Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2730/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi, uşaqlıqdan yaranmış xəstəliyin 18 yaşdan sonra davam etməsi və əlilliyin müəyyən olunmasına əsas olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kə rimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 2-1(103)-2124/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxx 1995-ci ildə anadan olmuşdur. 2. xx.xx.1999-cu il tarixli, AZ №005747 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, iddiaçı 4 yaşında olarkən X1 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, 8 yaşında, 2003-cü ildə kəllə-beyin travması almışdır.
3. İddiaçı 15 fevral 2014-cü il tarixdə, yəni 18 yaş 3 ay yaşı olanda baş-beyinin travmatik xəstəliyi. Sağ alın nahiyyəsinin travmadan s/geniş sümük defekti diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, 12 dekabr 2014-cü il tarixdə isə eyni diaqnozla ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməsini xahiş etmiş, cavabdeh 09 mart 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ona ilkin olaraq xx.xx.2014-cü il tarixdən əlillik təyin edilmişdir. Ona əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixində doğulmuşdur. Ailə tərkibi o, anası- Nuriyeva Cəmilə Vəkil qızı və qardaşı X3 ibarətdir. X1 xx.xx.1999-cu il tarixində ölmüşdür. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və xx.xx.2014-cü il tarixində əlillik vəziyyəti qiymətləndirilərək ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlilliyi xx.xx.2014-cü il tarixində təyin edilsə də, əlilliyinin təyini üçün əsas olan xəstəliyi 2003-cü ildən meydana gəlmişdir. Yəni 18 yaşı tamam olana kimi əlil liyin təyini üçün əsas olan xəstəliyi yaranmışdır. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə mənfi cavab verilmişdir. Səbəb olaraq isə o göstərilmişdir ki, əlilliyinin mövcudluğu 18 yaşından sonra təsdiq olunmuşdu.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2-1(112)-1237/2025 nömrəli qərarı ilə (hakim X8) iddia təmin edilmiş, İd diaçı ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun 8 yaşında kəllə-beyin travması alması təsdiq olunduğundan o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanu nun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2025 nömrəli iş üzrə 27 may 2025-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X7 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2-1(112)-1237/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəmə sinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, qanunvericiliyin normalarından müəyyən olunur ki, müraciət etmiş şəxsin əlilliyi olan şəxs hesab olunması üçün, ilkin növbədə inzibati orqan tərəfindən qərar qəbul olunmalıdır. Yəni, əlilliyi müəyyən olunmuş şəxsin əlillik statusunun başlanğıcı inzibati orqan tərəfindən qərar qəbul olunduğu vaxtdan başlanır. Məhkəmənin qərarında qeyd etdiyi - iddiaçının 18 yaşı tamam olanadək əlilliyə əsas verən xəstəliyi səbəbi ilə tibbi nəzarətə götü rülməsi halı onun həmin tarixdən əlilliyi olan şəxs olduğuna dəlalət etmir. Belə ki, şəxsin tibbi nəzarətə götürülməsi sonrakı proseslərin nəticəsində əlilliyin təyin olunması ilə nəticələnməyə də bilərdi. Bu əsasla iddianın təmin olunması qanunvericiliklə tənzimlənən normaların pozulması ilə bərabər, həmçinin ehtimallara əsaslanır. Bundan əlavə əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Qeyd olunanlardan müəyyən olunduğu üzrə iddiaçıya ilkin olaraq xx.xx.2014-cü il tarixdən (ilkin əlillik təyin edildiyi günə 19 yaş) əlillik təyin edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilməsi səbəbindən iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təy in olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.Əmək pensiyasının növləri və tərkibi 4.1.Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1.yaşa görə əmək pensiyası; 4.1.2.əlilliyə görə əmək pensiyası; 4.1.3.ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə b aşçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə bax ırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutu lmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eyn ilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının əlilliyi 18 yaşınadək deyil, sonradan, yəni 18 yaşı tamam olduqdan sonra müəyyən edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun tələbləri baxımından iddianın təmin edilməsi yol verilməzdir.
26. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, məhkəmələ r tərəfindən müxtəlif tibb müəssisələrinə verilmiş sorğular əsasında alınmış cavablar iddiaçının xəstəliyinin 18 yaşdan daha əvvələ uyğun gəldiyi müəyyən edilir.
27. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində yenidən qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, əlilliyin təyin edilməsi üçün göndərişin tarixi xx.xx.2013-cü il, tibbi nəzarətə götü rülmə tarixi xx.xx.2013-cü ildir. Əlilliyinə əsas verən diaqnoz: Baş beyinin travmatik xəstəliyi. Sağ alın nahiyyənin travmadan sonra sümük defekti. 28. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə Bakı şəhər Uşaq RuhiƏsəb Dispanserinin göndərişi əsasında “Posttravmatik ensefalopatiya, qıcolma, astenik sindrom və əqli inkişafın geriliyi” diaqnozu ilə həmin xəstəxanaya stasionar müalicəyə daxil olub. xx.xx.2013-cü il tarixdə həkim-psixiatr tərəfindən müayinə edilərək “Baş beynin travmatik xəstəliyi, ağıl zəifliyi və tez-tez baş verən qıcolma tutmaları ilə“ diaqnozu müəyyən edilib. Xəstəlik tarixində olan X15 Xəstəxanası tərəfindən verilmiş sənəddən görünür ki, İddiaçı 8 yaşında olarkən kəllə-be yin travması alıb və həmin xəstəxananın neyrocərrahiyyə şöbəsində müalicə olunub. Respublika Psixiatriya Xəstəxanasında aparılmış müalicədən sonra xəstənin vəziyyətində yaxşılaşma qeyd edilib və xx.xx.2013cü il tarixdə anasının müşayiəti ilə evə yazılıb. Əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixədək dəfələrlə ambulator və stasionar müalicə almış, 2003-cü ildə kəllə-beyin travması almışdır. 29. 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən F06.8 “Baş-beynin travmatik xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları ilə. Sağ alın nahiyyəsinin travmadan sonra geniş sümük defekti” diaqnozu ilə 7 nömrəli Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olduğu, İİİ qrup müddəts iz əlil olduğu qeyd edilmişdir. Anamnezinə əsasən 2003-cü ildə ağır beyin zədəsi alıb. Uşaq RƏXD qeydiyyatında olub. Dz: Baş beyin travması xəstəliyi, ağıl zəifliyi və tez-tez baş verən qıcolma tutmaları ilə”. xx.xx.2003xx.xx.2003-cü il tarixlərində RƏXD-in stasionarında olub. xx.xx.2013xx.xx.2013-cü il tarixlərində 1 saylı RPX stasionar müalicə alıb. İddiaçı xx.xx.2024-cü il tarixdə ruhi əsəb kabinetinə müraciət edərək Nizami rayonu,Cəmşid ünvan 1 ünvanında qeydiyyatda olmaqla,Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində faktiki olaraq yaşadığı barədə ərizə təqdim etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı sənədlər əsasında iddiaçının 8 yaşında olarkən kəllə-beyin travması alması və buna uyğun olaraq müalicə olunması təsdiq edilir. Başqa sözlə hazırkı halda iddiaç ının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun 8 yaşında kəllə-beyin travması alması təsdiq olunduğundan, ilk dəfə əlilliyi 18 yaş 3 aylığında, sonra isə 19 yaşında müəyyən edilərkən əlilliyə səbəb kimi 8 yaşında aldığı kəllə-beyin travması göstərildiyindən o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
31. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati k ollegiyasının 2-1(102)2925/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqedə əks edilmişdir. Həmin qərarda kollegiya qeyd etmişdir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 21(103)-2124/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.