Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-267/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəzifə və hərbi rütbəyə görə maaşın ikiqat və qatyarım məbləğlərinin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1967; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat məbləğin və qatyarım məbləğinin hesabl anaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 27 sentyabr tarixli, 2-1(103)-1052/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 27 avqust tarixli, 21/K-3384 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hər bi xidmətdə olduğu 2004-cü il 01 avqust tarixdən 2005-ci il 14 sentyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənişi aparılmamışdır. Belə ki, həmin dövrdə bununla bağlı hər hansı bir əmr mövcud olmamış, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətində (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olduğu 2015-ci il 01 iyul tarixdən 2017-ci il 07 oktyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidməti müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adı keçmədiyi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək 2002ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il 06 may - 2017-ci il 05 oktyabr tarixlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əks-kəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xidmət etmişdir. 2017-ci il 05 oktyabr tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, y uxarı yaş həddi - 48 yaş), 2017-ci il 19 noyabr tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
5. Ehtiyata buraxıldığı 2017-ci il 05 oktyabr tarixi də daxil olmaqla, 2017-ci il 08 oktyabr tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. O, 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə döyüş şəraitində olan Dövlət Təhlükəsizliyi Xidməti İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionun a, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə İİİ Bİ-nin Artilleriya birləşmələri üzrə şöbəsində (Ağcabədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922, N saylı hərbi hissələrə əməliyyat xidməti göstərmişdir. Döyüş bölgəsində olduqlarına görə 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölməsi əməkdaşlarına 2002-ci il 01 avqust tarixədək xidməti illər bir gün iki gün hesablanmış, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. 2002-ci il 01 avqust tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), 922, N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qatyarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həm in hərbi hissələrin divizion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. Həmin tarixlər üçün ona döyüş bölgəsində xidmətinə görə müvafiq olaraq ikiqat və qatyarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmişdir. İddiaçıya “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün xidmət müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin buna görə müvafiq olaraq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanm ış və o, həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi 2002-ci il 01 avqust tarixdən 2005-ci il 01 fevral tarixədək bir günü üç gün (bir ay - üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir.
6. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 2004-cü il 05 avqust tarixli Qanununun 20.1-ci maddəsinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı qərarının 01 iyul 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin “a” yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir.
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Naz irliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. İddiaçının arxiv sənədlərində həqiqi hərbi xidmətdə olduğu 2002-2005-ci il tarixlərində (keçmiş MTN-də xx.xx.2004 - xx.xx.2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi aparılmırdı) vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər olmadığından, 2015 2017-ci il tarixlərində isə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə (xidmət gününün bir günü g ün yarım hesablanması istisna olmaqla) ödənilməsi barədə əmrlərdə adı qeyd edilmədiyindən həmin ödəniş ona aparılmamışdır. 8. “MTN-in Hərbi əks-kəşfiyyat baş idarəsinin bəzi hərbi qulluqçularına güzəştlərin müəyyən olunması haqqında” keçmiş MTN-in 2006-cı il 23 fevral tarixli 049 nömrəli əmri (qüvvədən düşüb) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölmələrin siyahısına əsasən N nömrəli hərbi hissədə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü iki gün hesablanması nəzərdə tutulmuşdur. Lakin həmin əmrdə hərbi qulluqçulara 2006-cı il 01 yanvar tarixdən etibarən müəyyə n edilmiş əlavə pul ödənişlərinin verilməsi nəzərdə tutulduğu üçün, iddiaçının 2002 - 2005-ci illərdə keçmiş HƏKX-də xidmət müddətinin bir günü iki gün kimi hesablanmamışdır.
9. DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən 2016-cı il 01 yanvar tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin 5.1-ci bəndində həmin struktur bölmələrin rəi sləri tərəfindən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrin əməliyyat təminatını həyata keçirən əməkdaşların xidmət günləri haqqında təqdim edilən aylıq raportlar əsasında hazırlanmış ümumiləşdirilmiş siyahılarının hər ayın 10-dan gec olmayaraq müvafiq müşayiətedici məktubla kadrlar aparatına təqdim edilməsi müəyyən olunmuşdur. Müşayiətedici məktub əsasında kadrlar aparatı tərəfindən müvafiq əmr layihəsi hazırlanaraq xidmət rəisi tərəfindən təsdiq olunur və bundan sonra hərbi qulluqçulara müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi həyata keçirilir. İddiaçının pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 2015-ci il 20 aprel - 2017-ci il 05 senty abr tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablanmışdır. Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 2006-cı il 23 fevral tarixli, 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 2015-ci il 20 aprel - 2016-cı il 06 yanvar tarixlərdə olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 nömrəli, 2020-ci il 11 iyun tarixli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi N nömrəli hərbi hissənin (1-ci divizion istisn a olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyini və hərbi hissənin şəxsi heyətində pul təminatının birqat həcmdə ödənildiyini nəzərə alaraq iddiaçının ona 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qat yarım məbləğin hesablanaraq ödənilməsinin əsaslı olmadığı nəticəsinə gəlmişdir. N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməməsi ilə yanaşı, həmçinin iddiaçının 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar ta rixindən etibarən bir günü gün yarım kimi hesablandığından, həmin hərbi hissənin adının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin qüvvədən düşmüş 2006-cı il 23 fevral tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 2015-ci il 01 iyul - 2016-cı il 06 yanvar tarixlərdə olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2020 nömrəli, 2020-ci il 12 noyabr tarixli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)606/2021 nömrəli, 2021-ci il 30 mart tarixli qərarı ilə (hakimlər: İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2020 nömrəli, 2020-ci il 12 noyabr tarixli qərarı “2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, şikayətin qalan hissədə isə təmin edilməmişdir.
17. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üzrə tərəflərin dəlillərini işdə olan sübutlarla birgə tam və hərtərəfli tədqiq etməmiş, onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1682/2021 nömrəli 2021-ci il 30 avqust tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 nömrəli, 2020-ci il 11 iyun tarixli qərarı iddiaçının xx.xx.2015-xx.xx.2017 dövrü üçün pul tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmişr, xx.xx.2016-cı il tarixindən xx.xx.2017ci il tarixinə kimi olan dövr üzrə hərbi xidmətinin bir günü, bir gün yarım (qat yarım) hesablanmaqla, iddiaçıya vəzifə və rütbəyə görə maaşının ödənilməyən hissəsinin (yarım qatının) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qalan hissədə isə iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 31 may tarixli, 0151 nömrəli ə mri ilə təsdiq olunmuş Siyahıya əsasən N və N nömrəli hərbi hissələrdə xidmət edən əməkdaşlara hərbi xidmət müddətinin bir gününün gün yarım hesablanması nəzərdə tutulduğunu təsdiq edərək İddiaçı da 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablandığını təsdiq edir. Qüvvədə olan DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin Siyahısı mövcud olduğu halda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin qüvvədən düşmüş olan 23 fevral 2006-cı il tarix li 049 nömrəli əmrinə istinad edərək qüvvədə olan əmrə əsasən hesablanmış əlavənin iddiaçıya ödənilməməsi əhəmiyyətsizdir.
20. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdi ki, işə əlavə olunmuş “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı”na əsasən isə müəyyən olunur ki, ona 2016-cı ilin yanvar ayından həmin 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım (1,5) hesablanmış, bir qatdan əlavə xidmət günlərin sayı göstərilmişdir.
21. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2348/2021 nömrəli, 2021-ci il 15 dekabr tarixli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə və S.Kərimov) kassasiya şikayətlə ri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1682/2021 nömrəli 2021-ci il 30 avqust tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işə əlavə olunmuş “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı”na əsasən isə müəyyən olunur ki, ona 2016-cı ilin yanvar ayından həmin 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım (1,5) hesablanmış, bir qatdan əlavə xidmət günlərin sayı göstərilmişdir. İddiaçının xidmət illərinin pensiya təyin etmək üçün hesabına 2016-cı ilin yanvar ayından 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım iddiaçıya hesablanması avtomatik olaraq ödənişin də həmin hesabla həyata keçirilməsi anlamına gəlmir. Sözügedən məsələ ilə əlaqədar cavabdehə sorğu göndərilərək müvafiq əmr tələb edilməli və iddiaçının adının həmin əmrdə olması araşdırılmalıdır.
24. Eyni zamanda işə təkrar baxıldığı zaman digər uyğun strukturlarda (Müdafiə Nazirliyi, Prokurorluq, Daxili İşlər Nazirliyi və s.) həmin məsələyə dair inzibati təcrübənin öyrənilməsi zəruridir. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1052/2022 nömrəli, 2022-ci il 27 sentyabr tarixli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-344/2020 nömrəli, 2020-ci il 11 iyun tarixli qərarı id dia tələbinin 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı, eləcədə DTX-nin əmrlərindən çıxarışda onun xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddətinin xx.xx.2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablanması qeyd olunsa da, həmin tarixləri üçün ödənişin də həmin hesabla həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, digər uyğun strukturlarda (Müdafiə Nazirliyi, Prokurorluq, Daxili İşlər Nazirliyi və s.) həmin məsələyə dair inzibati təcrübənin öyrənilm əsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktublardan bir günü gün yarım kimi hesablanması normativ aktla tənzimlənməsi göstərilsə də, ödənişin də həmin hesabla həyata keçirilməsi hər hansı normativ aktla tənzimlənməsi müəyyən olunmamışdır. İddiaçının xidmət illərinin pensiya təyin etmək üçün hesabına 2016-cı ilin yanvar ayından 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım iddiaçıya hesablanması avtomatik olaraq ödənişin də həmin hesabla həyata keçirilməsi anlamına gəlinmir. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
27. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın 2 015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşına, rütbəyə və xidmət illərinə görə qatyarım (əlavə yarmı qat) məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
28. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 24 il 7 ay xx.xx.1993-xx.xx.2017-ci il tarixlərdə AR DTX-da zabit kimi xidmət etmişdir. Xidmətinin 22 ilini döyüş müxtəlif mövqelərində keçirmişdir. xx.xx.2015 - xx.xx.2017-ci il tarixlərdə xidmət etdiyi, döyüş mövqelərində yerləşən MN N və N saylı hərbi hissələrin şəxsi heyətinə müvafiq qanunvericiliyə əsasən, xidmətin bir günü gün yarım kimi hesablanmaqla, vəzifə maaşı və rütbəyə əl avə qatyarım əmək haqqı verilmişdir. Həmin qanunvericiliyə əsasən, ona da eyni imtiyazlar tətbiq olunmalı idi, lakin yalnız xidmətinin bir günü gün yarım kimi hesablanmışdır, əlavə qatyarım əmək haqqı verilməmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014 tarixli 43 saylı fərmanı ilə təsdiq edilmiş "AR MTN haqqında " Əsasnamə: Maddə
12. Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında” və "Hərbi qulluqçuların statusu haqqında" Qanunlara, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə müvafiq olaraq Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Maddə
13. MTN Hərbi Əks-Kəşfiyyat orqanlarının hərbi qulluqçularına (yəni iddiaçıya) əks-kəşfiyyat təminatını həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmə lərin hərbi qulluqçularının imtiyaz və sair sosial-müdafiə xarakterli təminatları şamil edilir. AR Dövlət Təhlükəsizliyi Xidmət rəisinin xx.xx.2015-ci il tarixli 1060 ŞM saylı əmri: Maddə 5.1 - MN N və N saylı hərbi hissələrdə xidmət keçən DTX əməkdaşlarına vəzifə maaşına və rütbəyə qatyarım əmək haqqı verilsin.
30. Bu əmrin icrası istiqamətində hər ay şöbədən Baş İdarəyə raportlar yazilmişdir. Raportlar onun tərəfindən yazılmış, qanunvericiliyə və məxfi təlimatlara uyğun olaraq şöbənin məxfi jurnalında qeydiyyatdan keçirilmişdir. Bu raportlar əsasında xidmətin bir günü günyarım kimi hesablanmışdır. Bu qanunlara görə ona vəzifə və rütbəyə görə qatyarım əmək haqqı verilməli idi. TƏTBİQ EDİLƏN HÜQUQ
31. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcb uretmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər təkrar baxışda apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, qanuni qərar qəbul edilmişdir.
37. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri ilə təs diq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən 01 yanvar 2016-cı il tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. İddiaçının pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 2015-ci il 20 aprel - 2017-ci il 05 sentyabr tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablanmışdır.
38. Eyni zamanda Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular göndərilmiş və iddiaçının işlədiyi uyğun strukturlardan sorğuya cavab olaraq daxil olmuş məktublardan müəyyən olunmuşdur ki, göstərilən orqanlarda döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin xidmət müddəti 1 günü 1,5 gün kimi hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması Qaydası” haqqında 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı əsasında hesablanır, ödənişin də həmin he sabla həyata keçirilməsi isə orqanların daxili əmri əsasında həyata keçirilir.
39. İddiaçı kassasiya şikayətində onun xx.xx.2015- xx.xx.2017-ci il tarixlərdə xidmət etdiyi, döyüş mövqelərində yerləşən MN N və N saylı hərbi hissələrin şəxsi heyətinə müvafiq qanunvericiliyə əsasən, xidmətin bir günü gün yarım kimi hesablanmaqla, vəzifə maaşı və rütbəyə əlavə qatyarım əmək haqqı verilməsini qeyd edir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı, eləcədə DTX-nin əmrlərindən çıxarışda onun xx.xx.2015-xx.xx.2017-ci il tarixlərində DTXnin müvafiq struktur bölməsində xidmət müddətinin xx.xx.2016-cı il tarixindən etibarən bir günü gün yarım kimi hesablanması qeyd olunsa da, həmin tarixləri üçün ödənişin də həmin hesabla həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, digər uyğun strukturlarda (Müdafiə Nazirliyi, Prokurorluq, Daxili İşlər Nazirliyi və s.) həmin məsələyə dair inzibati təcrübənin öyrənilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq göndərilmiş məktublardan bir günü gün yarım kimi hesablanması normativ aktla tənzimlənməsi göstərilsə də, ödənişin də həmin hesabla həyata keçirilməsi hər hansı normativ aktla tənzimlənməsi müəyyən olunmamışdır. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının xidmət illərinin pensiya təyin etmək üçün hesabına 2016-cı ilin yanvar ayından 2017-ci ilin sentyabr ayına qədər onun bir günü bir gün yarım iddiaçıya hesablanması avtomatik olaraq ödənişin də həmin hesabla həyata ke çirilməsi anlamına gəlinmir.
41. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər 23 noyabr 1992ci il tarixli 631 nömrəli qərarı da iddianı təmin etməyə imkan vermir. Çünki həmin qərar xidmət və güzəştli xidmət müddətinin hesablanması məsələlərinin tənzimlənməsinə yönəlib, vəzifə maaşı və rütbəyə əlavə qatyarım əmək haqqı verilməsi məsələsinin tənzimlənməsinə yönəlməyib.
42. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan hissədə iddiaçını tələbini təmin edə bilmək üçün sözügedən əlavə qatyarım ödənişin edilməli olduğunu müəyyən edən hüquqi əsas mövcud olmalıdır. Hazırkı işin halları baxımından isə belə hüquqi əsas (konkret qanunvericilik norması və ya əmr) müəyyən edilmir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1052/2022 nömrəli 2022-ci il 27 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.