Məhkəmə qərarları › İş №2-1(102)-27/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-27/2021

27.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Şəxsin yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, onun həmin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X3 və X2 üçüncü şəxslər olmaqla) mənzilə pasport qeydiyyatına alınma öhdə liyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1013/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı yaşadığı ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 10 sentyabr 2019-cu il tarixli, 087-22656A-3219 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, göstərilən ünvana yaşayış üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericilikdə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət q eydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini təqdim etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvana pasport qeydiyyatına alınmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 1(100)7971/18 saylı, 18.09.2018-ci il tarixli qətnaməsi ilə onun ünvan 1 evə köçürülməsi qət edilmişdir. Məhkəmənin həmin qərarı 12.07.2019-cu ildə icra edilmiş və həmin ünvana köçürülmüşdür. Haz ırda o, cavabdehə müraciət edərək yaşadığı ünvana qeydiyyata alınmasını xahiş etsə də, bundan imtina edilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3653/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.M.Tağıyev) X3 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

5. Üçüncü şəxs X3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, göstərilən mübahisəli evdə ailə üzvləri ilə birlikdə (özü, iki oğlu və bacısı) qeydiyyatdadır. Keçmiş həyat yoldaşı - bu iş üzrə İddiaçı ilə 2017-ci ildə nikahı pozulmuşdur. İddiaçı onun ailə üzvü deyil və artıq 3 ilə yaxındır ki, mübahisəli mənzildə yaşamır. Özü könüllü evdən çıxıb getmişdir. Onun konkret yaşadığı yer məlum deyil. O, artıq 3 ildir ki, başqa bir ünvanda yaşayır. İddiaçının iddia ərizəsində göstərd iyi ünvan, yəni mübahisəli evin ünvanı formal xarakter daşıyır. İddiaçı ünvan 2atdadır. Elə buna görə də Cavabdeh vəzifəli şəxsləri haqlı olaraq cavabdehi onun istifadəsində və sahibliyində olan evə qeydiyyata salmamışdır. 2017-ci ildə onun iddiaçı ilə nikahı pozulduqdan sonra, məhkəmə qətnaməsinə əsasən onun yanında saxlanılan azyaşlı övladları Adil Əzizli və Məhəmməd Əzizli ilə İddiaçı qarşılıqlı münasibətləri çox gərginləşmişdir. İddiaçı övladları ilə çox kobud davranmış, sistematik döymüş, onlara dəfələrlə bədən xəsarətləri yetirmişdir. Belə ki, iddiaçı birgə nikahdan doğulan övladı Adil Əzizlini amansızcasına döymüş, yəni baş nahiyyəsinə qəsdən əli ilə bir neçə dəfə vuraraq ona baş beyin silkələnməsi, təpə nahiyyəsinin şişkinlik və qançırı, sol qaşın bayır bucaq nahiyyəsinin cızıqları xəsarətlərini yetirmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3653/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının ünvan 1 ünvana pasport qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xxxx evə iddiaçı məhkəmə qaydasında köçürüldüyündən onun sözügedən ünvana qeydiyyata düşməsinə dair iddia ərizəsi qanuni və əsaslıdır.

8. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1013/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmə dov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3653/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 11.Üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxs A.Əzizov kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsi onu məhkəmə prosesinə dəvət e tməmiş, bununla da hüquqlarını pozmuşdur.

13. Bundan əlavə, o, mübahisəli evdə ailə üzvləri ilə (özü, iki oğlu və bacısı) birlikdə qeydiyyatda olmaqla yaşayır. Keçmiş həyat yoldaşı, bu iş üzrə iddiaçı ilə 2017-ci ildə nikahı pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyil və artıq 3 ildir ki, mübahisəli mənzildə yaşamır, özü könüllü evdən çıxıb getmişdir. İddiaçının konkret yaşadığı yer ona məlum deyildir. İddiaçının iddia ərizəsində göstərdiyi ünvan, yəni mübahisəli evin ünvanı formal xarakter daşıyır. İddiaçı ünvan 2atda olmaqla yaşayır. Elə buna görə də Cavabdeh vəzifəli şəxsləri haqlı olaraq iddiaçını onun istifadəsində və sahibliyində olan evə qeydiyyata salmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və digər üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

19. Yaşayış yeri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsi l müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icr a hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Belə k i, iş materiallarından görünür ki, iddiaçı yaşadığı ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmiş, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişlər.

25. İddianı təmin edərkən məhkəmələr qeyd etmişlər ki, xxxx evə iddiaçı məhkəmə qaydasında köçürüldüyündən onun sözügedən ünvana qeydiyyata düşməsinə dair iddia ərizəsi qanuni və əsaslıdır.

26. Hazırda üçüncü şəxs həmin qərarı mübahisələndirərək bildirir ki, məhkəmələr iddianı təmin edərkən qanunvericiliyin tələblərini pozmuşlar.

27. Qeyd olunmalıdır ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına laz ımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

28. İşdə olan 17.07.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7971/2018 saylı, 18.09.2018ci il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ünvan 5 ünvanında yerləşən evə köçürülmüş və bu barədə qanunamüvafiq qaydada akt tərtib olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7971 saylı, 18.09.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, i ddiaçının evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, onun həmin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır.

30. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, Ali Məhkəmə tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində tələb olunan sənədlərə malik olmamaları onların həmin evə məhkəmə qaydasında qeydiyyata alınmalarına əngəl təşkil etməməlidir. Belə ki, yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin həmin yaşayış sahəsinə qeydiyyata alınmalı olmasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci ma ddəsində təsbit edilməməsi həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, qanunda olan həmin boşluq məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır.

31. Yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin həmin yaşayış sahəsinə qeydiyyata alınmaları məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, qanunda tənziml ənməməsinə baxmayaraq yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının yarandığı məhkəmə qaydasında müəyyən olunan şəxslərin bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyata alınmaması onların əldə etdikləri əmlak hüquqlarına edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Bu məsələdə qüvvədə olan qanunvericilik hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, təkmil olmayan qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün hüquq sahiblərinin üzərinə qoyulması onların hüquqlarına qeyrimütənasib müdaxilə təşkil etmiş olardı.

32. Üçüncü şəxsin apelyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası bu d əlili də əsassız hesab edərək bildirir ki, işin baxılması ilk dəfə olaraq 23.04.2020-ci il tarixə, saat 15-20-yə təyin edilmiş, digər proses iştirakçıları kimi üçüncü şəxsə də 2-1(103)-1013/2020 saylı məhkəmə bildirişi göndərilmişdir.

33. Eyni zamanda, iddiaçının apelyasiya şikayəti qeyd etdiyi telefon nömrəsinə SMS xəbərdarlıq göndərilməklə prosesin vaxtı barədə məlumat verilmişdir.

34. Koronovirus infeksiyasına qarşı mübarizəni təşkili ilə əlaqədar olaraq işin baxılması 29.06.2020-ci il tarixə, saat 12:00-a təxirə alınmış və bu barədə məhkəmə bildirişi ilə yanaşı üçüncü şəxsə SMS xəbərdarlıq göndərilmişdir.

35. Yenidən eyni səbəblə işin baxılması 20 iyul 2020-ci il tarixə, saat 14:40-a təxirə alınmış, bu barədə üçüncü şəxsə məhkəmə bildirişi 20 iyun 2020-ci il tarixdə, SMS xəbərdarlıq is ə 06.07.2020-ci il tarixdə, saat 10:50-də göndərilmişdir. (iş vər 100)

36. Göründüyü kimi, üçüncü şəxsin məhkəmə iclasının vaxtı barədə əvvəlcədən məlumatı olsa da (14 gün əvvəl) o, məhkəmə prosesində iştirak etməmiş və bunun səbəbi barədə apelyasiya instansiyası məhkəməsinə hər hansı məlumat verməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına uyğun hesab edir. Üçüncü şəxsin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

38. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

39. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1013/2020 saylı iş üzrə 20 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar