Məhkəmə qərarları › İş №2-1(102)-2697/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2697/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2697/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilmə; qüsursuz xidmət; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqç uların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-442/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir. 1993-2014- cü illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 2014-cü ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda ümumilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Şəhid ailəsinin üzvüdür, hərbi xidmət dövründə və sonradan dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır, öz mənzili yoxdur, hazırda 5 (beş) nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mövcud qanunvericiliyə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün vəkili vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin cavabdeh i nzibati orqan qanunla müəyyən olunmuş müddət ərzində müraciətinə cavab verməmişdir. Bundan əvvəl isə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən şifahi şəkildə ona bildirilmişdir ki, xidməti qüsurlu olduğu üçün adı müvafiq siyahılara daxil edilməmişdir. Cavabdehin bu mövqeyini absurd, qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında, hər hansı bir qanununda, normativ hüquqi aktında, ümumiyyətlə, “qüsurlu xidmət” anlayışı yoxdur, həmçinin “qüsursuz xidmət” anlayışının da izahı verilmədiyinə görə, həmin anlayış da qeyri-müəyyəndir. Cavabdeh onun vaxtilə şərti cəza almağını bəhanə edirsə, bununla bağlı bildirir ki, Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-in 42 -ci maddəsinə əsasən barəsində hökmün icrası döyüş əməliyyatları qurtaranadək təxirə salınmış, həmin məhkəmənin xx.xx.2000-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Beləliklə də, barəsində şərti olaraq tətbiq edilmiş cəza müddəti ötdüyünə görə, məhkumluğu olmayan şəxs hesab edilir. Konstitusiyanın 149-cu maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. O, ehtiyata 2014-cü ildə buraxılmışdır. Prezident Fərmanına isə 15 noyabr 2021-ci il tarixində bir sıra dəyişikliklər edilmişdir. Adı çəkilən Fərmana xx.xx.2021-ci ildə edilmiş dəyişikliklər o, ehtiyata buraxıla ndan sonrakı dövrdə qəbul edildiyindən ona münasibətdə geriyə ağırlaşdırıcı formada tətbiq edilə bilməz.

3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 12 avqust 1993-cü il tarixdən 04 noyabr 2014-cü il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmana əsasə n, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli; hərbi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən biri olmadığından müvafiq siyahıya daxil edilə bilməz. Belə ki, iddiaçıya münasibətdə “hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməsi” şərti ödənilmir. Azərbaycan Ordusunda hərbi xidmət müddəti 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Bakı Hərbi Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli hökmünə əsasən məhkumluq müddəti 1 (bir) il 5 (beş) ay 23 (iyirmi üç) gün təşkil edir. İddiaçının məhkumluq müddəti çıxıldıqdan sonra adı çəkil ən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında 20 xidmət təqvim ili olmadığından, onun dövlət vəsait hesabına mənzil təminatı bu Fərmanın təsiri altına düşmür.

4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) 24 fevral 2025-ci il tarixli, 2-1(118)-775/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Ordusunda hərbi xidmət müddəti ümumilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Lakin məhkəmə hökmü ilə onun məhkumluq müddəti 1 (bir) il, 5 (beş) ay, 23 (iyirmi üç) gün təşkil etmiş və nəticədə, onun qüsursuz xidmət illəri 20 ildən az təşkil etmiş olur. Belə olan halda onun dövlət vəsait hesabına mənzil təminatı Azərbaycan Respublikası Prezidentinin “Azərbayca n Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mümkün deyildir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev – məruzəçi, V.E.Əzizova və G.İ.Cabbarova) 15 may 2025-ci il tarixli, 2-1(105)442/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti ver ərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzər ə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada tə qdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düz gün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində da vamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2185/2024 nömrəli xx.xx.2024-cü il, 2-1(102)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edilməsi məqsədi ilə qəbul edilmiş 2-1(102)-2277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “üç ulduz” qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1271/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, A zərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilir. “Qüsursuz xidmət” müddəti dedikdə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti, hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarı lmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti və məhkumluğun olduğu müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Ordusunda hərbi xidmət müddəti ümumilikdə 21 (iyirmi bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün təşkil edir. Lakin məhkəmə hökmü ilə onun məhkumluq müddəti 1 (bir) il, 5 (beş) ay, 23 (iyirmi üç) gün təşkil etdiyindən, onun qüsursuz xidmət illəri 20 ildən az olmuşdur.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmç inin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-442/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar