Məhkəmə qərarları › İş №2-1(102)-2728/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2728/2025

09.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2728/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması, müayinə zamanı diaqnozun təsdiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli, 2-1(104)- 268/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 nömrəli qərarı ilə iddiaçının “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oyn ağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

2. TSEK-in müayinə aktından çıxarışlardan görünür ki, xx.xx.2003-cü il, xx.xx.2004cü il, xx.xx.2005-ci il və xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il tarixlərdə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. 3. 21 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 256 nömrəli müayinə aktı na əsasən, həmin tarixdən iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.

4. İddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, diaqnoz: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenookardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” kimi qeyd edi lmişdir.

5. Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün iddiaçı barəsində Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 S82.2 “Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti”, ağırlaşmaları Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ b aldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün ortaaşağı 1/3- nin (2 sm) sümük defekti” M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə”, R52.2 “Digər daimi ağrı sindromu ilə” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

6. İddiaçının imtina barədə qərardan verdiyi şikayətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə baxılaraq, onun əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2023cü il tarixdə barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi ba rədə 3-17-4/3-317456/2023 nömrəli qərar qəbul edilmişdir.

7. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışlarında iddiaçının diaqnozu “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sol baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi, xx.xx.2022 - xx.xx.2022-ci il və xx.xx.2023 - xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlarında “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, Sağ baldır oynağının kontrakturası, ye rişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışında iddiaçının diaqnozu “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100%, bükmə 90%) daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

9. Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Şüa-Diaqnostika şöbəsinin iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 2194 nöm rəli rentgenoqramma nəticəsində qeyd edilir ki, sağ baldır nahiyyəsi 2 proyeksiyada rentgenoqrammada qamış sümüyünün orta 1/3-də köhnə qeyri-düzgün bitişən sınıqdan sonrakı döyənəkləşmə, incik sümüyünün aşağı 1/3-də köhnə bitişməyən sınıq və defekt sahəsi izlənilir.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X8 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-177/2-D-39032/2023 nömrəli arayışına əsasən, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə ə laqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli, xx.xx.2013-cü il tarixdən səhiyyə müəssisəsinin göndərişi ilə cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə səhhətində olan ağırlaşmalarla bağlı ona tibbi göndəriş əsasında cavabdeh tərəfindən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edərkən 2013-cü ildən müddətsiz əlil olmağını nəzərə almadan müddətli əlillik təyin etmiş və təkrar əlillik təyinatı ilə bağlı tibb müə ssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə ona əlillik təyinatından imtina etmişdir. Bütün bunları qeyd etməklə cavabdehin hərəkətini qanunsuz hesab edir. 2023-cü ilin may ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə barədə məlumatın verilməsi ilə bağlı elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq imtina edilib kimi göstərilmişdir. Hesab edir ki, onun xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlilliyi elektron sistemdə bərpa edilməlidir. Çünki, o, 2013-cü ildən müddətsiz əlildir, əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, sonuncu dəfə 2003-cü ildə qiymətləndirilmişdir və həmin ildən 3-cü qrup müddə tsiz əlildir.

13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş 2013-cü il imtinası mübahisə predmetidir. Qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddia mümkünsüz iddiadır. İddiaçı yalnız 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən onların əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə zamanı sağ baldırın orta 1/3-də, sol baldırın yuxarı 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuş, nisbi qısalıq qeyd edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023 - xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı. Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixi, ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta aşağı 1/3-nin iç və dış səthlərində dartıcı-çapıq toxuması, sağ qamış sümüyünün orta 1/3- nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), daimi ağrı sindromu ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, cavabdehdə xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. (LVEF=62%), Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2- 1(114)-752/2024 nömrəli qərarı ilə (hakim X11) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması Meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, iddiaçıya ə vvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmu şdur. Eyni zamanda, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin hansı diaqnoz (XBT kodu) əsasında təyin olunduğu iş materialları ilə müəyyən edilmir. İddiaçıya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlibkeçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixədək Az ərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinin əsası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.2.1-ci bəndi (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) olmuşdur. Yəni, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnm ələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyridüzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur.

16. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Gəncə Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X15 /sədrlik edən və məruzəçi/, X3 və X4) 02 iyul 2024-cü il tarixli, 2-1(104)-466/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əlillik təyini üçün əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyy ən olunması Meyarları”nın 6.4.2.1-ci bəndi orqanizm funksiyasının pozulması faizi 40-60 faiz olmaqla, müddətsiz əlillik təyin edilməsi üçün əsasdır. İddiaçı iddia tələbində əlilliyin sonuncu göndərişin tarixindən deyil, sonuncu göndəriş üzrə verilmiş xx.xx.2023-cü il tarixli imtinanın tarixindən təyin edilməsini xahiş etdiyi üçün əlillik təyinatı da məhz həmin tarixdən aparılmalıdır. İddiaçının əlilliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlıdır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 saylı qərarından da görünür ki, iddiaçının travmasının səbəbi – “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2003-cü il tarixdən aparılmış bütün qiymətləndir mələr zamanı əlilliyin səbəb əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilmişdir. Odur ki, iddia tələbində əlilliyin səbəb əlaqəsinin göstərilməsi qeyd edilməsə belə, məhkəmə tərəfindən əlliliyin müəyyən edilməsi zamanı səbəb əlaqənin göstərilməsi tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.

19. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X1 /sədrlik edən və məruzəçi/, X12 və X5) 31 yanvar 2025-ci il tarixli, 2-1(102)-155/2025 nömrəli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2- 1(104)-466/2024 nömrəli qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə - xx.xx.2018-ci il tarixdə iddiaçıya ürək xəstəlikləri əsasında (Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenookardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Qan Dövranı çatmamazlığı İİ dərəcə) Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 nömrəli qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəs i zamanı alınmışdır” səbəbli əlaqəsi kimi müəyyən edilən diaqnozlar içərisində bu xəstəliklər göstərilməmişdir. Qeyd edilənlərə əsasən işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı aydınlaşdırılaraq, ümumi xəstəliklə, yoxsa Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi dəqiqləşdirilməli, bundan sonra işin sadalanan halları nəzərə alınaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 /sədrlik edən və məruzəçi/, X7 və X9) 21 may 2025-ci il tarixli, 2-1(104)-268/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il ta rixli 2- 1(114)-752/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri

25. Şikayətdə və ona əlavədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

26. Belə ki, 2003-cü ildən 2018-ci ilədək 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyini bərpa edilməlidir. “Əlilliyin müəyyən olunması Meyarları”nın 13.4-ci bəndlərinə əsasən Əsas Diaqnoz: “Qamış sümüyü cisminin (diafizinin) sınığı, odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta- aşağı 1/3-nin (2 sm) sümük defekti”, ağırlaşmaları Y36.4“Hərbi əməliyyatlar nəticəsində odlu silah la və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti” M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) daimi ağrı sindromu ilə”, R52.2 “Digər daimi ağrı sindromu ilə” qeyd edilmişdir. Odur ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik bərpa edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Q anunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mü əyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqların ı və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazi rlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Ti bbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olun muş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5 TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6 Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş el ektron imza ilə imzalanır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

31. Kassasiya şikayəti vaxtınd a verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə gör ə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcud olmaması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.

37. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. İş materiallarından görünür ki, 21 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 256 nömrəli müayinə aktına əsasən, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir.

39. Daha sonra iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, diaqnoz: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenookardiyası İİİ fs. Ekstrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” kimi qeyd edilmişdir.

40. Əlillik müddətinin sonu ilə əlaqədar olaraq Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün iddiaçı barəsində Bərdə rayon Mə rkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 S82.2 “Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti”, ağırlaşmaları Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün ort a 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3- nin (2 sm) sümük defekti” M24.5 “Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə”, R52.2 “Digər daimi ağrı sindromu ilə” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması Meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni o lmuşdur. Belə ki, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəkl ə bağlı) ilə bağlı olmuşdur.

42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı iddia ərizə verərək xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də iddiaçının xəstəliyi - Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmdan sonra sol baldırın yuxarı 1/3nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti (ona tibb müəssisəsinin göndərişində qoyulmuş əsas diaqnoz) və ağırlaşmaları “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olmadığından məh kəmələr iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

43. Kassasiya şikayətində iddiaçı həmçinin qeyd edir ki, onun üçüncü dərəcə əlilliyi xx.xx.2023-cü il tarixdən bərpa olunmalıdır. Belə ki, onda olan xəstəliklərdə heç bir sağalma əlaməti mövcud deyildir.

44. Məhkəmə kollegiyası iddiaçının arqumentləri ilə razılaşmayaraq bildirir ki, iddiaçıya müddətsiz əlillik xx.xx.2013-cü il tarixdə təyin edilsə də, xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Başqa sözlə sonradan qəbul edilmiş inzibati aktla iddiaçının əlilliyinin dərəcəsi və müddəti dəyişdirildiyindən qüvvədən düşmüş inzibati aktla müəyyən edilən hallar mübahisə predmeti ola bilməz.

45. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imt inası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

46. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli, 21(104)- 268/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar