Məhkəmə qərarları › İş №2-1(102)-2724/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2724/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2724/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X7 ailə başçısını itirməyə görə mərhum anası X9 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-165/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İ № 719854 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015ci il tarixdə 67 nömrə ilə qeyd aparılmışdır.

2. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qət naməsindən görünür ki, X14 X5 övladlığa götürülməsi barədə ərizəsi təmin edilmiş, uşağın soyadının, adının və ata adının, atasının “X10” və anasının “X20”, doğulduğu gün, ay, il xx.xx.2013-cü il qeyd edilməsi qərara alınmışdır. 3. 12.10.2019-cu il tarixli, 319742 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X10, anası X15r.

4. AZ-İİ № 384844 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X20 xx.xx.2024cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 26 nömrə ilə qeyd aparılmışdır.

5. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mərhum X19 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və şəxsin pensiya işində olan məlumatlara əsas ən xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixinədək ödənilmişdir.

6. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mərhum X19 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və şəxsin pensiya işində olan məlumatlara əsasən Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə 1204,49 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (və dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “X11 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(014)-989/2019 qətnaməsi ilə X14 X8 övladlığa götürməsi barədə ərizəsi təmin edilmiş, uşağın soyadının, adının və ata adının “X18”, atasının “X10” və anasının “X20”, doğulduğu gün, ay, ilin xx.xx.2013-cü il qeyd edilməsi qərara alınmışdır. Mərhum atası İddiaçı xx.xx.2015-ci il tarixdə, anası X20 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağdaş Rayon İcra Hakim iyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə azyaşlı X18 iddiaçının qəyyumluğundadır. Anasının vəfatından sonra ailə başçısını itiməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qurum xx.xx.2024-cü il tarixli məktubla (xx.xx.2024-cü il tarixdə təqdim edilib) bildirmişdir ki, mərhum atası xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən və X7 övladlığa götürülməsi üçün müraciət etmədiyi üçün onun pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi mümkün deyil. Hesab edir ki, cavabdeh orqanın mövqeyi əsassızdır. Belə ki, X7 doğum şəhadətnaməsinə ata adı qrafasında “X10” qeyd edilmişdir.

9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, X2 Yunus Hidayət oğlunun ailə üzvü olmamış və onun tərə findən övladlığa götürülməmişdir. X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X16 övladlığa verilmişdir. Göründüyü kimi, X1 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X10 artıq vəfat etmişdir. Buna görə də, X4 ölümü ilə əlaqədar X11 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2031/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – V.Musayev).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum babanın ümumiyyətlə övladlığa götürülmə ilə bağlı iradə ifadəsi olmamış və övladlığa götürülmə prosesinin sonu uşağın X20 tərəfindən övladlığa götürülməsi ilə nəticələnmişdir. İstinad olunan məhkəmə q ətnaməsi və uşağın doğum haqqında şəhadətnaməsi mərhum babanın ata kimi göstərilməsi ilə bağlı formal hüquqi vəziyyət yaratsa da, qeyd olunan hal ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün hüquqi əsas yaratmır. Yəni, faktiki olaraq övladlığa götürmə 2015-ci ildən sonra nənəyə münasibətdə baş verdiyi üçün mərhum babanın sağlığında uşağa himayədarlıq etməsi və övladlığa götürmənin həyata keçirilməsi müəyyən olunmur. Faktiki olaraq X18 ilə mərhum X10 arasında övladlığa götürən və övladlığa götürülən münasibətləri hüquqi baxımdan mövcud olmamışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Apellyasiya icraatı zamanı iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilərək “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X7 ailə başçısını itirməyə görə mərhum anası X14 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-165/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2031/2024 nömrəli qərarı ləğv edilmişdir. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmişdir (sədrlik edən – T.Həsənov, hakimlər – R.Rəfiyev, T.Musayev).

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsasla ndırmışdır ki, iddiaçı özü də X7 mərhum X4 himayəsində olmasını bildirməmişdir. Yəni qiymət verilməli hal ondan ibarətdir ki, X20 vəfat edərkən aldığı məbləğ nə qədər olmuşdur (hansı növ pensiya almışdır) və X20 ailə başçısı kimi vəfat edərkən ailə başçısını itirməyə görə X7 əmək pensiyası hüququ olan ailə üzvü olmuşdurmu. Mübahisə doğurmur ki, həm Rəna Məcidova vəfat edənə qədər ailə başçısını itirməyə görə əmək pensiyası almışdır, həm də ailə başçısı kimi vəfat edən zaman Yunus Məcidli ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur.

16. Beləliklə, Rəna Məcidova vəfat edənə qədər ailə başçısı olmuş X6 itirməyə görə əmək pensiyası almış, özü ailə başçısı kimi vəfat edən zaman X18 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur. “Əmək p ensiyaları haqqında” Qanunun 14.1.1-ci və 16-cı maddələrinin tələbi X11 münasibətdə mövcud olmuş, X7 mərhum anası Rəna Məcidova vəfat edən vaxta qədər aldığı pensiya məbləğinə müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərarı çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə görə vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

19. Qanunun həmin normasından da göründüyü kimi ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş şəxsə yalnız aşağıdakı növ pensiyalar təyin edildikdə həmin pensiyaların sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir: 1. vəfat etmiş ailə başçısı yaşa görə əmək pensiyaçısı olmuşdursa və ya; 2. vəfat etmiş ailə başçısı əlilliyə görə əmək pensiyaçısı olmuşdursa. Qanunvericiliyin tələblərindən də müəyyən o lunur ki, vəfat etmiş şəxsə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdirsə, bu halda həmin pensiyaların sığorta hissəsi əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilmir. Hazırki işin hallarından isə aşkardır ki, Rəna Məcidovaya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və bu səbəbdən həmin pensiyanın sığorta hissəsi Yunus Məcidliyə təyin edilə bilməz. Belə ki, X26 Məcidova vəfat etdiyindən onun sığorta stajına münasibətdə hesablanmaqla pensiya təyin olunmalıdır.

20. Bundan başqa, iddiaçının cavabdehə müraciəti ilə apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə tamamilə fərqli məzmunlardadır. Belə ki, inzibati orqana edilən müraciət, birinci instansiya məhkəməsinə təqdim e dilmiş iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə və apellyasiya şikayətində qeyd edilən tələb X11 mərhum X4 əmək pensiyasının təyin edilməsi tələbidir. Lakin, apellyasiya instansiya məhkəməsində təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizədə qeyd olunan tələb X11 mərhum anası X9 almış olduğu pensiyanın təyin edilməsi tələbidir. Belə ki, İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanlanmış müraciət ərizəsində vəfat etmiş X4 ailə üzvünün yalnız X7 olduğu qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində X7 doğum şəhadətnaməsində ata adı qrafasında X4 adının qeyd olunduğu bildirilmiş və X11 mərhum atası X4 əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələb edilmişdir. Daha sonra iddia tələbi “X11 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən eyni məzmunlu apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə və məhkəməyə müraciəti eyni məzmunlu olub, mərhum atası X4 ailə üzvü kimi X11 pensiyanın təyin edilməsindən ibarətdir. X22 Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 21(107)-165/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X7 ailə başçısını itirməyə görə mərhum anası X14 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və eyni tarixli qərar ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir.

21. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı apellyasiya icraatı zamanı dəyişdirilmiş tələbinə dair cavabdehə ümumiyyətlə müraciəti olmamış, həmin iş üzrə cavabdeh tərəfindən inzibati icraat aparılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma X11 mərhum X4 əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı olmuşdur. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının cavabdehə qeyd olunan tələblə bağlı müraciətinin olmadığı nəzərə alınmamışdır. X13 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(107)-165/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, eyni tarixli qərar ilə apellyasiya şikayəti təmin edilmiş, cavabdeh tərəfindən münasibət bildirilməsinə imkan yaradılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 16.1. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 16.2. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. 18.3 Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya ka pitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. 134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə gör ə mənşəcə qohumlara bərabər tutulurlar.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ailə başçısını itirməyə görə mərhum anası X9 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsinə nail olmaqdır.

29. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, Rən a Məcidova vəfat edənə qədər ailə başçısı olmuş X6 itirməyə görə əmək pensiyası almış, özü ailə başçısı kimi vəfat edən zaman X18 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1-ci və 16-cı maddələrinin tələbi X11 münasibətdə mövcud olmuş, X7 mərhum anası Rəna Məcidova vəfat edən vaxta qədər aldığı pensiya məbləğinə müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır.

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən göründüyü kimi, ailə baş çısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısını konkret olaraq müəyyən etmiş, hər hansı əlavə şərt müəyyən etməmişdir. Normaya əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının doğma uşağı (14.1.1-ci maddədə göstərilən şərtlər daxilində) və ya övladlığa götürdüyü şəxs, habelə ata, ana, ər, arvad (bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə) və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı (vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə) onun vəfatı ilə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir.

32. İstinad edilən Qanunun 18.3-cü maddəsinə görə, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

33. İşin hallarından göründüyü kimi, X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X16 övladlığa verilmişdir. X1 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X10 artıq xx.xx.2015-ci il tarixdə vəfat etmişdi. Bununla belə, sözügedən qətnamədə uşa ğın valideyni – atası olaraq “X10”nun qeyd edilməsi göstərilmiş və həmin qətnamənin icrası qaydasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X10” qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, cavabdehə edilmiş müraciətin məzmunu, eləcə də birinci instansiya icraatı zamanı mübahisə predmeti X11 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Həm inzibati orqanın imtinasından, həm də birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi X2 Yunus Hidayət oğlunun ailə üzvü olmaması və onun tərəfindən övladlığa götürülməməsi əsası ilə iddia tələbi (və ya müraciəti) rədd edilmişdir.

35. Lakin apellyasiya icraatı zamanı iddiaçı tələbini dəyişdirərək X7 ailə başçı sını itirməyə görə mərhum anası X14 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi kimi qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dəyişdirilsə də, bu işin hallarını dəyişdirməyərək nəticə etibarı ilə ilkin iddia tələbi ilə eyni hüquqi əsaslara və faktlara söykənməkdədir.

37. İşin hallarına gəldikdə isə, hazırkı iddia ilə tələb edilən pensiya təminatı iddiaçının mərhum anasının xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə əldə etdiyi pensiya təşkil etməkdədir.

38. Mübahisələndirilən məhkəmə qərarından görünür ki, mərhum Rəna Məcidova ailə başçısını itirməyə görə əmək pensiyası almasını və özü ailə başçısı kimi vəfat edən zaman X7 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olması rəhbər tutularaq iddianın əsaslı ol ması qənaətinə gəlinmişdir.

39. Bu mövqeylə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, X7 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ məhz onun anası mərhum Rəna Məcidovanın sığorta stajına münasibətdə hesablanmaqla mövcuddur. X24 ölümü il əlaqədar Yunus Məcidliyə xx.xx.2024-cü il tarixindən 384,87 manat məbləğində ailə başçısını itirməyə görə pensiyanın təyin edilmişdir.

40. Bundan başqa, məhkəmə kollegiyası xüsusi ilə vurğulayaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin dispozisiya şərtlərindən aydın olur ki, ailə başçısını itirməyə görə əmək pensiyası vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinə münasibətdə tətbiq edilir.

41. Göründüyü kimi, hazırkı mübahisəni tənzi mləyən hüquq normasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun əmələ gəlməsi məhz vəfat etmiş ailə başçısına təyin olunmuş yaşa və ya əlilliyə görə əmək pensiyaları ilə şərtləndirilərək həmin şəxsin aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının əmək qabiliyyətli olmayan ailə üzvünə keçməsi müəyyən edilməmişdir.

42. Apellyasiya instansiya məhkəməsi isə hüquq normasını yanlış tətbiq etməklə iddiaçının bu hüququnu onun mərhum anasının ailə başçısını itirməyə görə aldığı əmək pensiyası hüququ ilə eyniləşdirmişdir. Məhz bu nəticə isə sanki ailə başçısını itirməyə görə əmək pensiyasının hüquqi varislik qaydasında bir şəxsdən digər şəxsə keçməsi təsəvvürü yaratmışdır.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı mə zmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-165/2025 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar