Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2701/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən ünvanlı dövlət so sial yardımının aztəminatlı ailəyə təyin olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-203/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********291 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtinaya dair təqdim edilmiş bildiriş ilə İddiaçı ailə tərkibinin düzgün göstərilməməsi, ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olması və telefon nömrəsinin gizlədilməsi əsası ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (və dəqiqləşmə ərizəsi) ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının aztəminatlı ailəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyatını təhlükəyə ataraq süpürgəçi işləməklə nikahdan kənar doğulan iki uşağını təkbaşına böyüdən anadır. Aztəminatlı ailəsi və muzdlu işdən olan gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna malikdir. Bu məqsədlə üç nəfərdən ibarət ailə tərkibi haqqında arayışı notarial qaydada təsdiqlədikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və bu zaman cavabdeh əvvəlki ardıcıl gələn 12 ay ərzində muzdlu işdən olan gəlirini sistemə daxil edərək onun muzdlu işləyən şəxs olması səbəbi ilə qanunsuz imtina vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə təkrar eyni qayda ilə müraciət edən zaman onun mənzilinə daxil olub axtarış və çəkiliş aparan cavabdeh orqan həmin ünvanda yaşayan, ayrı təsərrüfat aparan və keçmiş ail ə üzvü sayılan valideynini görüb ailə vəziyyətinə görə, eləcə də nəqliyyat vasitəsinə görə qanunsuz imtina vermişdir. İmtinanın əsası kimi ailə tərkibinin düzgün göstərilməməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və telefon nömrəsinin gizlədilməsi göstərilmişdir.
5. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********291 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir: ailə tərkibinin düzgün göstərilməməsi; təmsilçinin atasının istifadəsində nəqliyyat vasitəsinin olması; telefon nömrəsinin gizlədilməsi. Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvana gə lmiş əməkdaşlar müayinə zamanı evdə təmsilçinin atasının ailə ilə birgə yaşadığını aşkar etmişlər. Təmsilçinin atası ilə birgə təsərrüfatda olması, eyni kommunal vasitələrdən istifadə edilməsi, ərzaq məhsullarının istehlakının həyata keçirildiyi müəyyən edilmişdir. Müayinə zamanı həyətyanı sahədə aşkarlanmış **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin təmsilçinin atasının mülkiyyətində və istifadəsində olduğu müəyyən edilmişdir. Ərizə-bəyannamədə iddiaçı tərəfindən rabitə vasitələri qeyd edilməmiş olsa da, müayinə zamanı iddiaçının yaşadığı mənzilin telefon nömrəsi aşkarlanmışdır. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli. 2-1(102)-442/2021 nömrəli qərarına görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişə t şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən, iddiaçı ərizə bəyannaməsində ailə tərkibinin özü və iki övladı olmaqla 3 nəfərdən ibarət olduğunu qeyd etmiş olsa da, müayinə zamanı onun atası ilə birgə təsərrüfatda yaşadığı müəyyən edilmiş, həmçinin videogörüntüdə iddiaçı bunu özü etiraf edərək atası ilə birgə təsərrüfatda qaldığını qeyd etmişdir. Qanunvericilik normalarının tələblərindən g öründüyü kimi, ailə üzvlərinin istifadəsində nəqliyyat vasitəsinin olması imtina əsasıdır və iddiaçının atasının mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olması imtinanın qanunauyğun olmasını göstərir. Həmçinin imtinanın bir digər əsası olan rabitə vasitəsinin gizlədilməsinə münasibətdə qeyd etmək istərdik ki, Ali Məhkəmənin istinad olunan qərarından və qanunvericilik normalarının tələblərindən görünür ki, ərizə-bəyannamədəki məlumatlarla maddi-məişət şəraitinin yoxlaması zamanı əldə olunmuş məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda bu uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Belə ki, iddiaçı ərizə-bəyannamədə istifadə etdiyi rabitə vasitələri barədə məlumatları qeyd etməmiş olsa da, müayinə zamanı mənzildə telefon aşkarlanmış və bu uyğunsuzluq imtina üçün əsas olmuşdu r. İddiaçı ərizə ilə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş olsa da, iddia ərizəsində ÜDSY-nin xx.xx.2023-cü il tarixdən təyin olunmasını məhkəmədən xahiş etmişdir ki, müraciətdən əvvəlki tarixə təyinatın aparılması mümkünsüzdür. İstinad olunan normaların məzmunundan göründüyü kimi, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyi, istifadəsində nəqliyyat vasitəsinin olması və rabitə vasitələri barədə məlumatları qeyd etmədiyindən kifayət qədər uyğunsuzlu qlar aşkarlanmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2437/2024 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – F.Hacızadə).
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir.
8. İmtinanın birinci əsası ilə bağlı yuxarıda qeyd olunan nor maları tətbiq edən məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, təmsilçiliklə bağlı verilmiş arayışdan görünür ki, iddiaçının iki uşağı var: İddiaçı da ailə tərkibi barədə məlumat verərkən, ailə tərkibinin özü və 2 uşağından ibarət olduğunu göstərmişdir. Beləliklə, iddiaçının atası faktiki olaraq iddiaçı ilə eyni ünvanda yaşamadığından və iddiaçının ailə tərkibinə daxil olmadığından, cavabdehin “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbilə tələbin təminindən imtinası əsassız olmuşdur.
9. İkinci imtina əsası yuxarıda qeyd olunan hissə ilə bilavasitə bağlıdır. Ailə üzvü olmayan şəxsin mülkiyyətində avtonəqliyyat vasitəsinin olması iddiaçının ailəsinin gəlirlərinə və aztəminatlı ailə kriteriyasına uyğunluğuna hər hansı təsir göstərmir.
10. Cavabdehin imtina əsası kimi qeyd etdiyi tele fon nömrəsinin gizlədilməsi imtina əsası kimi dəyərləndirilə bilməz. Cavabdeh tərəfindən həmin telefon nömrəsinin istifadəsi zamanı sərf olunan vəsaitin iddiaçının yuxarıda qeyd olunan kateqoriya şəxslərdən istisna edildiyinə dair sübut təqdim edilməmiş, telefon nömrəsinin aktivliyi, istifadəsi zamanı çəkilən xərclərin mövcud olub-olmaması ümumiyyətlə araşdırılmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-203/2025 qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin x x.xx.2024-cü il tarixli, 2-1(116)-2437/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – X.Səmədov, hakimlər – R.Rəfiyev, T.Həsənov).
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, müayinə aparılan zaman təmsilçinin atasının həmin ünvanda aşkar edilməsi özlüyündə birgə təsərrüfatın aparılması kimi qiymətləndirmə üçün yetərli deyil. Cavabdeh orqan isə həmin şəxsin müayinə aparılan zaman həmin ünvanda olmasından çıxış edərək təmsilçi ilə eyni mənzildə yaşaması və mənzil-kommunal xidmətlərindən birgə istifadə etməsini bildirir. Sözügedən şəxsin iddiaçı ilə ümumi ev təsərrüfatında olması üçün onun öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata ke çirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslə (valideyni ilə) eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən imtina cavabı vermişdir. Ünvanlı sosial dövlət yardımının təyin edildiyi və ödənildiyi dövr ərzində digər şəxslərin həmin yaşayış sahəsində yaşaması ilə bağlı qanunvericilik hər hansı məhdudiyyət müəyyən etməmişdir. Cavabdeh orqan sözügedən şəxslərin həmin ünva nda faktiki yaşayıb-yaşamamasını yox, həmin şəxslərin iddiaçı ilə birgə ümumi təsərrüfatı aparıb-aparmamasını müəyyən etməli idi. Yəni, bütövlükdə aşkar olunmuş şəxsə münasibətdə araşdırılmalı olan hal – onların iddiaçı ilə birgə təsərrüfatın aparılıbaparılmamasıdır. Odur ki, iddiaçının həmin şəxsə birgə yaşama halının mövcudluğu onun ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Cavabdeh orqanın - təmsilçinin valideyni ilə birgə təsərrüfat aparması ilə bağlı mövqeyi isə yalnız ehtimallara əsaslanır.
14. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, müayinə zamanı aşkar edilmiş nəqliyyat vasitəsi iddiaçıya məx sus olmadığından, bu hal nə iddiaçının ailəsinin gəlirinə, nə də aztəminatlı ailə meyarlarına uyğunluğuna təsir edən hüquqi əhəmiyyətli fakt kimi qiymətləndirilə və nəticə etibarilə imtina üçün əsas ola bilməzdi.
15. İddiaçının yaşadığı mənzilə məxsus telefon nömrəsinin müayinə zamanı aşkar edilməsi də, imtina üçün yetərli deyil. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib ç ıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz.
16. Bundan başqa, cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində əlavə olaraq, iddiaçının hər hansı səbəb mövcud olmadan aliment almaqdan imtina edərək əvəzində ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb etməsinə, iddiaçının ailə tərkibinə daxil olan qızı X3 xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmasına, bu halın ünvanlı yardımın təyin edildiyi dövrə təsadüf etməsinə və ailə üzvlərinin sayının dəyişməsinə səbəb olmasına, habelə iddiaçının qızının yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı qur araq artıq onunla birgə yaşamadığına baxmayaraq, məhkəmə tərəfindən bu halların nəzərə alınmadan qərar qəbul edilməsinə istinad etmişdir.
17. Kollegiya bununla bağlı qeyd etmişdir ki, iddiaçının aliment almaq imkanının olması, özü-özlüyündə onu “sosial yardıma ehtiyacı olmayan” şəxs kimi qiymətləndirmək üçün yetərli əsas deyil. Belə ki, qanunvericiliyin məqsədi ailənin faktiki gəlir vəziyyətinə əsaslanaraq sosial yardımın təyin olunmasıdır. Cavabdeh orqanın vəzifəsi iddiaçının real maliyyə vəziyyətini müəyyən etməkdən ibarət olduğundan, qiymətləndirmə zamanı potensial gəlir mənbələri (aliment almaq imkanı, əmək qabiliyyəti olduğu halda işləməməsi, vərəsəlik hüququ və s.) deyil, yalnız faktiki olaraq əldə edilmiş maliyyə vəsaiti – yəni real gəlirlər əsas götürülməlidir. Odur ki, faktiki ola raq reallaşdırılmamış aliment almaq hüququnun mövcudluğu gəlir hesab edilə bilməz. Əks yanaşma ünvanlılıq prinsipinin mahiyyətinə birbaşa zidd olacaqdır.
18. Digər tərəfdən, cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının ailə tərkibinə daxil olan qızı – Fidan Səfərova xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmışdır. Bu hal isə 1 il müddətinə təyin edilən ünvanlı dövlət sosial yardımının verildiyi dövrdə ailə üzvlərinin sayında dəyişiklik yaranmasına səbəb olmuşdur. Cavabdeh orqan həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qızının yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı qurması və artıq iddiaçı ilə birgə yaşamaması halları nəzərə alınmamışdır.
19. İddiaçının övladının gələcəkdə yetkinlik yaşına çatacağı tarix faktiki olaraq onun cavabdeh orqana təqdim etdiyi sənədlərdən aşkar görünür. Faktiki olaraq bu, cavabdeh orqanın apardığı inzibati icraat nəticəsində ona əvvəlcədən məlum olan məlumatdır. İmtina qərarı verildiyi tarixdə iddiaçının övladı yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Bu isə həmin tarixədək ÜDSY-nın təyin edilməsini istisna etmir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahi ş etmişdir.
23. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadl ıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sist emləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Bənd 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə baş çısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: Bənd 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlan ılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; Bənd 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; Bənd 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; Bənd 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); Bənd 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu ha lda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); Bənd 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; Bənd 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdır ıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvanlı dövlət sosial yardımın təyin edilməsinə nail olmaqdır.
31. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında inzibati orqan tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. 32. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.
33. Sahəv i qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.
34. Adı çəkilən Qaydaların 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araş dırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır.
35. Hazırkı işin hallarına gəldikdə, cavabdehin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, imtinanın əsasları: 1) ailə tərkibinin düzgün göstərilməməsi; 2) təmsilçinin at asının istifadəsində nəqliyyat vasitəsinin olması (ailənin istifadəsində nəqliyyat vasitəsinin olması); 3) telefon nömrəsinin gizlədilməsi olmuşdur.
36. Cavabdeh ailə tərkibinin düzgün göstərilməməsi nəticəsinə gələrkən iddiaçının atasının onuna birlikdə yaşaması və birgə təsərrüfat aparmasına istinad etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd edilmiş dəlili əsassız sayaraq mövqeyini onunla əsaslandırmışdır ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Cavabdeh orqanın, təmsilçinin valideyni ilə birgə təsərrüfat aparması ilə bağlı mövqeyi isə yalnız ehtimallara əsaslanır.
38. İlk öncə bildirilməlidir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir - qohumluq və ya q anunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanunun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə ailə anlamında məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır.
39. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən də ünvanlı dövlət sosial yardımın təyin olunmasına dair Ali Məhkəmənin İnzibati Kollegiyasının bir çox qərarlarındakı formalaşmış məhkəmə təcrübəsinə görə iddiaçı ilə eyni ünvanda yaşayan qohumunun (valideyn və ya başqa şəxs) evdə yaşaması və yoxlama zamanı həmin şəxsin ünvanda aşkar edilməs i onların birgə təsərrüfat idarə etməsi qənaətinə gəlməyə əsas vermir. Cavabdehin buna dair dəlilləri göstərilən səbəbdən həmin qərarlarda əsassız hesab edilmişdir.
40. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan formalaşmış məhkəmə təcrübəsi bütün oxşar iddialar üzrə cavabdehin fərqli dəlillərinə qiymət vermədən və işin hallarını tam araşdırmadan inzibati orqanın mövqeyinin əsassız olması nəticəsinə gəlməsini ehtiva etmir.
41. Belə ki, hazırkı iş üzrə cavabdeh birgə təsərrüfat olması barədə mövqeyini videomüayinə zamanı iddiaçının atası ilə birlikdə yaşayaraq birgə təsərrüfat aparılmasının müəyyən edilməsi və iddiaçı tərəfindən bu halın etiraf edilməsi ilə əlaqələndirmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən iş materiallarına müayinə zamanı iddiaçının atası ilə birgə təsərrüf at aparmaqla yaşaması, gəlirinin özünün əmək haqqısından və atasının pensiyasından ibarət olması məzmununda cavablar əks etdirən CD disk əlavə edilmişdir.
43. İşə baxmış apellyasiya instansiyası məhkəməsi isə bu dəlilə ümumiyyətlə qiymət vermədən və ziddiyyətli məqamlara aydınlıq gətirmədən birgə təsərrüfatın mövcud olmaması barədə nəticəyə gəlmişdir.
44. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bi ldirilməlidir. 45.Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir. 46.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə ayd ınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarı). 47.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsas landırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli, “Kraska İsveçrəyə qarşı” iş üzrə 1993-cü il 19 aprel tarixli, “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarları).
48. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə birgə təsərrüfat ın aparılıb-aparılmaması barədə əsaslı və birmənalı nəticəyə gəlmək üçün qeyd edilmiş halları digər sübutlarla müqayisəli şəkildə təkrar araşdırılmalı, bu halların birgə təsərrüfatın mövcudluğu kimi qəbul edilib-edilməməsinə qiymət verməlidir.
49. Bundan başqa, iddiaçının atasının mülkiyyətində nəqliyyat vasitəsinin olması dəlilini əsassız sayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müayinə zamanı aşkar edilmiş nəqliyyat vasitəsi iddiaçıya məxsus olmadığından, bu hal nə iddiaçının ailəsinin gəlirinə, nə də aztəminatlı ailə meyarlarına uyğunluğuna təsir edən hüquqi əhəmiyyətli fakt kimi qiymətləndirilə və nəticə etibarilə imtina üçün əsas ola bilməzdir.
50. Halbuki elə cavabdeh də öz dəlilində həmin nəqliyyat vasitəsinin iddiaçıya deyil, məhz iddiaçının atasına mülkiyyət və istifadəsində olmasını irəli sürür. Bununla belə, cavabdehin iddiaçının atası ilə birgə təsərrüfat aparmasına dair mövqeyini nəzərə aldıqda, cavabdehin məhz bu halı əsas götürməklə iddiaçının atasına məxsus nəqliyyat vasitəsinin faktiki olaraq iddiaçının ailəsinə məxsus nəqliyyat vasitəsi kimi göstərməsi başa düşüləndir.
51. Məhkəmə kollegiyası bildirir ki, bu dəlilə ancaq yeni apellyasiya baxışında iddiaçının atasının birgə təsərrüfat həyata keçirilməsinə dair məhkəmənin mövqeyi müsbət olacağı təqdirdə iddiaçının atasına məxsus nəqliyyat vasitəsinin ailəyə məxsus və istifadəsində olmuş nəqliyyat vasitəsi kimi qəbul edilib-edilməməsinə düzgün qiymət verilə bilər.
52. Əksinə, təkrar məhkəmə baxışı zamanı məhkəmənin birgə təsərrüfatla bağlı mövqeyi iddiaçının lehinə olduğu təqdirdə, məhkəmə məsələyə hazırkı mübahisələndirilən qərardakı kimi, nəqliyyat vasitəsi üzərində ancaq mülkiyyət hüququnun mövcudluğu baxımından deyil, habelə nəqliyyat vasitəsinin istifadədə olması aspektindən də qiymət verməlidir.
53. Belə ki, adı çəkilmiş əsasnamənin 3.7.4-cü bəndinə qeyd edildiyi kimi ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması imtina üçün əsasdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-699/2025 nömrəli qərardadında formalaşmış məhkəmə təcrübəsinə istinad edilərək bildirilmişdir ki, “cavabdeh orqanın iddiaçının və ya ailə üzvünün istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olu bolmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur”.
55. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı işə baxan məhkəmə kollegiyası cavabdehin bu dəlillini ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulmasının faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əm lak hüquqlarının mövcud olubolmamasına dair formalaşmış hüquqi mövqeyi nəzərə almaqla yenidən qiymət verməlidir.
56. Mübahisələndirilən qərarda qiymət verilmiş digər məsələ isə telefon nömrəsinin müayinə zamanı aşkar edilməsi olmuşdur. İşə baxmış məhkəmə kollegiyasının mövqeyinə görə bu hal imtina üçün yetərli hesab edilməməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı telefon nömrəsinin müayinə zamanı aşkar edilməsinin imtina üçün yetərli olub-olmamasına hazırkı qərarda qeyd edilmiş göstərişlər nəticəsində gəldiyi nəticələrlə müqayisəli şəkildə qiymət verilməli və buna dair mövqeyini əsaslandırmalıdır. Bu zaman telefon nömrəsinin istifadəsi zamanı sərf olunan vəsaitə dair sübutlar, telefon nömrəsinin aktivliyi, istifadəsi zamanı çəkilən xərclərin mövcudluğu na dair hallar nəzərə alınmaqla qiymət verilməlidir.
58. Bundan başqa, qeyd edilməlidir ki, iş materiallarına iddiaçının atasının xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair şəhadətnamə əlavə edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə məhkəmə qərarı ilə cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının dəlilləri əsassız sayılaraq iddiaçının müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Göründüyü kimi cavabdehin imtinası zamanı müəyyən halların sonradan dəyişməsi işin hazırkı halına təsir göstərməyərək cavabdehin imtinasında istinad olunmuş əsasların aradan qalxması kimi başa düşülməməlidir.
59. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı q ərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
60. Odur ki, yuxarıda sadalanmış hallar növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dəqiqliklə yoxlanılmalı, bu halların həqiqətən mövcud olub-olmaması işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.
61. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydın lıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
62. Yuxarıda qeyd edilənlərlə yanaşı bildirilməlidir ki, cavabdeh ərizədən imtinasındakı və iddiaya etirazındakı əsaslardan əlavə olaraq, özünün apellyasiya və kassasiya şikayətlərində “iddiaçının qızının yetkinlik yaşına çatması” və “iddiaçının aliment almaqdan imtina etməsi” kimi dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə münasibətdə apellyasiya məhkəməsinin gətirdiyi əsaslandırma ilə razılaşdığından kassasiya şikayətinin eyni məzmunlu dəlilləri üzrə təkrar hüquqi əsaslandırma aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür.
63. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025- ci il tarixli, 2-1(107)-203/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-203/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.