Məhkəmə qərarları › İş №2-1(102)-2669/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2669/2019

08.10.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2669/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, arxiv arayışı, tütünçü peşəsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08.10.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-390/2019 saylı iş üzrə 18 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx.xx.1963-cü il tarixdə Şəki rayonu Cunud kəndində doğulmuş, Şəki rayon Baş Layısqı kənd X4 Kolxozunda tütünçü olaraq 1980-cı ildə 118 adam günü, 1981-ci ildə 200 adam günü, 1982-ci ildə 215 adam günü, 1985-ci ildə 35 adam günü, 1986-cı ildə 200 adam günü, 1987-ci ildə 184 adam günü, 1990-cı ildə 20 adam günü, 1992-ci ildə 221 adam günü, 1993-cü il də 227 adam günü, 1994-cü ildə 106 adam günü və 1995-ci ildə 111 adam günü, Şəki rayon Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində tütünçü olaraq 1996-cı ildə 157 adam günü və 1997-ci ildə 177 adam günü işləmişdir. O, həmin kolxozda 1983 və 1984-cü illərdə işləməmiş, 1988-ci ildə 45 adam günü, 1989-cu ildə 52 adam günü və 1991-ci ildə 45 adam günü barama sahəsində (toxmacar) işləmişdir. Şəki rayon Baş Layısqı kənd X4 Kolxozunda 1980-1995-ci illərdə qadınlar üçün minimum əmək günü norması 170 gün olmuşdur. İddiaçı kolxozda işləməklə 1981, 1982, 1986, 1987, 1992, 1993 və 1997-ci illərdə minimum əmək iştirakı norması yerinə yetirmiş, 1980, 1985, 1988, 1989, 1990, 1991, 1994, 1995 və 1996-cı illərdə işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirm əmişdir. Onun kolxozda işlədiyi müddətdə 11 ildən artıq ümumi (1981, 1982, 1986, 1987, 1992, 1993 və 1997 = 7 il, 118+35+45+52+20+46+106+111+157 = 690 / 170 x 12 ay = 48 aydan artıq (48.70)) sosial sığorta stajı olmuşdur ki, bunun da 10 il 2 aydan çoxu (1981, 1982, 1986, 1987, 1992, 1993 və 1997 = 7 il, 118+35+20+106+111+157 = 547/ 170 x 12 = 38 aydan artıq (38,61)) tütünçü kimi xüsusi sığorta stajını təşkil edir. Bundan başqa, iddiaçı 03.09.1987-ci il tarixdən 01.01.2005-ci il tarixədək Cunud kənd tam orta məktəbində laborant işləmiş və onun həmin illərə görə 17 il 3 ay 5 gün sosial sığorta stajı vardır. İddiaçının qeyd olunan illərdə kolxozda və kooperativdə işləməsi X2 Filialı tərəfindən verilmiş 18.01.2016-cı il tarixli 09 nömrəli arxiv arayışı, məktəbdə işləməsi isə adına açılmış **** *** nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 19.02.2019-cu il tarixli, **********4 nömrəli məktubla bildirmişdir ki, iddiaçının kolxoz və kooperativdə işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sosial sığorta stajına daxil edilmir. Bundan başqa, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalının yeyinti sahəsinə aid olduğundan və tələb olunan güzəştli sığorta stajının olmaması əsası ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun deyildir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 1980-1995-ci illərdə Baş Layısqı kənd X4 kolxozunda və 1996-1997-ci illərdə Cunud KTMİ kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 01 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arxiv arayışı və əmək kitabçası işlədiyi illəri təsdiq edir, 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi sosial sığorta stajı vardır, bu isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa hüquq verir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-663/2018 saylı, 08 may 2019-cu il tarixli qərarı (hakim - R.A.Məcidov) ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə İddiaçı Əliyar qızının Şəki rayon Baş Layısqı kənd X4 Kolxozunda 1981, 1982, 1986, 1987, 1992, 1993-cü illərdə və Şəki rayon Cunud kənd təsərrüfatı məhsulları i stehsalı kooperativində 1997-ci ildə işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, cavabdehin üzərinə İddiaçı Əliyar qızının Şəki rayon Baş Layısqı kənd X4 Kolxozunda, 1980, 1985, 1988, 1989, 1990, 1991, 1994, 1995, 1996-cı illərdə Şəki rayon Baş Layısqı kənd X4 Kolxozunda və Şəki rayon Cunud kənd təsərrüfatı məhsulları istehsalı kooperativində işlədiyi müddətin müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması, cavabdehin üzərinə İddiaçı Əliyar qızına 01.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107 )-390/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.R.Hüseynov, hakimlər – G.Q.Abbasov və R.R.Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(84)-663/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, iddiaçı 1980-1997-ci illərdə kolxoz və kooperativdə zərərli peşə olan “tü tünçü” vəzifəsində işləmişdir və onun 20 il ümumi iş stajının olması da işin mübahisələndirilməyən halını təşkil edir. İddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Çünki, şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “z” bəndində nəzərdə tutulan 15 ildən az işlədiyinə gəldikdə isə burada yeni qa nunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. Əks yanaşma sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Başqa sözlə, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərb aycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən baxılmış eyni xarakterli işlər üzrə yaradılmış hüquqi təcrübə ondan ibarətdir ki, 15 ildən az iş stajları olmuş şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci madd əsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin olunmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatla rın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndinə əsasən, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək p ensiyaları haqqında” Qanunda bu bənd çıxarılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda kolxozdakı tütünçü peşəsi nəzərdə tutulmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Apellyasiya məhkəməsi də bu hissədə cavabdehin bildirdiyi dəlillərlə razılaşaraq qeyd etmişdir ki, həmin siyahıda müəyyən edilmiş peşələr tütün istehsalına aiddir ki, iddiaçının kolxozda işləməsi istehsalat sahəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, istinad edilmiş siyahı 23 yanvar 2007-ci il tarixində qəbul edildiyindən, yalnız həmin müddətdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq e dilməlidir. İddiaçının 1980-1997-ci illərdə tütünçü peşəsində işləməsi zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə əmək şəraitinə görə güzəştli pensiya hüququnun yaranması əsaslarından birini təşkil edir. Bu halda yuxarıda istinad edilmiş Qanununun 9.8-ci maddəsi və müvafiq olaraq göndərici norma kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinin “z” bəndinin tələblərinin tətbiq edilməsi zəruri olmuşdur. Göstərilmiş normaları tətbiq edərkən məhkəmə araşdırma predmetini iddiaçının 20 il ümumi iş stajının və onun daxilində azı 15 ilinin tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında işləməsi hallarının müəyyən olunması təşkil etməli idi. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarınd a 01.01.2006-cı il tarixdək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin iddiaçıya tətbiq edilməməsinin mümkün olmadığını bildirsə də, sonrakı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının iddiaçının 1980-1997-ci illərdə işlədiyi tütünçü peşəsi ilə bağlı əmək fəaliyyəti müddəti üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyən edilməsinə münasibətdə tətbiq etməklə tələbin qanuni əsaslarını düzgün müəyyən etmədiyindən bu hüquqi mövqe ilə razılaşmaq mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini və onunla razılaşan apellyasiya məhkəməsinin mövqeyini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş “Və təndaşların pensiya təminatı haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Zira, şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 10 il 02 ay işlədiyinə gəldikdə, burada, yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, “Əmək pensiyaları haqqında” Qanunun(2017-ci il 1 iyul tarixədək qüvvədə olan reda ksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. İddiaçı isə həm ümumi stajı (20 il), həm də xüsusi stajı (10 il) toplamışdır. Cavabdehin bildirdiyi iddiaçının kolxoz və kooperativdə işlədiyi illərin əmək kitabçasında qeyd edilmədiyinə görə həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığına dair dəlilləri də kollegiya aşağıdakılara görə əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş staj ına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit ed ilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin ke çdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər S ovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının kolxozda və kooperativdə işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının həmin dövrlərdəkolxozda və k ooperativdə işlədiyi arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edi r ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin iddiaçı məhkəməyə verdiyi iddia ərizəsində ona 01 mart 2016-cı il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən İPM-in 52-ci maddəsinə əsasən məhz həmin tarixdən də pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Həmin maddəyə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edils in. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-390/2019 saylı iş üzrə 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı 01 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin üzərinə qoyulsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar