Məhkəmə qərarları › İş №2-1(102)-2676/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2676/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2676/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi stajı nəzərə alınmaqla prezident təqaüdünün təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi stajı nəzərə alınmaqla prezident təqaüdünün təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2074/2025 nömrəli 29 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 217898 nömrəli diplomun surətinə əsasən İddiaçı 1966-cı ildə M.Əzizbəyov adına X6 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1971ci ildə Neft və qaz yataqları işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmiş dir. 2.İddiaçının əmək kitabçalarının surətlərinə əsasən o, xx.xx.1969-cu ildən xx.xx.1969-cu ilədək “Azmornefterazvedka” trestinin 3 saylı idarəsində neft və qaz quyularının qazmaçısı köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft”-in 2 nömrəli neft-qazçıxarma şöbəsində beşinci kateqoriya neft və qaz hasilatı operatoru kimi işə qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə Tədqiqat və istehsalat emalatxanasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1971-ci il tarixdə “Azneft” birliyindən gələn məktub əsasında əvvəlki vəzifəsindən azad edilərək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun sərəncamına verilmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft” NQDU-dan köçürmə yolu ilə Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun fəsadlar laboratoriyasına mühəndis kimi qəbul olunmuşdur. xx.xx.1974-cü il tarixdə aspiranturaya keçidi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. xx.xx.1974cü il tarixdə AzNİPİ neft aspiranturasına hasilatda fasilə ilə daxil olmuşdur. xx.xx.1976-cı il tarixdə dissertasiya işini başa vurması ilə əlaqədar institutun aspiranturasından xaric edilmişdir. xx.xx.1977-ci il tarixdə Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun Fəsadlar laboratoriyasına kiçik elmi işçi kimi qəbul olunmuşdur. xx.xx.1978-ci tarixdə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə eyni vəzifə üçün qama alətləri və mürəkkəb iş avadanlıqlarının tədqiqat sektoruna köçürülmüşdür. xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədə rəqabəti nəzərdən keçirilmişdir. xx.xx.1985- ci il tarixli BAK diplomu TH 083518 ilə, həmin tarixdə Texnika elml əri namizədi alimlik dərəcəsi almaq üçün BAK tərəfindən təsdiq edilmişdir. xx.xx.1986-cı il tarixdə institutun strukturunda dəyişiklik edilməsi ilə əlaqədar attestasiyanın nəticələrinə əsasən kompleks quyuların mühəndisliyi və texnologiyası sektorunda baş elmi işçi vəzifəsi baxılmışdır. xx.xx.1989-cu il tarixdə VNİİT neft-in Bakı şöbəsinə məktubla köçürmə yolu ilə müsabiqə yolu ilə seçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İnteqrasiya Elmi-İstehsalat Sektoruna “müsabiqədən keçərək” sektor müdiri vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1990cı il tarixdə Sovet İKP Mərkəzi Adminstirasiyasının 22 dekabr 1987-ci il tarixli qərarına əsasən müavinətlərin verilməsi ilə RSFSR K30T-nin 29-cu maddəsinin 5-ci bəndinin AzNİPneft-ə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.199 0-cı il tarixdə VNİİT Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasının müdiri vəzifəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və qazçıxarma istehsalat birliyinə 18-k nömrəli əmrə əsasən köçürmə yolu ilə xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Texniki şöbənin rəis müavini vəzifəsinə Azərbaycan Neft Sənayesi elmi tədqiqat layihə institutundan köçürmə yolu ilə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə quruda neft və qazçıxarma istehsalat birliyi işçilərin Həmkarlar İttifaqının sədri seçilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən işdən azad edilmişdir. İdarə Heyətinin xx.xx.19 97-ci il tarixli iclasının qərarı (1 saylı protokol) əsasında, xx.xx.1997-ci il tarixdə Quruda NQÇ İB işçilərinin X2 Komitəsinin sədri seçilmişdir. Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2003-cü il tarixdə Quruda NQÇ İB işçilərinin X3 Komitəsinin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2003-cü il tarixdə “Azneft” İB işçiləri X2 Komitəsinin sədri seçilmişdir. xx.xx.2006-cı ildə səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdə AzNQSDETKİ-yə direktorun qazma sahəsində elmi işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi İşlər İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Dövlət Qulluğu haqqında Qanunun 33.6-cı maddəsinə əsasən xitam verilmişdir. AMSİHİ-nin xx.xx.2007-ci il tarixli İV Konfransının qərarı (protokol) əsasında həmin tarixdə Azərbaycan Müdafiə Sənayesi X1 sədri seçilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutu nun xx.xx.2014-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdə “AzNİPİ Neft” Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiyası laboratoriyasının böyük elmi işçisi (əvəzçi) “AzNSETLİ” institutundan xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir.

4. M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunun elmi şurasının 06 mart 1985-ci il tarixli qərarı ilə iddiaçıya texnika elmləri namizədi elmi dərəcəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Az ərbaycan Neft Sənayesi X7 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”M) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu illərin elmi staj kimi hesab edib sosial sığorta stajına daxil edilərək onun əmək pensiyasının yenidən hesablanıb təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X7 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilərək ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda əmək kitabçasında yazılan elmi stajı 22 il 11 ay 2 gündür. 10 il 8 ay 18 günlük elmi stajı ümumi staja əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya prezident təqaüdünün təyin edilməsindən imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/202 5 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər aspiranturada oxuduğu dövrün elmi staj kimi nəzərə alınaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi aspiranturada oxuduğu müddətin onun elmi stajı kimi nəzər ə almamışdır. Məhkəmə cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.5-ci maddəsinin xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş redaksiyasında işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi öz əksini tapmışdır. İddiaçı məhz Qanunun həmin müddəalarının qüvvədə olduğu dövrdə aspiranturada təhsil almışdır. Belə olan halda onun aspiranturada təhsil aldığı müddətin sığorta stajına daxil edilməsinə baxmayaraq elmi staj kimi nəzərə alınmaması ilə bağlı cavabdehin mövqeyi əsassızdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 1

1. Eyni zamanda iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilmədiyi hissədə qərarın ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2074/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı ilə (hakimlər C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edildiyi hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən o, 27 dekabr 1971-ci ildən 01 yanvar 1974-cü ilə kimi “Azərbaycan Neft Elmi Təhqiqat və Lahiyə institutunda” mühəndis işləmiş, 01 yanvar 1974-cü ildən 24 dekabr 1976-cı ilə kimi aspiranturada təhsil almış, təhsilini bitirdikdən sonra 24 dekabr 1976-cı ildə “Azərbaycan Neft Elmi Təhqiqat və Lahiyə institunda” iş yerinə qayıtmış, sonradan həmin institutda 26 sentyabr 1989-cu ilə kimi müxtəlif vəzifələrdə işləyərək elmi dərəcələrini almış, 27 sentyabr 1989-cu ildə “Bakı Elmi Sənayi İnstitutuna” sektor müdiri vəzifəsinə təyin edilmiş və 20 may 1990-cı ilə kimi həmin elmi müəsissədə işləmiş, 22 may 1990-cı ildə Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun hüquqi sələfi olmuş “Aznipineft ” İnstitutunun mürəkkəb quyu işləri üzrə texnika və texnologiya sektorunun müdiri vəzifəsinə təyin edilmiş və 10 fevral 1994-cü ilə kimi həmi n elmi müəssisədə işləmişdir. İddiaçının sonrakı müəssisələrdə olan fəaliyyəti elmi və təhsil müəssisələri olmamışdır. Beləliklə, iddiaçının elmi müəssisə hesab edilən təşkilatlarda iş fəaliyyəti 19 il 1 ay 21 gün, aspiraturada oxuduğu müddət isə 1 il 11 ay 24 gün təşkil edir. İddiaçıya Prezident təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışdığı müddət 25 ildən aşağıdır. İddiaçının elmi müəssisələrdə toplanmış əmək stajı 25 ildən aşağı olduğundan ona təqaüdün təyin edilməsi mümkün deyil.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna ol maqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sı ğorta stajına daxil edilir. 17. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 saylı Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında ye nidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhk əmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 19.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 20.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 22.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 23.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin ha llarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 24.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X7 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. 25.İşin apellyasiya icraatında araşdırılması zamanı göndərilən sorğuların nəticələrin dən məlum olmuşdur ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun keçmiş əməkdaşı X4 xx.xx.1994-cü il tarixli 56/K nömrəli əmrlə 01 aprel 1994-cü il tarixindən 13 iyun 2006-cı il tarixədək yarımştat əvəzçilik qaydasında (əsas iş yeri hesab olunmur) Mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmışdır, əvəzçilik qaydasında həyata keçirdiyi iş fəaliyyəti üzrə əmək funksiyasının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. 26.Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş 14 may 2025ci il tarixli məktuba görə, aspirantura üzrə təhsil alma müddəti Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığının üç səviyyəsindən biri olmaqla elmi fəaliyyət sahəsində əsas iş yeri üzrə əmək stajı hesab edilmir və elmi dərəcə almaq üçün elmi kadr yetişdirən ali təhsil pilləsidir. 27.Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 28.Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyas ı, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 29.Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. 30.Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 31.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2074/2025 nömrəli 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar