Məhkəmə qərarları › İş №2-1(102)-2734/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2734/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2734/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2095/2025 nömrəli 22 may 2025-ci il tarixli qərarından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respubİikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək "ECOSU" əmtəə nişanının qeydiyyata alınmasını xahiş etmişdir. 2.Cavabdehin 15 may 2024-cü il tarixli 17 nömrəli protokolla təsdiq edilmiş qərarına əsasən, iddiaçı tərəfindən iddia olunan "ECOSU" əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 17 nömrəli 15 may 2024-cü il tarixli qərarının və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının AP 2024089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi; iddiaçıya məxsus "ECOSU" əmtəə nişanının əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində qeydiyyata alınması və həmin əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh qurum tərəfindən imtina edildikdən sonra o, həmin qərardan narazı olduğuna görə cavabdehin Apellyasiya şurasına etiraz vermişdir. Apellyasiya şurasının AP 2024-089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının etirazı əsassız hesab edilm iş və təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 nömrəli 15 may 2024-cü il tarixli, habelə Apellyasiya şurasının AP 2024-089 nömrəli 03 sentyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh müraciətin təmin olunmasından imtina edərkən, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun") 5-ci maddəsinin "c" bəndinə istinad etmiş və imtinasının əsası kimi "ECOSU" adlı əmtəə nişanında əmtəənin keyfiyyətinin, təyinatının və digər xüsusiyyətlərin göstərildiyini qeyd etmişdir. Qanunun "Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları” adlı 5-ci maddəsinin "c" bəndinə əsasən əmtəələrin və ya xidmətlər in növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Nəzəri olaraq əmtəənin keyfiyyəti əmtəənin/məhsulun onun təyinatına uyğun olaraq müəyyən tələbatı ödəmək qabiliyyətini əsaslandıran yararlılıq xassələrinin məcmusudur. Əmtəənin təyinatı isə əmtəənin hansı məqsədlə istifadə olunacağını bildirən müəyyən xüsusiyyətləri ifadə edir. Bu mənada tərəfindən iddia olunan "ECOSU" adlı əmtəə nişanında əmtəənin keyfiyyəti, təyinatı və digər xüsusiyyətləri ifadə olunmamışdır. Bundan əlavə: 1. “ECOSU” – “ekoloji su” ifadəsinin qısa forması kimi nəzərdə tutulmamışdır. Əgər cavabdeh “Ecosu” əmtəə nişanını “ekoloji su” ifadəsinin qısa forması və “ekoloji su” ifadəsində olan “ ekoloji” sözünü təqdim etdiyi əmtəənin keyfiyyətinin ifadəsi kimi hesab edirsə (halbuki, niyyətim "Ecosu"nun “ekoloji su”" olaraq anlaşılması deyil), bununla bağlı aşağıdakılar məhkəmənin nəzərinə çatdırılır: "Ekoloji" sözü, ümumiyyətlə, keyfiyyət bildirmir. Latın mənşəli olan bu söz “oykos” (“ev, daxma”) sözündən törənmişdir. Hazırda bu söz "ətraf mühit, çevrə" sözlərinin ekvivalenti olaraq işlədilir. Yəni, “ekoloji” heç də təmiz, saf, faydalı anlamını vermir. Bu söz ətraf mühitdə olan istənilən obyektə şamil edilə bilər (keyfiyyətindən asılı olmayaraq). Bu baxımdan əgər iddia etdiyi əmtəə nişanı “ekoloji cəhətdən təmiz su”, yaxud “ekoloji təmiz su" olsa idi, keyfiyyət bildirmiş olardı. 2. “ECOSU” – “ekonom su” ifadəsinin qısa forması deyil. Əgər cavabdeh hesab edirsə ki, “Ecosu” “ekonom su” ifadəsinin qısa formasıdır və “ekonom su” ifadəsindəki “ekonom” sözü təqdim etdiyi məhsulun dəyərini bildirir, iddiaçının isə həmin əmtəə nişanının müəllifi olaraq belə bir niyyəti yoxdur. Göründüyü kimi, “Ecosu” ifadəsi müxtəlif mənalar daşıya bilər, lakin izahını müəllif kimi yalnız o özü verə bilər. Hər bir halda müəllif olaraq qeyd edir ki, “ECOSU” əmtəə nişanı kontekstində “Eco” hissəsi “ekoloji” və ya “ekonom” kimi deyil, tamamilə fərqli, ayrılıqda heç bir məna daşımayan bütöv bir sözdür. Beləliklə, iddia sənədi üzrə cavabdehin qərarı, habelə onun Apellyasiya şurasının qərarı heç bir faktiki və hüquqi əsasa söykənməmişdir. Halbuki, "İnzibati icraat haqqında" Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Yuxarıda qeyd olunan hallar cavabdehin qərarlarının məhkəmə tərəfindən ləğv olunmasına və müvafiq hərəkətlərin həyata keçirilməsinin cavabdehə həvalə olunmasına hüquqi əsas yaratmışdır. 5.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3935/2025 saylı 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əmtəə nişanının təyinatına uyğun olaraq əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xi dmətlərdən fərqləndirməkdən ibarətdir. Nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. “ECOSU” nişanı iddia olunan əmtəələrin keyfiyyətini, təyinatını və istifadə edilmə məqsədini ifadə edir və təsviredicidir. Beləliklə, iddia olunan nişan bir sahibkarın əmtəəsini digər sahibkarın əmtəəsindən fərqləndirmə qabiliyyətinə malik deyil. 7.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərkibində “eco” elementi olan və əqli mülkiyyət hüquqları qeydiyyata alınmış bir sıra əmtəə nişanlarını məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş digər əmtəə nişanları hazırkı iddia tələbi üzrə qeydiyyatı tələb olunan “ECOSU” nişanı ilə analoji xarakterli hesab oluna bilməz. 8.Məhkəmə nəzərə almışdı r ki, sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər. “ECOSU” əmtəə nişanında “eco” hissəciyi söz işarəsi olaraq istifadə edilsə də, təqdim edilmiş “ECO JUİCE”, “ECO FRUİT” əmtəə nişanlarında “eco” təsviri element kimi əks olunmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2095/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və M.Tağız adə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş bərabərlik prinsipi pozulmuşdur. Nəzərə alaq ki, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan və qeydiyyat adlarını əmtəə nişanı kimi də istifadə etməkdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qurumların da əmtəə nişanları mövcuddur. Məhkəmənin mövqeyi baxımından sözügedən əmtəə nişanları da qeyri-qanuni təşviq edilmə çərçivəsində dəyərləndirilmiş sayıla bilər. 14.Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Məhkəmə isə öz qərarında yanlış olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə “ECOSU” əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınması tələb edilir. Belə olan təqdirdə bərabərlik prinsipinə istinad edilə bilməsi üçün analoji xarakter daşıdığı iddia edilən müvafiq əmtəə nişanının bir sıra ortaq meyarlarla yanaşı, Azərbaycan Respublikasında qeydiyya ta alınmış olması zəruridir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər əmtəə nişanlarının Azərbaycan Respublikasında qeydiyyata alındığı müəyyən edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvi. edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Maddə 4. sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxanda göstərilənlərin hər hansı uzlaşması əmtəə nişanı kimi qeydə alına bilər: Maddə 5. “c” bəndi. əmtəələrin və ya xidmətlərin növünü keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarix və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. Maddə 15. 1-ci hissə. iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyət, orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər; 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya ş ikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 20.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 21.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları q eyd etməyi zəruri hesab edir. 23.Hazırkı işdə iddiaçının hüquqi marağı 2024 00735 nömrəli iddia sənədi üzrə “ECOSU” əmtəə nişanının qeydə alınmasından ibarətdir. 24.Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik o lmasından asılı ola bilər. 25.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia edilən əmtəə nişanında olan “ecosu” ifadəsi müvafiq istehlakçı tərəfindən “ekoloji su” kimi başa düşüləcəkdir. “ECOSU” işarəsi nişanda mərkəzi hissədə yerləşir və orjinal təsviri elementə malik olmamaqla yanaşı iddia edilən əmtəələri və xidmətlər üzrə təsviri xarakter daşıyır. Əmtəə nişanının tərkibində istifadə edilən mühafizəsiz elementlər nişanın qrafik mərkəzi rolunu oynamamalı və istehlakçıların diqqətini cəlb edən hissədə yerləşməməlidir. Bu səbəbdən, iddia edilən nişan, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan qorunma tələb olunan nişanın ticari və ya istehsal mənşəyi kimi qəbul edilməyəcəkdir. Qeyd olunanlara əsasən də, istehlakçıları çaşdırmaq ehtimalının yüksək olduğu deyilə bilər.

26. Odur ki, iddia edilən nişan istehlakçıda yüksək keyfiyyətə malik və ya yüksək keyfiyyətli əmtəə istehsal edilməsi düşüncəsini yaradır. Həmçinin istehlakçı tərəfindən iddia edilən nişan dəyər ifadəsini çatdırmaqdan ibarət olan təşviqedici tərif şüarı kimi qəbul ediləcəkdir. İddia edilən nişan əmtəənin digər eynicinsli əmtəələrdən üstün olduğuna çağırış kimi başa düşülür. Eyni zamanda əmtəənin keyfiyyətinin göstəricisi kimi aydın şəkildə nəzərə çarpır və iddia olunan əmtəələrin xüsusiyyətinə göstəriş olmaqla onu tərifləyir. 27.Beləliklə, kollegiya apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması əmtəə niş anı kimi qeydə alına bilər. “ECOSU” əmtəə nişanında “eco” hissəciyi söz işarəsi olaraq istifadə edilsə də, təqdim edilmiş “ECO JUİCE”, “ECO FRUİT” əmtəə nişanlarında “eco” təsviri element kimi əks olunmuşdur. 28.Belə olan təqdirdə kollegiya qeyd edir ki, bərabərlik prinsipinə istinad edilə bilməsi üçün analoji xarakter daşıdığı iddia edilən müvafiq əmtəə nişanının bir sıra ortaq meyarlarla yanaşı, Azərbaycan Respublikasında qeydiyyata alınmış olması zəruridir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər əmtəə nişanlarının Azərbaycan Respublikasında qeydiyyata alındığı müəyyən edilməmişdir. 29.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2095/2025 nömrəli 22 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar