Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2738/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X13 və Oğuz bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X13 və Oğuz bələdiyyəsi) qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 21(107)-160/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, Vartaşen şəhəri, H.Aslanov küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X15muş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049.8 kv.m qeyd edilmişdir.
2. X21 xx.xx.1969-cu ildə ölmüşdür və xx.xx.1976-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.1964-cü ildə doğulmuş X11 qanuni vərəsəsidir.
3. Vartaşen rayon Kommunal təsərrüfat şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli 89 nömrəli arayışa əsasən, vərəsəlik əmlakı kimi “Vartaşen şəhəri, Şaumyan küçəsində yerləşən 896 man. inventar qiymətində bina” qeyd edilmişdir. 4. xx.xx.1990-cı il tarixli müqavilədən görünür ki, X23 (X16 nümayəndəsi olmuşdur) Vartaşen şəhəri, H.Aslanov küçəsi 13 ünvanında yerləşən evi X3.
5. X17 (X26 nümayəndəsi olmuşdur) Oğuz şəhəri, H.Aslanov küçəsi, 9 nömrəli 990 kv.m torpaq sahəsində yerləşən 1948-ci ildə saman kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 34.6 kv.m. ümumi sahəsi, 34.6 kv.m əsas yaşayış sahəsi olan iki otaqdan ibarət yaşayış evini xx.xx.2001-ci il tarixdə X4.
6. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2732 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz şəhərində H.Aslanov küçəsində yerləşən 2 yaşayış otağından ibarət 9 saylı ev X18 adına mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il ta rixdə qeydə alınmışdır.
7. X27 xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri, H.Aslanov küçəsində yerləşən 2 yaşayış otağından ibarət 9 saylı evini iddiaçıya bağışlamışdır.
8. JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X14 0.06 ha torpaq sahəsi ayrılmışdır.
9. X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
10. İddiaçı bağışlama müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X10 adına JN-17 02 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçının tələbi hazırkı qərarın 1-10-cu bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
14. Şəki İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərardadı ilə X9, X13 və Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
15. Üçüncü şəxs X13 iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mərhum X17 05 iyul 2021-ci il tarixdə ölmüşdür. Mərhumun ölümündən sonra onun vərəsələri X12, X13 analarından qalan əmlakı faktiki olaraq qəbul etsələr də, vərəsəlik haqqında şəhadətnamə almamışlar. Məhsəti Qasımovanın adına olan torpaq sahəsi təxminən 16 sot olmuş, onun bir qismini digər şəxslərə satmışlar. Sonuncu qalan torpaq sahəsinin təxminən 3 sot hissəsini adını unutduqları şəxsə satıblar. Həmin şəxs isə iddiaçının əri X4. Bundan başqa, xəritəyə uyğun olaraq yalnız ev olan hissə satılmışdır. Qalan 6 sotda olan hissə, yəni fındıqlıq, qaraj, donuz damı, naves olan hissələr isə satılmamışdır. Mərhum anası vəfat edəndən sonra iddiaçı onlara zəng edərək Bakıda yaşadığını, 6 sot torpaq sahəsinin ona lazım olduğunu bildirərək, gedib vərəsəlik haqqında şəhadətnamə alıb onların adına alqı-satqı müqaviləsi bağlamasını istəmişdir. Onlar, özlərinə məxsus olan 6 sot torpaq sahəsini heç kimə vermək niyyətinin olmadığını bildirmişlər. Hazırda vərəsəlik haqqında şəhadətnamə alınması üçün notariat xidmətinə müraciət et mişlər.
16. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 20 noyabr 2023-cü il tarixli, 21(116)-1440/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyi qoyulmuşdur.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın JN-1702A saylı torpağın mülkiyyətə ver ilməsinə dair şəhadətnamənin Məhsəti Qasımovanın adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin sahibi Qurqen Culfayev olması işdə olan noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportla sübut olunur. Torpaq sahəsi Quqen Culfayevin qanuni istifadəsində olduğundan, onun vəfatından sonra fərdi yaşayış evi ilə bağlı olan hüquqları ilə bərabər, faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar da qanun üzrə vərəsəsinə ötürülmüşdür. Daha sonra, sözügedən fərdi yaşayış evi xx.xx.199 0-cı il tarixli müqavilə əsasında X23 tərəfindən X1, artıq Marqo Culfayevaya fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə ötürülmüş hüquqlar yeni mülkiyyətçi Məhsəti Qasımovaya keçmişdir. Faktiki olaraq torpaq sahəsi ilə bağlı Məhsəti Qasımovaya ötürülmüş hüquqların həcmi isə noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsindən ibarət olmuşdur (1049.8 kv.m). Məhsəti Qasımova da, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən fərdi yaşayış evini X5, ona xx.xx.1990-cı il tarixli müqavilə əsasında torpaq sahəsi ilə bağlı keçmiş hüquqlarını Ülfət Səfərova ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhz yuxarıda qeyd edilən hüquqların ötürülməsinə görə iddia olunan 0.06 ha torpaq sahəsinin Məhsəti Qasımovanın qanuni istifadəs ində olması hesab edilərək, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə ona 0.06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Üçüncü şəxslərin alqı-satqı müqaviləsində “yalnız evin satılması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Məhsəti Qasımovaya da, xx.xx.1990-cı il tarixli müqavilə əsasında yalnız fərdi yaşayış evi satılmışdır. Buna baxmayaraq, üçüncü şəxslər evin yerləşdiyi torpaq sahəsinin Məhsəti Qasımovaya məxsus olmasını iddia edirlər. Başqa sözlə, üçüncü şəxslər iddia olunan torpaq sahəsi üzərində mərhum Məhsəti Qasımovanın xx.xx.1990-cı il tarixli müqavilə əsasında mülkiyyət hüququnun yaranmasını hesab etsələr də, Məhsəti Qasımova tərəfindən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı müqavilədə torpaq sahəsinin satılmasının nəz ərdə tutulmadığını bildirərək, torpaq sahəsi üzərində hüquqların Ülfət Səfərova keçməsini qəbul etmirlər.
18. Üçüncü şəxs X13 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və T.H.Həsənov) 13 iyun 2024-cü il tarixli, 2-1(107)160/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0.1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilmiş, inzibati iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehin üzərinə JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 verilmiş 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə (fərdi yaşayış evinə münasibətdə) dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə q ismən razılaşmış, razılaşmadığı hissəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1049.8 kv.m olmuş, lakin torpaq islahatı aparılan zaman X14 verilmiş JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X14 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, X8 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddi a müddəti şamil olunur. Oğuz rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərində n irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. İstinad olunan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X30 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X8 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssis ələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X30 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X30 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyildir. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsinə dair tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmiş, həmin normaların tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də iddia tələbi 0.1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissədə qismən təmin edilərək, 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
22. Kassasiya şikayətinin dəlilləri ondan ibar ətdir ki, iş materiallarından da göründüyü kimi, mübahisə obyekti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049.8 kv.m qeyd edilmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi üzrə ilk hüquq subyekti X15muş, daha sonra Qurqen Culfayev xx.xx.1969-cu ildə vəfat etdikdən sonra X11 qanun üzrə vərəsəsi hesab edilmiş və sonuncunun anası tərəfindən sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X2. X17 isə həmin fərdi yaşayış evini xx.xx.2001-ci il tarixli müqavilə ilə X6, sonuncu isə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən yaşayış evini ona bağışlamışdır. Göründüyü kimi, mübahisə obyekti olan fərdi yaşayış evi mövcud olduğu bütün zamanlarda ən azı 0.1035 hektar həyətyanı torpaq sahəsində yerləşmişdir. Bütün bu ha llara hazırkı inzibati işə birinci instansiya məhkəməsində araşdırılarkən hüquqi qiymət verilmiş, qanuni və əsaslı qərar qəbul edilmişdir. Qeyd edilən bütün bu hallar apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarda bir-bir sadalanmasına baxmayaraq, işin bu halına zidd məzmunda əsassız və qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı tamamilə qanunsuz və əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Torpaq Məcəlləsi: (xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiya) Maddə
88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xü susiyyətləri. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.... Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əl də edənə keçir.... Həmin maddəyə 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kas sasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbində qeyd etdiyi fərdi yaşayış evi və torpaq sahəsi üzrə ilk hüquq subyekti X21, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü isə 1049.8 kv.m olmuşdur. Qurqen Culfayev xx.xx.1969-cu ildə öldükdən sonra X11 qanun üzrə vərəsəsi hesab edilmiş və sonuncunun anası (X23) tərəfindən sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X2. X17 həmin fərdi yaşayış evini xx.xx.2001-ci il tarixli müqavilə ilə X6, sonuncu isə xx.xx.2022-ci il tarixdə sözügedən yaşayış evini iddiaçıya bağışlamışdır.
30. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair JN1702A saylı şəhadətna mə xx.xx.2006-cı ildə, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 4 ildən artıq müddət keçdikdən sonra hazırlanmışdır. Halbuki, həmin şəhadətnamə hazırlanarkən sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Məhsəti Qasımova tərəfindən özgəninkiləşdirilməsi halı nəzərə alınmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlıdır.
31. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin sahibi Qurqen Culfayev olması işdə olan noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportla öz təsdiqini tapır.
32. Bundan əlavə, torpaq sahəsi Quqen Culfayevin qanuni istifadəsində olduğundan, onun vəfatından sonra fərdi yaşayış evi ilə bağlı olan hüquqları ilə bərabər, faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar da qanun üzrə vərəsəsinə ötürülmüşdür. Daha sonra sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X23 tərəfindən X1, artıq Marqo Culfayevaya fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə ötürülmüş hüquqlar yeni mülkiyyətçi Məhsəti Qasımovaya keçmişdir. Faktiki olaraq torpaq sahəsi ilə bağlı Məhsəti Qasımovaya ötürülmüş hüquqların həcmi isə noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsindən ibarət olmuşdur (1049.8 kv.m). Məhsəti Qasımova da, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən fərdi yaşayış evini X5, ona xx.xx.1990-cı il tarixli müqavilə əsasında torpaq sahəs i ilə bağlı keçmiş hüquqlarını Ülfət Səfərova ötürmüş, sonuncu da həmin hüquqları iddiaçıya ötürmüşdür.
33. Göründüyü kimi, bu qərarın 24-cü bəndində istinad olunan qanunvericilik normalarının tələbi baxımından xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanarkən iddia olunan fərdi yaşayış evi ilə bərabər, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (1049.8 kv.m) üzərində də mülkiyyət hüquqları iddiaçıya keçmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 21(107)-160/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyi qoyulsun.