Məhkəmə qərarları › İş №2-1(102)-270/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-270/2019

06.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-270/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Göyçay rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-283/18 saylı 19 sentyabr 2018-ci il tarixli qə rarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü iddiaçı Iddiaçı 22.05.1983-cü ildən 16.05.1985-ci ilədək hərbi xidmətdə olmuş, 1979 (48 adam günü), 1982 (8 adam günü), 1983-cü (5 adam günü) illərdə Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 aprel 2017-ci il tarixli 2- 1(84)-219/2017 nömrəli qərarı ilə iddiçı 24.04.1986-cı il tarixdən 14.10.1994- cü il tarixədək "Qafqazenerqomontaj" Bakı Quraşdırma İdarəsində çilingər işlədiyi illər onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Göyçay rayon şöbəsinə müraciət etmiş, cavabdeh 26.12.2017-ci il tarixli **/**-**** nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 12 il tsosial sığorta satjı tələb olunmasına baxmayaraq iddiaçının tələb olunan 12 il 25 gün sosial sığorta stajından 04 ayı təsdiq olunmadığı üçün və 4137,42 manat pensiya kapitalı çatmadığından ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "1979, 1982, 1983-cü illərdə işlədiyi dövrün adambaşı gününə uyğun olaraq sosial sığorta stajına daxil edilməsi, 03.07.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 03.07.2014-cü il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 30 mart 2018-ci il tarixli 21(84)-312/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçı Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) işlədiyindən və onun kolxozda işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanması, 01.02.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 01.02.2016-cı il tarixdən ödənilmiş müavin ətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin DSMF-in Göyçay rayon şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. DSMF-in Göyçay rayon şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2-1(84)-312/2018 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-289/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti vermiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 30 mart 2018-ci il tarixli 2- 1(84)-312/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, əmək stajı, həmçinin, arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən də müəyyən edildiyindən, iddiaçı Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) işlədiyindən və onun kolxozda işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, Dövlət Arxivinin Göyçay Filialının 02.04.2013-cü il tarixli 119 nömrəli arxiv arayışından görünür ki, Iddiaçı 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmişdir. Cavabdeh etirazında iddiaçının kolxozda işlədiyi müddətin 04 aya bərabər olduğunu bildirmişdir. İddiaçının 12 ildən (01 il 11 ay 24 gün hərbi xidmət + 01 il 03 ay 11 gün sosial sığorta stajı + 08 il 05 ay 20 gün məhkəmə qətnam əsi + 04 ay arxiv arayışı) çox sosial sığorta stajı olduğundan ona 01.02.2016-cı ildən əlilliyə görə əmək pensiyası təyin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-289/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017- ci il tarixli 543-VQD saylı Qanunun 12-ci maddəsinə əsasən əlilliyə əmək pensiyası təyin etməyə görə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı çatışmadığı üçün Mütalib Məmmədova əlilliyə görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) IV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. DSMF-in Göyçay rayon şöbəsi iddiaçı 19861994-cü illər iş stajının yoxlanmasına dair 03.03.20 16-cı il tarixli **/**-** saylı məktubla DSMF-in Şirvan şəhər şöbəsinə rəsmi müraciət etmişdir. Şirvan şəhər şöbəsinin 10.03.2016-cı il tarixli 40/577 saylı məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd olunan “Qafqazenerjiquraşdırma” trestinin Bakı Quraşdırma İdarəsinin fəaliyyəti olmadığı üçün və sənədlər Dövlət Arxivinin Şirvan şəhər filialına təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır. İddiaçı 1986-1994-cü illər iş stajının yoxlanmasına dair 11.04.2017-ci il tarixli **/***** saylı məktubla DSMF-in Xətai rayon şöbəsinə rəsmi müraciət edilmişdir. Xətai rayon şöbəsinin 18.04.2017-ci il tarixli **/****-** saylı məktubuna əsasən “Qafqazenerjiquraşdırma” trestinin Bakı Quraşdırma İdarəsinin arxiv sənədləri saxlanılmadığından iş stajını yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının III fəslinin 3.4cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli 168 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli 32 saylı Qərarı ilə təsdiq edilmiş «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək haqqı cədvəlləri və əmək kitabçaları 75 (yetmiş beş) il saxlanılmalıdır. Göyçay Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(046)-1453/2016 nömrəli qərardadına əsasən iddiaçı 24 aprel 1986-cı ildən 14 oktyabr 1994-cü ilədək “Qafqazenerjiquraşdırma” trestinin Bakı Quraşdırma İdarəsində çilingər işləməsi faktının müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılmışdır. Kassator AR MPM-nin 402-407-ci maddələrinə, AR Konstitusiyasının 7,13, 119-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-289/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1396/18 saylı 21 iyun 2018-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-289/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi "1979, 1982, 1983-cü illərdə işlədiyi dövrün adambaşı gününə uyğun olaraq sosial sığorta sta jına daxil edilməsi, 03.07.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 03.07.2014-cü il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"dır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən iki əsasla imtina edilmişdir: iddiaçının 04 ay sosial sığorta stajının və pensiya kapitalının çatışmaması. Cavadehin imtinasının əsaslı olub-olub olmamasına məhkəmə tərəfindən qiymət verilməsi üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq üçün nə qədər sosial sığorta stajına malik olmalı olması ilk növbədə müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş cavabdehin 20.12.2017-ci il tarixli 52/03-2769 saylı arayışında, cavabde hin imtina məktubunda iddiaçıya 03.07.2014-cü il tarixdə əlillik təyin edilmişdir. Lakin iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatında (iş v. 30) iddiaçıya II dərəcə əlillyiin 22.10.2016-cı il tarixdə təyin olunduğu öz əksini tapmışdır. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmasına dair məlumatın əks olunduğu səınədlər arasında uyğunsuzluq vardır. Halbuki bu hal iş üzrə əhəmiyyət kəsb edir. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi iddiaçının əmək qabiliyyətini nə vaxt itirməsindən asılı olaraq iddiaçıdan nə qədər sosial sığorta stajının tələb olunmasına hüquqi qiymət verilə bilər. Bundan əlavə, işə baxan məhkəmə iddiaçının 1979 (48 adam günü), 1982 (8 adam günü), 1983-cü (5 adam günü) illərdə Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi müddəti 04 ay kimi hesablamışdır. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci amddəsinə əsasən Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının kolxozda işlədiyi müddət faktiki olaraq 61 gün, başqa sözlə 02 ay 01 gün olmasına baxmayaraq aşağı instansiya məhkəməsi həmin müddəti 04 ay kimi qiymətləndirmişdir. Bundan əlavə, iddiaçının pensiya kapitalının kifayət olmaması ilə bağlı kassatorun dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, 01.07.2017-ci il tarixədək əlillik təyin olunan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının kifayət qədər olmasına dair qanunvericilikdə göstəriş nəzərdə tutulmamışdır. Beləliklə, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçıy a əlillik təyin olunan tarixi müəyyən etdiqdən sonra iddiaçıya nə qədər sosial sığorta stajı tələb olunmasını hesablamalı və buna müvafiq olaraq cavabdehin imtina dəlillərinə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Göyçay rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-283/18 saylı 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar