Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-273/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı işi üzrə QƏRARİ Açar sözlər: magistr diplomunun tanınması, distant tədris texnologiyalarından istifadə etməklə təhsil alma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Ape lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən verilmiş 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli diploma əsasən iddiaçıya “44.04.01 Pedaqoji təhsil hazırlıq istiqaməti” üzrə magistr ixtisası verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən 2019-cu ildə verilmiş diplomun ölkə ərazisində tanınmasını xahiş etmişdir.
3. Cavabdeh 30.01.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, o, təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilən tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş 106305 ******* nömrəli, 30.04.2019-cu il tarixli magistr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Rusiya Federasiyasında Tolyatti Dövlət Universitetinin magistratura pilləsini 44.04.01 “Pedaqoji təhsil (profil riyazi təhsil)” ixtisası üzrə bitirmişdir. Tədris forması – distant təhsil texnologiyalarının tətbiqi ilə yazışma olmuşdur. İddiaçı 12 avqust 2019-cu ildə diplomunun Azərbaycan Respublikasında tanınması üçün Nostrifikasiya və Akkreditasiya İdarəsinə elektron ərizə təqdim etmişdir. Lakin ona Azərbaycan Respublikasının dövlət sərhəddini daha çox keçməli olduğu bildirilərək rəsmi olaraq nostrifikasiyadan imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(112)-621/2021 saylı qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlə t Universiteti” tərəfindən verilmiş 106305 ******* nömrəli (qeydiyyat nömrəsi 415/9), 30 aprel 2019-cu il tarixli magistr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” arasında bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədə iddiaçının magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı razılaşdırılmışdır ki, belə olan halda, iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur.
9. Qərardan narazı qalan cavabdeh apelyasiya şi kayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2021 saylı, 18 oktyabr 2021-ci tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(112)-621/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qərar qəbul edilmişdir. Belə ki, iddiaçı 2015-ci il tarixində Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetinin “Pedaqoji təhsil” ixtisasına qəbul olmuş və 30.04.2019-cu il tarixində Universiteti bitirmişdir. (iddiaçının təqdim etdiyi arayışa əsasən). Tədrisin ilk 3 ilində Rusiya Federasiyasında olmamış, yalnız sonuncu ildə 1 ay müddətində həmin ölkədə olmuşdur.
14. İddiaçının təqdi m etdiyi və məhkəmənin sübut olaraq istinad etdiyi iddiaçı ilə təhsil müəssisəsi arasında bağlanmış 05.02.2018-ci il tarixli “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1.4-cü bəndində iddiaçının həmin təhsil müəssisəsində magistr təhsil almasının forması kimi “qiyabi distant təhsil texnologiyalarından istifadə etməklə” göstərilmişdir. Belə ki, qiyabi təhsil forması üzrə tədrisə cəlb olunan və “qiyabi distant texnologiyalardan istifadə etmək hüququ verən” müqavilə iddiaçının təhsil aldığı dövrdə yalnız 1 ay müddətində təhsilə cəlb olunmasını özündə nəzərdə tutmamışdır. Eyni zamanda, iddiaçı 2015-ci ildə Tolyatti Dövlət Universitetinə qəbul edilsə də (2015-2016-cı illər birinci kursda oxumuşdur), qeyd edilən müqaviləni 05.02.2018-ci il tarixində imzalamışdır. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq 16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nı: Maddə 1.2. Xarici dövlətlərin ali təhsil sahəs ində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Maddə 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Maddə 1.4. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadət namə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Maddə 1.6 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəh adətnamə ekspertiza keçirilmədən verilir. Maddə 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Maddə 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət eksp ert qrupu yaradılır. Maddə 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Maddə 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. Maddə 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında mü sbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Maddə 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahib lərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
18. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya» Maddə
1. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısınd an alınan sənədlər;b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Maddə
2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Madd ə
3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; Maddə 4. 3-cü maddənin birinci abzasında nəzərdə tutula n şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri 20.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. İş materiallarından görünür ki, iddiaçı 2005-ci ildə Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetini bitirmiş və ona mühəndis elektromexanik ixtisas dərəcəsinin verilməsi haqqında diplom Azərbaycan Respublikasında tanınmışdır. Sonradan iddiaçı Rusiya Federasiyasının Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti”ndə “pedaqoji təhsil hazırlıq istiqaməti” üzrə magistr təhsilini almış və ona 106305 ******* nömrəli, 30 aprel 2019-cu il tarixli diplom verilmişdir. İ ddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də, müraciəti Rusiya Federasiyasının ərazisində təhsil müddəti ərzində qısa müddətdə olması əsası ilə təmin edilməmişdir.
23. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunu mübahisələndirmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişdir.
24. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş edir.
25. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılm adığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən və mahiyyətcə apelyasiya şikayətində qeyd olunmuş eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli sayaraq, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Cavabdeh iddiaçının magistr ali təhsil haqqın da diplomunun tanınmamasının əsası kimi iddiaçının təhsil müəssisəsinin yerləşdiyi Rusiya Federasiyasında qısa müddətdə olmasını göstərmişdir ki, həmin dəlil apellyasiya şikayətinin olduğu kimi kassasiya şikayətinin də əsasını təşkil etmişdir.
29. Məhkəmə tərkibi bu dəlili əsassız hesab edərək qeyd edir ki, iddiaçı ilə Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” arasında bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədə iddiaçının magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı razılaşdırılmışdır ki, belə olan halda, iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur. 30.Cavabdehin şikayətinin di gər dəlili ondan ibarətdir ki, iddiaçı 2015-ci ildə Tolyatti Dövlət Universitetinə qəbul edilsə də (2015-2016-cı illər birinci kursda oxumuşdur), qeyd edilən müqaviləni 05.02.2018-ci il tarixində imzalamışdır. 31.Cavabdehin kassasiya şikayətinin bu dəlili də əsassız olmaqla iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı və Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” arasında 10.09.2015-ci il tarixdə bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədə iddiaçının magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı razılaşdırılmışdır.
32. Beləliklə, məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildiri r ki, hazırkı mübahisə üzrə qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
33. Məhkəmə tərkibi işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, barəsind ə şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.