Məhkəmə qərarları › İş №2-1(102)-2691/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2691/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2691/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz a və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-506/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 231 saylı qərarında qeyd edilir ki, İddiaçı Bəhman oğlunun müayinəsi zamanı müəyyən edilmiş və xəstəlik haqqında şəhadətnamədə göstərilmiş “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənar ında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nın 242 nömrəli xx.xx.2016-ci il tarixli protokolu. 2.Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. 3.İddiaçı Bəhman oğlunun adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00087563TXU saylı Forma 088 göndərişində qeyd edilmişdir ki, “Xəstəliyin başlanma tarixi: xx.xx.1992-ci ildəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: S06.3- Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5Kəllədaxili travmaların nəticələri. Posttravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli asteno-nevrotik sindrom. 4.Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: xx.xx.2023-cü il. Akt № İVMT1TK0004. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi: Xeyr; Diaqnozun mətni: Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Mərkəzə göndərilmənİn/İmtina edilmənin səbəbi: aterosklerozu. LVEF- 56%. Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 5.Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı aid hissədə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və onun müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuşdur. 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında xəsarət almış və xx.xx.2016-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqanın uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alı nmış hərbi travma olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik dərəcəsini qiymətləndirilməsi zamanı “Odlu silah yaralanmasından sonra yaranan postravmatik ensefolopatiya. Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları (ayda 7-8 dəfə) Kəskin astenonevrotik sindrom, Koordinator- statik pozğunluqlar, Hipertoniya xəstəliyi İİİ dərəcə, teztez böhranlı gedişli, əlavə risk İV dərəcə” diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tari xinədək müəyyən olunmuşdur. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən qeyd olunan inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X2 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T347/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyinin” phş müalicə müəssisəsi olmadığından vətəndaş İ.R.Rzayevin konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən diaqno zda olan xəstəliklərə düçar olmasını inkar etmək mümkün olmasa da, əyani müayinədə təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Buna görə də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci İl 30 dekabr tarixli 413 nömrəli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunan meyarların hər hansı bir maddəsini aid etməyə əsas vermədi.

2. Vətəndaş İ.R.Rzayevin xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı başın ənsə nahiyyəsin də, sol qaşüstü nahiyədə (orbitanın yuxarı kənarında), burun belinin sol yan səthində, sol əlin l barmağının dırnaq falanqasında, sağ əlin 2-ci barmağının dırnaq falanqasının içəri səthində, sol baldırın orta 1/3-nin bayır səthində köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədə göstərilmiş diaqnozdakı xəsarətlərlə eynilik təşkil edir. 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X2 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, T79/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (199 2). Ağırlaşmalar: T90.5- Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli astenonevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defisit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07- xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəti cəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. 11.Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-492/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim A.Axundova) iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qər ara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ekspert rəyləri əsasında İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5-Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəs sislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07- xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. İddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Həmçinin müəyyən olunmuşdu ki, iddiaçıya qoyulmuş diaqnozun səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ol muşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-506/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 16.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18.Azərbaycan Respublikasının Kon stitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; 19.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa n (qurum) təsdiq edir. 20.Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunma sı meyarları”: Bənd 6.7 Epilepsiya-G40 Qiymətləndirmə: 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən)- 35-60% -1 il. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Apellyasiya insta nsiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. 26.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apell yasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 27.Qanunvericiliyin normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 28.Bununla belə, apellyasiya instansiyası məhkəməsi qərarında müvafiq əlillik dərəcəsinin, onun hansı müddətə verilməsi və təyinat tarixini dəqiq göstərmədiyi üçün qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 29.İddiaçının barəsində müva fiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə onun əsas diaqnoz xəstəliyi “Baş beyin ocaqlı travması, Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (XBT kodu S06.3), ağırlaşmaları “Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya” (XBT kodu T90.5), “Xüsusi epileptik sindromlar, ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları” (XBT kodu G40.5), yanaşı xəstəlikləri “Nevrasteniya, qabarıq asteno-nevrotik sindrom” (XBT kodu F48.0) kimi qeyd edilmişdir. 30.Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi “diaqnozun əlillik əlaməti təyin etməsi üçün əsas olmaması”na istinad olunmuşdur. 31.İddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Yəni, iddiaçı ona ümumi səbəblərlə əlillik təyin edilməsini istəmişdir. İşə baxan məhkəmələr isə ona xüsusi səbəbdən əlillik təyin edilməsi qənaətinə gəlmişlər. Nəzərə alınmalıdır ki, iddiaçının 2022-ci ilə qədər qüvvədə olmuş əlilliyi də ona xüsusi səbəblə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmişdir. 32.Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzr ə icmal məktubunda aşağıdakılar qeyd edilmişdir: “65. Ümumiyyətlə, şəxsin əlilliyi ümumi (ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar) və xüsusi səbəblərdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar) müəyyən edilir.

66. Əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, h ərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2- ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.

67. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasın ın rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir.” 33.Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin “ona ümumi səbəbdən əlilliyin təyin edilməsi” ilə bağlı olsa da, məhkəmələrin ona tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərmədən “xüsusi səbəbdən” əlillik təyin etmə qənaətinin iddiaçının hüquqi marağına uyğun olduğunu nəzərə alaraq məhkəmələrin bu hüquqi mövqeyi ilə razılaşır. 34.Lakin Kollegiya aşağı məhkəmələrin qərarının nəticəvi hissəsində əlilliyin təyinat tarixi, mövcud diaqnozun ağırlaşmalarına görə neçə faiz orqanizmin funksiyasının itirilməsinə səbəb olması və bunun neçə il müddətinə əlillik təyin edilməsi üçün əsas olduğu barədə məlumatlar göstərilmədiyindən məhkəmə qərarının dəyişdirilməsi qənaətinə gəlir. Belə ki, qeyd edilən halların qərarın nəticəvi hissəsində göstərilməməsi onun icrası zamanı qeyri-müəyyənlik yarada bilər. 35.Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi imt ina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

37. Məlum olduğu kimi, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Forma 88-də sadalanan xəstəliklərin iş üzrə keçirilmiş ekspertiza ilə bağlı aparılan tibbi-texniki müayinələr və tibbi rəyə əsasən hazırda da iddiaçıda mövcudluğu öz təsdiqini tapmışdır.

38. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2023-cü il tarixli tibbi göndərişdə qeyd olunan xəstəliklərin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərində öz əksini tapmışdır, eləcə də iddiaçıya məxsus tibbi sən ədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.

39. Beləliklə, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq cavabdeh iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir. 40.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçının hüquqi marağının təmin edilməsi məqsədilə ona xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 35-60% orqanizmin funksiyalarının pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 41.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-506/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbayca n Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 35-60% orqanizmin funksiyalarının pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar