Məhkəmə qərarları › İş №2-1(102)-2691/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2691/2024

01.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2691/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Ş ərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1794/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 dekabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və ona pensiya təyin edilmişdir

2. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərara əsasən 1328,30 manat pensiya məbləği yenidən he sablanaraq 1540,19 manat olmuşdur.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş 18425,95 manat kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir.

4. Cavabdehin 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023-cü il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc olduğu göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 dekabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilərək pensiyaya çıxmışdır. 06 yanvar 2023- cü ildə DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında ona pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən düzgün hesablama aparılmamışdır. Belə ki, əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 18425,95 manat məbləğində pul kompensasiyası hesablanmış və həmin vəsaitin 16014 manat hissəsi son 24 ay ərzində, daha dəqiqi 16 noyabr 2022-ci ildə ona ödənilmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ona pensiya hesablanarkən əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaitini nəzərə almamış, əmək pensiyası qanunsuz olaraq bu vəsaitə münasibətdə hesablanmamışdır. Bununla bağlı 02 iyun 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əvvəlki illərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023-cü il tarixli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdehin məktubunda imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” nın 31-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona əmək pensiyasının yenidən hesablanmasından imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinin tələbləri ilə qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. Əvvəlki illərdə istifadə etmədiyi məzuniyyətlərə görə ona ödənilmiş 18425,95 manat pul kompensasiyası orta əmək haqqı hesablanarkən nəzərə alınmayan Ödənc kimi nəzərdə tutulsa da, həmin Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənə ödənilimiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulduğu üçün bu pul vəsaitinə münasibətdə də əmək pensiyası hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən şəxsin əmək pensiyasının hesablanması zamanı həm də o vəsaitlər nəzərə alınır ki, həmin vəsaitlərdən sosial sığorta haqqı ödənmiş olsun. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənilən hissəsi pensiya hesablanması zamanı nəzərə alınır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qa nunu ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstutisiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Lakin cavabdeh Qanunun bu tələbinə məhəl qoymayaraq mənə əmək pensiyası hesablayarkən “Sosial sığorta haqqında” Azər baycan Respublikası Qanununa istinad etməli olduğu halda yuxarıda qeyd etdiyi Qanunun tələbinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarına istinad etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi nəzərdə tutulmadığından, qeyd edilən Qanuna istinad edilməklə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat Ödəncdən məcburi dövlət sosial sığorta haqqı tutulduğuna görə həmin pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyam yenidən hesablanmalıdır. Ona görə də göstərdiyim qanun pozuntusu aradan qaldırılmaqla, əmək məzuniyyətlərinə görə ona ödənilmiş 18425,95 manat vəsait nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanmalı və pensiya fərqi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, “şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) o zaman nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə gö rə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun” Göründüyü kimi, cavabdehin 3-17-1/2-H-134390/2023 saylı, 13 iyun 2023 cü il tarixli məktubunda ifadə edilmiş mövqeyi iddiaçının Azerbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş "sosial təminat hüququ"nun pozulmasına səbəb olmuşdur, buna görə də Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİ hissəsinə, “Əmək pensiyaları haqqında", “Sosial sığorta haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstutisiya Qanunun 2.6-cı maddəsinə əsasən əvvəlki illərdə istifadə etmədiyim əmək məzuniyyətlərinə görə mənə ödənilmiş 18425,95 manat məbləğində pul vəsaiti tam nəzərə alınmaqla əmək pensiyası ye nidən hesablanmalı və pensiya fərqi iddiaçıya ödənilməlidir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olması göstərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli 2-1(112)-1940/2024 nömrəli, qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia qismən təmin edilərək iddiaçıya 2019/2020 və 2020/2021-ci illər üçün istifadə olunmamış məzuniyyətə görə ödə nilmiş 3704,96 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Baş Prokurorluq tərəfindən təqdim edilən arayışa əsasən müəyyən olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişlə ri də nəzərə alınmalıdır. İnzibati işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2020-xx.xx.2022-ci illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. İddiaçının pensiyanın yenidən hesablanmasında tələb etdiyi kompensasiya məbləğinin bir hissəsi məhz pensiya təyini zamanı nəzərə alınan dövrə aid 2020-2022-cü ildə istifadə etmədiyi 38 gün məzuniyyət görə 3704,96 manat hissəsi pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır. İşin mübahisəsiz halıdır ki, həmin məbləğdən DSMF-yə müvafiq ayırmalar aparılmışdır.”

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərə k qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-1794/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, G.Abbasova və C.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2, 76.1-ci, “Sosial sığorta haqları haqqında” Qanunun 15-ci və “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində iddia dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamışdır.

15. Kassator apellyasiya məhkəməsi tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14, 21.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5, 20.1.5-1, 20.8-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısının tələblərinin pozulmasını bildirmişdir. b. Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əla vələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:...

18. Azərbaycan Respublikasi Prezidentinin Fərmani ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”...

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığor tasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”

20. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materialla rını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin ş ikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazı rkı iş üzrə iddiaçının hüquqi marağı istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasına yönəlmişdir.

28. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olmasıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının preambulasına görə, həmin qərar Azərbaycan Respublikası Pr ezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999cu il 15 aprel tarixli, 122 nömrəli və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir.

30. Həmin Qərarla təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən, “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir.

31. Bununla yanaşı, həmin müddəa hazırkı işdə iddiaçıya münasibətdə tətbiq oluna, onun “Əmək pensiyaları haqqında” Qanundan irəli gələn hüquqlarını məhdudlaşdıra bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

32. İşin araşdırılmış hallarında müəyyən olunur ki, iddia çıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi kimi verilmiş 18425,95 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2020xx.xx.2022-ci illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. İddiaçının pensiyanın yenidən hesablanmasında tələb etdiyi kompensasiya məbləğinin bir hissəsi məhz pensiya təyini zamanı nəzərə alınan dövrə aid 2020-2022-cü ildə istifadə etmədiyi 38 gün məzuniyyət görə 3704,96 manat hissəsi pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır.

34. Belə olan halda, Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-20 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-1794/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar