Məhkəmə qərarları › İş №2-1(102)-2757/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2757/2023

15.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2757/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təkrar təyin edilməsi, cavabdehin diaqnozun əlillik əlamətini təyin etməməsi dəlilinin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 2-1(103)195/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2010cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabı nevropatiya => G61.8 Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının...” səbəbi ilə ona ilkin olaraq bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

2. İddiaçının əlillik vəziyyəti Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabi nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamə tləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

3. İddiaçının əlillik vəziyyəti Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin diger pozğunluqları => G92 Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikr oocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

4. İddiaçının əlillik vəziyyəti elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında təkrar qiymətləndirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: Vİ Sinif Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı ü zvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

5. İddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün Bakı 20 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli, 2756003AAEK3 nömrəli göndəriş verilmiş və həmin göndərişdə Əsas diaqnoz: “T90.5 Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin q/əlamətləri. Postravmatik ensefalopatiya, k/d hipertenziya ilə”; Ağırlaşma: “F48.0 Nevrasteniya Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom.” “İ99 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Qan dövranı çatmamazlığı İİİ FS.”; Yanaşı xəstəliklər: “125.2 Əvvələr keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz (xx.xx. 2019).”, “Z95.5 Koronar angiplastik implantatın və transplantatın olması. Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5 ədəd dərmanlı stent implantasiyasından sonrakı vəziyyət (xx.xx.2019;xx.xx.2019).”, “H52.4 Presbiopiya. OU-Presbiopiya eynək. VİS OU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.” “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası” “H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri OU-hipertonik angiopatiyası.” “M42 Onurğanın osteoxondrozu Yayılmış osteoxondroz, ağrı sindromu.”, “İ20.8 Stenokardiyanın digər formaları ÜİX. Stabil gərginlik stenokardiyası FS ll.”, “F45.3 Veqetativ sinir sisteminin somatoform disfunksiyası Veqetativ damar distoniyası, tez-tez b\v paroksizmlərlə”, “İ11.9 Hipertoniya xəstəliyi İİ dər. çox ağır risk.” qeyd olunmuşdur.

6. Sözügedən göndərişə əsasən cavabdeh tərəfindən “Diaqnozun əlillik əlamətini təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş üzrə qəbul edilmiş qərarın ləğv edilərək, 2-ci qrup müharibə əlili statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istefada olan polkovnikleytenantdır, 1979-20 09-cu illərdə Ordu sıralarında 30 təqvim ili, onun son 17 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İ Qarabağ müharibəsinin veteranıdır, 1992-ci ildə Kəlbəcər rayonunun ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşarkən yaralanmışdır. Təqribən 2004-cü ildən etibarən səhhətindəki narahatlıqlar artdığından hər il, hətta bəzən ildə iki dəfə Mərkəzi Klinik Hərbi Hospitalda stasionar müalicələr almışdır. 2009-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) xəstəliyə görə - hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararsız sayılaraq, müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. 2010-cu ilin fevral ayından ikinci qrup müharibə əlili kimi Prezident təqaüdü almışdır. 2021-ci ilin fevral ayının 13- də əlilliyinin təkrar qiymətləndirilməsi üçün Əsas diaqnoz: “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Mikroocaqlı üzvi nişanələr. Ensefalopatiya”; Ağırlaşma: “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları”; Yanaşı gedən xəstəliklər: “Qan dövranı çatışmazlığı İİİ dərəcə. Stenokardiyanın digər formaları. ÜİX. Stabil gərginlik stenokardiyası FS İİ. İnfarktdan sonrakı kardioskleroz. Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış beş ədəd dərmanlı stend implantasiyasından sonrakı vəziyyət” diaqnozları ilə Bakı 20 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş göndəriş elektron qaydada cavabdehə göndərilmişdir. 2021-ci ilin iyul ayının 9-da iddiaçı cavabdeh tərəfindən komissiyadan keçməyə dəvət edilmişdir. Lakin orada iddiaçı heç bir müayinədən keçməmişdir. 2021-ci ilin avqust ayının 3-də TSERAS-dan iddiaçının mobil telefonuna mesaj gəlmişdir ki, verilmiş xx.xx.2021 tarixli göndərişə əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlilik təyinatından imtina edilmişdir.

9. Cavabdeh işin faktiki hallarını qeyd edərək iddiaya qarşı təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatom iya Birliyi tərəfindən verilmiş T 39/2022 nömrəli (cavabdehin mütəxəsisinin də ekspert kimi iştirak etdiyi ekspertizanın başlanma tarixi xx.xx.2022-ci il, başa çatma tarixi xx.xx.2022-ci il) ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2756003AAEK3 nömrəli göndərişlə göndərilmiş (Forma № 088) arayışda olan diaqnozlar aparılmış kliniki laborator və funksional diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Şəxsin əyani müayinəsi zamanı həmin xəstəliklər əlillik əlamətləri təyin etmədiyindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair ” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.

12. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən əlillik təyinatının aparılmasından imtina əsaslı olmuşdur.

14. İddiaç ı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ona qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehin mütəxəssislərinin (həkimlərinin) iştirakı olmadan keçirilmək şərtilə əlavə və təkrar məhkəmə tibbi ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliy inin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T 298/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2756003AAEK3 nömrəli göndərişlə göndərilmiş (Forma № 088) arayışda olan diaqnozlar aparılmış kliniki laborator və funksional diaqnostik müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir.

18. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospita lının Nevrologiya bölməsində tərtib edilmiş 5986 nömrəli çıxarış epikrizində qeyd edilmişdir ki, iddiaçı 13-xx.xx.2022-ci il tarixlərdə xəstəxanada stasionar müalicə alıb. Diaqnoz: “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.1992), baş beyin silkələnməsinin mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno nevrotik təzahürlərlə və kəllədaxili hipertenziya sindromu ilə müşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətlər. Qeyri toksik düyünlü ur. Prostat vəzin xoşxassəli İ mərhələ hipertenziyası. Boynun bir neçə sayda kiçik ölçülü papilloması. Hepatosteatoz funksional dispepsiya. Ürəyin işemik xəstəliyi, Gərginlik stenokardiyası Tİ ikinci funksional sinif, sol mədəciyin yan və aşağı divarlarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış koronar angio grafiyar FPTCA-H5 ədəd stent implantasiyası cərrahi əməliyyat (xx.xx.2019). Aorta tac arteriyalarının ateroskleroz infarktdan sonrakı və aterosklerotik kardioskleroz Tİ ikincili funksiorial sinif ürək çatmamazlığı. Hər iki qulağın “şuntlaması” cərrahi əməliyyatından (xx.xx.2014) sonrakı vəziyyət. Konduktiv ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5m/5m məsafədən eşitməsi ilə”

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Elşən Kazımov) 07 iyul 2023-cü il tarixli, 21(103)-195/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2756003AAEK3 göndərişə əsasən o, ixtisaslaşmış müəssisədə qoyulan diaqnoz üzrə əyani müayinə ilə yanaşı, diaqnostik müayinələrdən də keçmiş əsas diaqnoz T90.5 – “Kəllədaxili travmaların nəticələri Keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin əlamətləri. Postravmatik ensefaloptiya, k/d hipertenziya ilə” müəyyən edilmişdir. Tibbi sənədlərə əsasən iddiaçıda əsas diaqnozun ağırlaşması əlillik təyin edən xəstəliyə (F48.0 – Nevrasteniya Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom) səbəb olmuşdur. Səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışında XBT 10-a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (F48.0 Nevrasteniya Kəskin astenonevrotik sindrom) göstərilməsinə, həmin xəstəliklərlə bağlı stasionar müalicədə olmasına və həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq iddiaçıya ikinci qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Nevrologiya b ölməsində stasionar müalicə kursları keçmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və cavabdehin ikinci qrup təyin edilməsindən imtinası qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilməlidir

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Başın travmasının nəticələri. Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmam ışdır. Ünsiyyətə adekvat daxil olur, nitqi normal, intellektual funksiyaları pozulmayıb. Nevroloji sınaqları rahat yerinə yetirir. Qapalı kəllə-beyin travmasının əlillik təyininə əsas verən ağırlaşmaları müəyyən edilmədiyindən nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.

23. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ekspert rəyinin nəticəsinə əsasən də iddiaçı barəsində diaqnozun əlillik təyin etməməsi qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi öz qərarında həmin ekspert rəyini qiymətlən dirməmişdir. Eyni zamanda, təkrar verilmiş ekspert rəyinə əsasən də iddiaçı barəsində diaqnozun əlillik təyin etməsi barəsində hər hansı bir mövqe göstərilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

24. Həmçinin apellyasiya instansiyası məhkəməsi faktiki olaraq cavabdehin əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçıya əlillik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin t əyini özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.... Maddə

38. Sosial təminat hüququ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddin ə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlill iyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi ol an şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.... Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 20-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-c ü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tər əfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSE K-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 29. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəld ilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntuların ın olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial eksp ert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.... 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir:... 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcə li kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.... Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.... Maddə 1

3. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Hazırkı iş üzrə id diaçının hüquqi marağı və məqsədi ona əlilliyinin təkrar qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Bu həssas kateqoriyadan olan şəxslərin cəmiyyətin həyatında bütün lazımi imkanlara malik bərabərhüquqlu subyekt kimi qəbulu, onların qarşısına çıxan problemlərin kompleks həlli, o cümlədən onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması zərurəti müvafiq beynəlxalq və daxili normativ hüquqi sənədlərin qəbulunu şərtləndirmişdir. Azərbaycan Respublikasında müstəqilliyin qazanıldığı ilk illərdən bu sahədə hüquqi tənzimləməni həyata keçirən müvafiq normativ hüquqi baza formalaşdırılmış və zamanla dəyişən ictimai münasibətlərə adekvat olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikası 02 oktyabr 2008-ci il tarixli, 686-İİİQ nömrəli Qanunla Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşularaq əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin təmin edilməsi sahəsində üzərinə öhdəliklər götürmüşdür.

42. Həmin öhdəliklərin icrası istiqamətində qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilli yi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

43. Əlilliyi olan şəxslərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bunun üçün də ilk növbədə qanunvericilik səviyyəsində şəxslərin əlilliyinin qiymətləndirilməsi qaydası və əlilliyin müəyyən edilməsi meyarları müvafiq normati v hüquqi aktlarla təsdiq edilmiş, habelə əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılmış və s.) görülmüşdür.

44. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəala rını, həm də inzibati orqan kimi “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

45. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv və əsaslandırılmış qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə əlilliyin təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçu luq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv və əsaslandırılmış qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

46. Belə ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ilk dəfə 2010-cu ildə “Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmiş və hər il 1 il müddətinə uzadılmışdır. Daha sonra xx.xx.2015-ci il t arixdə eyni diaqnozla ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. İddiaçı barəsində 2021-ci ildə tərtib olunmuş növbəti Forma 88 göndərişində eyni diaqnozun qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəfindən diaqnozun əlillik əlamətini təyin etmədiyi əsas gətirilərək ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

47. Cavabdeh əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericilikdən irəli gələn vəzifələrinin icrasına laqeyd yanaşmış, qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat aparmamış və nəticədə iddiaçıya münasibətdə əsaslandırılmamış qərar qəbul etmişdir. Cavabdeh diaqnozun əlillik əlamətini təyin etmədiyini qeyd etməklə, iddiaç ıya İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh diaqnozun əlillik əlamətini təyin etmədiyinin nədə ifadə olunduğunu əsaslandırmamış, bu nəticəyə gələrkən hansı kliniki laborator və funksional diaqnostik müayinələrin nəticələrinə əsaslandığını qeyd etməmişdir. Halbuki cavabdeh inzibati icraat çərçivəsində göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərmək, habelə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etmək imkanına malik olmuşdur. İddiaçını əyani müayinəyə cəlb etdiyi halda belə, cavab deh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə sözügedən diaqnozun əlillik əlamətini təyin etmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

48. Bunun əksinə, cavabdehin imtinasının və kassasiya şikayətinin diaqnozun əlillik əlamətini təyin etməməsi ilə bağlı həmin dəlili mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları və iş üzrə materiallarla təkzib olunur. Belə ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən və T 298/2023 nömrəli ekspert rəyi ilə təsdiq edilən xəstəliklər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun ola raq ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliyin (F48.0) mövcud olduğu görünür. Cavabdeh kassasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı verilmiş T 39/2022 nömrəli ekspert rəyinin onun qeyd edilən dəlilini təsdiq etdiyini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Halbuki həmin ekspert rəyi cavabdehin mütəxəsisinin də ekspert kimi iştirak etdiyi ekspertiza nəticəsində verildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq mötəbər sübut kimi qəbul edilməmişdir.

49. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozun eyni olduğu görünür. Cavabdeh ey ni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və bu qərarın 47-48-ci bəndlərində qeyd olunan halların mövcud olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci ildə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

50. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

51. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin möv cud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

52. Həmçinin qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara u yğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası m əhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

54. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

55. Həmçinin nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

56. Beləliklə ki, ona əlilliyinin təkrar qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərə cə əlilliyin təyin edilməsini tələb etməkdə iddiaçı haqlıdır, həmin tələbin təmin edilməsindən cavabdehin imtinası isə qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

57. Hazırkı qərarın 26-30-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 21(103) -195/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar