Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2720/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təyin edilmiş ünvanlı sosial yardımın dayandırılması, inzibati icraatın aparılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ailəsinə ödənilmiş 1782 manat ünvanlı dövlət sosial yardımı məbləğinin geri tələb edilməsindən ibarət hərəkətlərinin qanunsuz hesab olunması, ödənişlərin dayandırılması və ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması barədə qərar qəbul olunması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(107)-311/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq İŞİN HALLARİ
1. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüq uqunun müəyyən edilməsi ilə bağlı ərizə ilə VEMTAS-a müraciət etmişdir.
2. Həmin müraciət əsasında ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 445,50 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun X1 üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanına bildiriş göndərərək qeyd etmişdir ki, onun ünvanlı dövlət sosial yardımı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəs ində nəqliyyat vasitəsinin aşkar edilməsi səbəbilə) dayandırılmışdır. Eyni zamanda ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ümumilikdə 1782 manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olunur. Əks təqdirdə qanuna uyğun tədbirlər görüləcəkdir.
4. İddiaçının nümayəndəsi ünvanlı dövlət sosial yardımın verilməsinə köməklik göstərilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. 5. 26 iyul 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçının nümayəndəsinə məktub göndərərək bildirmişdir ki, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli *** *******34408 nömrəli müraciət əsasında xx.xx.2023-cü il tarixindən ailəyə təyin olunmuş aylıq 445,50 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsi olduğuna görə xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Buna görə də, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Bildirilir ki, ailənin sosial yardım almaq hüququnun məhdudlaşdırılma müddəti bitdikdən sonra VEMTAS-a müraciət olduğu halda, ailənin sosial yardım almaq hüququna mövcud qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələb olunan vəsaitin geri qaytarılmasının ləğv edilməsi, ailəsinə təyin olunan ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi 20 ildən artıqdır ki, kirayədə yaşayır. O və bacısı universitetdə oxuyur. Evdə yalnız anası işləyir. İddiaçının ailəsi çətin şəraitdə yaşadığına görə ünvanlı dövlət sosial yardımı almaq üçün aidiyyəti qurumlara müraciət etmişdir. Müraciət əsasında məişət şəraitinə baxış keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin bütün şəraiti ilə tanış olduqdan sonra xx.xx.2023-cü il tarixdən ailəyə aylıq 445,50 manat məbləğində sosial y ardım verilməsi təsdiq edilmişdir. Təyin olunan aylıq müavinət cəmi 4 ay, yəni xx.xx.2023cü il tarixindən dayandırılmış, eyni zamanda 1 (bir) il müddətinə sosial yardım almaq hüququ dayandırılmışdır. Səbəbini öyrəndikdə isə ailəyə bildirilmişdir ki, ailənin istifadəsində avtonəqliyyat vasitəsi mövcuddur.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 445,50 manat məbləğində ÜDSY təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/1-127693/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü Nümayəndə2 nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.
9. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-770/2024 saylı qərarı ilə (hakim X8) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək İddiaçı ailəsinə ödənilmiş 1782 manat ünvanlı dövlət sosial yardımı məbləğinin geri tələb edilməsindən ibarət hərəkətləri qanunsuz hesab olunaraq, ödənişlərin dayandırılması və ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması barədə qərarı ləğv edilmiş və İddiaçı ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasından ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmiş, hətta əvvəlki ödənişlərin geri tələb edilməsinə dair fəaliyyətə başlamışdır. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-311/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X13 (məruzəçi), X2 və X14) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)770/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Ünvanlı dövlət sosial yardım haqqında” Qanuna istinad edərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ailə üzvü Nümayəndə2 xx.xx.2012-ci il tarixdən xx.xx.2058-ci il tarixədək **-OS-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı, xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixədək **-BJ-*** qeydiyyat nişanlı “VAZ-21043" markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüq uquna xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Göründüyü kimi, iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququna iddia ərizəsi ilə məhkəmə müraciət etməzdən əvvəl xitam verilmişdir. Buna görə də, məhkəmə sorğusuna cavab Nümayəndə2 adında avtomotonəqliyyat vasitələrinin qeydiyyatda olması aşkar edilməməsi kimi olmuşdur.
17. Bundan əlavə iddiaçıya xx.xx.2023-xx.xx.2023-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1782 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-198943/2023 nömrəli məktubla həmin vəsaitin büdcəyə qaytarılması məqsədi ilə iddiaçıdan artıq ödənilmiş vəsaitin ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bu məktub məlumat xarakterli məktub olmuş, inzibati orqan qanunvericiliyə uyğun olaraq inzibati icraat apararaq iddiaçıya artıq ödənilmiş vəsait barədə məlumat vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:... Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə
3. Sosial yardım almaq hüququ o lan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə
10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy i orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola bi ləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”
2. Sosial yardımın alınması üçün müraciət edilməsi 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göst ərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X7 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir.
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X7 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsus i proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə- sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) a ydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfində n ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə münasibət bildirməyi məqsədəmüvafiq hesa b edir.
29. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı ərizə ilə VEMTAS-a müraciət etmişdir.
30. Həmin müraciət əsasında ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 445,50 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanına bildiriş göndərərək qeyd etmişdir ki, onun ünvanlı dövlət sosial yardımı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilm əsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin aşkar edilməsi səbəbilə dayandırılmışdır. Eyni zamanda ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ümumilikdə 1782 manat məbləğində artıq vəsaitin ödənilməsi bildirirərək həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb edilmişdir.
31. İddiaçı cavabdehin mövqeyini məhkəmə qaydasında mübahisələndirmiş, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi inzibati orqanın davranışını qanuna müvafiq hesab etməmişlər.
32. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayət ində mübahisələndirilən xüsusatlarla bağlı bildirir ki, iş materialları əsasında müəyyən edilir ki, inzibati orqan tərəfindən iddiaçı barəsində ünvanlı sosial yardımın dayandırılmasına və sosial yardımın 1 il müddətinə məhdudlaşdırılmasına əsas kimi ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin aşkar edilməsi göstərilmişdir.
34. Bu halla əlaqədar aparılmış araşdırmalar cavabdehin gəlmiş olduğu qənaətin əsaslı olmadığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Şəki regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli, 485 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, şöbədə xx.xx.1994-cü il tarixdə yaradılan mərkəzləşdirilmiş kompyuter bazasına əsasən Nümayəndə2 adında avtomotonəqliyyat vasitələrinin qeydiyyatda olma sı aşkar edilməmişdir.
35. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında olan AR DİN Baş X23 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətinə əsasən müəyyən edilmişdir ki, məktub cavabdehin sorğusu əsasında tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahı qeydiyyatdan çıxarılan və etibarnamə ilə istifadəyə verilmiş nəqliyyat vasitələri barədə məlumatdır. Siyahıda **-DS-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsinə münasibətdə X4 adı 5-ci sırada göstərilmiş, etibarnamə xx.xx.2012-ci ildə rəsmiləşdirilmiş, ondan sonra daha 5 nəfərə həmin nəqliyyat vasitəsinə dair etibarnamə verilməsi barədə məlumat mövcuddur. Həmin etibarnamədən sonra sözügedən nəqliyyat vasitəsinə sərəncam hüququ xx.xx.2012-ci ildə adı 6-cı sırada göstərilən X11, daha sonra xx.xx.2013-cü ildə adı 7-ci sırada göstərilən X5, ondan sonra xx.xx.2013-cü ildə adı 9-cu sırada göstərilən X10, daha sonra xx.xx.2013-cü ildə adı 10-cu sırada göstərilən X6 verilmişdir. 36. **-BJ-*** dövlət nömrə nişanlı VAZ 21043 markalı digər nəqliyyat vasitəsinə münasibətdə tərtib edilmiş siyahıda isə X4 adı 3-cü sırada göstərilmiş, etibarnamə xx.xx.2010-cu ildə rəsmiləşdirilmiş, ondan sonra daha 5 nəfərə həmin nəqliyyat vasitəsinə dair etibarnamə verilməsi barədə məlumat mövcuddur. Həmin etibarnamədən sonra sözügedən nəqliyyat vasitəsinə münasibətdə xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə etibarnamələr tərtib edilmişdir.
37. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il tari xləri arasındakı dövr ərzində ümumilikdə 1782 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edildikdən sonra ona ünvanlanmış məktubda həmin vəsaitin büdcəyə qaytarılması xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyqun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bu məktub məlumat xarakterli məktub olmuş, inzibati orqan qanunvericiliyə uyğun olaraq inzibati icraat apararaq iddiaçıya artıq ödənilmiş vəsait barədə məlumat vermişdir.
38. Məhkəmə kollegiyası inzibati orqanın bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, əvvəla sözügedən məktubun məzmunu kassasiya şikayətində qeyd ediləndən fərqlidir. Həmin məktubda iddiaçıya 1782 manat artıq pul vəsaitinin ödənilməsi səbəbi ilə bu məbləğin 10 gün müddətində büdcəyə qaytarılması tələb edilmiş, eyni zamanda sosial yardımın dayandır ıldığı bildirilmişdir. Bundan başqa iddiaçının nümayəndəsinə göndərilmiş 26 iyul 2023-cü il tarixli məktubda da ailənin sosial yardım almaq hüququnun 1 il müddətində məhdudlaşdırıldığı qeyd edilmişdir.
39. Yuxarıda göstərilən halı təhlil edən məhkəmə kollegiyası bildirir ki, pulun qaytarılma tələbi və sosial yardımın almaq hüququnun məhdudlaşdırılması barədə iddiaçıya məktub göndərilsə də, bu məktubun əsasında müəyyən bir inzibati akt (qərar) dayanmışdır. Çünki “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən yalnız inzibati akt ünvanladığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradır. Məktubların məzmunundan da aydın olur ki, orada özündə müəyyən hüquqi nəticələr əks etdirən məlumatlar mövcuddur ( ünvanlı dövlət sosial yardımın dayandırılması, sosial yardım almaq hüququnu n 1 il müddətində məhdudlaşdırılması, artıq vəsaitin qaytarılması)
40. Lakin cavabdeh tərəfindən iddiaçıya münasibətdə yuxarıdakı məhdudiyyətlər qoyularkən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuş və inzibati icraat aparılmamış, icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.
41. Belə ki, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
42. Yəni, inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qa nunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
43. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktı ləğv edərkən onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. 44. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmiş dir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halları ümumiləşdirirək bu qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasından ibarət məlumata işin halları baxımından formal yanaşmı ş, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əməl etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmiş, hətta əvvəlki ödənişlərin geri tələb edilməsinə dair fəaliyyətə başlamışdır. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur.
46. Odur ki, şikayət təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(107)- 311/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.