Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2696/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın bərpa edilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-c i il tarixli, 2-1(105)312/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Müvəqqəti qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı Göyçay şəhərində doğulmuşdur, olduğu yer üzrə qeydiyyata alındığı ünvan Saray qəsəbəsi, Yeni məhəllə olaraq qeyd edilmişdir. Həmin vəsiqə 30 dekabr 2014-cü il tarixdən 30 dekabr 2015-ci il tarixədək etibarlıdır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(010)4216/2020 nömrəli qətnaməsi ilə X10 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 17 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər alimentin tutularaq X1 verilmə si qət edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının 29 sentyabr 2021-ci il tarixli, 17/15-645 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4216/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən, borclu X10 1 mart 2021-ci il tarixdən başlayaraq, hər ay əməkhaqqıdan 25%, yəni 161 (bir yüz altmış bir) manat 19 qəpik aliment tutularaq tələbkar İddiaçı Allahverdı qızının “Kapital Bank”-ın Surxanı rayon filialındakı **********76382S9119 nömrəli kart hesabına köçürülür. 4. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, İddiaçı 14 iyul 2016-cı il tarixli müraciətinə əsasən, sosial yardımın təyin olunmasından “Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində n əldə edilən məlumata əsasən, ailə üzvü İddiaçı pensiya məbləğində uyğunsuzluq, ərizəbəyannamədə 1682,88 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 6366,76 manat olmalıdır” səbəbi ilə imtina edilmişdir.
5. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 7 noyabr 2019-cu il tarixli, 4217 nömrəli arayışından görünür ki, İddiaçı Saray qəsəbəsi, Q.B.Zakir küçəsi ünvanında qeydiyyatsız yaşayır. X2 və X15 onun övladlarıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ayrılan sosial müavinəti n dayandırılmasının qanunsuz hesab edilməsi, ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Göyçay şəhəri, H.B.Əliyev küçəsi 4də qeydiyyatda olsa da, Abşeron rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsində yerləşən fərdi yaşayış evində 10 yaşlı oğlu ilə birgə yaşayır. Tənha anadır, heç yerdə işləmir, qazancı yoxdur. Ailəsinin yeganə gəliri 17 sentyabr 2010-cu il təvəllüdlü X11 görə hər ay ödənilən 170 manat alimentdir. Ona görə də qanunvericiliklə müəyyən edilmiş meyarları əsas tutaraq, dəfələrlə cavabdehə rəsmi müraciətlər edib, sosial müavinətin ödənilməsini xahiş etmişdir. Bir müddət ünvanlı dövlət sosial yardımı alsa da, son bir neçə aydır ki, bu yardım kəsilmişdir. Sonuncu müraciətinə d air rəsmi heç bir məlumat verilməmişdir. Eşitdiyinə görə, 10-15 gün əvvəl ona təkrarən imtina verilmişdir. Halbuki, mövcud meyarlara uyğun olaraq ona sosial müdafiə üçün yardım ödənilməlidir.
8. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 13 iyul 2023-cü il tarixdə **********10902 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı inzibati orqana X18 və X23 vasitəsilə müraciət etmiş, 1 iyul 2023cü il tarixdən ona ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımının ödənilməsi dayandırılmışdır. İş üzrə iddiaçının 13 iyul 2023-cü il tarixli müraciətinə əsasən ərizə-bəyannamədə qeyd olunmuş məlumatların həqiqətə uyğunluğunun müəyyən e dilməsi məqsədilə onun maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmişdir. 1 avqust 2023-cü il tarixli müayinə nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan arayışla doğrudur. Nikah olmayıb. 2019-cu ildən ayrıldığı bildirildi. Forma 4 təqdim edildi. Aliment iddia edilməyib. Son 1 ildə 2-3 dəfə hər dəfə 20-50 AZN maddi yardım edib. Müayinə zamanı qızı ünvanda idi. 2-3 gündür burada qaldıqları, 1 həftədən sonra gedəcəkləri bildirildi. Həyat yoldaşının lift ustası olduğu, yaxınlarda işi olduqda gəlib burada qaldıqları bildirildi”. Sözügedən müayinə zamanı ərizə-bəyannamədə qeyd olunmayan əlavə şəxs aşkar olunmasına, nəticə etibarilə təqdim edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsinə baxmayaraq, bu, məlumatlarda uyğunsuzluq kim i qiymətləndirilməmiş, ailə risk kateqoriyasına daxil edilmiş və sosial yardım təyin olunmuşdur. Daha sonra 16 avqust 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin nəvələri X13, X14 idi. Qızının və qızının həyat yoldaşının 1 həftəlik gəldikləri, nə vaxt gedəcəklərinin məlum olmadığı bildirildi. Ünvanda olan kənar şəxslər X7 və X8 idi. Əhmədli ərazisində yaşadıqları, 3 gündür gəldikləri, 2 günə gedəcəkləri bildirildi”. Daha sonra 6 sentyabr 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin bacısı Vəliyevə Zəhr a, təmsilçinin qızı və övladları, təmsilçinin həyat yoldaşının qardaşı vardı (Əliyev Atakişi), qonaq gəldikləri bildirildi”. Daha sonra 21 sentyabr 2023-cü il tarixdə dövri yoxlama məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri yoxlama məqsədilə ünvana gedildi. Təmsilçi və övladından əlavə ünvanda təmsilçinin qızı Əliyeva Şəhanə və 2 nəvəsi var idi. 20 gündür burada olduqları və 1 həftə - 10 günə gedəcəkləri bildirildi”. Sözügedən faktlar maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntülər əsasında təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sosial yardımın təyin olunması üçün təqdim edilmiş “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda yoxlama zamanı uyğunsuzluq aşkar edilmiş, həmin məlumat ların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, 31 oktyabr 2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımı ödənişi dayandırılmışdır. Dayandırılma səbəbi kimi iddiaçının “ailə tərkibinin düzgün göstərilməməsi” olmuşdur. Belə ki, “ərizə-bəyannamə”də qeyd olunan Bakı şəhəri, ünvan 3 ünvanında başqa şəxslər aşkar olunmuşdur (monitorinq aktları iş materiallarına əlavə olunmuşdur).
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim K.Ə.Həbibova) 05 dekabr 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından görünür ki, 1 iyul 2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımının ödənilməsi dayandırılmışdır. Bunun səbəbi iddiaçının “ərizə-bəyannamə”də qeyd olunan ünvan 4 ünvanında ondan başqa digər şəxslərin də aşkar edilməsi olmuşdur. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi-məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (yaddaş kartında iş materiallarına əlavə edilmişdir) baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı mənzildə iddiaçı və oğlundan başqa digər şəxslər olmuşdur) təsdiqini tapmışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 27 fevral 2025-ci il tarixli, 2-1(105)-312/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının “ərizə-bəyannamə”də qeyd olunan ünvan 4 ünvanında ondan başqa digər şəxslərin də aşkar olunması həmçinin 1 avqust, 16 avqust, 6 sentyabr, 21 sentyabr 2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə” məlumatlarla da öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı birinci instansiya və apellyasiya məhkəməsinin iclaslarında qızı və nəvələrinin onunla birlikdə yaşadığını etiraf etmişdir. Bir sözl ə, iddiaçının cavabdehə təqdim etdiyi “ərizəbəyannamə”də ailə tərkibi barədə göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Cavabdeh də məlumatlarda olan uyğunsuzluğa görə haqlı olaraq sosial yardımın ödənilməsini dayandırmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayəti iddia ərizəsinə əsaslandırılmışdır. və apellyasiya şikayətinə uyğun b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdi m edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsil ə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə Maddə 10.2. Sosial yardım təyin edildikdə n sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalar ının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
18. Azərbaycan Respublikası Nazilər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”:...
2. Sosial yardımın alınması üçün müraciət edilməsi 2.1 Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədl iyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlum atların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X5 struktur bölməsivə ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailəni n sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses işti rakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apel lyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ünvanlı sosial yardımın bərpa edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
26. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə k ollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2-1(105)-312/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.