Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2670/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2670/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının tələbi əvvəllər onun iddiası əsasında inzibati məhkəmə icraatı qaydasında qəbul olunmuş məhkəmə qərarının icra olunmaması ilə bağlıdır, inzibati məhkəmə icraatı üzrə qəbul olunmuş məhkəmə qərarının icra olunmamasına görə qanunvericilik yenidən iddia qaldırılmasını deyil, həmin inzibati işin davamı olaraq məhkəmə qərarının inzibati orqan tərəfindən icra edilməsi i lə bağlı məsələnin həlli qaydasını nəzərdə tutur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı cavabdehin cərimə olunması və kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1175/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin cərimə olunması və kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 ildən artıq qanunsuz olaraq həbsdə saxlanıldıqdan sonra xxxx 2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü ilə azadlığa buraxılmış, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq Dövlət Məşğulluq Xidmətinə müraciət edərək, işlə təmin olunmasını xahiş etmiş, onun ərizəsi aidiyyəti üzrə Xidmətin Cavabdehnə göndərilmi ş, 2015-ci ilin xxxx tarixində onu qanunsuz olaraq işaxtaran kimi qeydiyyata almışlar. Ona tezliklə iş veriləcəyi adı ilə xxxx 2017-ci il tarixdə boş vakant yerə iş təklif olunmuş, bu, “SOCAR”ın Ekologiya İdarəsində vakant iş (maaş 380 manat) idi, lakin iş yerinə getdikdə işin olmadığı bildirilmiş, o, geri qayıdaraq göndərişi Nərimanov rayon Məşqulluq Mərkəzinə qaytarmış, ona bildirilmişdir ki, Nərimanov rayon Məşğulluq Mərkəz yalnız göndəriş verir, qurumun işlə təmin olunmanı tələb etmək hüququ yoxdur, bundan sonra o, məcbur qalıb məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, qərarda inzibati orqanının öz diskresion səlahiyyətlərini qüsurla həyata keçirdiyi qeyd olunaraq, onun müraciətinə yenidən baxılma sı inzibati orqana həvalə olunmuş, onu kvota üzrə X1 bağ fəhləsi (maaş 175 manat) işinə göndərmişlər, Birlikdən isə əmək kitabçası olmadığına görə geri qaytarmışlar, Şərur rayon arxivindən arayış təqdim olunsa da, həmin sənəd nəzərə alınmamış, məhkəmə xxxx 2018-ci il və xxxx 2018-ci il tarixlərdə Cavabdehnə xəbərdarlıq məktubu göndərmiş və məhkəmə qərarının icra olunmasını tələb etmiş, Cavabdeh onu münasib işlə təmin etmək əvəzinə, “******” tikinti şirkətinə fəhlə (maaş 200 manat) göndərmək istəmiş, o, tikinti şirkətində 50 kq çəkidə sement kisəsini, 40 kq çəkidə mişar daşını qaldırmaq gücündə olmadığını bildirmiş və münasib iş verilməsini xahiş etmiş, məhkəmə qərarında münasib iş barədə ətraflı qeyd olunmuş, iş təklif edərkən onun yaşının nəzərə alınması vurğulanmış, lakin inzibati orqan buna əməl etməmiş, məhkəmə inzibati orqanın yazdığı cavab məktubunu hansısa səbəbdən əsaslı saymış, quruma cərimə tətbiq etməkdən çəkinmiş və həmin cavab məktubunu ona göndərmişdir. Rayon Məşğulluq Mərkəzi onun hüquqlarını pozaraq verdiyi göndərişdə onu cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxs kimi göstərir. Halbukı, bəraət almış şəxslə cəzaçəkmə müəssisəsindən cəzasını çəkib azad edilmiş şəxslər fərqli imtiyazlara malikdirlər. Ona görə də cavabdeh Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon Mərkəzi barəsində İPM-nin 120-ci maddəsinə uyğun olaraq cərimə tətbiq olunması, cavabdehin inzibati aktın icra etməsi mümkünsüz sayıldığı halda İPM-in 71.3-cü maddəsinə əsasən kompensasiya verilməsi barədə qərar çıxarılmasını xahiş edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il t arixli, 2-1(82)-662/19 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1175/2019 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh, iddiaçını aidiyyəti orqanlara çoxsaylı şikayətləri nəticəsində, 6 noyabr 2015-ci il tarixində müvəqqəti iş axtaran vətəndaş kimi qeydiyyata almış, lakin bu qeydiyyat bəraət almış şəxsin qeydiyyatı kimi yox, "cəzaçəkmə yerlərindən azad edilmiş şəxs"-in qeydiyyatı kimi aparılmış, fərq ciddidir: bəraət almış şəxs işsiz sayılmır və həbsdə olduğu müddət onun iş stajına əlavə edilir, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər isə işsiz sayılır, Məşğulluq Mərkəzi iddiaçını, göndəriş verdiyi yerdə (SOCAR-ın ekologiya idarəsində boş olan laborant vəzifəsi) iş tapılmadığı əsası ilə işlə təmin etməmiş, Məşğulluq Mərkəzi, qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni yerinə yetirmədiyi üçün, 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Mərkəzin öz diskresiyon səlahiyyətlərini qüsurla həyata keçirdiyi qeyd edilir, Mərkəz, daha sonra, iddiaçını kvota üzrə X1 bağ fəhləsi işinə göndərmiş, Birlik isə, iddiaçının əmək kitabçasının olmadığı (iddiaçının kitabçanın yerinə arxivdən arayış təqdim etdiyinə baxmayaraq) bəhanəsi ilə, iddiaçını işlə təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Mərkəzdən məhkəmə qərarının icra olunmasını iki dəfə tələb etdikdən sonra, Mərkəz iddiaçını "******" tikinti şirkətinə aylıq əmək haqqı 200 manat ilə fəhlə işinə göndərmək istəmişdir. Mərkəz, bu göndərişlə, məhkəmə qərarında, iş təklif edərkən iddiaçının yaşının nəzərə alınması tələbinə məhəl qoymamış, belə ki, 60 yaşında olan iddiaçı, 40-50 kq çəkidəki yüklərin (kubik, sement kisələri ) qaldırıldığı işin öhdəsindən obyektiv cəhətdən gələ bilmir. Bu haldan şikayətçi olan iddiaçıya məhkəmə, Mərkəzin məhkəməyə cavabını göndərir, eyni zamanda iddiaçıya bildirir ki, təqdim olunmuş cavabın məzmunu ilə bağlı hüquqlarının pozulması ehtimalı mövcuddursa, yeni iddia tələbini irəli sürmək hüququ vardır. İddiaçı, hüquqlarının pozulması ehtimalı yox, hüquqlarının mütləq pozulduğunu nəzərə alıb, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Dövlət Mə şğulluq Xidmətinin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Məşğul luq Xidmətinin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zərurid ir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1175/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbi əvvəllər onun iddiası əsasında inzibati məhkəmə icraatı qaydasında qəbul olunmuş məhkəmə qərarının icra olunmaması ilə bağlıdır, inzibati məhkəmə icraatı üzrə qəbul olunmuş məhkəmə qərarının icra olunmamasına görə qanunvericilik yenidən iddia qaldırılmasını deyil, məhkəmə qərardadı əsasında həmin inzibati iş üzrə qərardad çıxarılmasını nəzərdə tutur, iddiaçının tələbinin hüquqi və faktiki əsasları bilavasitə inzibati iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarının cavabdeh tərəfindən icra edilməməsi ilə bağlıdır, iddiaçı Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı iş tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarının cavabdeh orqan tərəfindən lazımınca icra edilmədiyindən, həmin orqanın cərimə olunmasını və ona sonuncu tərəfindən icra edilməməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb etmiş, halbuki qanunvericiliyin yuxarıda sadalanan normaları inzibati məhkəmə icraatı nəticəsind ə qəbul olunmuş məhkəmə qərarının müstəqil iddia qaydasında deyil, həmin inzibati işin davamı olaraq məhkəmə qərarının inzibati orqan tərəfindən icra edilməsi ilə bağlı məsələnin həlli qaydasını tənzimləmiş, dolayısı ilə hazırki mübahisə müstəqil inzibati məhkəmə icraatının predmeti deyildir, iddiaçı məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati orqan barəsində tədbir görülməsi üçün həmin məhkəməyə müraciət etməli olduğu halda, ayrıca iddia şəklində iddia qaldırmaqda haqlı olmamış, hazırkı iddiaya baxılması üçün mümkünlük şərtləri mövcud olmadığından, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məcəllənin 120.2-ci maddəsinə görə bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, m əhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyini, hazırki mübahisənin müstəqil inzibati məhkəmə icraatının predmeti olmadığını, iddiaçının məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati orqan barəsində tədbir görülməsi üçün həmin məhkəməyə müraciət etməli olduğu halda, ayrıca iddia şəklində iddia qaldırmaqda haqlı olmadığını nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1175/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1175/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olun
Məhkəmə qərarları › İş №2-1(102)-2670/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2670/2019
30.10.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver