Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2713/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıxan qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçıxan qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(106)-421/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1961-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuşdur, atası X4, milliyəti azərbaycanlı; anası X5r, milliyəti azərbaycanlıdır. İddiaçı 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd ümumitəhsil orta məktəbini bitirmiş, 1981-ci ildə X7 ilə aralarında nikah bağlanmış, Azərbaycan SSR-nin vətəndaşlığında olmuş, ona Vİl-ЖГ seriyalı 742991 nömrəli Azərbaycan SSR pasportu verilmişdir.
2. Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2004-2022-ci illərdə Ukrayna Respublikasına aid pasportlar (EC48562, EX758696) ilə ölkə ərazisinə giriş-çıxış etmişdir. 3.İddiaçı cavabdeh orqana müraciət edərə k Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. 4.Cavabdeh qurumun 01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarında göstərilmişdi ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır, belə ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək (xx.xx.1998-ci il) ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliy inin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1961-ci ildə Sabirabad rayonunun Yolçubəyli kəndində doğulmuşdur. 10 oktyabr 1981-ci ildə X8 ilə aralarında rəsmi nikah bağlanmışdır. Nikaha girdiyi vaxtdan hazırda qeydiyyatda olduğu ünvanda yaşamışdır. Mənsubiyyətinin tanınması barədə aidiyyəti orqana müraciət etsə də, cavabdeh 01 aprel 2022-ci il tarixli ******* nömrəli qərarla bundan imtina etmişdir. İmtinanı əsassız hesab edir. 7.Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-473/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmişdir. 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü olan iddiaçı X1 rayonu Yolçubəyli kəndində anadan olmuşdur. İddiaçı nın atası X4, anası X5r və hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, Sabirabad rayonu Yolçubəyli kəndində Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş X2 xx.xx.1978ci il tarixdə Sabirabad RPŞ-sı tərəfindən Vİl-ЖГ seriyalı 742991 nömrəli SSR nümunəli pasport verilmiş, o, 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd ümumitəhsil orta məktəbini bitirmiş, 1976-cı il tarixdən 1988-ci il tarixədək Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işləmiş, 1981-ci ildə X7 ilə rəsmi nikah bağlamış, həmin rayonda övladları dünyaya gəlmiş, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək isə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuş və hal-hazırda da vətəndaşsızlıq vəziyyətindədir. 9.Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-421/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarı ilə (hakimlər C.Quliyev /sədrlik edən və məruzəçi/, S.Həsənov və F.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, iddiaçı F.Z.Bağırova Xidmətə xx.xx.2022-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. 14.Cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə ünvanlanmış s orğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. 15.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 3.4.3-cü yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) tələb olunan sənədlərə daxild ir. 16.Habelə, birinci instansiya məhkəməsinin Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2-1(120)- 1266/2024 nömrəli sorğusuna verilən cavab məktubuna əsasən F.Z.Bağırovanın ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. 17.Şirvan İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının DİN Sabirabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 2-1(120)-1266/2024 nömrəli sorğusuna cavab olaraq isə Sabirabad Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13103/2-24082/2024 nömrəli məktubunda xx.xx.1961-ci ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olmuş X2 xx.xx.1978-ci il tarixdə Sabirabad RPŞ tərəfindən Vİİ-ЖГ seriyalı 742991 nömrəli SSR nümunəli pasportun verildiyi və xx.x x.1978-ci il tarixdən xx.xx.1978-ci tarixədək Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olduğu bildirilmişdir. 18."Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. 19.Göründüyü kimi, Sabirabad Rayon Polis şöbəsinin xx.xx.2024-ci il tarixli 3- 13103/2-24082/2024 nömrəli məktubu daimi qeydiyyatı deyil, yalnız 15 günlük müvəqqəti qeydiyyatı ehtiva edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20.Azərbaycan Respublikasının K onstitusiyası: Maddə
52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 21.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-c i il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikas ının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiy yəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.
2. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şü bhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış y eri üzrə daimi qeydiyyatda olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbayca n Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdi kdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 24.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 27.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 28.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 29.Bununla belə, məhkəmə kollegiyası aşağ ıdakıları da qeyd etməyi zəruri hesab edir. 30.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. 31.Cavabdehin 01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarının əsaslandırılmasından görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinanın yeganə səbəbi kimi onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək (xx.xx.1998-ci il) ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatının olmaması əsas götürülmüşdür. 32.Lakin iş materiallarından aydın olur ki, iddiaçı xx xxxx 1961-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuş, valideynləri — atası X4 və anası X9 — Azərbaycan milliyyətinə mənsub şəxslərdir. İddiaçı 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbini bitirmiş, 1981-ci ildə X7 ilə nikaha daxil olmuş, Azərbaycan SSR vətəndaşı olmuş və ona Vİl-ЖГ seriyalı 742991 nömrəli Azərbaycan SSR pasportu verilmişdir. 33.Həmin pasportun 16–17-ci səhifələrində olan qeydiyyat məlumatlarından aydın olur ki, iddiaçı xx.xx.1978–xx.xx.1978-ci illərdə Sabirabad rayonu, Yolçubəyli kəndində, 1978–1980-ci illərdə Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayonunda, xx.xx.1981-ci ildən isə yenidən Sabirabad rayonu, Yolçubəyli kəndində daimi qeydiyyatda olmuşdur. Şəxsin həmin sonuncu qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxması iş materialları ilə təsdiq olunmur. 34.Bundan əlavə, X10 Xidmətinin Mərkəzi Regionlararası İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, itirilmiş pasportun əvəzinə Ukrayna vətəndaşının pasportunun verilməsi ilə bağlı müraciətinə baxılarkən kartotekalardan, Reyestr məlumat bazasından alınan məlumatlara görə onun Ukrayna vətəndaşlığına məxsus olmaması ilə əlaqədar ona pasport verilməsindən imtina edilmişdir. 35.Bu hal iddiaçının faktiki olaraq Ukrayna vətəndaşı olmadığını təsdiq edir. 36.Kollegiya qeyd edir ki, məhkəmə sorğularına verilmiş cavablardan da aydın olur ki, iddiaçı xx.xx.1978–xx.xx.1978-ci illərdə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuş və onun hazırda ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilmir. 37.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə, şəxs yalnız müəyyən hallarda — yaşayış yerini dəyişdikdə və ya başqa ölkədə daimi yaşayış seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatı əsasında qeydiyyatdan çıxarılır.
38. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı iddiaçının xx.xx.1981-ci ildə yenidən Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyata alındıqdan sonra həmin ünvandan qeydiyyatdan çıxarılması faktı aşkar edilməmişdir. Beləliklə, xx.xx.1981-ci ildən etibarən, yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək (xx.xx.1998-ci il) iddiaçı Azərbaycan Respublikasında daimi qeydiyyatda olmuşdur. 39.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”nın 2.2.1-ci yarımbəndinə əsasən, şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan SSR və yaxud Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, onun vətəndaşlığa mənsubiyyəti təsdiq edilmiş hesab olunur. 40.Bu baxımdan cavabdehin kassasiya şikayətində irəli sürdüyü arqumentlər hüquqi cəhətdən əsaslı deyildir. Apellyasiya məhkəməsinin qərarı işin faktiki halları və tətbiq olunmuş maddi-prosessual hüquq normalarına tam uyğun qəbul olunduğundan qanuni və əsaslı hesab edilməlidir. 41.Buna görə də yuxarıda istinad olunan normalara görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-421/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.