Rəydə istinad olunanlar vəziyyəti iddiaçının xeyrinə dəyişmədiyindən məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək Rəy üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmağa lüzum görmür.

72. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının inzibati iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyində istinad olunanların vəziyyəti iddiaçının xeyrinə dəyişmədiyindən prosessual qənaət prinsipindən çıxış edərək rəy üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmamasına dair məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil. Ekspert rəyinə bu qaydada qiymət v erməklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə (ekspert rəyi mütəxəssisin aktına əsaslanmışdır) müəyyən olunmuş faktları gizlətmişdir. İnzibati iş üzrə ekspert rəyləri ilə 1181-A/1 və 1181- A/2 saylı bağların nömrələrinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamasını, həmin bağ sahələrinin koordinat sistemində verilmədiyini, naturada yerləşməsini müəyyən etməyin mümkün olmaması müəyyən olunmuşdur.

73. Ekspert rəyi ilə (3, 4 və 5-ci suallara cavab) bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahənin 1181 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçı adına **********00-11301 reyestr nömrəsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağ evi kimi düzgün qeydə alınması müəyyən olunmuşdur.

74. Bundan başqa, iş materiallarına əlavə edilmiş X12 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5065/2017 saylı qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına verdiyi xx.xx.2021-ci il tarixli apellyasiya şikayətinə hakim tərəfindən İPM-nin 86-cı maddəsinin tələblərinə əməl edilməklə münasibət bildirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

75. Üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilir ki, iddiaçının hazırkı iddiasının qanuni/hüquqi əsası mövcud deyil. Belə ki, iddiaçı məhkəmədə iddia qaldıraraq X2 və İstismarı Birliyi ilə bağlanmış “xx.xx.1987-ci il tarixli müqavilə əsa sında ona ayrılmış” Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsi, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edib. Halbuki, iddia qaldırılan tarixdə İddiaçı tərəfindən iddia tələbi üzrə əsas sübut kimi məhkəməyə təqdim edilən və bu iş üzrə İ instansiya məhkəməsinin qərar çıxararkən istinad etdiyi Bakı şəhər XDS-nin İK-nin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.1987-ci il tarixli, 7328 nömrəli müqavilə ümumiyyətlə qüvvədə olmayıb. Belə ki, mübahisə predmeti olan 1181 saylı bağ sa həsi xx.xx.1988-ci ildə İddiaçı və onun bacısı/iş üzrə 3-cü şəxsin anası X11 arasında iki yerə bölünüb və bölünən bağ sahələrinə münasibətdə onların hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlanıb.

76. Bununla bağlı 3-cü şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili sübut qismində məhkəməyə təqdim etdiyi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1255/2006 saylı qətnaməsində qeyd olunur ki, bağın icarəyə verilməsi haqqında xx.xx.1988-ci il tarixli, 17328 saylı müqavilədən görünür ki, X2 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 ha olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilib. Sabunçu rayon Məhkəməsinin həmin qətnaməsində həmçinin qeyd olunur ki, 1181-A saylı bağ sahəsinə dair qovluqdan görünür ki, Azərbaycan SSR Nazirlər Sov etinin xx.xx.1988-ci il tarixli, 195 saylı Qərarının 5-ci bəndinin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə bağ sahəsi bölünmüş və xx.xx.1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə maraqlı tərəf M.Qasımovanın icarəsinə verilmişdir.

77. Sabunçu rayon Məhkəməsi tərəfindən 2-1255/2006 saylı mülki işin materiallarının təsdiq olunmuş surəti məhkəməyə təqdim olunduqdan sonra iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi xx.xx.1987-ci il tarixli, 7328 nömrəli müqavilənin qüvvəsinə həmin müqavilə bağlandıqdan təqribən 3 ay sonra xitam verildiyi, 0,25 ha torpaq sahəsinin 0,12 ha iddiaçıya, 0,12 ha isə onun bacısı/3-cü şəxsin anası M.Qasımov aya ayrılmaqla həmin torpaq sahələrinin icarəyə verilməsi məlum olub. 1181 saylı bağ sahəsi iki yerə - 0,12 ha-dan ibarət olmaqla 1181 saylı bağ sahəsi İddiaçı və 0,12 ha-dan ibarət olmaqla 1181A saylı bağ sahəsi M.Qasımovaya verilib.

78. İddiaçının kassasiya şikayətində istinad etdiyi – “Bakı şəhəri, Sabunçu rayon məhkəməsində baxılmış xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli mülki işdə İddiaçı tərəf olmaması, iddiaçıların həmin mülki işdə İddiaçı məxsus torpaq sahəsinin qonşu torpaq sahəsi olmasını bildirsələr də nə iddiaçılar tərəfində, nə də ki, məhkəmə tərəfindən İddiaçı mülki iş üzrə tərəf kimi işə cəlb olunmaması, İddiaçı iştirak etmədiyi, tərəf qismində iştirak etmədiyi məhkəmə qətnaməsinin onun üçün hüquqi nəticə yaratmaması və məcburi xarakterə malik olmaması” barədə mülahiz ələrini də düzgün hesab edilmir. Belə ki, Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi hazırkı məhkəmə mübahisəsi üzrə mühüm əhəmiyyətə malik olan bir sıra faktları – İddiaçıla bağlanmış xx.xx.1987-ci il tarixli, 7328 nömrəli müqavilənin qüvvəsinə həmin müqavilə bağlandıqdan təqribən 3 ay sonra xitam verildiyini, 0,25 ha torpaq sahəsinin 0,12 ha iddiaçıya, 0,12 ha isə onun bacısı/3-cü şəxsin anası M.Qasımovaya ayrılmaqla həmin torpaq sahələrinin icarəyə verilməsini, 1181 saylı bağ sahəsinin iki yerə - 0,12 ha-dan ibarət olmaqla 1181 saylı bağ sahəsi İddiaçı və 0,12 ha-dan ibarət olmaqla 1181A saylı bağ sahəsi M.Qasımovaya verilməsini və onların hər biri ilə eyni gündə - 22 oktyabr 1988-ci ildə müvafiq icarə müqavilələrinin bağland ığını təsdiq edir. Buna görə də İddiaçı Sabunçu rayon Məhkəməsində baxılan 2-1255/2006 nömrəli mülki iş üzrə tərəf olubolmamasının və həmin işə cəlb edilməməsinin hər hansı hüquqi əhəmiyyəti yoxdur.

79. Buna görə də hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181A/2 və 1181-A/1 nömrələri ilə X12 və X6 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafiq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X2 və İstismarı Birliyinə həvalə olunması barədə məhkəmə qətnaməsinin (xx.xx.2006-cı il tarixdə) icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır.

80. Nəzərə alınmalıdır ki, əvvəllər mövcud olmuş inzibati praktikaya görə Bakı Şəhər XDS İK-nın nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi və X2 və İstismarı İdarəsi tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüləri müvafiq dövrlərdə 0,25 ha-dan və 0,12 ha-dan artıq olmamışdır. Belə olan halda, mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur. Qeyd olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir. Odur ki, cavabdehin imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə zidd sayılmamalı və bu imtina hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

81. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

82. Apellyasiya instansiyası məhkəməsinin qərarı elektron məhkəmə sistemində xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti iddiaçının vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin başa çatmasından 4 gün sonra elektron kabinetdə yerləşdirilmişdir. İddiaçının vəkili (nümayəndəsi) ərizə ilə müraciət edərək, gecikmənin onun səhhəti ilə bağlı olduğunu bildirmiş, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kol legiyası nəzərə alır ki, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürüldüyünə dair ərizədə qeyd edilənlər açıqaşkar əsassız deyil və işin materialları ilə təkzib olunmur. Buna görə də, məhkəmə kollegiyası həmin dəlilləri qəbuledilən hesab edir.

83. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

84. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

85. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

86. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olu nmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

87. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

88. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşd ırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

89. Apellyasiya instansiyası məhkəməsinin Sabunçu Rayon Məhkəməsindən sorğu əsasında əldə etdiyi və qərarında əsaslandığı mülki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı X16 və X13 cavabdeh Bakı şəhəri X2 və İstismarı Birliyinə, maraqlı tərəf X7 (analarına) qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1966-cı ildən babaları X8, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X3 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin X12, 0.25 ha hissəsinin X6 icarəsinə verilməsi və bu barədə müvafiq icarə müqaviləl ərinin bağlanmasının Bakı şəhəri X2 və İstismarı Birliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

90. Həmin iş üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar doğma bacı-qardaş olmaqla babaları (analarının atası) X1 əsrin 60-cı illərində Azərbaycan SSR Dövlət Bankının sədrim olmuş və 1966-cı ildə ona Nardaran qəsəbəsində sahəsi 0,75 hektar olan bağ sahəsi verilmişdir. Bağ sahəsini həmin vaxt hasara almış, ev tikmiş, abadlıq və əkin işləri aparmış, bu illər ərzində daimi icarə haqqını ödəmişlər. 1969-cu ildə həmin bağ sahəsini rəsmiləşdirərkən müqavilədə 0,25 hektar göstərilmişdir. Bu günə kimi cavabdeh X2 və İstismarı Birliyinin bir dəfə də olsun onlara pretenziyası olmamışdır. Bağ sahəsindən faktiki istifadə etmələrinə baxmayaraq rəsmiyyətdə yalnız 0,25 hektar bağ sahəsi onların icarəsindədir. 0,12 hektar anaları M. Qasımovanın, 0,12 hektar isə dayıları İddiaçı icarəsindədir. Buna görə də İddiaçılar X16 və Qasımova faktiki onların istifadəsində olan 0,50 hektar bağ sahəsinin onların icarəsinə verilməsini xahiş edirlər.

91. Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırılmışdır.

92. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tari xli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X15 və X10 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırıldığından (qətnamənin icra olunub-olmamasından asılı olmayaraq), habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir.

93. İddiaçı haqlı olaraq qeyd edir ki, istinad edilən mülki iş üzrə iddia tələbindən göründüyü kimi X12 və X6 tələbləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan mübahisəli (hazırkı işdə iddia olunan) 0,25 ha torpaq sahəsinə, torpaq sahəsində i nşa edilmiş 3 otaqdan ibarət, 51, 5kv. metr yaşayış mənzilinə, 4,6 kv. metr köməkçi tikintilərdən ibarət olan 1181 nömrəli bağ sahəsinə yönəlməmişdir. İddiaçıların tələbləri 1966-cı ildən babaları X9 ayrılmış, İddiaçı icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinə yönəlmişdir.

94. İddiaçı apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərini qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

95. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmaqla yanaşı, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi mülki işin materiallarında hazırkı mübahisəyə aid olan sübutları tam və hərtərəfli araşdırmamış, onlara hazırkı işdə olan sübutlarla birgə qiymət verməmişdir. Belə ki, həmin iş üzrə məhkəmə qətnaməsinin məzmunundan da göründüyü kimi, məhkəmə iddianı tam, yəni iddia olunan 0.50 ha ölçüdə deyil, iddiaçıların hər birinə 0.12 ha olmaqla qismən təmin etmiş, bu zaman, qətnamədə cavabdehin nümayəndəsinin “qüvvədə olan qanunvericiliyə görə hər bir vətəndaşa 0.12 ha-dan artıq bağ sahəsi verilməsinin qadağan edildiyinə” dair izahatını da qətnamədə xüsusi olaraq göstərmişdir. Qətnamədə həmin iş üzrə iddiaçılara müqavilə üzrə verilməsi qət edilən bağ sahələrinin nömrələri (1181-A/1 və 1181-A/2) də 1181-A saylı bağ sahəsinə dair qovluqda olan sənədlərə görə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci tarixli, 195 saylı Qərarının 5-ci bəndlərinin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə bağ sahəsinin bölünmüş və xx.xx.1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan və 10 il müddətinə M. Qasımovanın icarəsinə verilmiş 1181-A saylı bağ sahəsinin nömrəsinə uyğunlaşdırılmışdır. Bunun səbəbləri qətnamədə (yaxud digər sənəddə) aşkar qeyd olunmadığından, onların şərti olaraq göstərildiyi qənaətinə gəlmək mümkündür. Bu qənaət, həmçinin cavabdehin mütəxəssisi tərəfindən verilmiş və ekspert rəyində təkrarlanmış məlumatdan irəli gəlir. Həmin rəydə məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinə dair X16 və X6 adına X4 icarə müq aviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (X16) və 1182a (X13) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur.

96. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin edilmiş mühəndis texniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmağa lüzum görməməkdə haqlı olmamışdır. Çünki həmin ekspertiza mübahisənin düzgün həlli üçün zəruri olan halların müəyyən edilməsi üçün təyin edilmişdi.

97. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələr i) tələbləri pozulduğundan, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

98. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

99. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-85/2024 saylı qərarı ləğv edilir. İş təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar