Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2722/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımı almaq hüququnun məhdudlaşdırılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırıldığı aydan bərpa edilməsi; ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət s osial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsi, VEMTAS tərəfindən aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-299/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı sosial yardım almaq məqsədi ilə 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat o rqanında təsdiqlədib xx.xx.2023-cü il tarixli **********341 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman VEMTAS tərəfindən aztəminatlı ailəsinə hər ay üçün 235,31 manat məbləğində 1 (bir) il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı 7 ay ərzində dövlət tərəfindən göstərilən pul yardımını aldıqdan sonra aztəminatlı ailəsinə təyin olunmuş sosial yardım məbləğinin verilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir.
2. Cavabdehin “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişində “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olun muş məlumatlarda uyğunsuzluq aşkar edilməsi– ailə tərkibinin düzgün göstərilməməsi səbəblərinə görə müraciətdən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun ailəsinin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması haqqında qəbul etdiyi qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən VEMTAS tərəfindən aztəminatlı ailəsinə 1 (bir) il müddətinə təyin olunmuş, cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayından qanunsuz dayandırılmış hər ay üçün 235,31 manat məbləğin 2023-cü ilin oktyabr ayından 5 (beş) ay ərzində, yəni 1326,55 manat məbləğin aztəminatlı ailəsi nə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı sosial yardım almaq məqsədi ilə 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx.xx.2023-cü il tarixli **********341 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman VEMTAS tərəfindən aztəminatlı ailəsinə hər ay üçün 235,31 manat məbləğində 1 (bir) il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı 7 ay ərzində dövlət tərəfindən göstərilən pul yardımını aldıqdan sonra aztəminatlı ailəsinə təyin olunmuş sosial yardım məbləğinin verilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2- 1(116)-903/2024 nömrə li qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair qərarı ləğv edilərək, VEMTAS tərəfindən İddiaçı aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edirlməlidir ki, bu halı n mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tabedir. Bu baxımdan cavabdeh faktiki olaraq bildirişlə iddiaçı və onun təmsilçisi olduğu ailəsinə mansibətdə, onların hüquqi statusunda dəyişikliyə səbəb olan qərarları qəbul etmiş və məhdudiyyətin müəyyən edilməsi barədə qərarını da həmin bildirişdə təsbit etmişdir. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu q aydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-299/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən sax lanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixindən ÜDSY-nin təyin edilməsi üçün ailənin maddi-məişət şəraitinin müayinəsinin və təyinatdan sonrakı monitorinqlərin aparılması prosedurunun sadələşdirilməsi, həmçinin vahid yanaşmanın tətbiq edilməsi məqsədi ilə pasport və müvafiq təlimat hazırlanaraq icrasına başlanılmışdır. Qeyd olunan təlimatın 3.12.4 və 3.12.5-ci bəndlərinə əsasən ümumi həyətyan ı təsərrüfata malik iki və daha çox ailənin həyətyanı təsərrüfatının müəyyən edilməsi zamanı bir həyətdə iki və daha çox fərdi ev olduqda və ümumi həyətyanı təsərrüfatın hansı ailəyə aid edilməsi mümkün olmadıqda bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmişdir. Müayinə zamanı evdə “ərizə-bəyannamə"də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilir. Belə ki, təlimata əsasən qeyd olunan ailən in ünvanında aparılmış müayinə zamanı təmsilçinin anasının ailə tərkibində olması şübhəsi ilə ÜDSY işi risk kateqoriyasına daxil edilmişdir.
12. Qeyd edir ki, risk kateqoriyasına daxil edilmiş ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə “ərizə-bəyannamə”də göstərilən ünvanda təyinatdan sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə monitorinq həyata keçirilmişdir.
13. Həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli monitorinq zamanı təmsilçi ünvanda olmamış, digər bütün monitorinqlər zamanı “ərizə-bəyannamə”də ailə tərkibində göstərilməyən təmsilçinin anası X4 ünvanda aşkarlanmışdır.
14. Əlavə olaraq bildirir ki, həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, monitorinq zamanı əldə olunan məlumatlar akta qeyd edil dikdən sonra, həmin məlumatlar İddiaçı şəxsi imzası ilə təsdiqlənmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olma qla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. A şağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabe liyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasi ya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymə tləndirməsi ilə də razılaşır.
23. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı sosial yardım almaq məqsədi ilə 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx.xx.2023-cü il tarixli **********341 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman VEMTAS tərəfindən aztəminatlı ailəsinə hər ay üçün 235,31 manat məbləğində 1 (bir) il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
25. İddiaçının maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi – ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmış, həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır.
26. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə olunmuş 4 nömrəli MİS tərəfindən verilmiş arayışlara əsasən, İddiaçı anası X1 şəhəri H.Əliyev prospekti ev 78 mənzil 38 ünvanında qeydiyyatda olsa da, ünvan 2eydiyyatsız yaşayır. Həmçinin məhkəmə tərəfindən “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”lar və onların tərtib edilməsi zamanı aparılmış audio-video yazılar araşdırılmış, heç bir məlumatda iddiaçı və ya anasının eyni ünvanda yaşa ması barədə məlumat verməsi aşkar edilməmiş, video görüntülərdə onların bunu etiraf etmələri öz təsdiqini tapmamışdır.
27. Bundan əlavə kassasiya şikayətinin Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı dəlilinə apellyasiya məhkəməsi tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdi yindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər.
28. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdeh dayandırılmaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün səbəbləri aydın şəkildə göstərməli, onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir.
29. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edərkən yalnızca birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır. Lakin nəzərə almaq lazımdır ki, sözügedən müayinə zamanı yalnız iddiaçının anasının həmin ünvanda mütəmadi olaraq aşkar edilməsi müəyyən edilmişdir. Müayinə zamanı qeyd edilən birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqları halı is ə müəyyən olunmamışdır.
30. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, ünvanlı dövlət sosial yardım ödənişlərinin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
31. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüququ pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-299/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.