Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2715/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-10/2025 nömrəli 13 may 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu ilə X4 əhaliyə xidmət məqsədi ilə evinin qarşısında köşk qoyulmasına etiraz edilməmişdir. 2.Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında Lənkəran şəhəri, X6 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyri-yaş ayış binasına (Köşk) dair X2 adına “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Texniki Pasport tərtib edilmişdir. 3.Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2019-cü il tarixli, 2022 saylı məktubundan görünür ki, X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran rayon 1 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. 4.Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamədə qeyd olunur ki, xx.xx.2004-cü il tarixdə ölmüş X2 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X4 verilmiş **********99 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, X6 küçəsi, ev 1/6 ünvanında yerləşən ümumi sahəsi 101,2 kv/m olan fərdi yaşayış evindən və 0,0448 torpaq sahələrindən ibarətdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2004-cü il tarixdə vəfat etmiş atası X1 Lənkəran şəhəri, X5 yerləşən qeyri-yaşayış binası olan “Köşk” miras olaraq ona qalmışdır. Belə ki, 02 may 2001-ci il tarixli, “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m-dən ibarət qeyri-yaşayış binası olan “Köşk” rəhmətlik atası X2 mülkiyyətinə verilmişdir. Bu səbəblərdən rəhmətlik atası X2 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran Rayon Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru X2 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və qanunvericiliyin tələbinə əsasən onu, miras qoyanın vərəsəsi olması faktını müəyyən etmişdir. Odur ki, 18 oktyabr 2019-cu il tarixli, 2022 nömrəli müraciətlə, Lənkəran rayon 1 saylı Notariat Ofisi, onun yeganə vərəsə olmağı barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə məlumat vermişdir. Həmin müraciətdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X1 miras qalmış daşınmaz əmlak barəsində müvafiq Çıxarışı tərtib edib bu sorğunu təqdim etmiş şəxs vasitəsilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərməyi xahiş edir. Rəhmətlik atası X4 qeyri-yaşayış obyekti olan “Köşk” “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A983 nömrəli Texniki Pasportunda 6,95 x 3.9 = 27,10 kv.m ölçülərində qeyd olunmuş hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Odur ki, mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, 25 oktyabr 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti 26 noyabr 2021-ci il tarixli, **********78 saylı “Ərizənin cavablandı rılması haqqında” yaşadığı ünvana daxil olmuş məktubla DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavabında səbəb kimi; ölüm kağızı, vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran səhər XDS-nin qərarının əsli təqdim edildiyi təqdirdə, həmin sənədlərin əsasında hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Yəni bəzi qeyd edilən müvafiq sənədlər təqdim edilmədiyindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmadığını yazılı şəkildə bildirmişdir. Bir sözlə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal cavabından belə başa düşmək olur ki, guya aşağıdakı sənədlər təqdim olunmamışdır: 1). Rəhmətlik atası X2 ölüm kağızı; 2) Notariat kontoru tərəfindən xx.xx.2019-cu il tarixli, № 2022 saylı, vərəsəlik məktubu; 3) “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu. Halbuki, 25 oktyabr 2021-ci il tarixli müraciətində, 10 saylı Lənkəran Ərazi İdarəsinə atasının ölüm kağızı, vərəsəlik məktubu, Texniki Pasportun notarial təsdiq edilmiş surətləri qoşma kimi əlavə edilmişdir. Bir sözlə DƏDRX 10 saylı Ərazi İdarəsi faktiki istifadəsində olan və yuxarıda adları qeyd edilən hüquqmüəyyənedici sənədlərinin 25 oktyabr 2021-ci il tarixli ərizə vasitəsilə onlara təqdim edilməsinə baxmayar aq, 26 noyabr 2021-ci il tarixli, **********78 qeydiyyat nömrəli cavabında, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X4 məxsus qeyri-yaşayış obyektini onun adına, dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb gətirmədən yayınır, boyun qaçırır, imtina edir. Bu səbəblərdən “Aztexinventarlaşdırma’ İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m ölçülərində qeyri-yaşayış obyektinə (Köşk) xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X2 adına xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması ba rədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır.
7. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-367/2023 saylı 07 mart 2023-cü il tarixli qərarı (hakim F.Abbasov) ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, X6 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) mərhum X4 (xx.xx.2004-cü il tarixdə vəfat etmişdir) məxsus olması həmin qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasportla və işdə olan digər sənədlərlə müəyyən edilir və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Eyni zamanda işin məhkəmə araşdırılmasında o da məlum olur ki, mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Rzayev X3 rayon 1 saylı notariat ofisinə müraciət etmiş və bu müraciət əsasında vərəsəlik işi açılmışdır. X2 vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı inzibati orqan DƏDRX-ə müraciətində hansısa daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını (o cümlədən ilkin qeydiyyat) deyil, daşınmaz əmlaka hüquqların mərhuma məxsus olmasına dair arayışın alınmasını tələb edir ki, hətta həmin arayışda da müvafiq qeydin göstərilməsini qanunvericilik istisna etmir. Məhkəmənin mövqeyinə görə müvafiq arayış mərhumun vərəsəsi kimi tanınan şəxsə verilməlidir. Belə o lan halda, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-10/2025 nömrəli 13 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, C.Quliyev və F.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, X5 yerİəşən "Aztexinventarİaşdırma"İstehsaİat Birliyinin 02 may 2001-ci il tarixli, ИНВ N 3Ф983 nömrəli Texniki pasportu və Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixll, 1/1312 nömrəli məktubu əsasında, ümumi sahəsi 27,1 kv,m ölcüsündə olan qeyri-yaşayış obyektinə (Köşk) dair xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 adına ilkin torpaqayırma qərarı təqdim edilmədiyindən 10 saylı Lənkəran Ərazi İdar əsi haqlı olaraq imtina vermişdir.
14. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixll, 1/1312 nömrəli məktubu 27.1 kv.m. qeyri-yaşayış obyekti üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt dır. Maddə 2.2. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16.Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 20.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 21.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ape llyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 23.Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “Lənkəran şəhəri, X6 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış obyektinin (köşkün) mərhum atası X4 məxsus olmasını təsdiqləyən arayışın verilməsindən ibarətdir. 24.İşə baxmış məhkəmələr yuxarıda sadalanan maddi hüquq normalarına, o cümlədən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyriyaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportunun sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsas olduğuna istinad edərək iddianı təmin etmişlər. 25.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat B irliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədin qanuniliyini şübhə altına almaq düzgün deyil, çünki həmin sənədin qeyri-dəqiqliyi, onda nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. 26.Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 27.Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın müb ahisəli qeyriyaşayış binasının iddiaçının mərhum atası X4 məxsusluğuna dair arayışın verilməsindən imtinası əsassız olmuşdur. Bu səbəbdən işə baxan məhkəmələr iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 28.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-10/2025 nömrəli 13 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.