Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2706/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-490/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlillik təyin edilmiş, səhhətində düzəlmə olmadığından xx.xx.2016-cı il tarixdə təkrar müayinə zamanı ümumi xəstəlik səbəbindən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyin diaqnozu tez-tez kəskinləşən XR Qlomerulonefrit, qarışıq forma, XR b.ç-İİ dərəcə proqramlı hemodializ olmuşdur. Əlilliyi ilə əlaqədar iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən 029663 nömrəli vəsiqə verilmişdir.
2. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı hemodializ xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tari xində ləğv olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi, daha sonra elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə (hakim V.Ə.Musayev) ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 21 iyul 202 3-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı (hakim V.Ə.Musayev) ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməsinə baxmayaraq, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabı (və ya müraciəti cavabsız saxlaması barədə sübut) təqdim edilməmişdir. Cavabdehin hər hansı inzibati akt qəbul etmədən əlillik dərəcəsini “Əlillik” altsistemində ləğv etməsi cavabdeh orqanın faktiki xarakterli hərəkəti hesab olunur və həmin hərəkətin mübahisələndirilməsi ilə bağlı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Sözügedən iddia növünün xüsusi mümkünlük şərti isə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabının (və ya müraciəti cavabsız saxlaması barədə süb utun) iddia ərizəsinə əlavə edilməsidir. Yəni, iddiaçı ilk öncə analoji tələblə cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırılmalıdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(107)-490/2023 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və G.İ.Cavadova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə sa xlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və öz qərarında İnzibati Prosessual Məcəllənin 2.1, 35.1 və 80-cı maddələrinə, habelə İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına istinad etmişdir.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, əlilliyin kəsilməsi barədə xx.xx.2020-ci il tarixli qərar ı mübahisələndirdiyi halda, ona iddianın Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qaldırılmalı olmasının izah edilməsi qanuni deyildir. Hazırki vəziyyətdə qərarı mübahisələndirir. Həmin qərar ona göndərilməmiş, elektron portala yerləşdirilməmişdir. Lakin həmin qərarı əldə edə bilmədiyindən cavabdehdən alınmasını xahiş etmiş və bundan sonra iddia tələbində dəqiqləşmə aparacağını bildirmişdir.
12. İddiaçı kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 19.1-ci maddəsinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaqla mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz t əqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
37. Bir-bi ri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən i ddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş h akim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. İlk öncə məhkəmə kollegiyası iddiaçının iddia tələbinə aydınlıq gətirərək qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin ləğvi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi, əlilliyinin kəsildiyi gündən bərpa edilməsi və kəsildiyi tarixdən hazırki vaxtadək ödənilməmiş əlillik pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsində tələbə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğv edilməsi və əlilliyin kəsildiyi gündən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə (hakim V.Ə.Musayev) ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Göründüyü kimi, iddiaçının məhkəmədən dəqiqləşdirilmiş tələbi “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, təyin edilmiş 1-ci qrup əlillik dərəcəsin in bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” olmaqla 3 hissədən ibarətdir.
21. Məhkəmə kollegiyası iddia tələbinin “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsinin mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinin həmin hissələrinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. İddia tələbinin həmin hissələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır.
22. Belə ki, işə baxan birinci instansiyası məhkəməsi və həmin məhkəmənin qərardadını qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi barədə iddianı öhdəliyin icrası haqqında iddia növünə aid etməklə səhvə yol vermişdir.
23. Qərarın 13 a bəndində qeyd edilmiş qanunvericiliyin tələbindən (maddə 2.2.3) göründüyü kimi, öhdəliyin icrası haqqında iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növüdür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv olunduğundan, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən ona müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsidir. Bu növ iddianın həllində məhkəmə əlilliyin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinə, yəni inzibati orqanın əlilliyin təyin edilməsi qərarının ləğv edilməsi bağlı qəbul etdiyi qərara hüquqi qiymət verəcəkdir. İşin hallarından göründüyü kimi, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə müddətsiz 1-ci qrup əlillik təyin edilmiş, daha sonra cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və bundan sonra pensiya ödənişi dayandırılmışdır. İddiaçı arzuladığı hüquqi nəticəyə çatması, yəni əlillik dərəcəsinin bərpa edilməsi üçün cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Bu növ iddia isə inzibati aktın mübahisələndirilməsi haqqında iddia növüdür ki, bu növ iddia üçün cavabdeh inzibati orqana ilkin müraciət tələb olunmur.
25. Məhkəmə kollegiyası iddia tələbinin “əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” hissəsinin mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın həmin hissəsinə münasibətdə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin qərardadı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi ilə bağlı iddiası uğurlu olacağı və əlillik dərəcəsi bərpa ediləcəyi təqdirdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli qərarına müvafiq olaraq pensiyanın ödənişi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçiriləcəkdir. Əlillik dərəcəsi bərpa edildiyi təqdirdə pensiya ödənişi sonuncu inzibati orqan həyata keçirilməyəcəyi təqdirdə həmin inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia vasitəsilə məhkəməyə müraciət edə bilər.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 13 a -14-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından qismən əsaslı olduğundan qismən, “iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmi ş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2- 1(107)-490/2023 nömrəli qərardadı qismən, “iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qəra