Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2689/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2683,92 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-520/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2023 cü ilin sentyabr-oktyabr ayları üçün aylıq 541,96 manat olmaqla, ümumilikdə 1083,92 manat və 2022-ci ilin may, iyun, iyul, avqust ayları üzrə ümumilikdə 1600 manat, cəm olaraq da 2683,92 manat pul məbləğinin cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-287/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdi r.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-520/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elekt ron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
8. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə xx.xx.2025-ci il tarixdə AZEMİS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. xx.xx.2 025-ci il tarixdə, yəni şikayətvermə müddəti başa çatdıqdan 1 gün sonra iddiaçı sözügedən qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı sözügedən qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə yenidən ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və həmin qərardad icra edilərək iddiaçının adına xx.xx.2025-ci il tarixdə vəkil orderi verilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.
10. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunvericilklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən kassasiya şikayətinin vaxtında verilməsini və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.
11. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstə rilənlərə əsasən iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.
13. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.
14. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, s ərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
15. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
16. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqd an səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
17. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin prosessual müddətlərə riayət edilməklə verilməsi barədə) əməl olunmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-520/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.