Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2682/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Ali Məhkəmənin 2-1(102)-2315/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarının Azərbaycan Respublikası adından çıxarılması nəzərə alınaraq, cavabdehin xx.xx.2023-cü i l və xx.xx.2023-cü il tarixlərdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bu barədə, iddiaçıya cavabdeh tərəfindən dəymiş 150000 manat maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin iddiaçıya dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(103)-2142/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilərək, “Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Revmatik po liosteoartroz ll-lll dərəcə. Oynaqların zədələnməsi. Kəskin asteno-nevrotik sindrom. Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə Stabil gərginlik stenokardiyası llf.s /Hipertoniya xəstəliyi İİİ mərhələ.” diaqnozu ilə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə (müddətsiz) əlillik təyin edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-4/2-B-25577/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (ünvan: ünvan 1unur. Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir.
3. Cavabdeh tərəfindən ünvanlanmış 3-17-4/2-M-28325/2023 nömrəli xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2019-cu il tarixdən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı əlillik vəziyyətinin obyektiv araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixli 3-174/2-B-25577/2023 nömrəli məktubla Agentliyə qəbula dəvət edilmişdir, lakin müraciəti qeydə alınmamışdır. Tibbi sənədləri ilə birlikdə Agentliyə yaxınlaşmağı zəruridir. Müraciət ilə bağlı əlavə sualı yaranacağı təqdirdə; “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilər; Qeydiyyatda olduğu ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilər. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Göstərilən mənbələrdən aldığı məlumatlar qane etmədiyi təqdirdə, iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə” əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etmək tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Ali Məhkəmənin 2-1(102)-2315/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarının Azərbaycan Respublikası adından çıxarılması nəzərə alınaraq, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bununla bağlı ona dəymiş 150000 manat maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin ona dəfələrlə yazdığı əsassız məktubların ın bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə doğulmuş, Sovet Ordusunda xidmət etmiş, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2003-cü il tarixdən ona 2-ci qrup ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2019-cü il tarixdən 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar 5 illik əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, yanlış olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmiş və bu qərara əsasən, Azərbaycan Respublikasının Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona 5 il müddətinə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin etmişdir. Sonradan yenidən bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, köhnə qərar dəyişdirilərək hərbi xidmətdə olarkən aldığı xəstəliklərlə bağlı xx.xx.2019-cu il tarixdə yeni “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Səhiyyə müəssisəsinin xx.xx.2020-ci il tarixli göndərişi (88 nömrəli forma), əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə elektron qaydada cavabdehə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir ki, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilsin. Lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi” haqqında qərarı və xx.xx.2020-ci il tarixdə 0098003AAB1N nömrəli Səhiyyə müəssisəsinin göndərişinə (88 nömrəli forma) əsasən əlil ola-ola, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini əsassız olaraq nəzərə almamış, əlilliyinin səbə b əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinə öz etirazını bildirmişdir. Halbuki, onun əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac olmamışdır, çünki 2019-cu il tarixdə qiymətləndirilmiş və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil olması təsdiq edilmişdir. Cavabdeh əsassız olaraq onun əlilliyinin səbəb əlaqəsini dəyişdirməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmiş, məhkəmənin 2-1(112)-1472/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1346/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə ilə birinci instansiya məhkəməsinin qərar ı qüvvədə saxlanılmışdır, daha sonra cavabdeh kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2315/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Beləliklə, ədalətli məhkəmələr tərəfindən pozulmuş hüquqları bərpa edilərək, ona xx.xx.2019-cu il tarixdən etibarən 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əsassız bildiriş məktubu yazaraq onu əyani müayinəyə dəvət etmiş, gəlmədikdə isə əvvəlki kimi əlil və sosial hüquqlarını pozacaqları barədə qeydlər aparmışdır. Cavabdeh Ali Məhkəmənin 21(10 2)-2315/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarını icra edərək, pozulmuş hüquqlarını bərpa etmiş, ona xx.xx.2019-cu il tarixdən etibarən 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən, ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir. Buna baxmayaraq, cavabdeh tərəfindən bir çox tarixlərdə yazılmış məktublarla o, yenidən Agentliyə əyani müayinəyə dəvət edilir. Halbuki, onun yenidən müayinə olunmasına ehtiyac yoxdur. Qeyd etdiyi qanunda bu barəd ə heç bir tələb nəzərdə tutulmamışdır. Xəstə insandır, 63 yaşı var, uzun müddətdir müharibə əlilidir. Ali Məhkəmənin 2-1(102)-2315/2022 nömrəli xx.xx.2022ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə Agentlik tərəfindən pozulmuş hüquqları bərpa edilmiş, bu barədə, cavabdeh onun əlil və sosial hüquqlarını əsassız olaraq pozmuşdur. Bu səbəbdən pozulmuş əlil, sosial hüquqlarının bərpası, maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 09 fevral 2024-cü il tarixli, 21(112)-3805/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırda cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçı barəsində cavabdeh tərəfindən əlilliyinin ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı hərəkətlər mövcud deyil. Odur ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, M.C.Qarayeva və P.A.Hüseynov) 21 may 2024-cü il tarixli, 2-1(103)-2142/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdı r.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün müvafiq məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqd im olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə yardım etmək vəzifəsindən irəli gələn hərəkətləri etməmişdir. Məhkəmənin mövqeyinə görə, real mübahisə olmadığından iddia mümkün sayılmamalıdır. Lakin açıq-aşkar ortada inzibati orqanın qanunsuz hərəkətləri mövcuddur. Məhkəmə tərəfindən vətəndaşın iddiasının ümumiyyətlə mahiyyəti üzrə baxılmadan mümkünsüz sayılması cavabdeh inzibati orqanların bu kimi hərəkətlərinin davam etdirilməsinə və eyni zamanda son güman yeri məhkəmə olan vətəndaşın inamının sarsılmasına səbəb olacaqdır. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növünün münasibi ilə əvəz edilməsi məsələsinə baxılmamışdır. İddia ərizəsinin də məzmunundan göründüyü kimi, hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi bilavasitə onun hüquq v ə azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiədir, yəni cavabdeh inzibati orqanı müəyyən hərəkətləri etməkdən çəkindirmək məqsədi daşıyır. İddiaçıya verilmiş əlillik müddətsizdir, məhkəmə qaydasında isə əlilliyinin səbəbli əlaqəsi məsələsinə baxılmışdır və cavabdeh orqan da həmin dövrdə mübahisə tərəfi olaraq ümumiyyətlə onun əlilliyi ilə bağlı məsələni mübahisələndirməmişdir. İddiaçıya göndərilmiş bildiriş məktubu onun əlilliyi ilə bağlı inzibati orqanın şübhəli olduğunu, əmək pensiyasının kəsilməsi ehtimalının yüksək olduğunu göstərir və bu məktub qanunsuzdur. Bu məktublar iddiaçının həyat tərzinə təsir edir, bu fikirlər onun bütün günü sıxıntı keçirməsi ilə nəticələnir ki, bu da eyni zamanda səhhətində problemlər yaradır, nəticədə həm maddi, həm də mənəvi zərərə məruz qalır. b) kass asiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəməd ə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
23. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olma masını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərə ncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.
25. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin fakti ki əsası kimi çıxış edir.
26. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində hər hansı inzibati icraat aparılmadan iddiaçıya yalnızca, özündə müəyyən məlumatları əks etdirən məktublar ünvanlanmışdır ki, həmin məktublar da inzibati akt hesab oluna və inzibati məhkəmə icraatının predmeti ola bilməz. Belə ki, həmin məktublar hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyil.
27. Sonda, məhkəmə kollegiyası iddiaçının məhkəmələrin yardım etmə vəzifəsinə əməl etməməsi ilə bağlı kassasiya dəlilinə münasibət bildirərək qeyd edir ki, işin apellyasiya baxışı zamanı yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halların iddiaçının diqqətinə çatdırılması üçün on unla müzakirə aparılmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, eyni tələb ilə bağlı əvvəlki qərarın mövcudluğunun, onun yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılıb, iddia ərizəsi nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstəri lənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103)-2142/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.