Məhkəmə qərarları › İş №2-1(102)-2734/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2734/2024

05.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2734/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.12.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi" tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası X4 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mühafizə və təminat briqadasının (N nömrəli hərbi hissə) avtomobil taborunun avtomobil bölüyünün (minik avtomobillərinin) avtomobil tağımının avtomobil manqasının sürücüsü çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. Tərtər hərbi porkurorluğunun müstən tiqi vəzifəsi üzrə stajor X2 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, N nömrəli hərbi hissənin giziri X1 24 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon Yeni Şıxımlı kənd ərazisində üzərində olan siqnal tapança ilə havaya 6-7 dəfə atəş açması əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş İddiaçı B.G.Zeynalovun törətdiyi əməlləri ilə əlaqəsi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Resp ublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 31 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş N nömrəli hərbi hissənin komandirinin nizami hissə üzrə 43 nömrəli əmrlər kitabının 4-cü cildindən minik avtomobilləri bölüyünün sürücüsü MAHHXHQ çavuş İddiaçı Kürdəmir və Yevlax şəhərlərinə ezam olunması haqqında xx.xx.2021-ci il tarixli, 188 nömrəli əmrin 2-ci paraqrafının 4-cü bəndinin surəti məhkəməyə təqdim olunması üçün göndərilmiş, lakin qeyd olunan əmrlər kitabında İddiaçı xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq növündə intizam cəzası almasına dair əmr aşkar olunmamışdır.

4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 04 noyabr 20 23-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı ilə bağlı töhmət və xəbərdarlıq əmrlərin, eləcə də onun ezamiyyətdə olması və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin verilməmişdən öncə izahatının alınması ilə bağlı sənədlərin həmin hərbi hissə tərəfindən DTX-yə təqdim edilmiş sənədlərin sırasında olmadığından həmin sənədlərin göndərilməsi mümkün olmamışdır.

5. İ-82139 nömrəli vəsiqənin surətinə görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsində) iştirakına görər “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Tərtər Hərbi Prokurorluğunun 2/59C-21 saylı, 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, “Cinayət isinin başlanmasının rədd edilməsinə dair” qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası X4 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilməyi və buraxılmış müddətə görə əmək haqqının və digər müavinətlərin tam olaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdir ilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Orta təhsillidir. Hərbi vəzifəlidir, 04 iyul 2014-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına salınmışdır. 24 avqust 2014-cü il tarixdə N saylı hərbi hissədə hərbi and qəbul etmişdir. 01 oktyabr 2014-cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək MNnin N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Ehtiyata buraxıldıqdan sonra kö nüllü olaraq, 18 may 2016-cı il tarixdən 19 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 12318 saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 01 aprel 2021-ci il tarixdən N oktyabr 2021-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi sürücü vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən «xidməti uyğunsuzluğa görə» Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, 316 saylı əmri ilə ehtiyata buraxılaraq, qeydiyyata durmaq üçün Azərbaycan Respubl ikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Şöbəsinə göndərilmişdir. Hərbi qanunvericiliyə riayət edərək, 28 oktyabr 2021-ci il tarixdən hərbi qeydiyyata alınmışdır. Onun hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmağına əsas səbəb kimi, Kürdəmir rayonunda ezamiyyətdə olarkən, hərbi qulluqçular arasında baş vermiş anlaşılmaz hadisə ilə əlaqədar toplanmış material sənədləri olmuşdur. Tərtər Hərbi Prokurorluğunda 22/59C-21 saylı araşdırma materialı üzrə 28 oktyabr 2021-ci il tarixlibarəsində cinayət isinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2 (əməlində cinayət tərkibinin olmaması) maddəsinə əsasən rədd edilməsi barədə qərar qəbul edilmişdir. Xidmət etdiyi Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandanlığı Tərtər Hərbi Prokurorluğu tərəfində n araşdırmanın nəticəsini gözləmədən, tələm-tələsik onun barəsində ədalətsiz qərar qəbul edərək, onun konstitusion hüquqlarını pozmuşdur. Hesab edir ki, X4 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin barəsində çıxartdığı 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ləğv edilməli, onun hərbi xidmətə bərpa olunaraq hərbi xidmətini davam etdirmək barədə qərar qəbul edilməlidir.

9. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarı ilə (hakim F.Abbasov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası X4 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmri ləğv edilsin və İddiaçı müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunan “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində “vəzifəsinin öhdəsindən çətinliklə gəlməsinin, nizam-intizamsız hərbi qulluqçu olmasının” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməməsini, habelə 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxımlı kəndində ezamiyyətdə olduğu zaman İddiaçı avtomobili yaxınlıqda yerləşən kafenin birin ə sürərək spirtli içki qəbul etməsi, daha sonra yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi, kənd ərazisində ictimai asayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançasından 7-10 dəfə atış açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması, eləcə də N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı barəsində qərarda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsinə səbəb olan “şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarının hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı “20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə hüquqi əsası olmayan əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, F.Hüseynov və İ.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası X4 müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilmiş və İddiaçı hərbi xidmətə bərpa edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qər ardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 16. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra bur axılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir.

17. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

18. Hər iki məhkəmə qərar qəbul edərkən aşağıdakıları nəzərə almamışdır: iddiaçıya geyim formasını düzgün daşımadığı üçün xx.xx.2021-ci il tarixdə töhmət verilmiş, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraqxidmətində dönüş yaratmadığına görə xx.xx.2021-ci il tarixdə "xidmətə tam uyğunsuzluq barədə xəbərdarlıq” edilmişdir, şərəf məhkəməsi keçirilmişdir, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata butaxılmasına dair təqdimat tərtib edilərək göndərilmişdir.

19. Məhkəmə nəzərə almamışdır ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən “cinayət işinin başlanma sının rədd edilməsi barədə” qərarın qəbul edilməsi, İddiaçı yuxanda qeyd olunmuş hərəkətlərin edilməsini inkar etmir.

20. Hazırkı İşin faktiki hallarından görünür ki, iddiaçı barəsində hərbi xidmətdən ehtiyata buraxılması əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən qəbul edilmişdir. Belə ki, şərəf məhkəməsinin qərarında göstərilmişdir ki, "... həmin hərəkətləri edərək hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə və xələl gətirərək Azərbaycan Ordusunun hərbi qulluqçusuna yaraşmayan bir hərəkətinə yol verildiyi qeyd olunmuşdur.”

21. Doğrudur ki, araşdırma başlanılmış, iddiaçının hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

22. Lakin həmin qərarda da görmək olar ki, iddiaçının hərək ətlərində hərbi qulluqçunun şərəf və ləyaqətinə yaraşmayan hallar olub.

23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarını tam ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 24. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Maddə 156. hərbi qulluqçular Azərbayca n Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... “e” bəndi. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Maddə

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Maddə

165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Maddə

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqın da (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-c ü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəm ə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məlum olduğu kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkə məsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərаrının dəyişdirilməsi, iddianın təmin edilməsi, Azərbaycan Respublikası X4 müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi və İddiaçı hərbi xidmətə bərpa edilməsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli və 04 noyabr 2023-cü il tarixli məktublardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir (əksinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edil məmişdir). İddiaçı ona edilən iradları anlayışla qəbul etmiş, qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş (hərçənd ki, həmin nöqsanların onun tərəfindən edilmədiyi sübuta yetirilmişdir) və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə gələcəkdə bir daha belə hallara yol verməyəcəyini və xidmət etmək istədiyini bildirmişdir. İddiaçı hərbi xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsində) iştirakı, bununla əlaqədar “Vətən müharibəsi iştirakçısı” medalının alması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. Hansı ki, “İnzibati İcraat haqqınd a” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı halda cavabdeh inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirən zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol vermiş və diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və inzibati orqanın güddüyü qanuni məqsədinə uyğun həyata keçirməmişdir. Cavabdeh inzibati orqan isə hazırda mübahisələndirilən inzibati aktın verilməsini şərtləndirən faktiki əsasları inzibati aktı nda və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir.”

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası X4 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mühafizə və təminat briqadasının (N nömrəli hərbi hissə) avtomobil taborunun avtomobil bölüyünün (minik avtomobillərinin) avtomobil tağımının avtomobil manqasının sürücüsü çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

30. Həmçinin iş materiallarında olan Tərtər hərbi porkurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, N nömrəli hərbi hissənin giziri X1 24 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon Yeni Şıxımlı kənd ərazisində üzərində olan siqnal tapança ilə havaya 6-7 dəfə atəş açması əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş İddiaçı B.G.Zeynalovun törətdiyi əməlləri ilə əlaqəsi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

31. Halbuki mübahisələndirilən Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrinin və həmin əmrin verilməsinə əsas olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatın, o cümlədən N nömrəli hərbi hissənin MAHHXHQ-nın xx.xx.2021-ci il tarixli şərəf məhkəməsinin qərarının məzmunundan görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına əsas onun 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxməmmədli kəndində ezamiyyətdə olduğu zaman saat 20:30 radələrində qaydaları pozaraq hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsini təyin olunmuş marşrutla idarə etməmiş, avtomobili yaxınlıqda yerləşən kafenin birinə sürərək spirtli içki qəbul etmiş daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etmiş, kənd ərazisində ictimai asayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançısından 7-10 dəfə atəş açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması olmuşdur.

32. Beləliklə səs tapançasından atəşi iddiaçı yox, gizir B.Zeynalov açmışdır.

33. Eyni zamanda iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 1093 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər və hərbi hissəyə müvəqqəti gəlmiş və müvəqqəti getmiş hərbi qulluqçul arın qeydiyyat kitabları (forma-5) xx.xx.2022-ci il tarixli telefonoqrammaya əsasən Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Odur ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq olması barədə məlumatları, həmçinin sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ezamiyyətdə olub-olmamasını təsdiq edən sənədləri təqdim etmək mümkün deyildir.

34. Bununla yanaşı iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş N nömrəli hərbi hissənin komand irinin nizami hissə üzrə 43 nömrəli əmrlər kitabının 4-cü cildindən minik avtomobilləri bölüyünün sürücüsü MAHHXHQ çavuş İddiaçı Kürdəmir və Yevlax şəhərlərinə ezam olunması haqqında xx.xx.2021-ci il tarixli, 188 nömrəli əmrin 2-ci paraqrafının 4-cü bəndinin surəti məhkəməyə təqdim olunması üçün göndərilmiş, lakin qeyd olunan əmrlər kitabında İddiaçı xx.xx.2021ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq növündə intizam cəzası almasına dair əmr aşkar olunmamışdır.

35. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 04 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı ilə bağlı tö hmət və xəbərdarlıq əmrlərin, eləcə də onun ezamiyyətdə olması və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin verilməmişdən öncə izahatının alınması ilə bağlı sənədlərin həmin hərbi hissə tərəfindən DTX-ya təqdim edilmiş sənədlərin sırasında olmadığından həmin sənədlərin göndərilməsi mümkün olmamışdır.

36. Həmçinin iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubuna əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin nizami hissə üzrə 43 nömrəli əmrlər kitabının 4-cü cildindən görünür ki, minik avtomobilləri bölüyünün sürücüsü MAHHXHQ çavuş İddiaçı Kürdəmir və Yevlax şəhərlərinə 30 (otuz) günlük ezamiyyətə (baş leytenant A.Əhmədovun raportu əsasında) göndərilmişdir.

37. Xüsusi olaraq qeyd edilməlidir ki, iş materiallarında olan İ-82139 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsində) iştirakına görər “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir.

38. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, özünün təhkim olunduğu komandirdən razılıq aldıqdan sonra çavuş Bəhruzun xahişi ilə onun yanına getmiş və onu dediyi ərazidən götürmüş və sonra özü hərbi hissəyə qayıtmışdır. Bu zaman spirtli içki içməmiş, avtoxuliqanlıq etməmiş və tapança ilə havaya atəş açmamışdır.

39. Beləliklə apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına əsas olan əmrdə və təqdimatda, o cümlədən şərəf məhkəməsinin qərarında göstərilən faktiki hallar mövcud olmamışdır. Başqa sözlə, müəyyən edilmişdir ki, təqdimatda, əmrdə və şərəf məhkəməsinin qərarında yazılanların iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Başqa sözlə, iddiaçının spirtli içki qəbul etməsi, daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi, kənd ərazisində ictimai asayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançısından 7-10 dəfə atəş açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması sübut olunmamışdır və həmin halların iddiaçı tərəfindən törədilməsinə dair ca vabdeh hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda xidmət dəftərində qeyd edilən xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq növündə intizam cəzalarının iddiaçıya elan edilməsi və ümumiyyətlə belə bir əmrlərin iddiaçının xidmət etdiyi dövrdə qəbul edilməsi müəyyən edilməmişdir.

40. Bununla yanaşı qeyd edilməlidir ki, işin İ cildinin 66-cı səhifəsində Müdafiə Nazirliyinin N hərbi hissənin iddiaçıya verilmiş xidməti xasiyyətnamənin əksər hissəsi iddiaçını müsbət tərəfdən xarakterizə edir.

41. Belə ki, xidməti xasiyyətnamədə yazılmışdır ki, “MAHHXHQ çavuş İddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamı zəif hərbi qulluqçu kimi göstərmişdir. Sıra düzülüşünə gecikib. Avtomobil texnikası ilə çıxışda olan zaman kobud intizam pozun tusuna yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına sözsüz tabe olur, hərbi anda sadiqdir, hərbi nizamnamələrinin tələblərini bilir, amma gündəlik xidmətində nöqsanlara yol verir. Komandir və rəislər tərəfindən verilmiş əmr və sərəncamları vaxtında yerinə yetirməyə çalışır. Hərbi libası sevir, səliqəli və yüksək qürur hissi ilə daşıyır. Ona təhkim edilmiş avtomobil texnikasını düzgün istismar edir və daim döyüşə hazır vəziyyətdə saxlayır. Özünə qarşı tələbkardır və xidmətdə göstərilən nöqsanlardan müsbət nəticə çıxarmağı bacarır. Fiziki cəhətdən sağlamdır”.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır və daha yüngül cəza tədbirinin tətbiq edilməsi düzgün və ədalətli ola bilərdi.

43. Belə ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, “sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir.”

44. Məlum olduğ u kimi inzibati orqan «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 61.1, 61.2, 61.3, 61.4-cü maddələrinə əsasən qəbul etdiyi inzibati aktı yazılı şəkildə əsaslandırılmalı, bu zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməli və diskresion səlahiyyətlər daxilində qəbul etdiyi halda isə öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

45. Bu baxımdan apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində tətbiq edilmiş “uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılma” ilə bağlı əmr törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə, həmçinin İddiaçı xidməti xasiyyətnaməsinə uyğun olmamışdır.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar