Məhkəmə qərarları › İş №2-1(102)-2714/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2714/2023

30.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2714/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-169/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən Bələdiyyə şurasının 30 noyabr 2004-cü il tarixli, 13 nömrəli qərarı ilə Balakən Bələdiyyə mülkiyyətinə aid olan ərazidə S.Gözəlov küçəsində mağaza tikmək üçün 42 kv.m torpaq sahəsinin X1 qərara alınmış, X8 həmin torpaq sahəsi üçün 338.000 manat (AZM) məbləğində ödəniş etmiş və tərəflər arasında “Torpaqların alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilə xx.xx.2005-ci il tarixdə Balakən rayon Torpaq və Xəritəçəkmə şöbəsində 319 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda satılmış torpaq sahəsinin situasiya planı və ayrılan sahəsinin sxemi tərtib edilmişdir.

2. X3 alqı-satqı müqaviləsi əsasında satın aldığı 42 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

3. X8 xx.xx.2001-ci il tarixdə mübahisəli torpaq sahəsini hazırki iş üzrə İddiaçı hədiyyə vermiş, onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəli çıxarış verilmişdir.

4. İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən 0,0042 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 14 mart 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem və ya torpaq sahəsinin planı və ölçüsü) təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsindən həmin ərazidə yerləşən yaşayış bina larının həyətinə giriş üçün yol kimi istifadə edilir. Eyni zamanda ərazi idarəsinin xidməti istifadəsində olan torpaq sahəsinin kadastr uçotu xəritələrinə əsasən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyəti olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair İddiaçı adına ilkin torpaq ayırma sənədlərinə uyğun (torpaq sahəsinin yerquruluşu və situasiya planına uyğun) torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X8 29 noyabr 2004-cü ildə ərizə ilə Balakən Bələdiyyəsinə müraciət edərək mağaza binası tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Balakən Bələdiyyəsinin 30 noyabr 2004-cü il tarixli qərarına, 23 dekabr 2004-cü il tarixli sərəncamına əsasən, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsi hər kv.m 8000 manat olmaqla ona satılmış, həmin torpaq sahəsinin sonuncuya satılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müvafiq rəyi alınmışdır. Bundan sonra, tərəflər arasında 01 iyul 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 319 nömrə ilə DTXK-nin Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXKnin Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürləri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçının babasına naturada tanıdılmışdır. X8, yuxarıda sadalanan sənədlərin əsillərini cavabdeh inzibati orqana təqdim etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış, daha sonra həmin torpaq sahəsini iddiaçıya bağışlamışdır. Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən sözügedən 0,0042 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 01 sentyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci bəndi nə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə də, işin obyektiv həlli üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini 3-cü şəxs qismində məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə prosesə cəlb etməsi zəruridir.

8. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, e-2-1(116)-1156/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-1(116)-1156/2022 nömrəli protokol qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-1(116)-1156/2022 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dö vlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən müvafiq çıxarışla iddiaçının adına rəsmiləşdirilmiş, sonradan onun ləğvi ilə bağlı imtinada göstərilən əsaslarla hər-hansı prosedurlara başlanmamışdır. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-169/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər X2 /məruzəçi/, X9 və X6) Balakən Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-169/2023 nömrəli, 03 avqust 2023 -cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X9 və X6) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-1(116)-1156/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin, Torpaq Məcəlləsinin 65, 68 və 86-cı maddələrinin tələblərini nəzərə almamışdır.

19. Belə ki, məhkəmə həmin torpaq sahəsinin sənəd üzrə harada yerləşməsini müəyyən etməmişdir. Məhkəmə yalnız iddiaçının iddia etdiyi (özünə texniki sənədin işlənməsinin arzu-istək etdiyi) yeri müəyyən etmişdir. Lakin qeyd etmək lazımdır ki, məhkəmə qərarı ilə təmin olunmuş iddiaçının iddiaya etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadə olan torpaq sahəsidir. Ümumi istifadədə olan dövlət mülkiyyətinə aid olan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinə yol verilmir. Bu tələb qanunda müstəsnasızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

15. Mülki hüquqların həyata keçirilməsi 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilik lə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhə dləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi...

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir....

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlə t reyestri) aparılır. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsind ə aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. X14 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının mülkiyyətində olan 42 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədinin hazırlanması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Balakən Bələdiyyə şurasının 30 noyabr 2004-cü il tarixli, 13 nömrəli qərarı ilə Balakən Bələdiyyə mülkiyyətinə aid olan ərazidə S.Gözəlov küçəsində mağaza tikmək üçün 42 kv.m torpaq sahəsinin X1 qərara alınmış, X8 həmin torpaq sahəsi üçün 338.000 manat (AZM) məbləğində ödəniş etmiş və tərəflər arasında “Torpaqların alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilə xx.xx.2005-ci il tarixdə Balakən rayon Torpaq və Xəri təçəkmə şöbəsində 319 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda satılmış torpaq sahəsinin situasiya planı və ayrılan sahəsinin sxemi tərtib edilmişdir. X3 alqı-satqı müqaviləsi əsasında satın aldığı 42 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Daha sonra X8 xx.xx.2001-ci il tarixdə mübahisəli torpaq sahəsini hazırki iş üzrə İddiaçı hədiyyə vermiş, sonuncunun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən ********** reyestr nömrəli çıxarış verilsə də, torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır.

32. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı mülkiyyətin də olan 42kv.m torpaq sahəsinə dair plan-ölçü sənədinin hazırlanmasından ibarətdir.

33. Məhkəmə kollegiyası iddianı əsaslı, cavabdehin imtinasını və kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alındığı halda, məhz mülkiyyət hüququ qeydə alınmış həmin torpaq sahəsinin plan və ölçüsü sənədi də hazırlanmalıdır. Belə ki, torpaq sahəsinin plan və ölçüsü həmin torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi y erin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

34. Göründüyü kimi, cavabdeh inzibati orqan 42 kv.m torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə almış, lakin vəzifə öhdəliklərini tam yerinə yetirməyərək torpaq sahəsinin texniki göstəriciləri ilə bağlı hər hansı araşdırma aparmamış, müvafiq ölçmə işləri ilə bağlı heç bir tədbir görməmişdir.

35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.

36. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

37. Bundan əlavə kassator qeyd edir ki, hazırki torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ümumi istifadədir.

38. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin bu mövqeyi Konstitusiyaya, eləcə də torpaq qanunvericiliyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinin tələbinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

39. Məhkəmə kollegiyası iddiaçının adına verilmiş çıxarışa istinad edərək bildirir ki, hazırki torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından həmin ərazi iddiaçının xüsusi mülkiyyətindədir. Bu səbəbdən də torpaq sahəsinin dövlət mülkiyyətində olması və ya ümumi istifadədə olması ilə bağlı cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur.

40. Torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. Odur ki, cavabdehin bu dəlili də əsassız olmaqla qanunvericiliyin tələbinə ziddir.

41. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qər arı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

42. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-169/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar