Məhkəmə qərarları › İş №2-1(102)-2735/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2735/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2735/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması üçün əsasların mövcudluğu, əlilliyin təyinat tarixinin düzgün göstərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2025-ci il tarixli, 21(103)-2098/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu. İfadəli davranış pozuntuları. Tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir. 2. xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxil olmalarla və kəkələmə ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar– 7.6.2.1). 3. xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (X11 İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar– 7.6.2.1). 4. xx.xx.2024-cü il tarixində baş beyin üzvi xəstəliyi ( İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində əyani baxışda iştirak etdiyi, əlilliyin qiymətləndirilməsi üçün H00183189DGD saylı forma 88-ə rəsmi statusun verilməsi və elektron sistemə yüklən məsi öhdəliyininin Dövlət TibbiSosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xuduyev X7 azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş, yaralanaraq qazi olmuşdur. İddiaçı Silahlı Qüvvələrinin hərbi qulluqçusu, xüsusi təyinatlı İddiaçı Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Müharibə iştirakçısı” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.2021-ci ildən 3-cü dərəcəlik əlillik diaqnozu qoyulmuşdur. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti kəskin səkildə pisləşmişdir. Buna görə də əlillik dərəc əsinin artırılmasına dair müxtəlif tibbi komissiyalardan keçərək 2024-cü ilin aprel ayında Tibbi Sosial Ekspert Komissiyasına müraciət olunmuşdur. H00183189DGD saylı forma 88-ə Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən əyani baxışa dair çoxsaylı şikayətlərdən sonra tərtib edilmişdir. İddiaçı özü hərəkət edə bilmir, danışma qabiliyyətini itirmişdir və özünü idarə edə bilmir. Hərbi Həkim Komissiyası yaxınlarının komissiyada iştirakına şərait yaratmır, dərmansız halda apardıqda müayinəyə qeyri-adekvat olduğu üçün müayinədən ümumiyyətlə imtina edirlər, dərmanlar və sakitləşdiricilər qəbul etdikdə də eyni qaydada belə halda müayinə edə bilmədiklərini bildirirlər. Sonuncu müayinənin cavabı isə xx.xx.2024-cü il tarixdən təqdim edilməmiş, elektron formada sistemə, şəxsi kabinetə yüklənməmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-3655/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında 26.07 2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müay inənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 187 nömrəli Şəhadətnamə verilmişdir Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasiyalar və kəkələmə ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 2618/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (kəllə-beyin travması mənşəli) nəticəs ində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntusu, tez-tez bas verən dekomoensasivalar və kəkələmə ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1770/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (kəllə-beyin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez bas verən dekompensasiyalarla, kəkələmə, psixotik daxilolmalarla.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-cü il tarixli 1446 nömrəli Tibbi rəyində diaqnoz “Baş beyin üzvi xəstəliyi kəllə-beyin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozun tusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxilolmalar və kəkələmə ilə, kımı müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, baş ağrısından, kəkələmədən, qulaqda küydən, yuxunun pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu.” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının p ozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyanı müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 187 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekornoensasivalar və kəkələmə ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatrıya X əstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4011 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekornoensasivalar, cari psixotik vəziyyət, epileotiform tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 1260 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin xəstəliyi (İİ Qarabağ müharibəsində kəllə-beyin travması mənşəli) nəticəsində yaranan kəskin ifadə olunan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalaria, nitqin kəskin kəkələməsi, davamlı sizofrenə bənzər psixotik pozuntu, kənar şəxsin müşayiətinə ehtiyac var” kimi müəyyənləşdirilmişdir. Müay inə zamanı RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, danışmamış, qışqırmışdır. Bu səbəbdən xəstəni müayinə etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli komissiyada anası övladının avtomobildə müayinə edilməsini istəmiş, ona bunun imkansız olduğunu və “vəziyyətinə” uyğun olaraq daimi nəzarətdə stasionar şəraitdə müalicə olunması tövsiyyə edilmişdir. Lakin buna əməl edilmədən, xəstəni yenidən komissiyaya gətirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən tam aydınlaşdırılması mümkün olmamış, qeyd olunan diaqnozlarla sərgilənən klinika uyğunsuz hesab edilmiş və əlillik dərəcəsinin güclənməsinə əsas verə biləcək əlamətlər kimi qəbul edilməmişlər. Nəticədə xx.xx.2023cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müd afiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.

7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının 65-80% pozulmasının müddətsiz olaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)3812/2024 saylı, 13 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)3812/2024 saylı, 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakim X5) ilə iddia qismən təmin edilmiş, İddiaçı orqanizmin funskiyalarının 6580% pozulmasının göndərişin v erildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

10. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31+60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) qiymətləndirildiyi tarixə 3 ildir (2021-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir. Belə olan təqdirdə əlilliyin müddətsiz təyin edilməsi üçün müddət tələbi yerinə yetirilməmişdir.

11. İddianın təmin edilən hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının “şizofreniya, fasiləsiz gediş” xəstəliyi ilə müddətsiz əlilik təyinatı üçün həmin xəstəlik onda F20 diaqnozu ilə 5 ili ərzində müşahidə olunmuş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.3-cü bəndinə əsasən müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ail ə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tamam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilinməməsi müddətsiz olaraq sağlamlıq imkanlarının 85-100 pozulması ilə əlillik təyin edir. İddiaçıya qoyulan diaqnoz isə F07 olmaqla həmin diaqnoz müddətsiz əlillik təyin etmir. Əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 16 may 2025-ci il tarixli, 21(103)-2098/2025 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), ƏKbərov Kamran Hüseyn oğlu və X9) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)3812/2024 saylı, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

17. Belə ki, iddiaçının orqanizminin funksiyalarının 35 faiz pozulması öz təsdiqini müvafiq tibbi sənədlər əsasında tapsa da, məhkəmə əsassız olaraq ona orqanizminin funksiyalarının 65-80% pozulması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu bar ədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 ya nvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi -sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfi ndən 15 (on beş) iş gününədək uzadıla bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Sıra №-si 7.6.2 7.6.2.1. 7.6.2.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq XBT-10 dərəcəsi, mərhələsi, orqanizmin (kod) funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu postensefalit sindromu postkontuzion sindrom baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla te z-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən Orqanizmin funksiyalarının pozulması faizi O rqanizmin funksiyalarının pozulması müddəti F06 F07.0 F07.1 F07.2 F07.8 35-60 2 il 65-80 2 il daimi müşahidə zərurəti

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən sağ lamlıq imkanlarının 65-80% pozulmasının müddətsiz olaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə yönəlmişdir.

26. Məhkəmələr iddiaçının tələbini qismən əsaslı hesab edərək iddiaçının orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyini cavabdeh inzibati orqana həvalə etmişlər. İddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən şikayət verilməmişdir.

27. Hazırki iş üzrə cavabdeh iddiaçının iddia tələbinin təmin olunan hissəsinin əsassız olması qənaətindədir. Qeyd edilir ki, iddiaçının orqanizminin funksiyalarının 35 faiz pozulması öz təsdiqini müvafiq tibbi sənədlər əsasında tapsa da, məhkəmələr işin düzgün araşdırmaması nəticəsində ona orqanizmin funksiyaların ın 65-80% pozuntusunu müəyyən etmişlər.

28. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının orqanizmin funksiyalarının 65-80% pozulmasının müəyyən olunması apellyasiya instansiya məhkəməsinin araşdırması ilə işdə olan sənədlərlə öz təsdiqini tapmışdır.

29. Belə ki, Respublika Psixiatriya Xəstəxanası X14 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4011 nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, cari psixo tik vəziyyət, epileptiform tutmalarla F07.0” müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd edilən əlillik müəyyən edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (2021-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı Psixi Sağlamlıq Mərkəzi, 2 nömrəli X4, Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, Daxili İşlər Nazirliyi X6) təsdiqlənmişdir.

31. Həmçinin iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin qiymətlən dirməsi zamanı orqanizmin funksiyalarının pozulması faizinin (7.6.2.1-ci bəndə əsasən 35-60 faiz, 7.6.2.2-ci bəndə əsasən 65-80 faiz) müəyyən edilməsində əsas meyarlardan biri şəxsin daimi müşahidə zərurətinin olması, eləcə də xəsəliyin azı 2 il davam etməsidir. Belə ki, orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi (7.6.2.1) üçün əsas kimi “bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” nəzərə alınsa da, orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi üçün əsas “daimi müşahidə zərurəti”nin olması və xəstəliyin azı 2 il davam etməsidir.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin həmin Meyarların 7.6.2.1-ci bəndinə əsasən təyin edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

33. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçının orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyarkən əlilliyin təyinat tarixinin xx.xx.2024-cü i l tarixdən müəyyən etməklə haqlı olmamışdır.

34. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi vaxtı deyil, göndərişin verildiyi tarixdir.

35. Kollegiya apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hall arda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

36. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya göndəriş verilmiş, xx.xx.2024-ci il tarixdə iddiaçıya münasibətdə qiymətləndirilmə aparılmışdır. Başqa sözlə inzibati orqanın imtina qərarı xx.xx.2024-cü il olmuşdur.

37. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, hazırkı iş üzrə iddia məcburetmə haqqında iddia növünə aiddir və belə növ iddialarda iddiaçı inzibati orqanın qəbul etdiyi aktın ləğvini və ya dəyişdirilməsini tələb edə bilər. Hazırki halda inzibati orqanın qəbul etdiyi akt xx.xx.2024-cü il tarixinə təsadüf etdiyindən, iddiaçının əlilliyinin tarixi xx.xx.2024cü il tarixdən hesablanmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2025-ci il tarixli, 21(103)-2098/2025 saylı qərarı dəyişdirilsin. Əlilliyin müəyyən olunması 19 iyul 2024-cü il tarixdən hesab edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar