Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2705/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi (nağd hesablaşma qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 12 iyun 2024-cü il tarixli, 21(106)-241/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus dəftərxana ləvazimatları mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti aparılması barədə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli qərar qəbul edilmişdir.
2. Aparılan operativ vergi nəzarəti Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə, bu barədə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci i l tarixli, KY221786736 nömrəli çıxarış verilmişdir.
3. İddiaçıya məxsus dəftərxana ləvazimatları mağazasında keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış paltar şotkasına görə ödənilmiş pulun nəzarət kassa aparatına daxil edilmədiyi aşkar olunaraq xx.xx.2022-ci il tarixli, seriya DVX 012375 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt tərtib edilmişdir.
4. Cavabdeh vergi orqanının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarına ilə iddiaçı, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəl b edilmişdir.
5. İddiaçı həmin qərardan inzibati qaydada yuxarı vergi orqanına şikayət vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********325000 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********512 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 sentyabr 2022- ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən, icarəyə götürdüyü mağazada vergi y oxlaması aparılmış, yoxlama nəticəsində 22 sentyabr 2022 ci il tarixli DVX 012375 nömrəli akt tərtib olunmuşdur. Akt qeydlərinə əsasən, müştəri tərəfindən alınmış 3 AZN dəyərində paltar şotkasına görə ödənilmiş pulun NKA yaddaşına daxil edilmədiyi aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləğin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi, nasaz olduğu aşkar olunmuşdur. Uçotdan yayındırılmış məbləğ NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabında bərpa olunmuşdur. Vergi məmuru onun tərtib olunan aktı imzalamağını xahiş etmiş və bildirmişdir ki aktda aparılan qeydlər onların NKA aparatının işlək olmadığı üçün tərtib olunub, hörmətsizlik olmaması üçün imzalasın, onsuzda onun NKA aparatı bu günə kimi işlək olmuşdur. Bu səbəbdən, tərtib olunan aktı imzalamışdır. S ahibkarlıq fəaliyyətinə cari ildə dövlət məşğulluq xəttinin vasitəsi və dəstəyi ilə başlamışdır. 01 iyun tarixdən icarə müqaviləsi bağlayıb, müvafiq təmir tikinti işləri görüb, 01 iyul 2022-ci il tarixindən satış əməliyyatları edərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi mağaza rəsmi icarə müqaviləsi, aldığı NKA isə yeni nəsil aparatdır. Fəaliyyətə başlaması 4 ay olmasına baxmayaraq, bütün proseslərin qanunvericiliyə uyğun olması üçün tam səy göstərmişdir. Satış etdiyi məhsullar əsasən məktəbə qədər uşaqlar üçün olduğundan, aktiv şəkildə 01 oktyabr tarixindən etibarən normal iş qrafiki ilə işə başlamağı planlaşdırmışdır. İki azyaşlı uşağının olmasına görə, əsasən vaxtının böyük hissəsini onlara ayırır. Bu səbəbdən, 01 oktyabra kimi obyekti tam gücü ilə işləməmiş, günün bir çox vaxtı bağlı olmuşdur. Buna baxmayaraq, hər gün səhər mağazanı açıb müvafiq NKA aparatını aktiv edib işə başlamış, satış olduğu zaman NKA aparatına daxil edib və günün sonunda müvafiq olaraq NKA vasitəsi ilə günü bağlamışdır. 22 sentyabr 2022-ci il tarixdə vergi məmurları mağazaya gəldiyi zaman özü rəfiqəsi ilə birgə mağazaya yeni daxil olmuşdur. Uşaqlarını qeydiyyat üçün məktəbə aparmalı idi. Mağazanı açmaq istəməmiş, bu səbəbdən NKA aparatını işə salmaq fikri olmamışdır. Mağazadan çıxmaq istəyərkən iki şəxs mağazaya daxil olmuş, onlar 5 saylı Ərazi Vergilər İdarəsindən müvafiq qərarla gəldiklərini, gəlmə məqsədlərinin aparatların 1 həftə işlək olmaması ilə əlaqədar olduğunu bildirmişlər. Vergi məmuru NKA-nı yandırdığı zaman aparatın blokda olduğu görünmüş və açılmamışdır. Əri gəl ərək mağazanı açmış və vergi məmuru ondan son 7 gün ərzində apardığı əməliyyatların təsdiqini istəmişdir. NKA vasitəsi ilə və tapdığı qeyd olunan dövrə aid KASSA-Z hesabatı vasitəsi ilə yerində vergi məmuruna sübutları fiziki olaraq əyani təqdim etmişdir. Vergi məmuru yanında vergi orqanına zəng edərək məsələni bildirmiş, paralel olaraq cari gün yaranan NKA blokda probleminin həlli üçün onlara xidmət göstərən "xxxx" MMC ilə əlaqə saxlamağa çalışmışdır. Bütün bu proseslər vergi məmurunun iştirakı ilə baş vermiş, ümumi 1 saatdan çox çəkən proses nəticəsində hər hansı bir satış əməliyyatı olmamışdır. Vergi məmuru mağazaya keçərək satış üçün nəzərdə tutulmuş məhsullara baxmış, paltar şotkasın göstərib onunla bağlı suallar verib, götürüb arxa otağa keçmişdir. 10 dəqiqədən sonra önə keçərək aktl a birgə yaxınlaşmış, paltar şotkası üçün 3 AZN uzadaraq almaq istədiyini qeyd etmiş, bu zaman ona NKA işləmədiyindən satış edə bilməməsini, ona hədiyyə etdiyini demişdir. Vergi məmuru isə təşəkkür etdiyini, bunun üçün müvafiq uçot kitabı var, ora qeydiyyat edib satış edə biləcəklərini söyləmiş və ilk olaraq onlara öyrətmə məqsədli özünün qeydiyyat aparacağını bildirmişdir. Uçot kitabını ona təqdim etmiş və o, aldığı paltar şotkasının müvafiq qeydlərini kitabı yazıb imzalamış, bildirmişdir ki, NKA işləyənə kimi bura qeyd etməklə satış edə bilər. Uçot kitabına qeydiyyat apardıqdan sonra aktı imzalatdırıb bir nüsxəsini ona verib, getmişlər. Hal-hazırda NKA-da olan problem aradan qalxmışdır. Vergi məmuru tərəfindən tərtib olunan 22 sentyabr 2022-ci il tarixli, DVX 012375 nömrəli akt və həmin a kt əsasında qəbul olunmuş xx.xx.2022-ci il tarixli, **********512 nömrəli qərar qanunsuzdur, aktda qeyd olunan hər hansı bir müştəri alışı olmamışdır.
8. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********1711 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar olan iddiaçının fəaliyyət göstərdiyi Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində yerləşən **********-21001 kodlu “Dəftərxana” adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2022-ci il tarixdə, saat 11:50 radələrində aparılmış operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış bir ədəd paltar şo tkasına görə iddiaçıya 3 manat nağd pul vəsaitinin ödənildiyinin, lakin ödəniş müqabilində NKA-ya çek vurulmadığı və müştəriyə çek təqdim edilmədiyi müşahidə edilmişdir. OVN tədbiri zamanı uçotdan yayındırılmış 3 manat nağd pul vəsaitinin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi aşkar olunaraq, həmin məbləğ NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabına bərpa olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 012375 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3512 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilm iş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********656800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 21:52-də oxunmuşdur.
9. İşin məhkəmə araşdırması zamanı 07 iyun 2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatlar əsasında vergi orqanının qərarına əsasına sözügedən obyektdə yoxlama keçirmişlər. Onlar mağazaya daxil olan zaman sahibkar xanım orada olmuş, onlar n əzarət qaydasında paltar şotkası almış, amma xanım tərəfindən aldıqları mal kassa aparatına vurulmamışdır. Müəyyən olunmuşdur ki, kassa aparatı işlək vəziyyətdə deyildir. Belə olduqda uçot kitabında qeydiyyat aparılmasını bildirmişlər. Həmin vaxt kitab onların iştirakı ilə tərtib olunmuşdur. Buradan görünür ki, iddiaçının əvvəllər belə qeydiyyat kitabı olmamışdır. Bu hal onlar tərəfindən aktlaşdırılmışdır. Bir qədər sonra xanım yoldaşına zəng vurmuş, yoldaşı ora gəlmiş və tərtib edilmiş aktla tanış olmuşdur. Xanımın yoldaşı X4 onlara kömək etməyi xahiş etmişdir. X2 qanun çərçivəsində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə müraciət edə bilməsi barədə məlumat verilmişdir. Kassa aparatının bir gün əvvəl işlək vəziyyətdə olması barədə məlumatı olmamışdır. Alış edərkən mağazada onlardan baş qa kiminsə olması yadında deyil.
10. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, vergi orqanının qərarına əsasına sözügedən obyektdə yoxlama keçirmişlər. Obyektdə nəzarət qaydasında mal alışı olmuş, amma kassa aparatına vurulmamışdır. Uçot kitabı barədə soruşduqları zaman belə kitabın olmadığı, boş kitab təqdim edərək onun tərtib olunmasında onlara köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin kitaba baxış zamanı kitabda heç bir qeydiyyatın aparılmadığı müəyyən olunmuşdur. Aparat işləməsə belə kitabça stolun üstündə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmalı idi.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) 21 noyabr 2023-cü il tarixli, 2-1(120)-1263/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyin i onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinin barəsində operativ vergi nəzarətini həyata keçirmək üçün qərar qəbul edilmiş, həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçmiş, bundan sonra iddiaçıya məxsus mağazada operativ vergi nəzarəti həyata keçirilmişdir. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi, nəzarət kassa aparatı işlək olmamış, bu zaman vergi orqanının əməkdaşları tərəfindən nəzarət qaydasında əşya alınmış, həmin əşyanın alınması müqabilində ödənilmiş 3 manat pul vəsaitinin qeydə alınması üçün nəzarət kitabı olmamışdır. Bundan başqa, vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmış, həmin akt imzalanarkən iddiaç ı tərəfindən operativ vergi nəzarəti zamanı əməkdaşlar barəsində hər hansı neqativ hal barəsində tələb və şikayət qeyd olunmamışdır. Göründüyü kimi, vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vergi ödəyicisinin vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəzifəsini icra etməmişdir. Bu səbəbdən, onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.H üseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) 12 iyun 2024-cü il tarixli, 2-1(106)-241/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********3512 nömrəli qərarı ləğv edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, sahibkarlıq subyektində yoxlamanın keçirilməsinin səbəbi müvafiq qərarda qeyd edilməsə də, cavabdehin nümayəndəsi bunu iddiaçının riskli vergi ödəyicisi olması ilə əsaslandırmış, lakin müvafiq qərarın qəbul edilmədiyini bildirmiş, həmçinin iddiaçının risk meyarlarına cavab verən subyekt olmasını, o cümlədən əmtəəsiz və (v ə ya) riskli əməliyyatlar aparmasını təsdiq əsasları şərh etməmiş, müvafiq sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, vergi qanunvericiliyi NKA-nın nasaz olması halında satışın əməliyyatların uçotu kitabına qeyd edilməsi zəruriliyini müəyyən etmişdir. İşin faktiki halından görünür ki, iddiaçıya məxsus mağazadan yoxlayıcı (vergi əməkdaşı) tərəfindən alınmış malın dəyərinin nəzarət-kassa aparatına işlənməsi mümkün olmadığından vergi əməkdaşının iştirakı ilə müvafiq kitaba işlənməsi təmin edilmişdir. Belə olduğu təqdirdə, vergi orqanı tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanmışdır ki, iş materiallarının 104-105-ci səhifəsində o lan NKA üzrə kassa əməliyyatlarından çıxarışla təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdən (yoxlama keçirilən tarix) əvvəlki günlərdə satış əməliyyatları NKA-ya işlənmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya məxsus mağazada NKA məhz, nəzarət tədbirləri keçirilən gün nasaz olmuş və iddiaçının tələb olunan müvafiq zaman kəsiyində bu barədə məlumat verməsi mümkün olmamışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya məxsus mağazada ümumiyyətlə nəzarət kitabçasının olmaması ilə bağlı mövqeyini də əsaslı hesab etməmiş və qeyd etmişdir ki, sözügedən kitabçanın mağazanın digər otağında olması və yaxud, nəzarət kassa aparatının yanında olmaması kitabın ümumiyyətlə olmaması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin, şahid qismində dindirilmiş vergi əməkdaşının ifadələrinin ziddiyyətli olması baxımından, həmin sübutun mötəbər olmaması və bu halın iddiaçının xeyrinə şərh edilməli olması qənaətinə gəlmişdir. Belə ki, şahid X3 birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ifadəsində nəzarət tədbiri zamanı mağazada iddiaçı və yoxlayıcılardan başqa kimlərinsə olmasını xatırlamadığını bildirsə də, məhkəmə kollegiyasının iclasında tamamilə fərqli ifadə verərək, tədbir zamanı mağazada digər şəxslərlə alış-veriş edildiyinin və həmin əməliyyatların NKA-ya işlənmədiyinin şahidi olduğunu bildirmişdir. Bundan əlavə, şahid məhkəmə kollegiyasının eyni məzmunlu suallarına da ziddiyyətli cavablar vermiş, bir halda əməliyyatın iddiaçının ərinin iştirakı ilə nəzarət kitabına bərpa edildiyini, digər halda isə əri mağazaya gə lənədək ödənilmiş məbləğin bərpa edildiyini bildirmişdir. Bundan başqa, operativ vergi nəzarəti tədbiri zamanı müştəri qismində tədbiri həyata keçirən vergi əməkdaşı iştirak etmişdir. Bununla bağlı qeyd olunur ki, vergi orqanının əməkdaşı nəzarəti həyata keçirən vəzifəli şəxsdir və vergi ödəyicisini məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını və qərəzsiz olmasını birinci növbədə təmin etməli, onun qərəzsizliyinə şübhə yarada bilən hərəkətlərdən çəkinməlidir. İşin araşdırılmış digər halı ilə yanaşı qeyd olunan hal da bir daha deməyə əsas verir ki, cavabdehin iddiaçının maliyyə sanksiyasına məruz qalması ilə bağlı gəldiyi nəticə obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənmir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarı n ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********1711 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında, xx.xx.2022-ci il tarixli, KY221786736 yoxlama kodlu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da fərdi sahibkar İddiaçı riskli vergi ödəyicisi olması əsaslarına görə onun fəaliyyət göstərdiyi təsərrüfat obyektində operativ vergi nəzarəti tədbirinin keçirilməsi qeyd edilmişdir. Həmçinin, nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5.1-ci maddəsinə əsasə n, istismar zamanı NKA-da nasazlıqlar yarandıqda istifadəçi vergi orqanlarına və operatora dərhal bu barədə məlumat verir. Həmin Qaydaların 8.3.7-ci maddəsinə əsasən, vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Belə ki, nəzarət tədbiri həyata keçirilən vaxt uçotdan yayındırılmış 3 manat nağd pul vəsaitinin bərpası zamanı NKA-nın blokda olması səbəbindən işləmədiyi üçün NKA vasitəsi ilə bərpa edilməsi mümkün olmadığından, həmçinin həmin məbləğ vergi ödəyicisi tərəfindən NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabına qeyd edilmədiyi üçün vergi orqanının əməkdaşları tərəfindən əməliyyatların uçotu kitabına bərpa olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilən hal məbləğin nəzarət-kassa aparatına işlənməsi mümkün olmadığından vergi əməkdaşının iştirakı ilə müvafiq kitaba işlənməsi kimi qeyd edilsə də, məbləğ sadəcə, iddiaçıya məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edildikdən sonra əməliyyatların uçotu kitabına bərpa edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılm ası ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verg i orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda....
21. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sü butlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia əriz əsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, vergi orqanının qərarının ləğv edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlər i təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasının keçirilməsidir. Vergi qanunvericiliyi hər üç yoxla manın keçirilməsi şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
29. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı qərarın 20-ci bəndində (Vergi Məcəlləsinin 50.2-ci maddəsi) operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzə rində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.
30. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə ümumi şəkildə istinad edilmişdir. Halbuki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret norma sına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Çünki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil.
31. Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1711 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, beləliklə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, aparılm ış operativ vergi yoxlaması və yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməlidir. Odur ki, apelyasiya instansiyası məhkəməsi qanunsuz yoxlama nəticəsində qəbul edilmiş inzibati aktı ləğv etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli 21(106)-241/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.