Məhkəmə qərarları › İş №2-1(102)-2675/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2675/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2675/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: reyestr qeydinin ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik h üquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “reyestr qeydinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-938/2025 nömrəli 6 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 734 nömrəli qərarı ilə İddiaçı Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində uzun müddət bağ kimi istifadə etdiyi ərazidən fərdi yaşayış evi tikmək məqsədi ilə 600 kv.m torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə plan və ölçü sənədi tərtib edilmişdir.

2. Bundan sonra Bakı şəhə r Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 274 nömrəli sərəncamından çıxarışa əsasən vətəndaş İddiaçı istifadəsində olan 600 kv.m. torpaq sahəsində (Torpaq sahəsinin planı və ölçüsü: A №221263), M.Ə. Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ev 43 Q ünvanında (Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu: №-18/03-8/75, 05.01.05) inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi (RİH tərəfindən razılaşdırılmış layihəyə Bakı Şəhər EM-dən təqdim edilmiş rəy №-922-E/5, 08.07.05) onun xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyal ı ******* nömrəli çıxarışa görə, ünvan 2 ünvanında yerləşən sahəsi 219.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

4. Eyni zamanda Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamına əsasən X4 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində 600 kv.m torpaq sahəsi təhkim edilmiş, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş, daha sonra torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək, ilkin olaraq 0.06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

5. X5 mülkiyyət hüququ tanınmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsində sahəsi 57 kv.m olan fərdi yaşayış evi inşa etmiş, bu barədə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini məlumatandırma icraatı qaydasında Binəqədi rayon icra hakimiyyətinə təqdim etmiş, bundan sonra həmin fərdi yaşayış evi və 0.06 ha ölçüdə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X3 adına xx.xx.2020-ci il tarixdə vahid əmlak kimi qeydiyyata alınaraq çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə X3 adına verilmiş mülkiyyət hüquqlarına dair dövlət qeydiyyatının (dövlət reyestrindən çıxarışın) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanında 0.06 ha olan torpaq sahəsi və 56.9 kv.m fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququnun qeydiyyatının (reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli çıxarış) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qasımov X1 Vahid Əsgər oğluna qarşı Binəq ədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evin sağ yan divarı boyunca X3 inşa etdiyi 4,5 hündürlüyündə qeyri-qanuni tikilinin sökülməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin hasarının yanından 1x20 sm enində salmış olduğu əlavə piyada yolunun bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. V.Məhərrəmov İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin divarının üstündən İddiaçı tərəfindən qanunsuz olaraq tikilmiş evin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binqədi rayon Məhkəməsinin xx.xx.2 017-ci il tarixli qərardadı ilə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması V.Məhərrəmova qadağan olunmuş, lakin V.Məhərrəmov məhkəmədə araşdırma getdiyi halda qanunsuz olaraq həmin tikintini davam etdirmiş və tikinti işlərini başa çatdırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)247/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin sağ yan divarı boyunca X3 inşa etdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsi, ilkin iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evinin hasarının yanından 1x20 sm enində olan əlavə piyada yolunun bağlanması hissəsində rədd olunması, İddiaçı tərəfindən qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tələbi ilə bağlı qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və V.Məhərrəmov apellyasiya şikayəti vermişlər. İş apellyasiya intansiyası Məhkəməsinin icraatında olarkən V.Məhərrəmov Apellyasiya Məhkəməsinin elektron məhkəmə portalına yerləşdirdiyi xx.xx.2021-ci il tarixli ərizəsinə ünvan 4 0,06 ha olan torpaq sahəsinə və 56.9 kv.m. fərdi yaşayış evinə onun mülkiyyət hüququnun qeydiyyata alınmasına dair reyestr nömrəsi: **********61-10302; qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli “Çıxarış”ı və xx.xx.2020-ci il tarixli “Texniki Pasportu” əlavə etmişdir. Mübahisəli özbaşına tikilinin və torpaq sahəsinin reyestr xidmətində hazırkı iş üzrə 3-cü şəxsin mülkiyyət hüququnun qey diyyata alınmasını görən iddiaçı 1 saylı Ərazi İdarəsi ərizə ilə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********61-10302, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli “Çıxarış”) ləğv edilməsini xahiş etmişdir. Cavabdeh idarənin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh 1 saylı Ərazi İdarəsinin ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş dövlət reyestrindən çıxarış aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilmiş V.Məhərrəmova 1997-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemindən görünür ki, həmin torpaq sahəsinin giriş-çıxış yolu İddiaçı giriş-çıxış qapısı tərəfdə deyil, həyətin digər tərəfindədir (eni təxminən 4- 5 metr olan giriş-çıxış yolu vardır). Həmin sxemdə İddiaçı giriş-çıxış qapısı tərəfdə V.Məhərrəmova ayrılmış torpaq sahəsinin giriş-çıxışı üçün yol və ya qapı olmamışdır. V.Məhərrəmova həmin sxem üzrə 1997-ci ildə 0.6 ha torpaq sahəsi ayrılsa da, onun faktiki olaraq həmin həyətdə istifadəsində təxminən 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsi bütövlükdə hazırda da V.Məhərrəmovun istifadəsindədir. Cavabdeh 1 saylı Ərazi İdarəsi tərəfindən V.Məhərrəmovun mülkiyyət hüququnu qeydiyyata aldığı mübahisəli torpaq sahəsinin texniki pasportundan bəlli olur ki, V.Məhərrəmovun mülkiyyətinə verilmiş 0,6 ha torpaq sahəsi İddiaçı hasarı boyunca olan qonşu sahədir. Həmin həyətdə olan təxminən 0,4 ha torpaq sahəsi isə texniki pasportda digər (sahibi heç kimə bəlli olmayan) qonşu torpaq sahəsi kimi göstərilsə də, əslində həmin torpaq sahəsi də V.Məhərrəmovun istifadəsindədir. Eyni zamanda Binəqədi RİH-nin xx.xx.1997-ci il tarixli, 313 nömrəli Sərəncamı əsasında V.Məhərrəmovun tikəcəyi fərdi yaşayış evinin layihəsindən görünür ki, həmin ev 2 mərtəbəli olmaqla, qeyd olunan torpaq sahəsinin digər hissəsində, İddiaçıla V.Məhərrəmov arasında olan hasardan 10-12 metr kənarda inşa olunmalı idi. Binəqədi rayon məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində keçirilmiş e kspertiza rəyləri və məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, V.Məhərrəmov tərəfindən İddiaçı məxsus olan evin sağ yan divarına bitişik 4,5 metr hündürlüyündə, 11,40 metr uzunluğunda inşa etdiyi fərdi yaşayış evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. Həmin binanın və torpaq sahəsinin yuxarıda qeyd edilən formada cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının (İddiaçı) maraqlarına toxunur. Belə ki, iddiaçı ilə 3-cü şəxs arasında mübahisə məhkəmədə olduğu halda və Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması V.Məhərrəmova qadağan olunmasına baxmayaraq, 3-cü şəxsə mübahisəli ərazidə nəinki tikinti işləri başa çatdırmış, hət ta həmin torpaq sahəsinə və qanunsuz tikiliyə cavabdeh onun mülkiyyət hüququnu qeydiyyata almışdır. İddiaçı yuxarıda qeyd edilən mübahisə ilə bağlı DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək, V.Məhərrəmov tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin, torpaq sahəsinin DƏDRX-də qeydiyyata alınmasının məhkəmə mübahisəsi aparılan dövrdə dayandırılmasını xahiş etmişdir. DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********08 nömrəli məktubla bildirmişdir ki, “Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin qonşu sahəsinin qeydiyyatı barədə 1 saylı Ərazi İdarəsinin elektron kadastr bazasında məlumat yoxdur”. Yuxarıda q eyd olunanlardan bəlli olur ki, cavabdeh iş üzrə 3-cü şəxsin mübahisəli tikiliyə mülkiyyət hüququ qeydiyyata almamışdan öncə, iddiaçı ilə 3-cü şəxs arasında Binəqədi rayon məhkəməsində olan mübahisə və V.Məhərrəmovun qeyd olunan torpaq sahəsində qanunsuz tikinti işləri aparması bəlli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qeyd olunan normanın tələbindən göründüyü kimi, hüquqi və ya fiziki şəxsin reyestr xidmətinə müvafiq müraciətindən sonra cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən daşınmaz əmlak ü zərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılır. Birmənalıdır ki, cavabdeh tərəfindən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə X3 mülkiyyət hüququ qeydiyyata alınarkən, zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılmışdır. Lakin aparılmış inşaat-tikinti işlərinin iddiaçının mənafeyinə toxunması və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmaması nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanda 0,06 ha olan torpaq sahəsinə və 56.9 kv.m. fərdi yaşayış evinə mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması qanunsuz və özbaşınalıqla həyata keçirilmişdir.

9. Məhkəmənin 2-1(112)-8970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə üçüncü şəxs ilkin torpaqayırma sənədi olan Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisini cavabdehə təqdim etməklə torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alınmışdır. Eyni zamanda üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin f aktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir. İddiaçının iddiasının əsasında dayanan üçüncü şəxsin adına qeydiyyatın aparılmasının əsassızlığı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla sadalanan hallardan hər hansı biri təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, bundan əvvəl İddiaçı adına mülkiyyət hüququna dair qeydlərin ləğvinə dair hazırkı üçüncü şəxs V.Məhərrəmov tərəfindən məhkəmədə iddia qaldırılmış və qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

12. İddiaçı apelyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası m əhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-938/2025 nömrəli 6 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi RİH-nin xx.xx.1997-ci il tarixli, 313 nömrəli sərəncamın tərkib hissəsi olan Binəqədi rayon unun baş memarı tərəfindən tərtib edilmiş X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin torpaq sahəsi düzbucaqlı şəklindədir, İddiaçı mülkiyyətində olan torpaq sahəsi tərəfə giriş-çıxışı üçün yol və ya qapı, eləcə də, qonşu sərhədi mövcud deyil. Eyni zamanda həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəddən aydın şəkildə görünür ki, X4 ayrılmış torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin arasında təqribən 1 metrdən artıq boşluq məsafə var.

17. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən isə torpaq sahəsinin ilkin yerləşmə sxemi əsasında tərtib edilməli olduğu halda, onun əsasında deyil, cavabdeh tə rəfindən zəbt olunmuş torpaq sahəsinin faktiki ölçülərinə uyğun, yəni sürüşdürülmə ilə tərtib edildiyindən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə qonşu torpaq sahəsi olduğu və həmin torpaq sahəsi tərəfə təqribən 1 metr enində giriş-çıxış yolu və qapının olduğu kimi göstərilmişdir.

18. Bu isə özlüyündə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair qanunun tələbləri pozulmaqla tərtib edilmiş plan və ölçünün ləğv edilməli olduğunu şərtləndirir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkü n olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutl arla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydası nda baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

24. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə pr oses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarınd a qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bü tün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanında 0.06 ha olan torpaq sahəsi və 56.9 kv.m fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququnun qeydiyyatının (reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli çıxarış) ləğv edilməsinə yönəlmişdir.

28. Məhkəmə araşdırmalarına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı ilə X4 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində 600 kv.m torpaq sahəsi təhkim edilmiş, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi yerli icra hakimiyyət i orqanı tərəfindən tərtib edilmiş, daha sonra torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək, ilkin olaraq 0.06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Üçüncü şəxs mülkiyyət hüququ tanınmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsində sahəsi 57 kv.m olan fərdi yaşayış evi inşa etmiş, bu barədə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini məlumatandırma icraatı qaydasında Binəqədi rayon icra hakimiyyətinə təqdim etmiş, bundan sonra həmin fərdi yaşayış evi və 0.06 ha ölçüdə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X3 adına xx.xx.2020-ci il tarixdə vahid əmlak kimi qeydiyyata alınaraq çıxarış verilmişdir.

29. İşə baxan məhkəmələr qeyd etmişlər ki, üçüncü şəxs ilkin torpaqayırma sən ədi olan Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisini cavabdehə təqdim etməklə torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Eyni zamanda üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsi hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir.

30. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçının torpaq sahəsi ilə üçüncü şəxsin torpaq sahəsi arasında üst-üstə düşmə halı yoxdur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə N azirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə təsdiq olunur ki, İddiaçı mübahisələndirdiyi sahədən keçən yolun iddiaçının fərdi yaşayış evindən və ya torpaq sahəsindən təyinat üzrə istifadəsinə maneə yaratmadığı müəyyən olunmuşdur.

31. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılan qeydiyyat müvafiq icra hakimiyyətinin sərəncamı və məlumatlandırma icraatı əsasında aparılmışdır.

32. İddiaçının dəlillərinin də mahiyyət etibarilə müvafiq icra hakimiyyəti orqanının sərəncamının icrasının və məlumatlandırma icraatının qanunvericiliyin tələblərinə zidd aparılması ilə bağlı olduğu nəzərə alındıqda, onun hüquqi marağını həmin sənədlərin qanuniliyinin mübahisələndirilməsi təşkil edir. Nəzərə alınmalıdır ki, qeydiyyatın əsasını təşkil edən hüquqmüəyyənedici sənədlər qüvvədə qaldığı halda, həmin qeyd ləğv oluna bilməz.

33. Nəzərə alınmalıdır ki, işə baxmış apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “....... 0,4 ha torpaq sahəsinə dair iddiaçı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə olan halda isə təxminən 0,4 ha torpaq sahəsinin də 3-cü şəxs V.Məhərrəmovun istifadəsində olması iddiaçının marağının pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədə uyğun deyil, sürüşmə nəticəsində üçüncü şəxsə verilməsi və üçüncü şəxs tikinti işlərini apararkən tikintini şəhərsalma tikinti norma və qaydalarının tələblərini kobud surətdə pozmaqla inşa etməsi ilə bağlı dəlillərinə münasibətdə m əhkəmə kollegiyası göstərilənlərdən əlavə qeyd etmişdir ki, əgər torpaq sahəsi sürüşmə nəticəsində üçüncü şəxsə verilmiş olsa belə, yuxarıda bildirildiyi kimi həmin mübahisəli sahənin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sürüşdürülməsi, hər hansı hissədə zəbt etməsi halı olmadığı iddiaçının vəkili (nümayəndəsi) tərəfindən təsdiq olunmuşdur. Əgər digər hər hansı 3-cü şəxslərin yerinə sürüşdürmə nəticəsində torpaq sahəsini zəbt edərsə bu halı mübahisələndirməyə iddiaçının hüququ mövcud deyildir.”

34. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin adına aparılmış qeydiyyatın iddiaçıya məxsus və ya onun sahibliyində olan bir torpaq sahəsinin zəbt edilməsi və ya həmin əraziyə sürüşdürülməsi nəticəsində aparılmasının sübuta yetirilmədiyini qəbul etmiş, lakin iddiaçının m übahisələndirdiyi üçüncü şəxsə aid reyestr qeydinin aparılması üçün əsas olan müvafiq icra hakimiyyəti orqanının sərəncamı və müvafiq məlumatlandırma icraatının qüvvədə olmasına qiymət verməmişdir. Buna görə də apellyasiya instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq iddianın rədd edilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarını dəyişdirmədən saxlamışdır.

35. Halbuki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən bi rinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.

36. Bir daha məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, tərəflər arasındakı mübahisə fərdi yaşayış evləri arasında mövcud olan məsafə və giriş-çıxış yollarının maneə yaratması halları ilə bağlıdır ki, bu da mülki mübahisə olub, üçüncü şəxsin adına daşınmaz əmlakın reyestrində aparılmış qeydin (hansı ki bu qeyd özü də icra hakimiyyəti orqanının qüvvədə olan sərəncamı və məlumatlandırma icraatına söykənir) ləğvi üçün əsas yaratmır.

37. Beləliklə, hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının və Ali Məhkəmənin Plenum qərarının tələbləri baxımından iddia tələbi mümkün sayılmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-938/2025 nömrəli 6 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar