Məhkəmə qərarları › İş №2-1(102)-272/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-272/2022

02.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-272/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, mübahisənin inzibati mübahisə olmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti) “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavab dehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2249/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18 iyun 2002-ci il tarixli müqaviləyə əsasən 5 ha torpaq sahəsi 1 iyun 2003cü il müddətinə iddiaçıya icarəyə verilmişdir.

2. Cavabdeh iddiaçıya ünvanladığı məktubda bildirmişdir ki, 2018-ci il 29 iyul tarixində Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların səyyar qəbulunda istifadəsində olan meşə fonduna aid torpaq sahəsinə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı təqdim etdiyi ərizə və Nazirliyə ünvanladığı 2018-ci il 10 iyun tarixli teleqram araşdırılaraq bununla əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, X2 X1 Məsələləri Şöbəsi əməkdaşlarının və iddiaçının iştirakı ilə “Şəlalə” istirahət mərkəzinin yerləşdiyi meşə sahəsinə baxış keçirilmiş, ərazinin 5,5 hektardan ibarət olmaqla tikanlı məftillərlə mühafizə olunduğu, 2 hektarında fındıq bağı, 1 hektarında meyvə bağı, 0,05 hektarında isə kivı bağı salındığı məlum olmuşdur. Ərazi mühafizə olunduğundan meşəbərpa işlərinin qənaətbəxş səviyyədə olduğu, habelə meşə qanunvericiliyinin tələblərinə əməl edildiyi müvafiq aktla sənədləşdirilmiş, ərazidəki 8 ədəd şam ağacından tikilmiş evlərin turizm məqsədi ilə istifadəyə yararlılığı müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı yazılı izahat verərək əsas xahiş inin “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yenidən müqavilənin bağlanması olduğunu bildirmişdir. Sözügedən “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzinin yerləşdiyi ərazilərdə meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin bərpası, artırılması və mühafizəsinə həssaslıqla yanaşdığı nəzərə alınaraq, meşə təsərrüfatından daha məqsədyönlü və səmərəli istifadə olunması məqsədilə “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yeni formatda müasir tələblər çərçivəsində müvafiq müqavilələrin bağlanmasının mümkün hesab edilməsi məktubda qeyd olunmuşdur. Bununla əlaqədar aidiyyəti sənədlərin X2 Təsərrüfatı Mərkəzinə təqdim etməyi iddiaçıya tövsiyə edilmişdir.

3. Azər baycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 5 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən isə 5.5 ha torpaq sahələrini meyvə bağı salmaq məqsədilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, sözügedən ərazilər meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonunun Çar kəndində yerləşən "xxxx" MMC-yə məxsus əmlakların yerləşdiyi 2.0 ha və “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatın ın üzərində meyvə bağı saldığı Zaqatala rayonunun Mazıx kəndində yerləşən 5,5 ha meşə fondu torpaqlarının uzun müddətli, yəni 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi məqsədilə onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrin in bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

7. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(112)-6342/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası 20 oktyabr 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin e tməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

9. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin baxılmaq üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

10. Bakı İnzibati Məhkəməsinin hüquqi yardım göstərilməsi ilə bağlı sərəncamı iddiaçıya təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçıya Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərardadından başqa bir sənəd göndərilməmiş və işə baxan Bakı Apellyasiya Məhkəməsi də bunu nəzərə almamışdır.

11. İş materiallarından da göründüyü kimi, üçüncü şəxsin 5 fevral 2021-ci il tarixli, məktubu ilə, Zaqatala rayonu, Car kəndində yerləşən "xxxx" MMC-yə məxsus əmlakların yerləşdiyi 2,0 ha və vaxtı ilə “Mağara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının üzərində meyvə bağı saldığı Zaqatala rayonu, Mazıx kəndində yerləşən 5,5 ha meşə fondu torpaqlarının mənə icarəyə verilməsindən qanunsuz və heç bir əsaslandırma aparılmadan imtina edilmişdir.

12. Yəni, hazırkı mübahisə təbiəti etibarı ilə heç vaxt publik ola bilməz. Belə ki, işdən də məlum olduğu kimi, icarə müqaviləsinin bağlanması iş üzrə cavabdehin qərarından asılıdır. Yəni, cavabdehin qərarı (razılığı) olmasa icarə müqaviləsinin bağlanması qeyri-mümkündür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddi a ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı: 5.2-ci bənd. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cüm lədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdə n (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İddiaçı iddia ərizəsində uzun müddət istifadəsində olan 2 ha və 5,5 ha meşə fondu torpağını 49 il müddətinə icarəyə götürmək istədiyin i bildirmiş, icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə inzibati məhkəməyə müraciət etmişdir.

20. İddiaçının iddia ərizəsinə əlavə etdiyi 18 iyun 2002-ci il tarixli müqavilədən görünür ki, 5 ha torpaq sahəsi 1 iyun 2003-cü il müddətinə ona icarəyə verilmişdir.

21. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçıya ünvanladığı məktubda bildirmişdir ki, 2018-ci il 29 iyul tarixində Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların səyyar qəbulunda istifadəsində olan meşə fonduna aid torpaq sahəsinə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı təqdim etdiyi ərizə və Nazirliyə ünvanladığı 2018-ci il 10 iyun tarixli teleqram araşdırılaraq bununla əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, X2 X1 Məsələləri Şöbəsi əməkdaşlarının və iddiaçının iştirakı ilə “Şəlalə” istirahət mərkəzinin yerləşdiyi meşə sahəsinə baxış keçirilmiş, ərazinin 5,5 hektardan ibarət olmaqla tikanlı məftillərlə mühafizə olunduğu, 2 hektarında fındıq bağı, 1 hektarında meyvə bağı, 0,05 hektarında isə kivı bağı salındığı məlum olmuşdur. Ərazi mühafizə olunduğundan meşəbərpa işlərinin qənaətbəxş səviyyədə olduğu, habelə meşə qanunvericiliyinin tələblərinə əməl edildiyi müvafiq aktla sənədləşdirilmiş, ərazidəki 8 ədəd şam ağacından tikilmiş evlərin turizm məqsədi ilə istifadəyə yararlılığı müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı yazılı izahat verərək əsas xahişinin “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yenidən müqavilənin bağlanması olduğunu bildirmişdir. Sözügedən “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzinin yerləşdiyi ərazilərdə meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin bərpası, artırılması və mühafizəsinə həssaslıqla yanaşdığı nəzərə alınaraq, meşə təsərrüfatından daha məqsədyönlü və səmərəli istifadə olunması məqsədilə “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yeni formatda müasir tələblər çərçivəsində müvafiq müqavilələrin bağlanmasının mümkün hesab edilməsi məktubda qeyd olunmuşdur. Bununla əlaqədar aidiyyəti sənədlərin X2 Təsərrüfatı Mərkəzinə təqdim etməyi iddiaçıya tövsiyə edilmişdir.

22. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 5 fevral 2021 -ci il tarixli məktubu ilə iddiaçının Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən isə 5.5 ha torpaq sahələrini meyvə bağı salmaq məqsədilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, sözügedən ərazilər meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmir.

23. Mübahisəyə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin ira dələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

24. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının yuxarıda sadalanan bəndlə rinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektlə ri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

26. İddiaçı ilə cavabdeh arasında əvvəllər müqavilə münasibətləri mövcud olmuş və bu münasibət xeyli müddət davam etmişdir. İddiaçı hazırkı iddiasında icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsi İPM-in 13 və 48.1-ci maddələrinə əsasən iddiaçıya yardım etmiş, iddiaçı şikayətlərində b irinci instansiya məhkəməsinin məktubu almadığını bildirsə də, birinci instansiya məhkəməsinin qərardadından apelyasiya və kasasiya şikayəti vermiş, lakin torpaq sahəsinin icarəyə verilməsinin dövlət orqanının qərarı ilə həyata keçirildiyi halda, hakimiyyət səlahiyyətlərinin subyektləri olan dövlət orqanının qərarı, hərəkəti (hərəkətsizliyi) ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia ilə müraciət etməmişdir.

28. Odur ki, icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.

29. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98. 1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2249/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar