Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2720/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; əlilliyə görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışları GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş illəri sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1979 (48 adam günü), 1982 (8 adam günü) və 1983-cü (5 adam günü) illərdə işlədiyi dövrün adambaşı gününə uyğ un olaraq sosial sığorta stajına daxil edilməsi, 03.07.2014cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; iş No 2-1(84)-312/2018) iddianın qismən təmin edilməsi; iddiaçının Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) işlədiyindən və onun kolxozda işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanması; 01.02.2016-cı il tarixdən əlilliyə görə əmək pen siyasının təyin edilməsi və 01.02.2016-cı il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və E.Hüseynov; iş No21(107)-283/2018) Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 30 mart 2018-ci il tаrixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov; iş No 2-1(102) -270/2019) cavabdeh şöbənin kassasiya şikayətinin təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən A.Eyvazov, hakimlər R.Əliyev və İ.Şükürov; iş № 2-1(107)-278/2019) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və şöbənin pozulmuş hüquqlarının bərpa e dilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə ape llyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş; 22.05.1983 16.05.1985-ci il tarixlərdə hərbi xidmət keçmiş; 1978, 1982, 1983-cü illərdə Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmiş və bu hallar işin materiallarında olana HZ seriyalı ******* nömrəli hərbi biletin surətində və X1 Filialının 02.04.2013-cü il tarixli 119 nömrəli arxiv arayışında qeyd edilmişdir. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 aprel 2017-ci il tarixli qərarı ilə iddiaçının 24.04.1986 - 14.10.1994-cü il tarixlərdə "Qafqazenerqomontaj" Bakı Quraşdırma İdarəsində çilingər işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh şöbənin üzərinə qoyulmuşdur. İş in materiallarında olan DSMF-nin Göyçay rayon şöbəsinin 13.03.2018-ci il tarixli 52/03-939 nömrəli məktubuna əsasən, iddiaçının 19.11.2014-cü ildən 06.03.2018-ci ilədək 01 il 03 ay 11 gün sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə 201,15 manat pensiya kapitalı vardır. İşin materiallarında olan cavabdeh şöbənin 20.12.2017-ci il tarixli arayışına əsasən, iddiaçıya 03.07.2014-cü il tarixdən İİ qrup ümumi səbəbdən əlillik təyin edilmiş və O, həmin tarixdən etibarən hər ay üçün 55 manat sosail müavinət alır. Yuxarıda qeyd edilən hallara əsaslanan iddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh şöbəyə müraciət etmişlir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 26.12.2017-ci il tarixli məktubunda ona bildirilmişdir ki, tələb olunan 12 il 25 gün s osial sığorta stajından 04 ayı və 4.137,42 manat pensiya kapitalı çatmadığından ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qeyri-mümkündür. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının iddia tələbi 1) onun 1978, 1982, 1983-cü illərdə işlədiyi dövrün adambaşı gününə uyğun olaraq sosial sığorta stajına daxil edilməsi; 2) ona 03.07.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 3) ona 03.07.2014-cü il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması hissələrindən ibarətdir. Qanuna görə, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı min imumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Belə ki, iddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən, bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir. Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşləri n pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə müvafiq olaraq mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmçinin qanuna görə, əmək stajı iş, x idmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər f əaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə uyğun olaraq iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqd im etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olmasısəbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İşin materiallarında olan X1 Filialının 02.04.2013-cü il tarixli 119 nömrəli arxiv arayışı ilə təsdiq olunmuşdur ki, iddiaçı 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmişdir. Cavabdeh şöbə etiraz ında iddiaçının kolxozda işlədiyi müddətin 04 aya bərabər olduğunu bildirmişdir. Belə olana halda və əmək stajı, həmçinin, arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən də müəyyən edildiyindən, iddiaçı Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) işlədiyindən və onun kolxozda işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı 16.05.1983 - 16.05.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. Bundan başqa, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 aprel 2017-ci il tarixli qərarına əsasən, cavabdeh şöbənin üzərinə iddiaçının 24.04.1986-cı il tarixdən 14.10.1994-cü il tarixədək "Qafqazenerqomontaj" Bakı Quraşdırma İdarəsində çilingər işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Bundan əlavə, cavabdeh şöbənin işin materiallarında olana 13.03.2018-ci il tarixli məktubu ilə təsdiq olunur ki, iddiaçının 19.11.2014 - 06.03.2018-ci il tarixlərdəki dövr üçün 01 il 03 ay 11 gün sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə 201,15 manat pensiya kapitalı vardır. Cavabdeh şöbənin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı 2014-cü ilin mart və iyun aylarında, 2015-ci ilin bütün aylarında 01 aylıq, 2016-cı ilin yanvar ayında isə 02 aylıq məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Belə olana halda, iddiaçı xx.xx.1964-cü ildə anadan olduğundan, ona 03.07.2014-cü il tarixdə İİ qrup əli llik təyin edildiyində, habelə həmin vaxt iddiaçı tələb olunan sosial sığorta stajına malik olmadığından, O, 01.02.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 12 il (01.02.2016 - xx.xx.1964 = 51 yaş - 15 yaş = 36 il X 4 ay = 144 ay = 12 il) sosial sığorta stajına malik olmalıdır. İddiaçının isə 12 ildən çox (01 il 11 ay 24 gün hərbi xidmət + 01 il 03 ay 11 gün sosial sığorta stajı + 08 il 05 ay 20 gün məhkəmə qətnaməsi + 04 ay arxiv arayışı) sosial sığorta stajı olduğundan, ona 01.02.2016-cı ildən əlilliyə görə əmək pensiyası təyin etməkdə 1-ci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 05 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Bundan əlavə hazırki işə baxmış Ali Məhkəmənin 06.02.2019-cu il traixli qərarında qeyd edildiyi kimi, iddiaçının kolxozda işlədiyi müddət faktiki olaraq 61 gün, başqa sözlə 02 ay 01 gün olmasına baxmayaraq aşağı instansiya məhkəməsi həmin müddəti 04 ay kimi qiymətləndirməsinə münasibətdə araşdırılmış sübutlar nəticəsində müəyyən edildi ki, iddiaçının 61 gün adam günü faktiki işlədiyi illər üzrə adam günü norması illik 150 adam günü müəyyən edildiyindən, 61 faktiki işlədiyi müddəti 150 adam günü normasına böldükdə iddiaçının 04 ay sığorta stajı yaranmış olur. Cavabdeh şöbənin də təqdim etdiyi sübutlar əsasında iddiaçın ın işlədiyi ümumi sığorta stajının 12 il 01 ay olması müəyyən edilir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 12 il sığorta stajının olması tələb edildiyindən iddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi mövcuddur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Odur ki, təyin edilmiş pensiya məbləği ilə müavinət arasında fərq 03.07.2014-cü il tarixdən yox, 01.02.2016-cı il tarixdən ödənilməli olmasını hesab etməkdə 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, cavabdeh in zibati orqanın iddiaçının Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1979 (48 adam günü), 1982 (08 adam günü), 1983-cü illərdə (05 adam günü) işlədiyindən və onun kolxozda işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanması, 01.02.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 01.02.2016-cı il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqin hesablanıb ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. 1-ci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğunda n qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2720/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2720/2019
12.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver