Məhkəmə qərarları › İş №2-1(102)-2695/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2695/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2695/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Ədliyə Nazirliyi nin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və sair tələblərinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2025 nömrəli xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə əmək haqqının verilməsinin təmin olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva).

5. İddiaçı qərardad dan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-440/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər Gülnar Cabbarova (məruzəçi), Vəfa Əzizova və İsmayıl Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, dövlət hesabına vəkillə təmin olunmağı üçün vəkillər kolleqiyasına müraciə edəndə bildiriblər ki, ancaq məhkəmə qərarına əsasən vəkillə təmin oluna bilər. Ona görə də dövlət tərəfindən vəkil ayrılmazsa və qanuni işə baxılmasa qəbul edilmiş qərar qanunsuz sayılacaq, onlara görə beynəlxalq təşkilatlara müraciət olunacaq. Dövlət orqanların hərəkətləri ilə aldığı xəstəliklərlə əlaqədar heç yerdə işləmir, maddi imkansızlıqdan vəkillə müqavilə bağlaya bilmir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(105)-440/2025 nömrəli qərardadı ilə (hakimlər Gülnar Cabbarova (məruzəçi), Vəfa Əzizova və İsmayıl Quliyev) İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-440/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi tə min edilməmişdir.

9. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixli 2-1(105)-440/2025 nömrəli qərardadlarından kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cü r tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyin ə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni də yişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Eyni zamanda məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab ed ir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 21(105)-440/2025 nömrəli qərardadı

14. Qeyd edilən qərardadla apelyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 21(105)-440/2025 nömrəli qərardadı

15. Qeyd edilən qərardadla apelyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizəni təmin etməmişdir.

16. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(1 05)-440/2025 nömrəli qərardadı ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1769/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 21(102)-109/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-683/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-654/2023 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)771/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-270/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)-308/2022 nömrəli; xx.xx.2022-ci il tarixli 2-1(102)157/2022 nömrəli qərarları (qərardadları)).

17. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı az təminatlı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, həmin hala dair iddiaçı tərəfindən ərizəyə X1 Sistemi Məşğulluq haqqında arayış əlavə edilmişdir. İddiaçının işləməməsi halı özü-özlüyündə aztəminatlılığının təsdiqi üçün y etərli deyildir və iddiaçı hazırkı iş üzrə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığına dair başqa sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı vəkilin xidmətlərindən istifadə etmək üçün hüquqi yardım mərkəzinə müraciət etsə də, ona göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verməyə də imkan vermir. Nəticə etibarilə iddiaçıya münasibətdə dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilmə ilə bağlı prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir.

16. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardı m almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi).

19. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və möt əbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-440/2025 nömrəli xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətlərin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar