Məhkəmə qərarları › İş №2-1(102)-2758/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2758/2024

30.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2758/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarını təsdiq edən sənədin olmaması əsası ilə fərdi yaşayış evinin qaz sayğacının quraşdırılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2- 1( 103)-2092/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehnə müraciət edərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanına qaz sayğacının quraşdırılmasını və abonent kodu verilməsini xahiş etmişdir.

2. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 40.448657_49.790621 koordinatlarda olan qazlaşdırılmasını xahiş edilən tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı ərazilərə aid olmasına görə, sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, həmin tikilinin qazlaşdırılması Cavabdeh səlahiyyətləri xaricindədir. Eyni zamanda sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, sənaye təyinatlı ərazilərdə yerləşməklə yanaşı, yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşdırılması aparılır. Qazlaşdırılması xahiş edilən tikiliyə və ya onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi və ya texniki pasport) mövcuddursa, həmin sənədlərin surəti əlavə olunmaqla, Bakı şəhəri. H.Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın Baş ofisinə müraciət edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qa z sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yaşayır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin tarixdən, yəni, xx.xx.2021-ci ildən indiyə kimi sözügedən ünvanda yaşayır. Bununla bağlı olaraq, Bakı şəhəri Biləcəri rayon Bələdiyyəsindən iddiaçıya xx.xx.2023-cü il tarixli arayış da verilmişdir. Qeyd edilən ünvana digər kommunal idarələr tərəfindən ("xxxx" ASC, "xxxx" ASC) şəbəkəyə qoşulmalar təmin edilmiş və onlara abonent kodu verilmişdir. Həmin koda müvafiq ödənişlər etməklə işıq və s udan istifadə edirlər. Hal-hazırda yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, döngə 2-də yerləşən ünvanın qaz xətti və qaz sayğacı ilə təmin edilməsi barədə dəfələrlə Cavabdeh İB-nə müraciət olunsa da, müraciətinə qanunsuz və əsassız olaraq müsbət cavab verilməmişdir. Son olaraq sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı Regional Qaz İstismar Departamentinin rəisi Rauf Əhmədova müraciət edilsə də, bu müraciətə də digər müraciətlər kimi cavab verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10448/2023 saylı, 18 dekabr 2023-cü il qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, qanunverici şəxsin müraciəti əsasında onun qaz qurğusunun qazpaylayıcı şəbəkəyə qoşulmasını və istehlakçıya qazın verilməsi üçün alqısatqı müqaviləsinin bağlanmasını mümkün hesab etmişdir. Bu zaman şəxsin tikinti obyektinin mütləq mülkiyyətçisi olması tələb edilməmiş, istifadəçilərin də belə bir hüquqa malik olduğu təsbit edilmiş və bu zaman qanuni və ya faktiki istifadəçi olması fərqləndirilməmişdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir, iddiaçının həmin tikiliyə hər hansı bir hüququnun olması müəyyən edilmir, lakin iddiaçı həmin yaşayış sahəsinin fakitiki istifadəçisidir. Belə olan halda cavabdehin yalnız xüsusi mülkiyyətdə olan sahələrin qazlaşdırılmas ına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtinası əsassız olmuşdur.

7. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2092/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 /məruzəçi/, X4 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10448/2023 saylı, 18 dekabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində “Qaz təchizatı haqqında” Qanunun 10-1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir.

12. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsi sənaye təyinatlıdır və qanunvericiliyə uyğun olaraq mənzilə dair sənəd yoxdur (çıxarış). Qanunvericiliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Qeyd olunan məhkəmə mübahisəsi üzrə qərar qəbul edilərkən “Qaz təchizatı haqqında” Qanununa 10-1 bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması... 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq e dilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydası

1. Ümumi müddəalar 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.2.2. sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs;

2. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və əlavə qaz həcmi alması 2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji q oşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

20. Məhkəmə kollegiy ası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

21. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanına qaz sayğacının quraşdırılması və abonent kodu verilməsinə nail olmaqdan ibarətdir.

22. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsi sənaye təyinatlıdır və qanunvericiliyə uyğun olaraq mənzilə dair sənəd yoxdur (çıxarış). Qanunvericiliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Qeyd olunan məhkəmə mübahisəsi üzrə qərar qəbul edilərkən “Qaz təchizatı haqqında” Qanununa 10-1-ci bənd əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır.

23. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının tələbi əsaslı tələb kimi qəbul edilərək təmin edilə bilməz.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydasına əsasən qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs sifarişçi sayılır.

25. Qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilm əsi üçün sifarişçi tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edərkən bir sıra məlumatlarla yanaşı sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar verilməlidir.

26. Lakin hazırkı iş üzrə iddiaçının yəni, sifarişçinin qaz sayğacının quraşdırılmasını və abonent kodu verilməsini istədiyi fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş ü zrə materiallardan görünmür. İddiaçı özü də həmin fərdi yaşayış evi üzərində hüququna dair hər hansı hüquqmüəyyənedici sənədi və ya onun hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair müvafiq çıxarışı təqdim etməmişdir.

27. Oxşar yanaşma “Qaz təchizatı haqqında” Qanununa 10-1-ci bəndində də qeyd edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

28. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normativ aktlara istinad edərək bildirir ki, iddiaçı tərəfindən zəruri məlumatlar cavabdehə təqdim edilmədiyindən və onun davranışı qanunvericiliyə uyğun olmadığından cavabdehin qaz sayğacının quraşdırılması və abonent kodu verilməsindən imtinası qanunsuz sayıla bilməz. 29. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin mahiyyətinə görə, inzibati orqanların inzibati praktikası qanunauyğun olmalıdır. Eləcə də, həmin norma baxımından, inzibati orqanların yalnız qanunauyğun inzibati praktikasına etimad hüququ qorunur. Belə yanaşma qanunun düzgün tətbiqi ilə bağlı ictimai maraqdan irəli gəlir. Nəzərə almaq lazımdır ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyas iya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

31. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(103)-2092/2024 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar