Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2736/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2736/19 Bakı şəhəri 27 noyabr 2019-cu il Açar sözlər: pensiya qanunvericiliyinin zamana görə tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili XXXnin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli, 2-1(103)-1221/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2008-2015-ci illər üzrə əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 03 i yun 2008-ci il tarixdən 01 mart 2015-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1983-1985-ci illərdə müddətli hərbi xidmətdə olmuş, 19861989-cu illərdə Bakı Politexnik Texnikumunun “X1” fakultəsində orta ixtisas təhsili almış, 28 avqust 1990-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİdə polis serjantı vəzifəsinə işə qəbul edilmiş, 03 iyun 2008-ci il tarixdə yaşla əlaqədar işdən azad edilmişdir. Əmək pensiyasının təyin olunma sına dair cavabdehə müraciət etmiş, cavabdeh isə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanaraq əmək pensiyasının təyin olunması üçün təqdim edilməli olduğunu bildirməklə imtina etmişdir. İddiaçı, təminat xərcliyinə dair məlumat vərəqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2017-ci il tarixli qərarı ilə iddianı təmin etmiş, yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdırlar. Bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən əmək pensiyasının verilməsi üçün tələb olunan məlumat vərəqəsi cavabdehə göndərilmiş, cavabdeh isə 2018-ci il in iyun ayından iddiaçıya əmək pensiyası təyin etmişdir. İddiaçı onun əmək pensiyasının 2008-ci il tarixdən hesablanmaqla ödənilməsinə dair cavabdehə müraciət etmiş, cavabdeh isə əmək pensiyasının yalnız müraciətdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsinin mümkün olduğunu bildirmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. İddiaçı ərizə ilə quruma 12 iyun 2018-ci il tarixdə müraciət etdiyindən, onun pensiyasının 2008-ci il tarixdən hesablanaraq ödənilməsi qanunamüvafiq deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-1(81)848/2019 saylı qərardadı ilə (hakim Tahirə Əliyeva) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2-1(81)848/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, əmək pensiyası şəxsin müraciəti əsasında onun əmək pensiyasını almaq hüququnun yarandığı tarixdən, lakin qanunun qüvvəyə min diyi tarixdən tez olmamaqla təyin edilir. İstinad olunan qanun 01 yanvar 2006-cı il tarixdə qanuni qüvvəsini aldığından, iddiaçının pensiya hüququ isə 2008-ci il tarixdən yarandığından, onun əmək pensiyası həmin tarixdən hesablanmaqla ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli, 2-1(103)-1221/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh istinad etdiyi qanunun maddəsini düzgün şərh etməmiş, «Əmək pensiyal arı haqqında» Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsində əks olunan “bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri “Əmək pensiyaları” haqqında Qanunun ilkin hüquqi qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixli qanunu deyil, Qanunun 32.1-ci maddəsinə edilmiş əlavə barədə 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmiş qanun dəyişikliyi nəzərdə tutulur. İddiaçının əmək pensiyası hüququ 2008-ci il tarixdə yarandığından, qanunvericiliyə 2017-ci il tarixdə edilmiş dəyişiklik ona şamil oluna bilməzdi və cavabdehin bununla bağlı gəldiyi nəticə düzgün olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3, 4-cü bəndləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rəddedilməsi barədə yeniqərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinin yalnız əmək pensiyası hüquqlarının həmin maddəyə dəyişikliyin edildiyi 01 iyul 2017-ci il tarixdən yaranmış şəxslərə tətbiq olunmasına dair gəldiyi nəticə düzgün olmam ışdır. Həmin maddədə “bu Qanunun” ifadəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ehtiva edir. Qanunun digər maddələrində də həmin qanunu ifadə etmək üçün “bu Qanun” ifadəsindən istifadə edilmişdir. Digər əsas kimi bildirilmişdir ki, maddə əmək pensiyasının hüququnun yarandığı tarixdən deyil, müraciət olunma tarixindən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsini nəzərdə tutmuşdur. Maddənin tələbləri məhkəmənin mövqeyinə uyğun olaraq təfsir olunsa, bu zaman onun tətbiqi 01 iyul 2020-ci il tarixədək mümkün olmaz. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinəistinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və o nun vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 14 avqust 1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmisinin 22 may 2017-ci il tarixli qər arı ilə İddiaçı pensiya təyin edilməsi məqsədi ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələbinə uyğun olaraq xidmət illəri üzrə müvafiqməlumat vərəqəsinin hazırlanaraq İdarəyə təqdim edilməsi Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İiqtisadi Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İiqtisadi Kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. 01 iyun 2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına təminat xərc liyi 881,50 manat göstərilməklə yenilənmiş məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında DSMF-nin Yasamal rayon şöbəsinin 12 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı 01 iyun 2018-ci il tarixdən 525,90 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. Eləcə də yaranmış fərq son üç il üçün, yəni 01 mart 2015-ci ildən iddiaçıya ödənilir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, 03 iyun 2008-ci il tarixdən 01 mart 2015-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsini xahiş etmiş, bununla bağlı ərizə ilə Azərbayjan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu 19 noyabr 2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etm işdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın q anuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsində əks olunan “bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri “Əmək pensiyaları haqqında” Qanunun ilkin hüquqi qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixli qanunun deyil, Qanunun 32.1-ci maddəsinə edilmiş əlavə barədə 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmiş qanun dəyişikliyi nəzərdə tutulur. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndrimişdir ki, həmin maddədə “bu Qanunun” ifadəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ehtiva edir. Qanunun digər maddələrində də həmin qanunu ifadə etmək üçün “bu Qanun” ifadəsindən istifadə edilmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşdığın ı aşağıdakılardan irəli gəldiyini bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra -Qanun) 7 fevral 2006-cı il tarixində qəbul edilmiş və ilkin redaksiyasında aşağıdakılar müəyyən edilmişdir: - preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir; - 2.1-ci maddəsinə əsasən, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir; - 3.1-ci maddəsiə əsasən, Azərbaycan Respublika sının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 47-ci maddəsinə əsasən, bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Maddələrin tələblərindən göründüuü kimi, istinad edilən Qanun Azərbaycan Respublikasının pensiya qanunvericiliyinin tərkib hissəsi olmaqla, vətəndaşların pensiya təminatı məsələlərini tənzimləmişdir ki, onlarda həm pensiya hüququnun yaranmasının əsasları, həyata keçirilməsi qaydaları və ümumilikdə pensiya sisteminə dair müddəalar əks olunmuşdur. Göstərilmiş Qanunun 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minməsi isə onu nəzərdə tutmuşdur ki, Qanunda əks olunmuş yuxarıda sadalanmış məsələlər bu tarixdən sonra yaranmış hallara (münasibətlərə) tətbiq edilməlidir. İstinad edilmiş və Qanunun digər maddələrdə göstərilmiş “bu Q anun” anlayışı bilavasitə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ehtiva edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanunu qəbul edilmişdir ki, sonuncu Qanunun: - 1-ci maddəsinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.95. Aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin: «32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.»; - 2-ci maddəsinə əsasən, buQanun 2017-ciiliyulun 1-dənqüvvəyə minir. Bu maddələrin t ələbləri belə izah olunur ki, yuxarıda istinad edilmiş Qanunun müddəalarına müvafiq dəyişikliklər və əlavələr edilməlidir ki, həmin əlavə və dəyişikliklər 01 iyul 2017-ci il tarixindən qüvvəyə minməlidir. Sonuncu Qanunun 2-ci maddəsində göstərilmiş “bu Qanun” anlayış isə 10 mart 2017-ci il tarixli Qanunu ehtiva edir. Yəni bilavasitə əsas olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununu deyil, həmin Qanuna edilmiş əlavə də dəyişikliklərin qüvvəyə minməsi tarixini müəyyən edir. Lakin 1.95-ci bəndə əsasən aparılmış əlavədə göstərilmiş “bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” ifadəsi isə artıq əsas olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununu nəzərdə tutur, çünki orada 32-ci maddə və onun davamı kimi 32.1-1-ci maddə nəzərdə tutulmuşdur. Sonu ncu məsələ “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 24.2.-ci maddəsində aşağıdakı kimi tənzimləmişdir: Normativ hüquqi akta əlavə hissə (fəsil, maddə, bənd) əlavə edildikdə, onlar aktın hissələrinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin qiymətləndirilməsini qanunverciliyin tələblərinə, yəni normativ hüquqi aktların qanuni qüvvəyə minməsi və normativ hüquqi aktların strukturuna dair qaydalara uyğun olmadığı kimi hesab edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinin tələblərinə əsasən, yuxarıda göstərilənlərə görə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv oluna bilməz. Çünki həmin maddədə müəyyən edilmiş dir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Belə ki, apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçının əmək pensiyası hüququ 03 iyun 2008-ci il tarixdə yarandığından, qanunvericiliyə 2017-ci il tarixdə edilmiş dəyişiklik ona şamil oluna bilməzdi və cavabdehin bununla bağlı gəldiyi nəticə düzgün olmamışdır. Bu mövqeyi mübahisələndirərəkən, cavabdeh bildirmişdir ki, maddə əmək pensiyasının hüququnun yarandığı tarixdən deyil, müraciət olunma tarixindən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsini nəzərdə tutmuşdur. Maddənin tələbləri məhkəmənin mövqeyinə uyğun olaraq t əfsir olunsa, bu zaman onun tətbiqi 01 iyul 2020-ci il tarixədək mümkün olmaz. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini bildirir. Mübahisəli məsələ qanunvericiliyin zamana görə tətbiqi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk olaraq bildirir ki, istər qanunvericiliyin tələblərinə uyğun olaraq, istərsə formalaşmış məhkəmə təcrübəsində məsələyə hüquqi qiymət verilərkən alınmış nəticə ondan ibarətdir ki, hüquqi münasibətlərin yarandığı zaman maddi hüquq normalarının tətbiqi zəruridir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPMnin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətəbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsa sında təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıy ır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Göstərilən hüquqi əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğun deyildir və apellyasiya məhkəməsi məsələyə düzgün hüquqi qiymət vermişdir. Belə ki, cavabdehin istinad etdiyi Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmişdir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Lakin bu maddə «Əmək pensiyaları haqq ında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanununu ilə əlavə edilmiş və onun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi müəyyən edilmişdir. Halbuki, hüquq münasibətlərinə onların yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. İddiaçının hüququ yarandığı 03 iyun 2008-ci il tarixinə uyğun olaraq zamana görə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ ola n şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Sadalanmış qanunvericiliyin mahiyyəti onunla bağlıdır ki, şəxsin hansı vaxtda pensiya hüququnun təmin edilməsi üçün müraciət edildyindən asılı olmayaraq, yəni onun müraciət etdiyi vaxtda deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Bu müddəaların tələbləri isə onu da ehtiva edir ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Belə ki, əgər iddiaçı pensiya hüququnun yarandığı 03 iyun 2008-ci il tarixində pensiyanın təyin e dilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Bu müddətdən sonra isə qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməzdi, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən sonra müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm də inzibati qanunvercilikdə təsbit olunmuş bərabərlik prinsipinin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensi ya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. Bu əsaslar Azərbaycan Respublikası Konstitusyasının 149-cu maddəsinin Vİ bəndində də əks olunmuşdur ki, ona görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirmə qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyas iya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli, 2-1(103)-1221/2019 saylı qərarı dəyişdiilrmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2736/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2736/2019
27.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver